Дырнаг вә тире ишарәләри фәрглидир, һамысы ејни формаја салынсын



Yüklə 2.92 Mb.
səhifə10/20
tarix24.05.2018
ölçüsü2.92 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   ...   20

RPG manqa başçısı


Seyid Kazim Hüseyni

Cəsur bir gənc vardı, nə üçünsə batalyondan ixrac etmişdilər. Əlində bir məktub tribunala yollanırdı.

Həyətdə Hacı Burunsi onu gördü. Yerişindən və görkəmindən qayğılı olduğunu anladı. Yaxınlaşıb salam verdi. Gənc dayanıb salamını cavabladı. Hacı soruşdu: «Nə olub, cavan?»

Gənc yavaşca dedi: «Heç nə, məni ixrac ediblər, tribunala gedirəm».

Hacı onunla birgə tribunala getdi, orada məktubu verib dedi: «Ağa, mən bunu aparmaq istəyirəm».

– Bu sizin işinizə yaramaz, ağa Burunsi.

– Sizin nəyinizə lazımdır?! Mən aparmaq istəyirəm.

Onu batalyona gətirdi. Onun kimi başqa bir neçə nəfər də vardı, hamısı gənc idilər. Elə əvvəldən hacını sevməyə başladılar. Hacı onların düşüncə və əxlaqları üzərində çox işləyirdi. Axırda elə olurdu ki, hamısı könüllü şəkildə xüsusi dəstəyə, yəni RPG atanlara qoşulurdu. Əməliyyatlarda ən çətin iş onların üzərinə düşürdü.

Bir müddətdən sonra həmin gənc Xüsusi manqanın komandiri oldu, bir qədər sonra da adı şəhidlərin siyahısında yazıldı.

Yadımdadır, bir gün hacı onun keçmiş komandirinə deyirdi: «Siz bu gəncləri tanımırsınız, bir dəfə namazını qılmayanda, intizamsızlıq, yaxud bir az zarafat edəndə tez ixrac edirsiniz. Bunları dillə yola gətirmək lazımdır. Bizim üçün əsas işbacaranlar bu gənclərdir».


İlahi nüsxə


Məcid Əxəvan

Qasim batalyonun yaxşı və əxlaqlı uşaqlarından idi. O zaman Hacı Burunsi batalyonun komandiri idi, Qasim də onun köməkçisi.

Bir gün hacının yanına gəlib müqəddiməsiz-filansız dedi: «Mən daha işləmək istəmirəm».

Hacı səbəbini soruşanda oturub başını yellədi. Qəhər içində və narahatlıqla dedi: «Beynim o qədər məşğuldur ki, işimə mane olur. Qorxuram ki, lazımınca işləyə bilməyəm. Amma mənə acığın tutmasın, hacı».

Bəlkə də təkcə hacı ilə mən onun ailəsindəki böyük problemlərdən xəbərdar idik. Yenə danışmağa başladı. Ürəyi dərdli idi. Hacı çox diqqətlə onu dinləyirdi.

Cəbhədə belə nümunələr çox idi. Hacı Burunsi bir ata kimi idi. Hətta yaşda hacıdan böyük olan Bəsic üzvləri də onun yanına gəlib problemlərini danışırdılar. Hacı da əlindən gələn köməyi əsirgəmirdi. Bəzi dövlət məmurları cəbhəyə baş çəkməyə gələndə onların problemlərini danışırdı.

Qasimin sözləri bitəndən sonra hacı Quran ayələri və hədislərdən istifadə edib ona bir neçə çıxış yolu göstərdi. Belə məqamlarda həmişə deyərdi: «Əvvəla, mən kiməm ki, sizə yol göstərəm. İkincisi də mənim savadım yoxdur».

Göstərdiyi yollar həmişə Qurandan, Nəhcül-bəlağədən və hədislərdən idi. Həmin gün də söhbəti bitəndə Qasim çox rahatlaşdı, gül açmış qönçə kimi yanımızdan getdi.

Ertəsi gün hacı batalyonun səhər düzülüşündə çıxış etdi, söhbətində o məsələyə də işarə vurdu. Qasimi tərifləyib kinayə ilə dedi: «Bəziləri ondan öyrənsinlər. Çətinliyi olan kimi gəlib demir ki, məni tərxis et, çətinliyinin işinə mane olmasından qorxur».

Ondan sonra Qasim bir neçə dəfə də hacı ilə dərdləşməyə gəldi. Hər dəfəsində də yeni bir nüsxə alıb gedirdi.

Qasim şəhid olanda Məşhəddə ailəsinə baş çəkməyə getdik. Atası, anası, qardaşı və həyat yoldaşı həmin evdə yaşayırdılar. Qasimin əxlaqından söz düşəndə yoldaşı dedi: «Mənim Qasimin anası ilə çox problemim vardı, lakin son zamanlar məzuniyyətə gələndə danışdığı sözlər bütün çətinliklərimizi həll etdi».

Onu diqqətlə dinləyirdim. O dedi: «Qasim belə sözlər bilmirdi, onun belə hünəri yox idi. Olsaydı, öncədən problemlərimizi həll edərdi. Hər halda, cəbhədə ona nə öyrətdiklərini bilmirəm, ancaq onu bilirəm ki, cəbhəni haqlı olaraq, universitet adlandırırlar. Həqiqətən, belədir. Mən bunun canlı şahidiyəm».


Hacıya salam


Məcid Əxəvan

Xorasanın 77-ci diviziyası ilə başqa bir diviziyanın birgə əməliyyatı olacaqdı. O zaman 77-ci diviziyanın komandiri Polkovnik Siddiqi idi. Bir dəfə onlarla iclasımız vardı. Onların qərargahında iclas zalına gedib əməliyyat barədə söhbətə başladıq.

Əvvəlcə yüksək rütbəli zabitlər sözə başladılar. Divardakı xəritə üzərində koordinatları göstərib danışırdılar. Növbə briqada komandirlərinə çatdı. Həm ordu zabitləri danışırdılar, həm də Sepahın uşaqları. Söhbət əsasən, klassik və taktiki cəhətlərdən gedirdi. Məsələn, deyirdilər ki, bizim bu qədər tankımız var, düşmənin bu qədər; bizim bu qədər canlı qüvvəmiz var, düşmənin bu qədər; hazırlıq atəşləri necə olmalıdır, necə manevr etməliyik və s.

Hacı Burunsi o zaman briqada komandiri olmuşdu – 18-ci İmam Cavad briqadasının. Briqadanın ikinci kolonunun başçısı da mən idim. Düz onun yanında oturmuşdum. Nəhayət, növbə bizim briqadamıza çatdı. Hacı ayağa qalxıb irəli getdi. Onun sadə kəndli görkəmi həmişə diqqət çəkirdi. Hamı ona baxırdı. Həyəcandan ürəyim bərk döyünürdü. Hacının yaxşı nitqindən və yetərli məlumatlarından xəbərdar idim, amma o vaxta qədər belə bir iclasda danışdığını görməmişdim. Öz-özümə düşündüm ki, hacı bu komandirlərə nə deyəcək?

«Bismillah» deyəndən, Quran ayəsi və hədis oxuyandan sonra bir qədər dayanıb əlavə etdi: «Taktiki məsələlər barədə yetərincə danışıldı. Təbii ki, lazım idi, amma daha bəsdir. Mən sizin icazənizlə kanalı dəyişmək istəyirəm. Demək istəyirəm gərək ehtiyatlı olaq ki, qürur bizi məhv eləməsin».

Bunu deyib erkən İslam çağının döyüşlərindən misallar çəkdi. Ühüd döyüşündə İslam qüvvələrinin məğlubiyyətinə səbəb olan qürurdan danışdı.

– İndi də taktiki məsələlər bizi çox qürurlandırmamalıdır. Deməyin ki, İraqın tankı var, bizim də varımızdır; topu var, bizim də varımızdır. Müharibənin əvvəli yadınızdadır?! Bizim nəyimiz vardı, İraqın nəyi vardı?! Yadınızdadır ki, necə onları ağlar qoyduq?! Təəssüf ki, bəzən bu kimi şeylərin altını çəkdik, amma ibrət almadıq. Mən demək istəmirəm ki, taktiki söhbətlər lazımsızdır. Xeyr, çox lazımdır, ancaq etiqadı və mənəviyyatı da unutmamalıyıq. Bizim döyüşümüzün əsaslarının nədən ibarət olduğu yadımızdan çıxmamalıdır.

Hamı gözlərini ona dikib baxır, o da getdikcə qızışırdı. Çox maraqlı şəkildə İmam Hüseynin (ə) qoşunu ilə Yezidin qoşununu müqayisə etməyə başladı, Kərbəla səhrasına toxundu, oradan da qətlgah çökəkliyinə.

İclasın ab-havası birdən-birə tam dəyişdi, bir neçə saniyə ərzində hər tərəfdən ağlamaq səsi gəldi. İstisnasız olaraq hamı ağlayırdı, özü də necə. Hacı hələ danışırdı. Səsi ucalmışdı və titrəyirdi. Çox böyük enerji ilə sözünə davam etdi: «Bizim nəyimiz varsa, bunlardır. Silah və texnika mütləq olmalıdır, amma RPG atan adamın əvvəlcə qəlbi İmam Hüseyn (ə) eşqi ilə dolmalıdır. Belə olmasa, T-72 tankının önündə davam gətirə bilməz».

Nəhayət, söhbəti bitdi. Hamının halı dəyişmişdi. Polkovnik Siddiqi otağın o başından gəlib hacını qucaqladı, üzündən öpdü. Ağlamaqdan gözləri qızarmışdı. Qəhərli səslə dedi: «Hacı ağa, sən öz briqadan haqda nə desən, mən onu da edəcəyəm».

Bir qədər sonra diviziyasının birinci briqadasının komandiri olan Polkovnik İrayinin əlindən tutub hacının əlinə qoydu və ona dedi: «Bundan sonra sizin briqadanız cənab Burunsinin ixtiyarındadır; nə desə, dəqiqliklə icra olunsun».

Sonra əlini buraxıb sözünə davam etdi: «Bunu hərbi əmr kimi tabeliyinizdə olan bütün zabitlərə də deyin».

Ondan sonra nə zaman 77-ci diviziyada işimiz olsaydı, bizi çox yaxşı qarşılayır və hər şeydən əvvəl soruşurdular: «Hacı necədir?»

Oradan ayrılanda da deyirdilər: «Hacı Burunsiyə mütləq salam deyin».




Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   20


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə