Dövlət qulluğunda gender bərabərliyi


Qanunvericiliyin gender təıhlilində metodoloji yanaşma



Yüklə 0,59 Mb.
səhifə18/42
tarix01.01.2022
ölçüsü0,59 Mb.
#105266
1   ...   14   15   16   17   18   19   20   21   ...   42
Qanunvericiliyin gender təıhlilində metodoloji yanaşma

Hazırkı hesabatda Azərbaycan Respublikasında dövlət qulluğu məsələlərinə aid qanunvericiliyin gender təhlili Sosial Münasibətlər Yanaşması (SMY) çərçivəsində aparılır. Sosial Münasibətlər Yanaşması 1994-cü ildə, Böyük Britaniyada, İnkişaf Tədqiqatları İnstitutnunda (Institute of Development Studies, Sussex, UK) professor Naila Kabeer tərəfindən hazırlanıb21. SMY inkişafın əsas məqsədini sırf iqtisadiyyatın qaldırılmasında deyil insanların ümumi rifahının artırılmasında görür. Bu cəhətdən SMY davamlı inkişaf konsepsiyasına olduqca yaxındır və beləliklə hazırki hesabatda istifadə etdiyimiz ümumi nəzəri yanaşma ilə üst üstə düşür. Digər gender təhlili metodologiyalarından (Harvard Təhlil Çərçivəsi, Mozer Gender Planlaşdırılması Çərçivəsi, Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Çərçivəsi) fərqli olaraq SMY gender bərabərsizliyinin institusional və struktural köklərini araşdırır. SMY-da gender təhlili dörd əsas sosial institut, dövlət, bazar iqtisadiyyatı, icma və ailə çərçivəsində formalaşan sosial münasibətlərin təhlilini apararaq bu institutlarda mövcud olan qaydaları, orada insanların iştirakını və funksiyalarını, və həmçinin resursların və hakimiyyətin bölgüsünü araşdırır. SMY çərçivəsində institutların fəaliyyətini müəyyənləşdirən qaydalar və siyasətlər gender faktoruna münasibətə görə kategoriyalara bölüşdürülür.




Sosial Münasibətlər Yanaşması çərçivəsində qaydalar və siyasətlərin klassifikasiyası22




Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin