Дырнаг вә тире ишарәләри фәрглидир, һамысы ејни формаја салынсын



Yüklə 2,92 Mb.
səhifə9/20
tarix24.05.2018
ölçüsü2,92 Mb.
#51252
1   ...   5   6   7   8   9   10   11   12   ...   20

Həzrət Fatimənin (ə) nəzəri


Höccətülislam Məhəmmədrza Rzayi

Şəhid Burunsi deyirdi:

«Hələ əməliyyat düz-əməlli başlamamış işlər düyünə düşdü; batalyonumuz yerə oturdu və uşaqların əhval-ruhiyyəsi dəyişdi.

O vaxta qədər belə vəziyyətlə rastlaşmamışdım. Onlara nə olmuşdusa, sözə qulaq asmırdılar. Lakin əvvəllər özlərini alova atmalarını əmr edəndə can-başla atırdılar.

Bəzilərinin üzünə diqqətlə baxdım. Çox başqa cür olmuşdular; nə yorulduqlarını söyləmək olurdu, nə qorxduqlarını. Heç bir təxmin etmək olmurdu. Onlarla nə qədər danışdımsa, faydası olmadı. Sanki yerə yapışmışdılar və ayrılmaq istəmirdilər.

Biz dərəyə enməsəydik, digər qüvvələrin məğlubiyyət ehtimalı yüksək olacaqdı, çoxlu şəhid verəcəkdik. Çox aciz qalmışdım. Məyusluq bütün vücudumu sarımışdı və nə edəcəyimi bilmirdim.

Başımı göyə qaldırıb dedim ki, İlahi, Özün kömək ol.

Uşaqlardan uzaqlaşdım, həzrət Fatiməni ürəkdən çağırıb ona təvvəssül etdim. Dedim: «Vəziyyətimiz ağırdır, dua et ki, bu uşaqları yerlərindən tərpətmək üçün bir yol tapım».

Bir qədər raz-niyaz edib uşaqların yanına qayıtdım. Bəhrəsi olacağını bilib lütf nəzərini gözləyirdim. Gecənin qaranlığında və elə çarəsiz durumda birdən beynimə bir fikir gəldi. Üzümü onlara tutub əminliklə və qətiyyətlə dedim: «Daha sizə ehtiyacım yoxdur, heç birinizi istəmirəm. Aranızdan yalnız bir RPG atan qalxıb mənimlə gəlsin, başqa heç nə istəmirəm».

Gözümü onlara dikib səbirsizliklə birinin qalxmasını gözlədim. RPG atan uşaqlardan biri ayağa qalxıb dedi ki, mən gəlirəm.

Baxışı qərarlı və ciddi idi. Bir neçə saniyədən sonra başqa birisi ondan da ciddi şəkildə qalxıb dedi ki, mən də gəlirəm.

Onun arxasınca başqa biri ayağa qalxdı. Özümə gəlincə bütün batalyon ayağa qalxmışdı. Tez yola düşdüm, uşaqlar da arxamca.

Həmin əməliyyatdakı qələbəmiz hamını təəccübləndirdi. Əgər öncədən getsəydik, o qədər uğurlu alınmazdı. Həzrət Fatimənin (ə) duası dadımıza çatmışdı».

Yemək növbəsi


Höccətülislam Məhəmmədrza Rzayi

Mən Qumdan ezam olunmuşdum, o isə müqəddəs Məşhəd şəhərindən. Yalnız iki-üç dəfə cəbhədə onunla görüşmək mənə qismət oldu. Bir dəfə onu bir qarnizonda gördüm. Günorta namazını qılandan sonra məsciddən çıxıb kazarmaya gedəndə yolda bir toyota gördüm. Yemək paylayırdılar. Sırada bir neçə Bəsic üzvü dayanmışdı. Onların arasında birdən Əbdülhüseyni gördüm. Bir anlığa oxşatdığımı düşündüm. Diqqətlə baxdım. Öz-özümə dedim ki, yəqin batalyon komandiri olduğunu səhv eşitmişəm.

Yaxınlaşıb halını soruşdum, dedim ki, ağa Burunsi, sən nə üçün növbəyə dayanmısan, məgər batalyon komandiri...

Sözümü bitirməyə qoymadı, ciddi görkəm alıb dedi: «Məgər batalyon komandirinin digər Bəsic üzvləri ilə fərqi var ki, yeməyi növbəsiz alsın?!»

Yadıma bir hədis düşdü: «Kim Allah naminə təvazökarlıq etsə, Allah onu ucaldar». Öz-özümə dedim: «Ağa Burunsinin cəbhələrdə bu qədər məşhurlaşması əbəs yerə deyil».

Sonralar öyrəndim ki, Bəsic üzvləri onun növbəyə durmasına mane olmaq üçün çox çalışmış, amma onunla bacara bilməmişlər.


Qızıl üzük


Məsumə Səbukxiz

Əməliyyatların birində üzüyümü nəzir etdim; dedim ki, salamat qayıtsa, bu üzüyü İmam Rzanın (ə) zərihinə ataram.

Həmin əməliyyatda yaralandı. Yarası çox da ağır deyildi, məzuniyyətə gələnə qədər yeri tam sağalmışdı.

Evə gələndə üzüyümü nəzir etdiyimi deyib əlavə etdim ki, sən buna görə salamat gəlmisən.

Gülüb dedi: «Nəzir edəndə cəbhəyə nəzir et».

– Nə üçün?

– Çünki İmam Rzanın (ə) ehtiyacı yoxdur, amma cəbhənin çox ehtiyacı var. Üzüyünü məqbərəyə salmana da gərək yoxdur.

Narahat oldum, amma heç nə demədim, həmişəki kimi sözünü dinlədim.

Növbəti əməliyyatda ağır yaralandı. Onu Kərəcə hospitala aparmışdılar. Bir nəfər oradan zəng vurub bizə xəbər verdi. Özü ilə danışmaq istədim, amma dedilər ki, halı uyğun deyil.

Həmin gün qardaşımla qaynım Kərəcə yollandılar. Ertəsi gün qardaşım Tehrandan zəng vurdu. Bilmirəm salamın cavabını verdim, yoxsa yox. Tez soruşdum ki, yeni nə xəbər var, halı necədir?

Gülüb dedi: «Düşündüyündən də yaxşıdır».

Elə bildim məni aldadır, əsəbiləşdim.

– Zarafat eləmə, düzünü de.

– Doğru deyirəm, indi yanından gəlirəm, rahat danışır.

İnanılası deyildi. Çox sevindim.

- Sənə mühüm bir mesajı var, məni ondan ötrü göndərdi.

Sözünü bitirməyə aman vermədim.

– Nə mesajı?

– Əvvəla salam göndərdi, ikincisi isə dedi ki, qabaqkı əməliyyatda nəzir etdiyi üzüyü elə indicə aparıb zərihə salsın.

Təəccüb içində qalmışdım. Özü demişdi ki, lazım deyil.

Məsələ uzundur, inşallah, Məşhədə gələndə danışaram.

Onu təyyarə ilə Məşhədə gətirdilər. Evə gələsi durumda deyildi. Hava limanından birbaş xəstəxanaya apardılar.

Onunla görüşə getdik. Qayıdanda yolda qardaşımdan üzüyün macərasını soruşdum. Gözləri yaşla doldu. Yavaş-yavaş danışmağa başladı.

– Biz onun yanına çatanda hələ özünə gəlməmişdi, nə baş verdiyini əvvəlcə palata yoldaşlarından eşitdik. Deyirdilər ki, bihuş halda beş kimsə ilə danışırdı, özü də çox yanıqlı halda.

Nə danışdığını soruşduq. Dedilər ki, onları bir-bir adları ilə çağırırdı.

Özünə gələndən sonra bu haqda özündən soruşduq. Əvvəlcə boyun qaçırdı, sonra isə çox qəmli halda danışmağa başladı: «Huşsuz halda beş kimsənin başım üstə gəldiklərini gördüm. Halımı soruşub mənimlə danışır, yaralarımın üstünə əllərini çəkib buyururdular: «Əbdülhüseyn möhkəmdir, inşallah, tez sağalar».

Hacı deyirdi: «Yanımda çox qaldılar. Gedəndə biri eynilə yoldaşımın üzüyünü göstərib könül oxşayan səslə buyurdu: «Üzüyünüz necədir?» Mən çox təəccübləndim. Sonra buyurdu: «Deyin o üzüyü zərihə salsınlar».

Qardaşımın yanaqları yaş içində idi, öz vəziyyətimdən isə xəbərim yoxdu. Onda öyrəndim ki, üzüyü zərihə salmaq öz istəyi deyilmiş, uğurlarında vuruşduğu idealların buyuruğu imiş. Bəlkə bu məqamı da xatırlatmaq yerinə düşər: «Hər şey öz yerində gözəldir!»


Son arzu


Həmid Xalxali

Onun xanım Fatimeyi-Zəhraya (ə) eşqi vəsfəgəlməz idi. Bir dəfə uşaqların arasında dedi ki, ürəyim istəyir boğazımın qanı ilə anamın (həzrət Fatimənin) müqəddəs adını yazım.

Biz bir-birimizə baxdıq. Bəziləri təəccüb içində qalmışdılar; nə üçün məhz boğazının qanı ilə? Bunu onun özündən soruşdum, kədərli görkəm alıb dedi: «Aşura gününün bir səhnəsi həmişə ürəyimi yandırır».

Aşura sözünü eşidəndə uşaqlar kədərləndilər. Özü də dəyişildi və səsi titrəməyə başladı.

- Ağa Əbu Abdullah (ə) həzrət Əli Əsğərin qanını göyə atıb dedi ki, İlahi, qəbul elə. Mənim də ürəyim istəyir ki, boğazımın qanı ilə onun müqəddəs adını yazıb eşqimi sübuta yetirim».

Maraqlıdır, deyirdi ki, Allahdan istəmişəm bu arzu şəhadətimdən öncə mütləq həyata keçsin.

Bunu sonralar da bir neçə dəfə söylədi. Lakin birgə iştirak etdiyimiz bir neçə əməliyyatda bu istəyi həyata keçmədi.

Vəlfəcr-1 əməliyyatında onunla deyildim. Yaralandığını eşidəndə qorxu və həyəcan bütün vücudumu sardı. Uşaqlar deyirdilər ki, boğazına güllə dəyib.

Boğaz həssas yerdir. Ehtimal verdim ki, şəhid olub. Bunu onlara da dedim. Dedilər ki, yox, Allaha şükür, yarası ağır deyil.

– Necə yəni?

– Güman ki, güllə uzaqdan atılıb, hacıya dəyəndə son həddi olub.

Uşaqların biri söhbətə qarışdı.

– Nəhayət, hacının arzusu həyata keçdi. Mən özüm gördüm ki, boğazından axan qanla bir daşın üzərinə həzrət Fatimənin (ə) adını yazdı.

Həmin gün yaralıları daşıyan zaman təsadüfən, Əbdülhüseyni gördüm. Xərəklə aparırdılar. Huşu tam özündə deyildi və onunla danışmaq olmurdu. Boğazının yarasını və sağ əlinin işarə barmağının üzərindəki qan yerini isə çox aydın gördüm.

Hospitalda yarasının sağalmasına aman verməyib dərhal cəbhəyə döndü. Üzündə xüsusi sevinc vardı və deyirdi: «Allah lütf elədi və duam qəbul oldu. Daha şəhadətdən başqa bir arzum yoxdur».


Yüklə 2,92 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin