Böyürtkənin müalicəvi xassələri. Təzə giləmeyvələr susuzluğu yatırmaq məqsədilə qızdırma vəziyyətində yeyilir. Yetişib ötmüş meyvələri qəbizlikdə (yüngül yumşaldıcı kimi), kal meyvələri isə, əksinə, ishal zamanı (qarınbağlayan vasitə kimi) istifadə olunur. Meyvələri və ondan hazırlanmış çay xalq təbabətində klimakterik əsəb zamanı sakitləşdirici və ümumi qüvvətləndirici vasitə hesab edilir.
Əvvəllər giləmeyvələrdən hazırlanan tinktura və həlimlərdən tərgətirici və sidikqovucu vasitə kimi istifadə edirdilər. Sonralar məlum oldu ki, soyuqdəymə xəstəliyində yarpaqlardan hazırlanan çay və həlim yaxşı tərlədici təsirə malikdir.
Sidikqovucu vasitə kimi böyürtkənin köklərindən hazırlanan (1:20) həlim də istifadə olunur. Yarpaqların tərkibində 14%-ə qədər aşı maddəsi olduğundan, ondan alınmış (1:10) həlimdən qanlı bəlğəmin, mədədən qanaxmanın və ishalın müalicəsində istifadə olunur. Bu həlimdən gündə 3 dəfə 1 xörək qaşığı içilir. Yarpaqlarından hazırlanan həlimlə boğazı qarqara edirlər. İshala qarşı qurudulub toz halına salınmış yarpaqlarından da istifadə olunur. Bəzən xalq təbabətində yarpaqlardan hazırlanmış tinkturadan bəlğəmgətirici vasitə kimi yuxarı tənəffüs yollarının xəstəliklərində təyin olunur. Belə tinkturanı yüksək həyəcanlanma və yuxusuzluq zamanı sakitləşdirici təsiri müəyyən edilmişdir.
Dioskorid qədim dövrdə dəri xəstəliklərində böyürtkən yarpaqlarından kompres üçün istifadə etməyi məsləhət görürdü. Müasir təbabətdə yarpaqlardan alınmış həlimlə, islatmanı və ya əzilmiş yarpaqları dəmrov, ekzema, daimi yara və köhnə irinli yara nəticəsində dərinin zədələnmiş yerlərinə qoyurlar. Bu yaranın təmizlənməsinə və tez sağalmasına təsirli kömək edir. Yarpaqların bakterisid təsiri onun tərkibindəki fitonsidlərin fəallığı ilə əlaqədardır.
Böyürtkən yarpaqlarından çox ətirli və xoşagələn çay hazırlanır. Bu çay dadına və iyinə görə adi çayı xatırladır. Çayın əvəzedicisini hazırlamaq üçün təzə böyürtkən yarpaqlarını ağzı bağlı qaba yığıb fermentləşdirir, solmuş və qaralmış yarpaqlar açıq havada qurudulur.
Dostları ilə paylaş: |