Banan – Банан – Musa paradisiaca L. Tut Musaceae fəsiləsindəndir. Ölkəmizə Vyetnam, Hindistan, Qvineya, Meksika və başqa tropik ölkələrdən daxil olur. Bir saplaq üzərində 10-15 ədəd banan olur, bir neçə saplağı isə salxım əmələ gətirir. Bir salxım 150-200 banandan ibarətdir, çəkisi 50 kq-a qədər olur. Tərkibi yetişmə dərəcəsindən asılıdır. Kal bananda 18% nişasta, 1,5% şəkər olur. Yetişmişlərdə isə nişasta 2%-ə qədər azalır, şəkər isə 19%-ə çatır. Orta hesabla tərkibində 7% su, 18-22% şəkər, 0,8% sellüloza, 0,2% yağ, 0,3% alma turşusu, 348 mq% kalium və 42 mq% maqnezium vardır. Vitaminlərdən 10-12 mq% C, 0,04 mq% B1, 0,06 mq% B2, 0,2 mq% b-karotin, həmçinin U (ulsuz) vitamini vardır.
Banan xoşagələn ətirli və şirin dadlıdır. 100 q banan 90 kkal və ya 384 kCoul enerji verir.
400-dən çox sortu var. Təyinatına görə banan sortları üç qrupa bölünür: aşxana (Kavendiş, Qro Mişel, Lakatan); desert (Alma banan, Ledis finqers, Qırmızı) və tərəvəz (Fransa planteyni, Buynuzlu planteyn, Abissin bananı) banan sortları. Tərəvəz bananı kulinariya emalından keçirildikdən sonra qidaya sərf olunur.
Dostları ilə paylaş: |