Əhməd-Cabir İsmayıl oğlu Əhmədov


Çödükotu – Иссоп – Hyssopus officinalis



Yüklə 9,53 Mb.
səhifə302/386
tarix10.01.2022
ölçüsü9,53 Mb.
#107849
1   ...   298   299   300   301   302   303   304   305   ...   386
Çödükotu – Иссоп – Hyssopus officinalis. Dodaq­çiçək­lilər (Labiatae) fəsiləsindən 20-80 sm-ə qədər hün­dür­lükdə olan yarımkol bitkidir. Uzunsov yarpaqlarının qoltuğun­da tünd göy, çəhrayı və ya ağ rəngli 5-7 ədəd ikidodaqlı çiçəyi yerləşir. Bu bitki yabanı halda Rusiyanın Avropa hissəsində, Qafqazda və Orta Asiyada yayılmışdır. Mədəni halda çox az becə­rilir. Yarpaqları və çiçəkləri xoşagələn ətirli və acı ədviy­yəli dada malikdir. Təzə və qurudulmuş yarpaqları tamlı qatqı kimi ət və tərəvəz xörəklərinə, souslara, soyuq qəlyanaltılara və salatlara qatılır. Likör-araq sənayesində likörün ətirləndiril­mə­sində, ətirləndirilmiş şərabların istehsalında və ətriyyat sənaye­sində istifadə edilir. Göy çiçəklilərdə maksimum miqdarda, ağ çiçəklilərdə isə minimum efir yağı vardır.

Çödükotunun yetişdiyi torpaq-iqlim şəraitindən asılı olaraq tərkibində 0,9-1,15% efir yağı, onun tərkibində isə 1%-ə qədər -pinen, 5%-ə qədər -pinen, L-pinokamfen və başqa terpenlər vardır. Çödükotunda bundan başqa aşı və acı mad­də­lər, ursol olenaol turşusu, flavanoidlər, qatranlar, piqmentlər və s. maddələr vardır.

Çödükotu balverən bitkidir. Çödükotu balı ən yaxşı bal he­sab edilir. Arılar bir ha-dan 60 kq-a qədər bal hasil edir. Bəzək bitkisi kimi də becərilir.


Yüklə 9,53 Mb.

Dostları ilə paylaş:
1   ...   298   299   300   301   302   303   304   305   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin