Dərslik II cild Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14. 12. 2011- ci IL tarixli

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 2.96 Mb.
səhifə10/39
tarix17.01.2017
ölçüsü2.96 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   ...   39
İnsan namazda kıyama durunca () “elif” olur. Rükuya eyi­lincə () “dal” olur. Səcdəyə varınca () “mîm” olur. Beləliklə adəm olur!”...Bu şekilde namazı tamamlayınca “elif- dal ve mim” den olu­şan âdem (ﺍﺪﻣ) olur. Yani adam olur.”

Hürufilikdə, sufilikdə nöqtə vəhdət rəmzidir. Bеlə ki, qələmin ucu kağıza və ya lövhəyə toxunduqda nöqtə əmələ gəlir və sonra yazı yazılır. Dеməli, nöqtə yazının başlanğıcıdır. Varlığın başlanğıcı da vəhdətə bağlıdır və ondan nəşət еdir. Nöqtədən – başlanğıcdan sonra əmələ gələn yazı-xətt isə varlığın tədricən nizamla zühur olmasına işarədir

Hərflərin bir məna, ifadə kəsb etməsi hələ səhabələr döv­rün­dən məlum olmuşdur. Həzrəti Əli (s) deyirdi “Bismillah” “ب” (Be) hər­findən meydana gəlmişdir. Mən “Be” hərfinin altındakı nöq­təyəm. “Be” hərfinin təsəvvüfdə müqəddəs bir hərf və bir açar ol­ma­sı haqqında XV əsrdə yaşamış Bərdəli Şeyx İbrahim İbn Mə­həm­məd İbn Hacı İbrahim İbn Şəhabəddin Bərdəinin (Gülşəni) də­yər­li misralan vardır:


B” hərfi “bismillahi rəhmani” kəlməsindən,

Açar kimi vəhy olmuşdur Allah səsindən,

Bismillah” kimi olmamışdır heç bir açar,



O, sözlər ölkəsinin qapısın hər zaman açar”.

Hürufilər sözləri varlığın əsası kimi qəbul edirlər. Sözlər “Quran”da və Quran vasitəsilə Allahdan gələn vəhylər dünyanı ya­rat­mışdır. Allahın Qurandakı sözlər vasitəsilə insanda təcəlla etməsi Hürufilik ideyasının əsasını təşkil edir.

Hürufilikdə 7 rəqəmi müqəddəs hesab edilərək açar hesab edi­lir. Bu Qurandakı Fatihə surəsinin ayətlərini, insanın üzündəki yed­di nöqtə 7 rəqəminə işarət edir ki, insan da həqiqət üçün açar hesab edilir.

Hərflərin və rəqəmlərin texniki tərəfləri ilə bağlı görüşləri inkişaf etdirməklə hərfləri müqəddəsləşdirən, hürufiliyi bir fəlsəfi-dini fikir sistemi olaraq quran, yayan şəxs azərbaycanlı Fəzlulluah Nəimi Astarabadi (1340-1394) olmuşdur. Bəzi mənbələrə görə As­ta­­rabad və ya Astabad Naxçıvanda Araz çayı sahilində şəhər ol­muş­dur. Bu şəhər sonralar Araz çayının sularına qərq olmuşdur.

Nəimi ömrünün müəyyən hissəsini səyahətdə kеçirmişdir. 1369-cu ildə İsfahana, 1373-cü ildə Məkkəyə səfər еtdiyi məlum­dur. İsfahana bir nеçə dəfə səyahət еtmişdir. Hətta müəyyən müddət İs­fa­han ətrafındakı Toğçı adlı yеrdə məskən saldığı, bir mağarada in­zi­vaya çəkildiyi, sonra hürufilik еtiqadını yaymağa başladığı və burada ətrafına xеyli mürid topladığı barədə məlumatlar da mövcuddur.

Nəimi bir nеçə dili və bir sıra еlmləri, o cümlədən qədim yu­nan və şərq fəlsəfəsini, Quranı və dini еlmləri mükəmməl mənim­sə­mişdi.

Nəimi öz hürufi düşüncələrini “Cavidan-namə”(Əbədilik haq­qında), “Ərş-namə”(Səltənət haqqında), “Məhəbbət-namə”, “Novh-namə” (Yuxu görmə haqqında), “İskəndər-namə”, “Vəsiyyət-na­mə”, “Nəsihət-namə” adlı əsərlərində izah etmişdir. Nəiminin əsər­ləri İstanbulda “Aya-Sofiya” kitabxanasında, Paris Milli kitab­xa­nasında, Britaniya muzeyində, Kembric Universitetində, Tehran Milli kitabxanasmda, İrəvan Mətndaranında və digər kitabxanalarda saxlanılır. Nəiminin həyatında Bakının xüsusi rolu olub. Belə ki, o burada hürufi hərəkatının mərkəzini yaratmışdı. Əli-ül Əlanın “Qiyamətnamə” əsərində göstərilir ki, Fəzlullah Nəimi Bakıdan getdikdən sonra da bu mərkəz hürufiliyi yaymış və təbliğ etmişdir:

Bakı tərəfdən səs gəlsə ayağa dur, əlini-əlinə vurub sevin,

Ora bizim sevimli yerimiz özü getsə də yeri orada qalır.

“İnsan yer üzünün əşrəfidir!” Quran ayəsindən irəli gələrək, hürufilər insan şəxsiyyətinə yüksək qiymət verir və belə hesab edirdilər ki, Quran ayələri elə insanın üzündə yazılmışdır. İnsanın burnu ərəb əlifbasında “Əlif”dir ( ا ) burunım yanları “Lam” ( ل ), gözlər “he” (H) dir. “Əlif”, “Lam “ he” “Allah” - kəlməsini yaradır.

Nəimi Teymirilər tərəfindən Naxçıvanda edam edilmişdir. Nəsimi bu hadisədən çox mütəəssir olmuş və bu münasibətlə yanğı və iztirab hissi ilə dolu məşhur “Ayrılır” rədifli qəzəlini yazmışdır:

Еy müsəlmanlar, mədəd ol yari-pünhan ayrılır,

Ağlamayım nеyləyim, çün gövdədən can ayrılır.

Еy sənəm, hicran əlindən nalеyi-zar еylərəm,

Gözlərimdən sanasan dəryayi-ümman ayrılır.

Nəiminin qəbri hal-hazırda Naxçıvanda Culfa rayonunun Xanağa kəndində, Əlincə çayının sol sahilində Əlincə qalası ilə üzbəüz yamacda yеrləşən köhnə qəbristanlıqdadır. Qəbrin üstündə kərpicdən tikilmiş künbəz vardır və o, ziyarətgaha çеvrilmişdir.

Nəiminin ideyaları, əqidə düşüncəsi onun davamçısı və mü­ridi XV əsrin böyük Azərbaycan şairi Nəsimi (1369-1417) tərəfin­dən geniş yayılmış və davam etdirilmişdir.

Nəsimi Şamaxıda o dövrün ən yaxşı universitetlərinin tələbinə cavab verəcək bir dərəcədə kamil təhsil almışdır. O, klassik Şərqqədim yunan fəlsəfəsini, habelə ədəbiyyatını dərindən mənimsəmiş, İslamXristianlıq dinlərinin əsaslarına yaxından bələd olmuş, tibb, astronomiya və astrologiya, riyaziyyatməntiq elmlərinə də­rindən yiyələnmişdir. O, dilləri elə yaxşı öyrənmişdi ki, Azər­bay­can, farsərəb dillərində eyni dərəcədə gözəl şeirlər yaza bilirdi. Onun azərbaycanca şeirlərinin dili həm zənginliyi, həm də xalq nitqinə yaxınlığı ilə seçilir, atalar sözləri və zərb-məsəllər, hikmətli sözlər burada çoxluq təşkil edir. Nəsiminin rübailəri Azərbaycan xalq şeiri nümunələri olan bayatılara çox yaxındır. Nəsiminin poeziyasında Azərbaycanın, eləcə də digər Şərq ölkələrinin məşhur alim və şairlərinin adları tez-tez xatırlanır. Bunlardan Əli ibn Si­na­nı, Xaqanini, Nizaminini, Fələkini, Həllac Mənsuru, Fəzlüllah Nəi­mini, Şeyx Mahmud Şəbüstərini, Əvhədi Marağalını və başqalarını göstərə bilərik.

Hürufilik böyük ideya cərəyanı və möhtəşəm hərəkat kimi ilk dəfə Azər­baycanın qədim mədəni mərkəzlərindən olan Naxçıvanda və Astra­badda (Fəzlullah Nəiminin vətənində) yayılmışdır.

Bütövlükdə insan şəxsiyyəti, onun yüksək dəyərləndirilməsi, humanizm ideyaları Nəsimi yaradıcılığının əsas ana xəttini təşkil etmişdir. O yazırdi:



Ey daşa, turabə gövhər deyən insan,

İnsan öz lütfü-hüsnüylə gövhər deyilmi.

Bu gün pedaqoji elmin ən mühüm problemlərindən biri kimi təhsilin humanist, demokratik prinsiplər əsasında qurulması, insan şəxsiyyətinə böyük hörmət və məhəbbət Nəsimi ideyaları ilə həma­həng səsləşir.

Nəsiminin “Bəhrül-əsrar”əsəri bir çox illər, hətta XVIII-XIX əsrlərə qədər məktəb və mədrəsələrdə tədris edilmişdir ki, buradakı qəsidələr didaktik və tərbiyəvi əhəmiyyətli olmuşdur.

Filosof-şairin poeziyası çox tez bir zamanda Orta Asiya, Tür­kiyə və İran xalqları arasında geniş yayılmışdır. Həllac Mənsurla birlikdə onun adı öz əqidəsi uğrunda qeyri-adi sədaqət və cəsurluq rəmzinə çevrilmişdir. Onun əsərləri bir çox dillərə çevrilmiş və həmin dillərdə yazıb-yaradan şairlər onu təqlid etmişlər. Nəsiminin şeirlərini xalq arasında avazla oxumaq və onun hürufi ideyalarını təbliq etmək üstündə bir çoxları əzablara qatlaşır, hətta canlarından da belə keçmişlər.

Şairin əsərləri ilə tanış olduqda Nəsimi Şamaxıda o dövrün ən yaxşı universitetlərinin tələbinə cavab verəcək bir dərəcədə kamil təhsil almışdır. O, klassik Şərqqədim yunan fəlsəfəsini, habelə ədəbiyyatını dərindən mənimsəmiş, İslamXristianlıq dinlərinin əsaslarına yaxından bələd olmuş, tibb, astronomiya və astrologi­ya­ya, riyaziyyatməntiq elmlərinə dərindən yiyələnmişdi. O, dilləri elə yaxşı öyrənmişdi ki, Azərbaycan, farsərəb dillərində eyni dərəcədə gözəl şeirlər yaza bilirdi. Onun azərbaycanca şeirlərinin dili həm zənginliyi, həm də xalq nitqinə yaxınlığı ilə seçilir, atalar sözləri, zərb-məsəllər, hikmətli sözlər burada çoxluq təşkil edir. Nəsiminin rübailəri Azərbaycan xalq şeiri nümunələri olan bayatılara çox yaxındır. Nəsiminin poeziyasında Azərbaycanın, elə­cə də digər Şərq ölkələrinin məşhur alim və şairlərinin adları tez-tez xatırlanır. Bunlardan Əbu Əli ibn Sinanı, Xaqanini, Nizamini, Fələkini, Həllac Mənsuru, Fəzlüllah Nəimini, Şeyx Mahmud Şəbüs­tərini, Əvhədi Marağalını və başqalarını göstərə bilərik.

Nəsimi “Bulunmaz” rədifli qəzəlində insanlıqdan danışarkən göstərir igidlik iddiasında olan kişi bunu əməli işində göstərməlidir. Sözü ilə əməli bir olmayan, hər çalma qoyan, amma xalqının işinə yaramayanları, hünər, mənsəb sahiblərinin insanlara yardım etməməsini kişilik saymaq olmaz:



Hər bihünər insafı yox, uş mənsəbi tutdu,

Sahib hünərə mənsəbü idrar bulunmaz,

Xəlqin əməli azdı, könül yıxıcı ögüş,

Bir xəstə könül yapıcı memar bulunmaz.

Yaradıcılığının ilk dövrlərində Nəsimi də ustadı Nəimi kimi sufizm mövqeyində dayanmış və tanınmış sufi şeyxi Şiblinin təli­mini davam etdirmişdir. Bu mərhələdə şair öz əsərlərini "Hüseyni", "Seyid Hüseyni", "Seyid" təxəllüsləri ilə yazmışdır. Lakin X əsrin sufi şairi Həllac Mənsurun təlimi Nəsiminin ruhuna daha yaxın idi.

Nəsimi yaradıcılığının mərkəzində lirik qəhrəmanın aşiq olduğu, onu yüksəldən, kamilləşdirən və öz nuruna qərq edən gözəl Allah, ilahi eşq dayanır. İnsan üçün ən yüksək, ülvi duyğu həmin sev­gilinin vüsalına yetişmək, ona qovuşmaq, onda əriyib yox ol­maqdır. Şair yazır ki, eşqi günah sayanların sözlərinə baxmaya­raq, o, bu yoldan çəkinməyəcək. Çünki yalnız bu yol insanı tanrıya, hə­qi­qətə çatdıra bilər. Nəsiminin bu düşüncələrini poetik tərzdə ifadə edən məşhur şeir də bu fikri təsdiq edir:

Məndə sığar iki cahan, mən bu cahanə sığmazam,
Gövhəri laməkan mənəm, kövnü məkanə sığmazam.

İnsanın əxlaqi keyfiyyətlərini ürək açan keyfiyətlərini ifadə etməklə bərabər, həmçinin insanı qəmgin edən rəzil əlamətlərini də Nəsimi öz şeirində belə ifadə etmişdir:



Həyadır birisi, biri ədəbdir,

Biri dəxi nədir: xövfi-qiyamət.
Dəxi könlü edər üç nəsnə qəmgin,

Qulaq ur kim, edəm sana hekayət.
Yaman qonşu, yaman yoldaşi-bədxu,

Yaman övrət siyasətdir, siyasət.
Nəsimi, sən yəqin əhli-nəzərsən,

Bu üç nəsnəyi qıl kəndunə adət:
Biri lütfü kərəm, həm xülqi-niku,

Biri – heç kimsəyə baxma həqarət.
Bu sözlər xoş nəsihətdür bilənə,

Səadətdir, vəli eyni-səadət.

Hürufilik təsəvvüf xətti ilə orta əsrlərin tərbiyə və təhsilində, pedaqoji fikrində, ədəbiyyatında öz qüvvətli təsirini buraxmışdır.



4.9. Əxilikdə tərbiyə
Əxilik qədim türk mədəniyyətinin bir qoludur. Türk toplu­mu­nun dini, əxlaqi, mənəvi dəyərləri, fəlsəfəsi, sosial -iqtisadi anlayışı əxilikdə öz əksini tapmışdır. Əxiliyin məqsədi insanların dünya və axirətdə rahatlıq içində olmalarını təmin etmək və bununla bərabər İslam adət və ənənələri ilə səsləşən kamil insan tipini tərbiyə etməkdir. Əxiliyin bir məqsədi də bu olmuşdur ki, zənginlə kasıb, istehsalçı ilə istehlakçı, əməklə sərmayə, xalq ilə dövlət arasında sıx və sağlam əlaqələr quraraq “Sosial ədalət”i gerçəkləşdirməkdir.

Əxilik dini-fəlsəfi təlim kimi XII əsrdə İranda, Anadoluda, Azərbaycanda yayılmış və insanların təlim-tərbiyəsində, dünya­gö­rü­­şün­də böyük rol oynamışdır. XII əsrdə Anadoluda Əxiliyi təşki­lan­dıran, onu inkişaf etdirən “Əxi Evrən” adı ilə məşhur olan azər­baycanlı Şeyx Nəsirəddin Mahmud olmuşdur. O 1171-ci ildə Azər­baycanın Xoy şəhərində anadan olmuşdur. “Əxi” sözünün izahmda iki mülahizə vardır. “Əxi” ərəbcə “Qardaş” və ya türkcə “Aki”-“Alicənab” (Aka, qədim türk sözü olub “Alicənab”, “Comərd”, “Əli­açıq”) mənalarını verir. İnsanpərvərlik, əliaçıqlıq, xeyirxahlıq Əxiliyin təməl görüşlərindən biridir. Bu görüşə bağlı olaraq, Əxilik bir sinfin, bir zümrənin və ya bir adamın hökmranlığına qarşı çıx­ma­mış, insanlar arasında ayrılıq güdməmiş, əksinə onların bərabər­liyini qoruyub saxlamışdır.

Əsasən şəhər sənətkarlarını, ticarətlə məşğul olanları birləş­dirən Əxi təşkilatlarının xüsusi nizamnamələri olmuşdur ki, buna "Fü­tuv­vətnamə" (Ərəbcə “Fəda” sözünün cəmidir. Yəni - "mərd­lik", "igidlik", "səxavətlilik") demişlər. Onların toplaşdığı yerə “Tək­yə” və ya “Zaviyə” deyilmişdir. İslam qaydalarına mü­va­fiq özlə­rinə məxsus düşüncə və davranış tərzləri, ədəb və əxlaq qay­da­ları olmuşdur. Fütuvvətnaməyə əsasən dörd dini əxlaq normasına - şəriətə, təriqətə, mərifətə, həqiqətə əməl etməli, yoxsullara, kim­sə­sizlərə, qəriblərə yardım göstərməli, istismarçılara qarşı mübarizə aparmalı, əxlaqı daim saflaşdırmalı idilər.

Əxiliyə girənlər bellərinə bağladıqları qurşağa “Vəfa şəddi” deyirdilər. Bunun mənası belə idi: «Belimə bağlayıram ki, sözümdə durum. Şeytana uymayın və daim ona düşmən olun. Dünya malına göz dikməyim. Tanrının qəzavü-qədərinə səbr edim. Haraya getsəm bu qurşaq məndə olsun. Tanrının bunda hikməti vardır”.

Əxilikdə yüksək mərtəbəyə çatanlara “Əxi Ata” statusu ve­ril­mişdir ki, bu öz xüsusiyyətlərinə görə qədim şamançılara çox yaxın olmuş və hamısı “Kəramət” sahibi sayılmışdır. Əxi birliklərin­də sənətkarlıq yüksək qiymətləndirilmiş və sənətə "hikmət" adı veril­miş və bu hikmətin kimsələrdən qorunması tövsiyə edilmişdir. Əxi­lər gündüz çalışar, axşamlar isə “Təkyəyə”yə gəlib, ibadətlərini edər, söhbətlər keçirər, yeməklərini birlikdə yeyərdildər. Bu tək­yə­lər­də qonaq, yolçu heç vaxt əksik olmazdı. Əxilər zalım və haq­sızlara qarşı mübarizə apardıqları kimi, öz aralarında da hər hansı biri Əxi prinsiplərini pozarsa, müştərilərini aldadarsa, yalan söy­lər­sə dərhal Əxi -Ata tərəfəindən mühakimə edilib cəzalandırılardı. Bu cəhətdən də Əxilik təşkilatı islami ticarət anlayışını qoruyan, bir iman, igidlik, cihad, əxlaq və mənəviyyat ocağı olmuşdur.



Əxilərin özlərinə məxsus məktəbləri, təlim mərkəzləri olmuş və burada təhsil alanlara aşağıdakılar öyrədilmişdir: Dinin əsas­la­rını oxuyub öyrənmək, yazmaq; insanlıq tərbiyəsi-təmizlik, paklıq və əxi ocağının qanunlarına əməl etmək; ilahilər- şeirlər, rəqslər və nağıllar öyrənmək; yeddi müxtəlif formada qurşaq bağlamağı və açmağı öyrənmək ki, bunun da mənası belədir: Nəfs və tamah qapısını bağlayıb, mərdlik qapısını açmaq; zülm etmək qapısını bağlayıb, yaxşılıq etmək qapısını açmaq; qəzəb və kin qapısını bağlayıb, səbr və qənaət qapısını açmaq; həzz qapısını bağlayıb, nəfsi qorumaq qapısını açmaq; xalqdan bir şey ummaq qapısını bağlayıb, haqq qapısını açmaq; çox danışmaq qapısını bağlayıb, Tanrını anma qapısını açmaq; şeytana uymaq qapısını bağlayıb, Tanrıya xidmət qapısını açmaq.

Əxi birliklərinin tərbiyəedici və maarifləndirici fəaliyyətləri islam dininin elm və tərbiyə haqqındakı qaynaqlarından irəli gəlmiş­dir. Həmin fəaliyyətin istiqaməti aşağıdakılardır:



  1. Hər bir fərdə özünü tanıma yollarını göstərmək. Tərbiyə və elm insanın özünü tanıma yollarnı, özünü dərketməyi öy­rət­mə­lidir. Əks təqdirdə elm və tərbiyənin heç bir əhəmiyyəti qalmaz.

  2. İnsan fitrətini qorumaq.

  3. Kamil insan yetişdirmək. Belə insan yalnız vətənində de­yil, hər yerdə, hər zaman doğru, düzgün insandır.

  4. Fərddəki gizli bacarıqları üzə çıxarmaq və onlara istiqamət vermək.

Göründüyü kimi bütün bunlar müasir pedaqoji fikrin əsas ideyaları ilə səsləşir.

Əxi birliklərinin təlim-tərbiyə sisteminin təməl qaydaları aşağıdakılardır: 1) İnsan bütöv olaraq, dünyaya gəlmiş və ona görə də, ona sənət, peşə öyrətməklə yanaşı dini, əxlaqi və sosial bilgi verilməlidir; 2) görülən əməli işlər nəzəri məsələlərə uyğun ol­ma­lıdır, 3) təlim-tərbiyə müəyyən bir vaxta qədər deyil, bütün ömrü bo­yu davam etdirilməlidir: 4) dərslər bilikli, bacarıqlı müəllimlər tərəfindən öyrədilməlidir.

Əxilər qız uşaqlarının tərbiyəsinə xüsusi diqqət yetirmiş və on­lara belə öyüdlər də vermişlər. “İşinə diqqətli ol”, “Aşına diq­qətli ol”, “Eşinə diqqətli ol”, (“Eş” həyat yoldaşı).

Əxi ocaqlarında müəllimlər təlim alan uşaq və yeniyetmələrə aşağıdakı hərəkət və davranışları etməməyi tövsiyə edirdilər: Tüpürmək, qiybət etmək, iftira etmək, lovğalanmaq, ayıb və qüsur araşdırmaq, əmanətə xəyanət etmək, kinli olmaq, yalan danışmaq.

Fütüvvət qaydalarına görə Əxinin üç açıq, üç bağlı keyfiyyəti olmalıdır: Əli açıq olmalı (səxavətli, çomərd olmalıdır); qapısı açıq olmalı (qonaqsevər olmalıdır); süfrəsi açıq olmalı (ac gələni doydurmalıdır).

Gözü bağlı olmalı (kimsəyə kəm gözlə baxmamalı, kimsənin qüsurunu araşdırmamalıdır); dili bağlı olmalı (hər gördüyünü deməməli, çox danışmamalı); beli bağlı olmalı (etibarlı, əmin adam olmalı, haramdan uzaq olmalı). Bu qaydalara əməl edən adam pis xasiyyətlərdən arınır, yaxşı keyfiyyətlərə sahib olur, çox geniş işlənən bir deyimlə əlinə, belinə, dilinə, gözünə hakim olur.

Fütüvvət üzvlərinin dörd təməl əxlaq prinsipi vardır: 1) qüv­vət­li və qalib vəziyyətdə ikən əfv etmək.; 2) hiddətli zamanda yum­şaq davranmaq: 3) pisliyə qarşı yaxşılıq etmək; 4) özünə ehtiyac ol­duğu halda başqasına əl tutmaq.

Fütüvvət üzvləri üç qola ayrılmışdır: 1) Qılınclı qol. Bu qola daxil olanlar həm nəfslərinə, həm də kafirlərə qarşı savaşırlar. Bu Həzrəti Məhəmmədin Həztəti Əliyə qılınc bağışlamasının simvolu kimi qəbul edilir; 2) sözlü qol. Bu qola bağlananlar qılınc daşı­maz­lar. Onlar söz sahibidirlər; 3) fütüvvət qədəhindən içənlər qolu. Bu qola daxil olanlar təşkilata şərbət içərək qatılanlardır ki, onlar təş­ki­latın qayda-qanunlarını inkişaf etdirirlər.

Əxilik haqqında yazılan bir sıra əsərlərdən, əlimizə keçən mə­lumatlardan əxiliyin özəlliklərni ümumi şəkildə aşağıdakı kimi şərh edə bilərik:



  1. Səxavətli olmalı.

  2. Doğru olmalı.

  3. Torpaq kimi aşağı könüllü, təvazökar olmalı.

  4. Xeyirxah olmalı.

  5. Öz həyatını xalqın işinə həsr etməli.

  6. Qonaqpərvər olmalı.

  7. Əməksevər və bir sənət sahibi olmalı.

  8. İnsanlara sevgi və məhəbbət göstərməli.

  9. Dinini sevməli və ona hörmət etməli.

  10. Utanc, həya duyğusuna sahib olmalı.

  11. Yalan söyləməməli, insanlarda qüsur aramamalı.

  12. Mərhəmətli olmalı.

  13. Kimsəyə qarşı düşmənçilik və kin bəsləməməli.

  14. Yoxsullara yardım etməli, zənginlərlə minnətsiz dolan­malı.

  15. Böyüklərə hörmət, kiçiklərə şəfqət göstərməli.

  16. Fütüvvət əlamətlərini və geyimini daşımalı.

  17. Nəfsinə hakim olmalı.

  18. Ayna kimi sirr saxlayan olmalı.

Əxilərin sosial həyatdakı yaşamı xüsusi əxlaq qaydalarına müvafiq olmalıdır. Bu qaydalar yemək yeyərkən, su içərkən danı­şar­kən, alış-veriş edərkən, hamama gedərkən, yataqda yatarkən və s. haqqındadır.

Məsələn, yemək yeməyə dair qaydalar belə şərh olunur:



  1. Yeməkdən əvvəl və sonra əlləri yumalı.

  2. Süfrədə böyüklərdən öncə yeməyə başlamamalı.

  3. Yalnız öz qarşısndan və kiçik tikələrlə yeməli.

  4. Başqalarından tez yeyib, kənara çəkilməməli.

  5. Yeyərkən və içərkən səssizliyə əməl etməli.

  6. Payından çox və doyunca yeməməli.

Əxiliyin 740-a qədər görk qaydaları vardır. Əxiliyin son mərtəbəsinə “Övliya” deyilir. Ovliya bu qaydaların hamısını yaxşı bilir və ona əməl edir. Göründüyü kimi Əxilikdə əxlaq anlayışı böyük bir sistem şəklindədir.

Əxilik vaxtilə Azərbaycanda geniş yayılmış özünəməxsus bir əxlaqi təlim olmuşdur. Bəzi mənbələrə görə Nizami Gəncəvi də Əxi təşkilatının üzvü olmuşdur. Bu barədə “Təzkireyi-Devletşah”da yazılmışdır: “Şeyx Nizami Əxi Fərəcin müridlərindən idi”.


Tapşırıqlar
Səciyyələndirin:

1. Təsəvvüfdə tərbiyə məsələləri

2. Mövləvilikdə tərbiyə

3. Bektaşilikdə tərbiyə

6. Hürufilikdə tərbiyə

7. Əxilikdə tərbiyə


Ədəbiyyat


        1. Qurani- Kərim. Bakı: Azərnəşr, 1992.

        2. Abdulla Şaiq. Хatirələr// Azərbaycan jurnalı, 1954, № 1.

        3. Bünyadov Z.M. Azərbaycan VII-IX əsrlərdə. Bakı, 1989.

        4. Əhmədоv H. M. Azərbaycan məktəb və pedaqоji fikir tariхi. Bakı: Təhsil, Elm, 2001.

        5. Rüstəmov F.A. Şərqdə pedaqogika tarixi. Bakı: Nurlar, 2002.

        6. Rüstəmov F.A. Pedaqogika tarixi. Bakı: Nurlar, 2010.

        7. Əlibəyzadə E.M. Azərbaycan хalqının mənəvi mədəniyyət tariхi (İslamaqədərki dövr). Bakı: Gənclik, 1998.

        8. Hüseynzadə R.L.Qədim və orta əsrlərdə Azərbaycanda tərbiyə, təhsil və pedaqoji fikir. Bakı: Nurlar, 2007.

        9. İmadəddin Nəsimi. Mən bu cahana sığmazam. Bakı: Gənclik, 1991.

        10. Məmmədov K.A. Şərq pedaqoji fikir tarixindən (Tədris vəsaiti). Bakı: Mütərcim, 2011.

        11. Qumilyоv L.N. Qədim türklər. Bakı: Gənclik, 1993.

        12. Şükürlü Ə. Qədim türk yazılı abidələrinin dili. Bakı, Maarif, 1993.

        13. Seyidov F.Ə. Soy kökümüzdən gələn pedaqoji fikir. Bakı, 2004.

        14. Seyidov F.Ə. Türk xalqlarının tərbiyə və məktəb tarixinə dair. Bakı: Sevinc, 1997.

        15. Mövlana Dərgahından Əsintilər. Bakı: İpək yolu, 2008.

        16. İslam əxlaqı. Bakı: 2008.



V fəsil
KLASSİK QƏRB VƏ RUSİYA PEDAQOJİ FİKRİNDƏ TƏRBİYƏ MƏSƏLƏLƏRİNƏ BİR NƏZƏR

Əhatə olunan məsələlər:
5.1. Avropa klassiklərinin tərbiyə və təhsil haqqında fikirləri

5.2. Rusiya klassiklərinin tərbiyə haqqında fikirləri.




5.1. Avropa klassiklərinin

tərbiyə və təhsil haqqında fikirləri
Yan Amos Komenskinin tərbiyə haqqında fikirləri. XVII əsrdə yaşamış çex pedaqoqu Yan Amos Komenski (1592-1670) elmi pedaqogikanın banisi hesab olunur. O, 92 əsərin müəllifidir. Komenskinin “Böyük didaktika” əsəri pedaqoji fikrin ən dəyərli əsər­lərindən biri hesab edilir. O bu kitabında didaktikanın nəzəri-pe­daqoji əsaslarını, kollektiv sinif dərs sisteminin pedaqoji əsas­la­rını işləmişdir.

Humanizm və demokratiklik Komenski dünyagörüşünün əsa­sı­nı təşkil edir. Y.A.Komenski pedaqogikasını təbiətəmüvafiqlik pe­da­qogikası adlandırırlar. Onun fikrinsə insan təbiətin bir hissəsi ol­du­ğundan onun tərbiyəsi də təlimi də təbiətin qaydalarına tabe ol­ma­lıdır: “Təbiət hər yerdə bizə nümunə göstərir”. O, təbiəti müəllim hesab edir və Siseronun “.... əgər bir rəhbər kimi biz təbiətin arxasınca getsək, heç bir zaman azmarıq” – fikrinə haqq qazandırır. Buradan belə nəticə çıxır ki, uşaq da təbiətin bir hissəsi olduğundan, onun tərbiyəsi də təbii yolla getməlidir. Məktəb bütün qaydalarını dəqiq olaraq təbiətdən götürməlidir. “Balıqlar suya, ağaclar me­şə­yə, otlar çəmənliyə toplaşdığı kimi, uşaqlar da məktəbə top­laş­malıdır”. Komenski fərdi təlimin əleyhinə çıxmış, sinif-dərs sis­te­mini, kollektiv təlimin zəruriliyini əsaslandırmışdır. Y.A.Ko­menski dövrünün məktəb sistemini yaratmış, onun məqsəd və vəzifələrini müəyyənləşdirmişdir. O, məktəbi insanlıq, humanizm, əməksevərlik tərbiyə edən iş emalatxanası adlandırmışdır. O, elə məktəblər açmağı tələb edirdi ki, orada hər iki cinsdən olan bütün gənclər bir yerdə elmləri öyrənə bilsinlər. Məktəbin əsas vəzifəsi cəmiyyətdə ümumi müdrikliyi yaymaqdan ibarətdir. Y.A.Komenski yaş dövrlə­ri­nə uyğun olaraq məktəb sistemini belə vermişdir: 1) 0-6 yaşa qədər – uşaqlıq – “Ana qucağı məktəbi” – ailədə tərbiyə; 2) 6-12 yaş – yeniyetmə - ana dili məktəbi – hər hansı yaşayış məntəqəsində yerləşən məktəb; 3) 12-18 yaş – gənclik – latın dili məktəbi – (gim­na­ziya) – hər şəhərdə; 4) 18-24 yaş – kişiləşmə - akademiya – universitetlər.

Birinci mərhələ üçün Komenski “Ana qucağı məktəbi” adlı vəsait də yazmışdır. “Ana qucağı məktəbi”ndə uşaqların ətraf aləm­lə tanışlığı, xarici hiss üzvlərini inkişafı nəzərdə tutulurdu.

Y.A.Komenski təlim prinsiplərinin mahiyyətini izah edərək, aşağıdakı kimi təsnif etmişdir:

1) əyanilik;

2) şüurluluq;

3) biliklərin möhkəmləndirilməsi;

4) sistemlilik və ardıcıllıq;

5) gücəmüvafiqlik.

Y.A.Komenski əyanilik prinsipini müəllimlər üçün “Qızıl qayda” adlandıraraq yazırdı: “Mümkün olan hər şeyi duyğularla qavramağa təqdim etmək, yəni görünəni – görmə duyğusuna, səsi – eşitmə duyğusuna, iyi – iybilmə duyğusuna, dadı olanı – dad duyğusuna, toxunula biləni – lamisə duyğusuna təqdim etmək qoy müəllimlər üçün qızıl qayda olsun”.

Y.A.Komenski tərbiyə məsələlərinə öz pedaqoji nəzəriy­yəsin­də xüsusi yer ayırmışdır. O, hər bir xalqın gələcəyini və rifahını yeniyetmələrin düzgün tərbiyəsində görürdü.

Y.A. Komenski uşaqların tərbiyəsində nümunəyə böyük əhə­miy­yət verir və deyirdi: “Axı uşaqlar meymun kimidirlər. Onlar yaxşı və pis nə görsələr kənardan təhrik olmasa da, onu təqlid etməyə səy edirlər. Bu yolla onlar dərketmədən qabaq təqlid et­məyi öyrənirlər. Mən bu zaman istər həyatdan, istərsə də tarix­dən götürülmüş nümunələri nəzərdə tururam və ilk növbədə həyatdan alınmış nümunələri əsas götürürəm. Çünki onlar uşaqlara yaxındır və daha qüvvətli təsir göstərir. Belə ki, hər kəsdən əvvəl qoy valideynlər nümunə göstərsinlər. Özləri ev inti­zamını ciddi gözləsinlər. Müəllimlər isə qoy başqaları arasında öz əxlaqı ilə seçilən ən yaxşı adamlar olsunlar”.

Y.A. Komenski, tərbiyənin qarşısına aşağıdakı vəzifələri qo­yurdu:

1. Bizi əhatə edən xarici aləmi dərk etdirmək;

2. İnsanın nə etməli olduğunu öyrətmək;

3. Dinə sadiq, mömin insanlar yetişdirmək.

Y.A.Komenskiyə görə tərbiyənin aşağıdakı metodları vardır: 1) Şəx­si nümunə; 2) nəsihət; 3) təmrinlər; 4) rəğbətləndirmə; 5) cəza.

Y.A.Komenski öz dövrü üçün əhəmiyyətli olan bir neçə dərs kitablarının müəllifidir. Bu dərsliklər içərisində “Dillərin açıq qa­pısı”, “Real aləm şəkillərdə” xüsusilə fərqlənir. “Dillərin açıq qa­pısı” həm dilin qrammatikasını, həm də bilik sahələrini əhatə edir. “Real aləm şəkillərdə” kitabı Komenskinin “Pansofiya” (hamıya, hər şeyi öyrətmək) ideyasına uyğun tərtib edilən, ibtidai bilikləri əhatə edən uşaq ensiklopediyasıdır. Pedaqogika tarixçilərinin fik­rincə bu kitab məktəbi həyata, həyatı məktəbə gətirməkdir.

Y.A.Komenski təlim-tərbiyə prosesində müəllimin roluna yüksək qiymət verir. O deyirdi ki, sən ata kimi hərəkət etməyi bacarmırsansa, müəllim kimi fəaliyyət göstərə bilməzsən. Müəllim uşaqları öz nümunəsi ilə tərbiyələndirməlidir. Y.A.Komenski peda­qoji aləmdə ümumbəşəri fenomendir. Üç əsrdən artıqdır ki, onun pedaqoji sistemi, ideyaları yaşayır.



Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   39
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə