Əhməd-Cabir İsmayıl oğlu Əhmədov



Yüklə 9,53 Mb.
səhifə73/386
tarix10.01.2022
ölçüsü9,53 Mb.
#107849
1   ...   69   70   71   72   73   74   75   76   ...   386
Böyürtkən – ЕжевикаRubus caesius L. Gülçiçəklilər (Rosaceae) fəsiləsinə mənsubdur. Böyürtkən və moruğun 250-dən çox növü vardır. Yabanı halda Asiya, Avropa və Amerika qitələrində geniş yayılmışdır. Qərbi Sibir, Qazağıstan, Orta Asiya və Qafaqazda yetişir. Azərbaycanın bütün zonalarında bö­yürt­kən kolluqları vardır. Müalicəvi bitki kimi qədimdən mə­lumdur. Antik dövrün görkəmli həkimləri böyürtkənin mey­və­sini və bitkinin digər orqanlarını müxtəlif xəstəliklərin müa­licəsində istifadə etmişlər. Böyürtkənin keçən 100 il ərzində bir çox mədəni sortları yetişdirilmişdir. Lakin sənaye əhəmiyyətli əkin sahələri yoxdur. Bu isə böyürtkənin soyuğadavamlı olma­masından irəli gəlir. Böyürtkən kolları -170C-də donur. Əsasən yabanı halda yetişən böyürtkən toplanır, qidaya və müalicə məqsədilə istifadə olunur. Əsas üç növü çox yayılmışdır.

1. Qafqaz böyürtkəni – R.Caucasica L.;

2. Göyümtül böyürtkən – R.Caesius L.;

3. Qara böyürtkən – R.Fruticosus L.

Böyürtkən may ayından başlayaraq, avqusta qədər çiçəkləyir. Çiçəkləri ağ və ətirlidir. Eyni vaxtda kollarda həm təzə açılmış çiçək və həm də yetişmiş meyvə olur. Çiçək aç­dıqdan təxminən 1 ay sonra meyvəsi yetişir. Meyvəsi forma eti­barilə uzunsov və konusvarı, rənginə görə qırmızı, qara, al-qırmızı və sarı olur. Azərbaycanda irimeyvəli, gecyetişən və quraqlığa çox davamlı böyürtkən formaları vardır. Əhali yabanı böyürtkənləri toplayır və konserv zavodlarına təhvil verirlər. Lakin böyürtkəni yığmaq çox çətindir.

Böyürtkənin tərkibində 2,88-3,64% qlükoza, 3,12-3,24% fruktoza, 0,35-0,58% saxaroza, 15-18% C vitamini, karotin, vi­tamin E, B qrupu vitaminləri, 2,2%-ə qədər üzvi turşular (alma, şərab, limon, salisil), 1,8% pektinli maddə, aşı və ətirli mad­dələr vardır. Yarpaqlarında 80-271 mq% C vitamini, to­xum­la­rında 12,9% yağ vardır. Elmi təbabətdə, demək olar ki, isti­fadə olunmur.

Giləmeyvəsi çox dadlı və ətirli olduğundan, təzə halda yeyilir. Böyürtkəndən şirə, şərbət, kompot, mürəbbə, cem, mar­me­lad, şərab hazırlanır. Uzun müddət saxlamaq üçün qu­ru­dulur.

Böyürtkən həm də balverən bitkidir. Çünki bütün yay dövründə çiçəkləyir və arılara yaxşı nektar verir. Arılar 1 ha sahədən 20-25 kq bal hasil edə bilir.




Yüklə 9,53 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin