Əhməd-Cabir İsmayıl oğlu Əhmədov


Noxudun müalicəvi xassələri



Yüklə 9,53 Mb.
səhifə36/386
tarix10.01.2022
ölçüsü9,53 Mb.
#107849
1   ...   32   33   34   35   36   37   38   39   ...   386
Noxudun müalicəvi xassələri. Xalq təbabətində no­xudun otundan və ləpəsindən hazırlanan həlimdən sidikqovucu vasitə kimi böyrək daşları xəstəliyində istifadə olunur. Noxud unundan hazırlanmış təpitmədən yaraların sağalması və şişlərin yumşaldılmasında istifadə edilir. Son illər noxud yağının bioloji tədqiqatı nəticəsində onun tərkibində hormonabənzər maddə tapılmışdır.

Nut (Türk noxudu) – Нут (горох Tурецкий) – Cicer arietinum L – Paxlalılar (Leguminosales) fəsiləsinə aid birillik və çoxillik bitkidir. Vətəni Asiyadır. 27 növü vardır ki, bunlardan 1 növü mədəni olaraq becərilir və 4 yarımtipə ayrılır. Mey­vəsi ikiləpəli paxladır. Azərbaycanda becərilən dənli-pax­lalı bitkilərdən ən çox yayılanı və Azərbaycan kulinariyasında istifadə olunan noxuddur. El arasında nut elə sadəcə noxud adı ilə məşhurdur. Həm bişmiş və həm də qovrulmuş (ləbləbi) halda yeyilir. Piti, bozbaş, noxuddöşəməplov, noxudlu dovğa azər­baycanlıların sevdiyi xörəklərdir. Noxud unu çörəyə qa­tıl­dıq­da çörəyin boyatlaşması ləngiyir. Ondan konserv, qəhvə içkiləri hazırlanır, qənnadı və makaron məmulatı istehsalında istifadə olunur. Tərkibində 20,1% zülal, 2,4-7% yağ, 43,2% nişasta, 3,2% şəkərlər, 3,7% sellüloza, 3,0% minerallı maddə vardır. Minerallı maddələrlə, xüsusən fosfor (444 mq%) və kaliumla (968 mq%) zəngindir. Böyrək və öd yolları xəs­tə­liyindən əziyyət çəkənlərin nutdan istifadə etmələri məh­dud­laşdırılmalıdır.


Yüklə 9,53 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin