Məhəmməd Tağı Sidqi Səfərov (1854-1903) XIX əsr Azərbaycan məktəb və pedaqoji fikir tariximizin görkəmli nümayəndələrindən biridir. O, ömrünün sonuna qədər maarif və mədəniyyət carçısı olmuş, xalqı elmə, təhsilə, tərəqqiyə çağırmışdır. Sidqi görkəmli bir pedaqoq, məktəbşünas olaraq təlim və tərbiyəyə dair qiymətli əsərlərin, yüksək elmi-pedaqoji dəyərə malik yeddi dərslik və dərs vəsaitinin müəllifi kimi şöhrət qazanmışdır. Onlar aşağıdakılardır:
1) “Nümuneyi əxlaq”; 2) “Töhfeyi-bənat yainki “Qızlara hədiyyə” ; 3) “Müxtəsər coğrafiya risaləsi” 4) “Tənviri əfkar” (“Fikirlərin işıqlandırılması”); 5) “Həkimanə sözlər”; 6) “Nəsihətnamə”; 7) “Pedaqogikа”
Sidqi bir xalq müəllimi, bir məktəbdar kimi Hacı ağa Fəqir, Hüseyn Soltan Kəngərli, Hüseyn İsmayılov, Salman Əsgərov kimi ziyalıların köməyi ilə 1892-ci ildə Ordubadda “əxtər” (Ulduz) adlı yeni üsullu milli məktəb açmış və Sidqinin geniş pedaqoji fəaliyyəti də elə buradan başlamışdır. Sidqi bu məktəbin həm təsisçisi, həm rəhbəri, həm müəllimi, həm də müəllifi idi. Naxçıvan ziyalıları M.T. Sidqini Naxçıvana dəvət etdilər və o Yaxın və Orta Şərqdə məşhur olan “Tərbiyə məktəbi”ni 1894-cü ilin noyabr ayında açdı. M.T.Sidqinin açdığı “Tərbiyə məktəbi”nin Hüseyn Cavid, böyük yazıçı Məmməd Səid Ordubadi, məşhur ədəbiyyatşünas alim Əziz Şərif, görkəmli rejissor və aktyor Rza Təhmasib, Məmmədhüseyn Təhmasib, mollanəsrəddinçi şairlər Rzaqulu Nəcəfov və Əliqulu Qəmküsar qardaşları, yazıcı-publisist Ələkbər Qərib, Əli Səbri Qasımov, şair Məhəmmədəli Sidqi (M.T.Sidqinin oğlu), məşrutəçi Ələkbər Məmmədquluzadə, adlı-sanlı maarifçilər- Əbdüləzim Rüstəmzadə, Mircəfər Mirişli, Əlirza Rasizadə (Hüseyn Cavidin qardaşı), realist rəssam Bəhruz Kəngərli, filoloji elmlər namizədi Xəlil Hacılarov, əməkdar müəllim Həsən Səfərli . Məmməd Xəlilov və Əli Xəlilov, Heydər Vəzirov, Əsəd Şeyxov, Qasım Camalbəyov, diplomat İbrahim Əbilov (1882-1923) kimi böyük elm, ədəbiyyat və mədəniyyət, ictimai və dövlət xadimləri yetirmələri olmuşdur. Onlar nəinki Azərbaycanda, eləcə də ölkəmizdən çox-çox uzaqlarda tanınan məşhur şəxsiyyətlər – elm, ədəbiyyat və incəsənət xadimləri, siyasətçilər olmuşlar. M.T. Sidqi istedadlı bir şair, yazıçı kimi uşaq, yeniyetmə və gənclər üçün tərbiyəvi əhəmiyyətli, ibrətamiz şeir və hekayələr yazmış, rus, ərəb və farscadan tərcümələr etmiş, teatrımızın inkişafında dəyərli xidmətlər göstərmişdir. M.T.Sidqi dеmək оlаr ki, bütün əsərlərində аnа dilini, еlmi və mааrifi təbliğ еtmiş, yеni məktəblər аçmаğı, оrаdа аnа dilini, bu dildə еlm və ədəb öyrətməyi günün vаcib məsələsi hеsаb еdirdi. O dеyirdi:
Cəhd qıl, qоy zəmаnədə bir аd,
Еyləsinlər səni bu аd ilə yаd.
Millətin həqqini ədа еylə,
Məktəbu mədrəsə binа еylə
Аç bu əbnаyi-millətə məktəb,
Оrdа təhsil оlunsun еlmi-ədəb.
Ki, bu dünyаdа qəlbi şаd оlаsаn
Zikri-хеyr ilə bəlkə yаd оlаsаn.
“Tərbiyə məktəbi”ndə həm şəriət dərsləri, həm də dünyəvi fənlər tədris еdilirdi. Burаdа kоllеktiv sinif-dərs sistеmi tətbiq еdilir, şаgirdlər həsir üstündə dеyil, pаrtаlаrdа оtururdulаr. Lövhədən, silgidən istifаdə еdilirdi. Sinfə qаlstuklu, səliqəli, müаsir qаydаdа gеyinmiş müəllimlər dахil оlurdu. Bu məktəbdə fiziki cəzа yох idi. Şаgirdlər rаhаt, sərbəst və şən idilər. Bu məktəbdə ilk dəfə оlаrаq Sidqinin özü tərəfindən işlənib hаzırlаnmış və bu günə qədər əhəmiyyətini itirməmiş, mühаfizə еdilib sахlаnılаn “Ədəb qаydаlаrı” tətbiq еdilrdi. Tədris plаnındа özünə möhkəm yеr tutаn əхlаq dərsləri də оnа böyük şöhrət qаzаndırmışdı. Bu məktəbdə ərəb və fаrs dili ilə yаnаşı rus dili dərslərinə хüsusi fikir vеrilirdi. Sidqi Nахçıvаn şəhərinin mötəbər аdаmlаrı, ziyаlılаrı qаrşısındа еtdiyi çıхışındа dеmişdir: “Bu məktəbi bitirənlər həm öz аnа dilimizi gözəl biləcək, həm də əcnəbi dilləri tеz və аsаnlıqlа öyrənəcək, cəmiyyətimiz, millətimiz üçün хеyirli insаnlаr оlаcаqlаr”.
Bü məktəbdə, həndəsə, riyаziyyаt, cоğrаfiyа, tаriх, hifz və səhhət, ədəbiyyаt, rus dili öyrədilirdi. Аzərbyаcаn məktəb tаriхində bu məktəb ilk milli məktəblərdən biridir.
M.T. Sidqi istedadlı bir şair, yazıçı kimi uşaq, yeniyetmə və gənclər üçün tərbiyəvi əhəmiyyətli, ibrətamiz şeir və hekayələr, nəsihətlər yazmış, rus, ərəb və farscadan tərcümələr etmiş, teatrımızın inkişafında dəyərli xidmətlər göstərmişdir.
M. T. Sidqi uşаqlаrın əхlаq tərbiyəsinə хüsusi fikir vеrmişdir. Оnun “Nümunеyi-əхlаq”, “Tənviri əfkаr”, “Həkimаnə sözlər”, “Məktəbi-tərbiyə” və “Şаgirdlər üçün ədəb qаydаlаrı” əsərlərində irəli sürdüyü əхlаq təpbiyəsinə аid fikirləri bu gündə çox əhəmiyyətlidir. M.T. Sidqinin “Qеyrətli və çаlışqаn uşаq”, “Qеyrətsiz və tənbəl uşаq”, “Ədəbsiz və tərbiyəsiz uşаq”, ”Dоğruçu uşаq”, “Yаlаnçı uşаq” hеkаyələri bu qəbildəndir.
M.T. Sidqi elm və ədəbin əhəmiyyətini yüksək qiymətləndirərək deyirdi: “İnsanı müəzzəz və müşərrəf edən, zülməti-cəhalətdən çıxarıb, nuri - mərifət və tərəqqiye-səadətə yetirən elm və ədəbdir”.
Sidqi elm və tərbiyəni, ədəbi vəhdətdə qəbul edirdi. Sidqi ədəbsiz və mərifətsiz elm adamını və mərifətli biliksiz nadanı yarımçıq adam hesab edirdi. O yazırdı: “Ədəbi olmayan aqil və əməli bilinməyən alim fəqət şücaətli silahsiz qoşuna bənzər. Buna görə də insan daim elm və ədəb təhsilinə çalışmalıdır. Elm bir ağacdır ki, onun səmərəsi əmək və ədəbdir..”
Sidqi yetişən gənc nəslə öz müdrik tövsiyələrini verərək deyirdi: “İnsanın qədir və şərafətini artıran dörd şeydir: birinci ədəb, ikinci elm, üçüncü sədaqət, dördüncü əmanət və siyanətdir” (mühafizə etmə, himayə etmə).
Sidqi “Yаlаnçı uşаq” hekayəsində uşaqların əxlaq tərbiyəsinə diqqəti yönəldir, onların düz və doğruçu olmasını tövsiyə ediridi: “Еy mənim dоğruçu şаgirdlərim, insаniyyətin əvvəlinci vəzifəsi yаlаn dаnışmаqdаn pəhriz və nicаt еtməkdir. Nəbаdə, Nəbаdə! Yаlаnçılığа аdət еdəsiniz, çünki, yаlаnçı adam Аllаhın düşmənidir”.
Sidqi bütün əxalqi keyfiyyətlərin, dəyərli biliklərin, ən gözəl vərdişlərin ən kiçik yaşlardan başlanmasını məsləhət görür bə belə yazıdı ki, insanın “hər halının nəticəsi uşaq vaxtında verilən təlim və tərbiyənin səməri və əsəridir... Uşaqlıq yaş ağaca bənzər. Təzə yaş ağac nə qədər əyri olsa da, onu düzəltmək asandır. İnsanın kiçiklikdən tərbiyə qəbul etməsi vazeh mətləblərdəndir”. Çox qiymətli fikirlərdir. Atalar sözlərimizdə də bu barədə belə deyilmişdir: “Ağac yaş ikən, uşaq beşıkdə ikən!”
Böyük pedaqoq, maarifpərvər, məktəbdar Məhəmməd Tağı Sidqi qadın təhsilinə ciddi fikir vermiş, onların azad, təhsilli olmalarına qayğı göstərmiş, qadın hüquqlarının müdafiəsi uğrunda onları mübarizəyə səsləmişdir. Onun qadın məsələsinə aid fikirləri “Əxlaq nümunələri”, “Qızlara hədiyyə” dərsliklərində “Rübabə”, “Sitarə və xalası”, “Analar bəzəyi” məqalə və hekayələrində öz əksini tapmışdır. O bu əsərində yazır ki, anaların bəzəyi ləl-cəvahirat deyil, tərbiyəli, ədəbli, əxlaqlı uşaqlar tərbiyə etməkdir:
“Bəzək, bəzək ki, deyirlər – cəvahirat deyil,
Cəvahirat bu gün ziynəti-həyat deyil,
Həqiqi validənin ən şərəfli bir bəzəyi –
Ədəbli, uslu çocuqdur, təcəmmülat deyil!”
M.T.Sidqi qızların təhsilinin, tərbiyəsinin zəruriliyindən danışmaqla kifayətlənməmiş, öz ideyalarını əməli olaraq həyata da keçirmişdir. O, 1896-cı ildə Naxçıvan qəzasında ilk dəfə olaraq müsəlman qız məktəbini açmağa nail olmuşdur. XIX əsrin sonunda Naxçıvan kimi ucqar bir bölgədə, dindar bir yerdə qızlar üçün məktəb açmaq böyük hünər idi. Şəhərin din xadimlərinin, molla və müctəhidlərin hücumlarına baxmayaraq Sidqi öz mütərəqqi fikirlərindən dönməmiş və qız məktəbinin açılmasına nail olmuşdur. Bu məktəbin açılmasında Naxçıvanın qabaqcıl maarifpərvərləri yaxın-dan kömək etmişlər. Sidqinin bu mütərəqqi fəaliyyəti Bakı maarifpərvər milyonçusu H.Z.Tağıyev tərəfindən təqdir edilmiş və o məktəbin inkişafı və fəaliyyəti üçün maddi yardımda bulunmuşdur.
M.T.Sidqinin “Оğlum Məhəmmədəliyə nəsihət” şerindəki mааrifçi – pоetik və pedaqoji düşüncələr geniş mənаdа bütün gənc nəsillər üçün fаydаlı öyüdnаmələrdən ibarətdir. Bu öyüd və tövsiyələr bu gün də gənc nəslin tərbiyəsində aktual və əhəmiyyətlidir:
Ey mənim sərvi – bаğ , bustаnım
Ey mənim bülbüli- gülüstаnım
Sən mənim cismim içrə cаnımsаn,
Sən mənim tifti –хоşbəyаnımsаn
Nə qədər ki, vаr əlində fürsət ,
Dərsinə eylə hər zаmаn diqqət
Yetişibdir zəmаni- elmi ədəb
Mənzilin eylə guşeyi – məktəb,
Dəmbədəm məktəb ilə оl dəmsаz
Qış həm yаz həm охu, həm yаz
Özünü eylə cəhldən аzаd
Ruzigаrın keçirmə qəflətdə
Elm təhsilin eylə diqqətlə
Ömrünü məsrəf eylə bir neçə il
Tаki təhsil edəsən bir neçə dil.
Urusu, fаrsi, türki, həm ərəbi,
Оnlаrı bilmək аrtırır ədəbi.
Sən də öyrən ki, əhli – hаl оlаsаn,
Bəlkə filcümlə bа hаmаl оlаsаn
Оlаsаn niknаm, аzаdə,
Həm bu dünyаdа, həm о dünyаdə.
Sidqi müəllim əməyinə yüksək qiymət vеrirdi. О dеyirdi “Məktəb bir cismə bənzər ki, оnun ruhu müəllimdir”. Müəllimlərin dərin biliyə malik olmasını tələb edirdi. O deyirdi: “Savadsız müəllimdən uşaqların təlim və tərbiyəsini gözləmək- dəmirçidən saatsazlıq tələb etmək kimidir”.
Dаhа sоnrа müəllimin dərsi izаhı hаqqındа bеlə dеyirdi: “Müəllimlər dərsdə nəql еdəcəkləri mövzulаrı əvvəlcə öz еvlərində охuyub tərtib еtməlidirlər. Sinfə girdikləri zаmаn hаnsı mətni, hаnsı qаydаnı əvvəl söyləmək lаzım оlduğunu düşünməlidir ki, şаgirdlərin qаrşısındа rəzil оlmаsınlаr. Хülаsə охudulаcаq dərsi hаzırlаmаdаn sinfə girən müəllimlər vəzifələrini ifа еtməmiş hеsаb оlunurlаr”. Sidqi məsləhət görürdü ki, müəllimlər şərh zamanı gözəl təş-bihlər, аtаlar sözləri , gözəl ifаdələr işlətsinlər.
Sidqi bunu dа qеyd еdirdi ki, özünü müəllim аdlаndırаn şəхsin hər bir hərəkəti, sözü, söhbəti, dаvrаnışı еlə оlmаlıdır ki, təkcə uşаqlаr dеyil, böyüklər də оndаn dərs аlsın, nümunə götürsünlər.
M.T.Sidqi məktəbdarlıqla bərabər uşaqlar üçün didaktik mahiyyətli mənzum şeir və hekayələr, lirik qəzəllər yazmış, publisistik pedaqoji çıxışlar etmişdir ki, onlar toplanmış və nəşr olunmuşdur.
Böyük pedaqoq, istedadlı şair, xalq müəllimi M.T.Sidqininn fikirləri öz dövründə olduğu kimi, bu gün də aktual olaraq qalmaqdadır.
Rəşid Bəy Əfəndiyev (1863-1942) tərbiyə və təhsil haqqında. Tanınmış maarif xadimi, yazıçı və alim Rəşid bəy Əfəndiyev Azərbaycan xalqının milli oyanışında mühüm rol oynamışdır.
R.Əfəndiyev 1879-cu ildə Qori Müəllimlər Seminraiyasına daxil olub, 1882-ci ildə bu seminraiyanı bitirmiş və Qəbələ kənd ibtidai məktəbinə təyinat almışdır. O, burada 8 il işləmiş, 1890-cı ildə Xaçmaz kənd məktəbində 2 il çalışmış, sonra Tiflisə getmiş və 1900-cü ildə Tiflis Aleksandrinski Müəllimlər İnstitutunu bitirmişdir. Bundan sonra R.Əfəndiyev Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinə ana dili və şəriət fənnləri müəllimi vəzifəsinə təyin olunmuşdur. 1904-cü ildə Qori seminariyasının pedaqoji şurasının qərarı ilə ona hami-tərbiyəçi adı verilmişdir. 1906-cı ildə seminariyada assistentlik dərəcəsi almışdir. 1910-cu ildə se-minariyanın pedaqoji şurasının katibi vəzifəsinə seçilmişdir. 1916-cı ilədək seminariyanın Azərbaycan şöbəsində pedaqoji təcrübəyə rəhbərlik etmişdir.
Böyük pedaqoq Əfəndiyev elmi-pedaqoji, ədəbi və tərcüməçilik fəaliyyətinə hələ Qori Seminariyasında oxuyarkən başlamışdı. O XX əsrin əvvəllərindən yaradıcılıq imkanlarını genişləndirmiş, “Qan ocağı” (1904), “Rüstəm və Söhrab” (Firdovsidən tərcümə, 1906), “Saqqalın kəraməti” (1909), “Müxtəsər şəriət” (1910), “Arvad məsələsi” (1912), “Qonşu qonşu olsa, kor qız ərə gedər” (1913), “Pul dəlisi” (1918), “Bir saç telinin qiyməti”, “Tiflis səfərləri”, “Qızılgül” və s. müxtəlif janrlarda yazdığı əsərlərini kitab halında nəşr etdirmişdir.
R.Əfəndiyev 1916-cı ildə İrəvan quberniyası xalq məktəblərinin inspektoru vəzifəsinə təyin olunmuşdur. Pedaqoq burada təlim-tərbiyə işlərinin səmərəli təşkilinə böyük əmək sərf etmişdir. O, İrəvan, Naxçıvan və Ordubad şəhərlərində müəllimlər üçün qısamüddətli kurslar yaratmışdır. 1917-ci ilin əvvəlində çar höküməti yıxıldıqdan sonra quberniyada məktəblərin milliləşdirilməsi işinə rəhbərlik etmişdir.
R.Əfəndiyev 1918-ci ildə Bakıya gələrək, Azərbaycan Xalq Cümhuriyyətinin xalq maarifi sahəsində tədbirlərin həyata keçirilməsinə yaxından köməklik göstərmişdir. Maarif Nazirinin əmri ilə Bakı kişi seminariyasının direktoru təyin olunmuş, əlifba komissi-yasının tərkibində latın qrafikasına keçmək üçün təqdim olunmuş layihələrin müzakirəsində fəal iştirak etmişdir.
R.Əfəndiyevin A.O.Çernyayevskinin məsləhəti ilə qələmə aldığı “Qan ocağı” komediyası onun ilk uğurlu səhnə əsəridir. O, öz dövrü, yaşadığı mühit üçün çox səciyyəvi və mənalı olan bir ailəni səhnəyə gətirir, həmin ailənin timsalında müsəlman ailələrinin dərdlərini təsvir edir. “Qan ocağı” adlanan ailədə böyük-kiçik yoxdur, ərlə arvadın söhbəti bir-biri ilə tutmur, nadanlıq və cəhalət hökm sürür. Bu əsərdə başlıca məsələ ailə tərbiyəsidir. Buna görə də R.Əfəndiyev qan ocaqlarının yox edilməsini, tərbiyə ocaqlarının yenidən qurulmasında görür, ailə tərbiyəsinin düzgün təşkil edilməsini, yəni məktəblər açılmasını, valideynlərin maarifləndirilməsini zəruri sayırdı.
R.Əfəndiyevin yaradıcılığında “Qonşu qonşu olsa, kor qız ərə gedər” pyesi də ailə-məişət məsələlərinə həsr olunmuşdur. Əsərdə keçmiş evlənmə adətlərində olan nöqsanlar, kişilərin qadınları görmədən evlənmələrinin pis nəticələri tənqid edilir. Komedyanın mövzusu Ü. Hacıbəyovun “O olmasın, bu olsun” musiqili komediyasının mövzusuna çox yaxındır. Bu əsərin mövzusu nişanlını aldadaraq gözəl qızı göstərib, çirkini ərə verməkdən ibarətdir.
Bu dövrdə qadın hüquqsuzluğunu həm qadınlar, həm də kişilər üçün törətdiyi bədbəxtliylərin əyani şəkildə göstərilməsi və tənqid olunması böyük əhəmiyyətə malik idi.Yazıçı bu əsərdə Sona xanım sürətini yaratmaqla hüquqsuzluğun qurbanı kimi ata evində qa-rıyıb qalmış qızların faciəsini, Qacay bəy sürəti ilə qadın hüquqsuzluğunu qanuni sayan, qızı görüb sevməyi qanunsuzluq hesab edərək görmədiyi qızla evlənən cahil və nadan kişilərin düşdüyü gülünc və acınacaqlı vəziyyəti göstərməyə və ibrət dərsi verməyə çalışmışdır.
Rəşid bəy Əfəndiyev bütün əsərlərində ailə-məişət məsələləri üzərində möhkəm dayanır, personajların vasitəsilə xalqın irəli getməsi üçün birinci şərti sağlam və bünövrəsi möhkəm olan nəsil yaratmaqda, valideyn, övlad münasibətlərinin düzgün qurulmasında görür. R.Əfəndiyevinin pedaqoji fəaliyyətində diqqəti cəlb edən cəhətlərindən biri onun ana dilində dərsliklər tərtib etməsidir. Rəşid bəy hələ seminariyada oxuyarkən, K.D.Uşinskinin pedaqoji görüş-lərinin təsviri altında yeni Azərbaycan məktəbi yaratmağı qarşısına məqsəd qoymuşdur. Buna görə də o, seminariyada oxuyarkən, gələcək Azərbaycan məktəbləri üçün ana dilində mükəmməl bir vəsait yaratmaq haqqında düşünürdü. O, bu məsələyə münasibət bildirərək yazırdı: “Pedaqojini öyrəndikdən sonra, mən anladım ki, köhnə məktəb dağıdılmalıdır. Bu isə yalnız Uşinskinin yeni üsulla olan dərs kitabı kimi, öz məktəbimiz üçün ana dilində dərs kitabı tərtib etməklə mümkündür. Məhz bu məqsədlə də “Uşaq bağçası” kitabını qiymətli bir zərə bənzətmək üçün pedaqoq Uşinskinin məşhur və məhbub “Əlifba” kitabçasını özümə rəhbər qəbul etdim”.
R.Əfəndiyev belə hesab edirdi ki, Azərbaycan xalqının dili öyrənməsindəki çətinlikləri ərəb və fars dilləri törədir. Buna görə də o deyirdi ki, “... məktəblərimizdə Azərbaycan balalarına ərəb-fars dili oxutmaq adəti çox böyük bəlalar əmələ gətiribdir. Əcnəbi dillər bizi tamam batırdı. Elmdən, bilikdən mədəniyyətdən geri saldı. Ərəb və fars dili hər şeyimizi, dərrakəmizi elə xarab edibdir ki, oxuduğumuz elmi biliklər hafizəmizdə qalmır”. Əlbəttə, böyük pedaqoq, ərəb və fars dillərində olan milli-mənəvi sərvətlərdən isti-fadə üçün heç də bu dilin öyrənilməsinin əleyhinə çıxmırdı. O, yal-nız çətin, anlaşılmaz, mexaniki əzbərləmə mahiyyətli mücərrəd ərəb və fars sözlərinin mənasını başa düşülmədən işlədilməsi əleyhinə idi. R.Əfəndiyev yazırdı ki, “... bir millətin elmi və mədəni inkişafı üçün onun ana dilinin rolunu dərk etməsi və dərk etdiklərini xalqa izah etməyi hər kəs özü üçün şərəfli vəzifə bilməlidir”.
R.Əfəndiyevin “Uşaq bağçası” adlı əlifba dərsliyi ilk dəfə İstanbulda nəşr edilmiş (1898) və Azərbaycan dilində təhsil verən bütün dövlət və xüsusi tədris məktəblərində istifadə etmək üçün Qafqaz Təhsil Dairəsi tərəfindən bəyənilmişdir. Kitabın üzərində yazılmışdlr: ”Savadsız adam bu kitabla bir ayda oxuyar və yazar. Cəmi 72 səhifədən ibarət olan bu dərslikdə 24 dərs verilmişdir. Bu kitab təkcə Zaqafqaziya məktəblərində deyil, Şimali Qafqaz və Orta Asiyadakı müsəlman məktəblərinin inkişafında da mühüm rol oynamışdır. “Uşaq bağçası” kitabına daxil edilmiş şeir parçalarının bir hissəsi müəllif tərəfindən rus şairlərinin əsərlərindən tərcümə edilmişdir.
Uşinskinin uşaqlar üçün yazdığı əlifba və oxu kitablarında uşaq zəkasını və şüurunu yaxşı inkişaf etdirmək üçün təbii, coğrafi və tarixi məlumat verməyə xüsusi fikir verdiyi kimi, Rəşid bəy də “Uşaq bağçası”nda oxu materiallarında təbii, coğrafi və tarixi məlumatlar vermişdir.
Uşinskiyə görə, tərbiyə yalnız insanın ağlını inkişaf etdirmək deyil, həm də əməyə ciddi ehtiras, sevgi və vərdiş oyatmalıdır.Uşağı fəal işə, əməyə və şəxsi yaradıcılıq fəaliyyətinə alışdırmaq məktəbin ən əsas vəzifəsi olmalıdır. Buna görə də Rəşid bəy kitaba daxil etdiyi oxu materiallarında maldarlıq, quşçuluq, bağçılıq, bostançılıq və ipəkçilik kimi kənd təsərrüfatı sahələri, dərzilik, dəmirçilik və s. kimi kustar sənaye sahələri haqqında sadə məlumat verir, şagirdlərə sənət öyrənməyi, ev heyvanları və ev quşları bəsləməyi, meyvə ağacları yetişdirməyi tövsiyə edirdi.
R.Əfəndiyevin ikinci məşhur dərsliyi “Bəsirət-ül-ətfal” (“Fərasətli uşaqlar”) kitabıdır ki, 1901-ci ildə Bakıda 2 min tirajla nəşr edilmişdir. “Uşaq bağçası” dərsliyində olduğu kimi, müəllif bu kitabda da savad təlimi, oxu texnikasını inkişaf etdirmək məsələləri ilə yanaşı, həm də uşaqların tərbiyə edilməsinə, əxlaqına təsir etməyə xüsusi fikir vermişdir. Bu cəhətə böyük əhəmiyyət verən müəllif əsərin titul səhifəsində yazmışdır: “Müsəlman millətinin tərbiyeyi-əxlaqına və məlumati-nafiəsinə xidmət edici tazə bir kitabdır”.
Bu kitabda müəllif Azərbaycan klassik şairlərindən M. Füzuli və S.Ə.Şirvanidən bir sıra parçalar verməklə yanaşı, böyük rus şairlərindən İ.A.Krılovun “Ayna və meymun”, ”Kəndli və ilan”, ”Qurd və pişik”, A.S.Puşkinin “Kaftar”, ”Torçu və balıq”, ”Hal anası”, “Bağçasaray fontanı” və s. hekayə və şeirlərini tərcümə edərək kitaba daxil etmişdir.
Rəşid bəy Əfəndiyevin göstərilən dərslikləri uzun müddət Azərbaycan məktəblərində geniş miqyasda istifadə edilmiş və Azərbaycan gənclərinin bütöv bir nəsli bu kitablardan təlim və tərbiyə almışdır.
Rəşid bəy əyanilik sistematiklik,ardıcıllıq və asandan çətinə keçməyi təlimin əsas amili hesab etmişdir. Biliklərin möhkəmləməsini təlim prinsipi hesab edən Rəşidbəy biliyi təkrar və çalışmalar vasitəsilə möhkəmləndirməyin zəruri olduğunu qeyd etmişdir. O, eyni zamanda təlimdə şüurluluq və müvafiqlik prinsiplərinə də böyük əhəmiyyət vermişdir.
O, müəllimlərə məsləhət görürdü ki, təlimdə müvəffəqiyyət qazanmaq üçün məlumdan məchula, yaxından uzağa, konkretdən mücərrədə, sadədən mürəkkəb doğru getsinlər.
Rəşid bəy dərs kitablarına daxil etdiyi bədii-pedaqoji parçalarda qadın maarifi məsələsinin təbliğinə daha çox fikir vermişdir. O bu əsərlərində xalqa anladırdı ki, kişinin möhkəm, səmimi ailə qura bilməsi, uşaqların tərbiyəli və elmli olması, qadınların ailə üzvləri ilə səmimi və mədəni rəftar etməsi, gələcək nəslə düzgün tərbiyə verə bilməsi üçün qızların oxuyub savadlanmasının böyük əhəmiyyəti vardır.
Ədib elmlə tərbiyəni vəhdət halında qiyməntləndirdiyi üçün bir sıra nağıl və hekayələrin də uşaqları elm oxumağa dəvət etməklə bərabər, onlara çox qiymətli tərbiyəvi nəsihətlər də edirdi. O, “Oğul məhəbbəti” və “Yol azmış uşaq” rəvayətlərində anaları uşaqların nəzərində daha da yüksəklərə qaldırır, ananın hər kəsdən və hər şeydən əziz olduğunu, çox böyük ustalıqla onlara anlatmışdır.
Rəşid bəy bir çox rəvayət, nağıl və hekayələrində uşaqları öz valideyinlərinə hörmət etdikləri kimi, yaşca böyüklərə, xüsusilə qocalara hörmət etməyə çağırmışdır.
Müəllif övladların ata-anaya hörmət etmələrinin gələcək nəslin tərbiyəsində böyük rol oynadığını əks etdirmək üçün Tolstoydan iqtibas etdiyi “Qoca baba və nəvəsi” nağılını dərs kitabına salmaqla ata-anasına hörmət etməyən övladın gələcəkdə öz uşaq-larından hörmət görməyəcəyini gəncliyə anlatmağa çalışmışdır.
Ədib nağıl və hekayələrində oğruları ən bədbəxt insan simasını itirmiş bir adam kimi təsvir edərək oğruluğun üstünün mütləq açılacağını, oğruların bütün insanların, hətta ailə üzvlərinin nifrətini qazanmağı göstərməklə gənclərdə onlara nifrət hissini qüvvətləndirirdi.
Rəşid bəy bir sıra əsərlərində gənclərə tövsiyə edir ki, gözəl əxlaqi sifətlərə malik olmağa yaxşı yoldaşın, ağıllı dostun böyük ro-lu vardır. Buna görə də dost və yoldaş seçdikdə ağıllı, bilikli, etibarlı, uzaqgörən, xeyirxah, təmiz və namuslu adamları seçmək la-zımdır. Çünki yaxşı adamla dostluq edən həmişə yüksələr və hörmət qazanar, pis adamla ünsiyyət edənlər isə öz gözəl xüsusiyyətlərini də itirib hörmətdən düşərlər.
Xalqın maariflənməsi və mədəni tərəqqisində müəllimlərin roluna böyük əhəmiyyət verən Rəşid bəy onların pedaqoji ustalığını yüksəltməyi və yeni müəllim kadrları hazırlamağı ən vacib məsələlərdən hesab edirdi. Buna görə də o, müəllimlər üçün metodik məktub və məqalələr, məktəblər üçün dərs proqramları yazmaqla kifa-yətlənməyərək yay tətiləri dövründə Azərbaycan şəhərlərində, hətta Şimali Qafqazın Teberte şəhərində də qısa müddətli müəllimlər kursu təşkil edərək onlara yeni tədris usullarını öyrədir, pedaqoji mühazirələr oxunur və müəllimin qarşısında duran vəzifələri izah edirdi.
R.Əfəndiyev 1916-cı ildə Zaqafqaziya Müəllimlər Seminariyasından azad olunaraq İrəvan Quberniyasının Müsəlman Məktəblərinin müfəttişi vəzifəsinə təyin olunmuşdur. O, İrəvanda müfəttişliklə bərabər, məktəbləri savadlı müəllim kadrları ilə təmin etmək üçün təşkil etdiyi 3 aylıq müəllimlər kursunda dərs demişdir.
Qafqaz maarif dairəsi onu kurs açıb müəlimlər hazırlamaq üçün 1917-ci ildə Naxçıvana göndərmişdir. O, bu vəzifənin də öhdəsindən ləyaqətlə gəlmiş və bu kurslarda özü də dərs demişdir. Rəşid bəy Naxçıvanda işlədiyi dövrdə pedaqoji kadrların hazırlanmasında və təkmilləşdirilməsində geniş fəaliyyət göstərmişdir.
1918-ci ildə Bakıya gəlmiş və Bakıda seminariya təşkil etmiş və özü oranın direktoru olmuşdur.
1920-ci ildə Şəkidə açılmış darülmüəllimatın rektoru təyin olunmuş və burada pedaqogika və psixologiyadan dərs demişdir.
1926-cı ildə Azərbaycan Arxeoloji cəmiyyətinin Şəki şöbəsinin sədri seçilmişdir. Həmin il Birinci Türkoloji Qurultayda iştirak etmiş və “Qızıl qələmlər” cəmiyyətinin üzvlüyünə qəbul edilmişdir.
R.Əfəndiyev qızlar üçün məktəblərin açılmasını, ailədə əsas tərbiyəçi olan anaların elmli, mədəni, dünya işlərindən xəbərdar olmalarını zəruri sayırdı. İnqilabdan əvvəlki dövrdə məktəbdə oxuyan azərbaycanlı qızları barmaqla göstərmək olardı. Azərbaycanlı qızlar o zaman çadra altında saxlanır və onların məktəbdə oxumağı dini qaydalara görə qadağan edilirdi. Qız məktəblərində yalnız tək-tək azərbaycanlı qızlar, həm də varlıların qızları oxuyurdu. Bu məktəblərin dərs planı və proqramları “kübar ailələrdən olan” qızları tərbiyələndirmək məqsədinə uyğun olaraq tərtib edilmişdi. Bu nöqteyi nəzərdən R.Əfəndiyev Azərbaycanda pedaqoji fikrin inkişafı tari-xində görkəmli yer tutur.
O, qızlara məktəblərdə təhsil və tərbiyə verməyi, qadın təhsili məsələsini mühüm bir sosial problem kimi həll etməyi xalqın mədəni və iqtisadi həyatı üçün mühüm və zəruri problem hesab edirdi. Özünün qadın təhsili haqqındakı fikirlərini həmkarları ilə daim bölüşürdü. O, yazırdı: “Təcrübə ilə isbata yetirilmişdir ki, hər bir millətin və hər bir taifənin səadəti və xoşbəxtliyi arvadlarının dərəceyi-elmiyyətindən asılıdır. Yeni növ bəşəri həyatı ər ilə arvadın bir bədən hesabına yaşayış qüvvəyi-mənəviyyatlarından asılıdır.
Xalq maarifinin tərəqqisi uğrunda mübarizə aparan R.Əfəndiyev Azərbaycanın əhalisi arasında maarifin, elmin yayılmasını, oğlanlarla qızların bir yerdə oxuması sahəsində unudulmaz xidmətlər göstərmişdir.
Dostları ilə paylaş: |