Əhməd-Cabir İsmayıl oğlu Əhmədov



Yüklə 9,53 Mb.
səhifə305/386
tarix10.01.2022
ölçüsü9,53 Mb.
#107849
1   ...   301   302   303   304   305   306   307   308   ...   386
Darçın КорицаCinnamomum zeylanicum. Dəfnə (Lauraceae) fəsiləsinə aid olan həmişəyaşıl tropik darçın ağacının cavan budaqlarından soyulmuş və qurudulmuş qabıq­dan ibarətdir. Vətəni Cənubi-Şərqi Asiyadır. Bitkinin yunan mənşəli adının mənası «nöqsansız ədviyyə» kimi başa düşülür. Qədim dövrdən darçının iki növü – Çin və Seylon darçını öz aralarında rəqabət aparır. Çin darçını haqqında ilk yazılı məlumat eramızdan əvvəl təxminən XVII əsrə aiddir. Çin darçını bütün dövrlərdə və xalqlar tərəfindən yüksək qiymət­lən­dirilmişdir. Seylonun (indiki Şri-Lankanın) portuqaliyalılar tərə­findən işğalından sonra Seylon darçını Çin darçınını sıxış­dırmağa başladı və artıq XVI əsrin ortalarında onun qiyməti on dəfələrlə artmışdı. Bu onunla izah olunurdu ki, Seylonda dar­çını yabanı bitən ağacların qabığından toplayırdılar. Seylonda ilk darçın plantasiyaları 1765-ci ildə salındı və sonradan bütün ölkələrin darçına olan tələbatı tədricən ödənildi.

Darçın ən çox Seylonda, Yavada, Brazilayada, Çinin cə­nub-şərq rayonlarında və Indoneziyanın bir sıra adalarında yetişdirilir.

Darçın ağaclarının cavan budaqlarını 4-cü ildən baş­layaraq ildə iki dəfə kəsib, uzununa yardıqdan sonra qabığını so­yurlar. Soyulmuş qabıqların 10 ədədini bir-birinin içərisinə yığıb dəstə bağlayırlar. Həmin qabıqları fermentləşdirmək məq­sədilə bir neçə gün saxladıqdan sonra qabığın xarici təbəqəsini təmizləyib, daxili qatını havada qurudurlar. Quru darçını sort­laş­dırdıqdan sonra 45-50 kq kütlədə paçkalara bağlayıb satışa gön­dərirlər. Darçının xoş ətri və nisbətən tünd tamı, tərki­bin­dəki darçın aldehidinin (C9H8O) olması ilə izah edilir ki, bu al­dehid darçındakı efir yağlarının 70-98%-ni təşkil edir. Bundan əlavə, efir yağlarında 4-10% evgenol, - pinen, kariofilen, fellon­­dren və qeyri-birləşmələr vardır. Darçın bitkisinin növün­dən, becərildiyi rayondan və hazırlanma üsulundan asılı olaraq 4 növə ayrılır: Seylon darçını, Çin darçını, Sayqon darçını, Baton və Maloy darçını. Bunlardan Çin və Seylon darçını yüksək keyfiyyətliliyi ilə fərqlənir. Ona görə də respublikamıza yalnız Seylon və Çin darçını gətirilir. Darçın iki müxtəliflikdə satışa buraxılır: boruşəkilli darçın qabığı və üyüdülmüş darçın tozu. Boruşəkilli darçın qabığının uzunluğu 10-15 sm olmalıdır. Darçın tozu isə 095 saylı ələkdən keçirildikdə 2%-ə qədər ələkdə qala bilər. 045 saylı ələkdən 80%-dən çox keçməlidir. Üzü quru kiflə örtülmüş darçının miqdarı boruşəkilli darçında 3%-ə qədər ola bilər. Pərakəndə ticarət üçün darçın qabığını və tozunu 15-25 q kütlədə kağız və ya sellofan paketlərdə, yaxud da karton qutularda satışa buraxırlar. Nəmliyi 13,5%-dən (üyüdülmüşdə 12,5%-dən), ümumi külü 5,8%-dən çox, efir yağı 0,5%-dən az olmamalıdır.

Darçının tərkibində 2-3,5% efir yağı vardır. Darçının xoşagələn iyi və şirintəhər dadı ondan kulinariyada və qənnadı sənayesində geniş miqyasda istifadə olunmasını təmin edir. Darçın meyvə şorbalarına, ov quşu və ət xörəklərinə, souslara və marinadlara əlavə olunur. Milli mətbəximizdə darçın çox geniş miqyasda istifadə olunur.




Yüklə 9,53 Mb.

Dostları ilə paylaş:
1   ...   301   302   303   304   305   306   307   308   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin