ElçİBƏy kitabxanasi seryasindan əLƏSGƏr siyabli müƏLLİMİm- liderim- prezidentiM



Yüklə 0,89 Mb.
səhifə3/13
tarix01.01.2022
ölçüsü0,89 Mb.
#105424
1   2   3   4   5   6   7   8   9   ...   13
AİObT^"^ fyrblHM.İ5* <

rpop®**0* /’eıcro? ^ppktöp

MCMAİHAObP. ^əTəAHİesM ^ KdPHMOBr. J|yCfjHOg p —

np«!..rAJHk&M.r>W>ÄBAyAMje»3.,w.0PVMOB P. Aoc. əAMİSbd _ |MİI _ KA«P. MYj|, KMP. MYjJ.

AP* ^PMW5bl ^İMfW flOBMT YHHBCrCKTeTlfHIIH



uzağa hal - əhval tutdum. Elçibəyi islah əmək düşərgəsində ən çox ziyarət edən onu bu ağır həbsxana şəraitində yalnız burax­mayan ən yaxın dostu Rafiq bəy İsmayılov idi. Ümumiyyətlə, Rafiq bəyin Əbülfəz bəyə münasibətini təkcə dostluğa sədaqət nümunəsi kimi deyil, mərdlik, cəsarət, fədakarlıq nümunəsi kimi dəyərləndirmək lazımdır.

Fred Asifin Elçibəyə görə nəzarətçini alşaldıcı şəkildə cəzalandırması

Qaradağ islah əmək düşərgəsi ümumi rejimli adlansa da əs­lində burda çox ağır bir iş şəraiti mövcud idi. Dustaqlar burda Bakının yayda qızmar yandırıcı günəşi altında, qışda isə qılınc kimi kəsən soyuq dondurucu küləyi altında açıq havada kubik daşları kəsərək ağır gündəlik normanı yerinə yetirməli idilər.Bu, son dərəcə ağır fiziki güc tələb edən bir iş idi.



Əksəriyyəti haqsız yerə Sovet hakimiyyətının yerlərdəki az­ğın məmurlarının, Sovet milisinin şər və böhtanlarının qurbanı olaraq həbsxanaya salınmış məhkumlar onları günahsız yerə məh­kum etmiş Sovet hakimiyyətinə qarşı mübarizə bayrağı qaldıran, hakimiyyətin haqsızlıqlarına, özbaşınalığına qarşı mübarizəsinə görə həbsə məhkum edilmiş bu cəsur, qorxmaz müəllimi ilk gün­dən müdafiə edirdilər. Dustaqlar öz aralarında razılaşıb Əbülfəz müəllimin iş normasını yerinə yetirməyi öz üzərlərinə götürərək onu ağır zəhmətli işdən azad etmişdilər. İslah əmək düşərgəsin­də Əbülfəz bəyin hörməti böyük idi.Dustaqlar ona qayğı göstərir, ağır işlər görməsinə imkan vermirdilər.Dustaqlar Bəyə ayrıca bir otaq ayırmış və bir rus məhbusu ona xidmətçi təyin etmişdilər. Həbsdən azad olunduqdan sonra da Bəy həbsxana dostlarının bir çoxu ilə yaxın əlaqə saxlamaqda davam edirdi. Onun həbsxana yoldaşlarından biri gələcəkdə Ağdam könüllü batalyonunun ko­mandiri, Milli Qəhrəman, rəhmətlik Asif Məhərrəmov - Fred Asif idi. İslah əmək düşərgəsində Əbülfəz bəyə qarşı kobudluq edən nəzarətçilərdən birini Asif bəy döyərək başını unitaza soxmuş,

buna görə cəzası ağırlaşdırılaraq Sibirdəki həbsxanalardan birinə göndərilmişdi.

Əbülfəz bəy həbsdən azad olunduqdan sonra

Əbülfəz bəy 1976-cı ilin iyulun ortalarında həbsxanadan bu­raxıldığı zaman mən Universitet təhsilimi başa vurub diplom müdafiəsində idim və buraxılış imtahanı verirdim. Həmin gün dərhal Əbülfəz müəllimin ziyarətinə getdim. Bəyin öz evi olma­dığından o böyük qardaşı Almurad ağaya geologiya işçisi kimi yenicə verilmş olan Yasamaldakı geologiya işçilərinə məxsus bi­nadakı evində yaşayırdı.

Bəy Misir Ərəb Respublikasında tərcüməçi işlədiyi vaxtlar qazandığı pullarla müxtəlif vaxtlarda iki ev almış və hər dəfə də, o evləri özünəməxsus geniş qəlbliklə ondan öncə ailə həyatı qurmuş dostlarına təmənnasız hədiyyə edərək özü kirayə tutduğu evlərdə yaşamışdır. Bilindiyi kimi Bəy gec evlənmişdir.Ona görə­də, uzun illər ərzində böyük qardaşı Muradın qızı Səadət xanım əmisinin qulluğunda duraraq əziyyətini çəkmiş, xalqın azadlığı uğrundakı fədakar mübarizəsində Əbülfəz bəyin cəfakeş kömək­çisinə çevrilmişdir.

Bir neçə gün ərzində çoxlu dostları, tanışları Əbülfəz bəyi ziyarətə gəlirdilər.Ev həmişə adamla dolu olurdu. Şair Xəlil Rza demək olar ki hər gün gəlirdi. Bir neçə gündən sonra Əbülfəz bəy Kələkiyə dincəlməyə getdi və bir müddət orda qaldı.

Əbülfəz bəy həbsxanadan çıxdıqdan sonra da bütün təh­lükələri göz önünə alaraq əzmlə və sarsılmaz iradə ilə öz müba­rizəsini davam etdirirdi. O, yenə də çox inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi gənclərlə bərabər idi. Müəllimlik fəa­liyyəti qadağan olunduğundan o, Elmlər Akademiyasının Əlyaz­malar İnstitutunda (indiki Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunda ) elmi işçi olaraq işə düzəldi. Lakin KQB yenə də onun hər bir addımını izləyirdi. Həbsdən çıxdıqdan sonra onun yaxın tanışlarından, dostlarından bir çoxu KQB - nin qara siyahısına düşməkdən ehtiyat edərək onunla ünsiyyət saxlamaqdan çəki­nirdilər. Bəzən elə olurdu ki, küçədə getdiyimiz zaman Bəyi cox yaxından tanıyan, keçmişdə yaxın ünsiyyətdə olduğu dost və ta­nışlarından bir çoxu onunla qarşılaşıb görüşməmək üçün tələsik küçənin digər tərəfinə keçirdilər.Belə hallarda Bəy mənalı şəkildə gülümsəyib dəyərdi ki, fikir verməyin, yazıq neynəsin, KQB xofu bu millətin hələ canından çıxmayıb.

Əlyazmalar İnstitutunun elmi işçisinə qarşı basqıların səbəbi

Həpsdən çıxdıqdan sonra da Əbülfəz bəy heç bir təhlükədən qorxub çəkinmədən öz fəaliyyətini davam etdirir, o zamanki ziya­lıların sevimli görüş yeri olan çayxanalarda, xüsusən Filarmoniya bağındakı cayxanada və işlədiyi yerdə dostları və tələbələri ilə açıq şəkildə ünsiyyət saxlayırdı. Təhsil müəssisələrində çalışmaq qadağan olunduğundan Azərbaycan Kommunist Partiyası Mərkə­zi Komitəsinin və Dövlət Təhlükəsizliyi Komitəsinin xüsusi tap­şırığı ilə onu Əlyazmalar İnstitutuna (1986-cı ilədək Əlyazma­lar Fondu adlanırdı) elmi işçi olaraq işə götürmüşdülər. Şəhərin mərkəzində o zamanki Kommunist küçəsində yerləşən Əlyazma­lar İnstitutuƏbülfəz bəyin gəlişi ilə onun ziyarətinə gələn çoxsay­lı dostlarının görüş yerinə çevrilmişdi. Gün ərzində dostlarının, tələbələrinin fasiləsiz axınla Bəylə görüşməyə gəlmələri Fondun iş prosesinə əngəl törədir, onun şəxsi işinə də manə olurdu. Bu çoxsaylı ziyarətlər onsuzda KQB-nin daimi nəzarəti altında olan Əbülfəz bəyin müəssisə rəhbərliyi ilə münasibətlərini gərginləş­dirir, onların böyük təşvişinə və narazılığına səbəb olurdu. Fon­dun direktoru, əslində özü də mütərəqqi və görkəmli bir ziyalı olan Cahangir Qəhrəmanov bu məsələ ilə əlaqədar Əbülfəz bəyə bir neçə dəfə xəbərdarlıq etmişdi.Lakin Bəy onu ziyarət etməyə gələnləri geri qaytara bilmirdi. Uzun müddət belə davam etdik­dən sonra Əbülfəz bəy mənə tapşırdı ki, sən dostlara söylə, işdən sonra gəlsinlər. Əlyazmalar İnstitutunda ona sayqı və sevgi ilə yanaşıb rəğbət bəsləyən çoxsaylı əməkdaşlarla yanaşı Əbülfəz bəyin cəsarətli vətənpərvərlik fəaliyyətinə, ardicil mübarizliyinə qısqanclıqla yanaşanlarda var idi. Onlardan biri Fondun elmi əməkdaşı İranşünas alim Rüstəm Əliyev idi. O, xariçi ölkələrə çoxsaylı elmi konfranslara və ezamiyyətlərə gedərkən ordakı Azərbaycanlıları tapıb görüşür və onlar haqqında “Kommunist” qəzetində silsilə məqalələr dərc etdirməklə öz vətənpərvərlik görəvini bununla bitmiş hesab edirdi.O məqsədli xarakter daşı­yan qərəzli davranışı ilə Bəyi kollektivin gözündən salmağa ça­lışsa da buna heç cürə nail ola bilmirdi. Bəyə qarşı qısqanclıqla yanaşanlardanbiri də şair-qəzəlxan Mail Əliyev idi.O, AXC İdarə heyətinin sonralar üzvü olmuş Nardaran kəndindən olan Hacı Əlikramın qardaşı idi. Hər iki qardaş qatı şiə və İran tessübke- şi olub Əbülfəz bəyin Güney Azərbaycanın milli müstəqilliyi və türkçülük məfkurəsini düşməncəsinə qarşılayırdılar.

Bülənd Ecevidlə Elçibəyin görüşü

Bir dəfə Əlyazmalar İnstitutuna Əbülfəz bəylə görüşməyə gedərkən binanın qarşısında bir neçə maşın və çoxlu milisin və xeyli adamın toplandığını gördüm və çox qorxub həyəcanlandım, ele güman etdim ki, yenə də Əbülfəz bəyi həbs etməyə gəliblər. Lakin ora toplaşanlar bildirdilər ki, Türkiyənin keçmiş Baş naziri Bülənd Ecevid Əlyazmalar İnstitutu ilə taniş olmağa gəlib. Ece- vid bayıra çıxdığı zaman toplaşan çoxlu insanın alqış sədaları ilə qarşılanaraq çox həyəcanlandı və maşına minməyərək toplaşan­lara bir xeyli əl sallayaraq salamladı. Fond rəhbərliyi ilə birlikdə Əbülfəz müəllim də Eceviti yola salmaq üçün cixmisdi. Əbülfəz bəy işini qurtarıb bayıra çıxdıqdan sonra bizə Ecevidlə tanış olub qısa söhbət etdiklərini bildirdi.

KQB əməkdaşı Qulamovun Nəriman Nərimanov muzeyinə gəlmə səbəbi

Əbülfəz bəyin köməkliyi ilə mən Mədəniyyət Nazirliyi sis­teminə Nəriman Nərimanov muzeyinə işə düzəlmiş, eyni za­manda, İnşaat Mühəndislər İnstitutunda tarixdən dərs deyirdim. O zamanlar Əbülfəz müəllimin də çox sevdiyi və dəyər verdiyi vətənpərvər tələbə dostumuz İlyas Məmmodov 18-ci Ordu Mu­zeyində mühazırəçi vəzifəsində çalışmaqla bərabər , Nərimanov muzeyində də gecə gözətçiliyi yapırdı. Ona görə də iş yerimiz yaxın olduğundan axşamlar Əbülfəz müəllim də muzeyə gəlir və dostlarımızla bərabər orda görüşlər keçirirdik. Bir neçə müddət bu belə davam etdi. Lakin sonra Əbülfəz bəyin KQB - də müstən­tiqi olmuş Qulamov bir neçə dəfə muzeyə gələrək direktorla və partkomla söhbət edərək onlara xəbərdarlıq etdi. Direktor məni cağıraraq dedi ki, Nərimanov muzeyi antisovet fəaliyyəti göstərən adamların görüş yeri ola bilməz, Əbülfəz müllimə söylə, bir daha muzeyə gəlməsin. Təbii ki, mən Bəyə bu haqda heç nə demədim və bir müddətdən sonra muzeydən ərizə verib işdən çıxdım və İnsaat İntitutunun „Fəlsəfə“ kafedrasında tam ştatlı işə keçdim.

Nərimanov muzeyində işlədiyim illər həyatımın ən maraqlı dövrlərindən birini təşkil edir.Orda çox maraqlı insanlarla, qoca­man ziyalılarla, Nərimanov dövrünün köhnə bolşevikləri ilə rast­laşdım, onların maraqlı söhbətlərini dinlədim. Lenin muzeyinin elmi işçisi Tarix fakultəsində Əbülfəz müəllimin tələbəsi olmuş tarixçi Cəmil Həsənli də tez-tez Nərimanov muzeyinə gəlirdi. Professor Abbas Zamanov və jurnalist yazıçı Qulam Məmmədli muzeyin elmi şurasının üzvləri kimi Nərimanova həsr olunmuş tədbirlərdə tez-tez iştirak edirdilər. Qulam Məmmədli Nərima­novun həyat salnaməsini yazmışdı. Abbas Zamanov ilə Qulam Məmmədli yaxın dost idilər, səmimi zarafatları vardı. Abbas müəllim o zamanlar 80 yaşı olan Qulam Məmmədli ilə hər dəfə görüşəndə zarafatla soruşardı “Ay Qulam, sən hələ sağsan?” Qu­lam müəllim də cavab verirdi ki, “Ay Abbas neyləyim? Tanrının verdiyi ömürdür, yaşayıram”



Nərimanov muzeyini özünə doğma yer hesab edən Hacı Zey­nalabdin Tağıyevin qızı, muzeyin elmi şurasının üzvü Sara xanım demək olar ki, hər gün muzeyə gəlirdi. Əlində həmişə atasına aid

sənədlərlə dolu iki torba olardı. Həmin sənədlərin oğurlanacağın­dan ehtiyat edərək həmişə özü ilə daşıyırdı. Muzeyin direktoru Loğman Hacıyev ona bəzən maddi yardım edirdi. Sara xanımla səmimi münasibətimiz vardı. Muzeyə gələndə onun sənədlərlə dolu ağır torbalarını ya Bakı Soveti metrosuna, ya da tez- tez get­diyi Əlyazmalar İnstitutuna qədər daşımaqda kömək edirdim. Bu­nun müqabilində o, Hacının bir neçə fota şəkilının surətini mənə hədiyyə etmişdi.

Bir çox milli Azərbaycan ziyalısı kimi Odessa Universitetin­də tibbi təhsilini Tağıyevin təqaüdü ilə başa vuran Nəriman Nə­rimanov Azərbaycan Xalq Komissarları Sovetının sədri işlədiyi dövrdə belə Hacı Zeynalabdinin borcunu aybaay ödəyirdi.Bütün əmlakı bolşeviklər tərfindən zəbt edilsə də, Nərimanov Tağıyevin digər milyonçular kimi məhv edilməsinə imkan vermədi. Hacının Mərdəkandakı evinə toxunulmadı və o, ömrünün sonuna kimi bu evdə yaşadı. Atası Hacı Zeynalabdinə qarşı göstərdiyi bu cür qay­ğıya görə Sara xanımın Nərimanova böyük hörməti vardı.

Bolşevik inqilabı baş verəndə Sara xanım Peterburqda Uni­versitetdə təhsil alırdı. Təhsili bitirdikdən sonra da həmin şəhər­də yaşamağa davam etmişdi. 1924-cü ildə Kirov öldrüləndə Sara xanımı və əri Zeynal bəyi də günahlandıraraq həbs etmişdilər. Sara xanım sərbəst buraxilsa da, Zeynal bəyi güllələmişdilər. Bir müddət sonra Sara xanım Sarayev adlı bir tatara ərə gedir. Əri müharibədə öldükdən sonra Bakıya gəlir. Onun burda ehtiyac­lar içərisində keçən əzablı həyatı başlayır. Böyük bir xeyriyyəçi metsenat olan atası Hacı Zeynalabdinin Azərbaycan tarixində və ictimai-mədəni həyatında oynadığı mütərəqqi rolunu sübut etmək üçün fədakarcasına mübarizə aparan Sara xanım 1991-ci ildə və­fat etmişdir.

Mehdi Məmmədovun toyundakı sağlıq

1977-ci ildə Əbülfəz bəylə əlaqədar ən maraqlı hadisələrdən biri dostumuz Mehdi Məmmədovun toyunda baş verdi. Mehdi Bəy Universiteti bitirdikdən sonra onu Universitetin Azərbaycan tarixi kafedrasında işə götürmüşdülər. Tarix fakultəsinin müəl­limlərinin çoxu, o cümlədən dostu Əbülfəz bəy də toyda iştirak edirdi. Bu həbsdən çıxdıqdan sonra onun öz keçmiş həmkarları ilə ilk görüşü idi. Toyda iştirak edən müəllimlərin bir çoxu vax­tı ilə KQB-də və məhkəmədə Bəyə qarşı ifadə vermişdilər. İndi onunla qarşılaşdıqları zaman utandıqlarından ondan yan gəzir, onunla ünsiyyətdən çəkinir, özlərini laqeyd aparırdılar. Onların bu davranışı biz tələbələrin xoşuna getmədi. Onları cəzalandır­maq qərarına gəldik və cəzanı yerinə yetirmək mənə həvalə olun­du. Mən toyu idarə edən dekan müavini Şamil Məmmədbəyliyə müraciət edib sağlıq üçün mənə də söz verməsini xahiş etdim. Nəhayət mənə söz veriləndə şənlik iştirakçılarına müraciətlə de­dim ki, elə bir sağlıq deyəcəm ki, xahiş edirəm hər kəs bu sağlığı ayaq üstündə içsin. Toydakılar elə güman etdilər ki, mən dövlə­tin və partiyanın bizlərə atalıq qayğısı şərəfinə sağlıq deyəcəm. Ancaq dedim ki, bu məclisdə bizim çox sevdiyimiz, vətənin və xalqın azadlığı uğrunda mərdliklə mübarizə apararaq həbs cəzası çəkmiş Əbülfəz müəllim iştirak edir və mən təklif edirəm bu ba­dələri onun şərəfinə ayaq üstündə içək. Hamı çaşqınlıqla, qorxu ilə bir - birinə baxdı və içdikdən sonra sakitcə oturdular. Əbülfəz bəy də oturdu və utanaraq başını aşağı saldı. Ancaq biz razı qal­mışdıq, müəllimimizin intiqamını almışdıq.

Məni ciddi tənbeh edəcəyindən çəkindiyim üçün bir neçə gün Bəyin gözünə görünmədim.Nəhayət bir gün rastlaşdıq, o, isteh­zalı bir təbəssümlə mənə müraciətlə dedi ki, “haralardasan, aranı qatıb özün də əkilmisən, sənin sağlığın fakultədə böyük qalmaqa­la səbəb olub, rəhbərlik müəllimləri siyasi məhbusun sağlığına ayaq üstündə badə qaldırmaqla ciddi tənbeh edib, onları siyasi səbatsizliqda , iradəsizlikdə günahlandıraraq ciddi tənqid edib və məsələ Universitetin partkomuna qədər gedib cıxıb”. Dedim ki, Bəy, qərar belə oldu ki, onları cəzalandıraq, bağışlayın, sizi də çə­tin vəziyyətdə qoydum. Bəy dedi ki, yaxşı, çox fikir vermə, toyda şuluqluq salmaq olar.


ƏBÜLFƏZ BƏYİN TOYUNDA

Nəhayət, Əbülfəz bəy bir az gec olsa da evlənməyi qərara aldı. Onun toyu1980-ci ilin payızında Kələki kəndində oldu. Əbülfəz bəy Kələkidə olanda onun­la görüşməyə tez-tez gedirdim. Yenə də Kələkiyə bir neçə gün öncə getdim və Bəyin toyunda iştirak etmək xoşbəxliyi mənə də nəsib oldu.

Toyda KQB-nin qara siyahısına düşməkdən qorxmayan Bə­yin ən yaxın dostları Rafiq bəy İsmayılov, Abbas bəy Musayev, Vasim bəy Məmmədəliyev, Kamil Vəliyev, İsmayıl müəllim, Dədə Aydın, Oqtay Məmmədov, İsfəndiyar İsgəndərov, Cəlil müəllim, Cabbar Bəydilli, Əbülfəz Hüseyini, Cəfər Qiyasi, Tağı Qasımov, Oqtay Daşoğuz, Arif Əliyev, AzTV-nin aparıcı diktor­larından Qara Tağızadə, şair Vaqif Cəbrayılzadə (Bayatlı ), Arif Acalov, Arif Məmmədov, o zaman Naxcıvan Pedaqoji İnstitutu­nun tələbəsi olan gənc şair Rüstəm Behrudi, bəyin tələbəsi əs­lən Cəbrayıllı olan o zaman KQB-nin Ordubad Rayon şöbəsində işləyən Cahid bəy, Aydın Qasımov və başqaları iştirak edirdilər. Bəyin toyunu o zamanlar Əbülfəz bəyin yaxın dostu sayılan Va- sim Məmmədəliyev idarə edirdi. Toy yerli musiqiçilərin iştiraki ilə keçirildi. Abbas Musayev Bəyin sağdişi, mən isə soldişi idik. Əbülfəz bəylə o zaman yaxın münasibətdə olan müğənni Süley­man Abdullayev də toyda iştirak edəcəyinə söz versə də, namə­lum səbəblərdən toya gəlmədi. Buna görə də, toyda müğənnilik vəzifəsini dostların xahişi ilə Qara Tağızadə yerinə yetirdi.

Qara bəy Tağızadə doğrudan da Zəki Nüreni xatırladan mə­lahətli səsi ilə çox gözəl Türk və Azərbaycan mahnıları ifa etdi.

Toyda gənc şair Rüstəm Behrudi və Vaqif Bayatlının zövqlə söylədikləri şeirlər şənlik iştirakçılarının böyük alqışına səbəb oldu.

Cabbar Bəydillinin dəstəbaşı çəkdiyi, qonaqların və kənd ca­maatının da qatıldığı Şərur yallıları toya xüsusi rövnəq verib şən­lik övqatını daha da coşdururdu.

Bəyin Kələkidə çox səmimi bir abi-hava şəraitində keçən toyu onun dostlarının yaddaşında xoş bir xatirəyə çevrildi.

Elçibəy və Fəzail Ağamalıyev

Əbülfəz bəy genişqəlbli böyük bir insan idi, qisasçılıq, in­tiqam kimi cılız hisslər onun xarakterinə uyğun deyildi. Onun Prezidentliyi dövründə keçmişdə onun istintaq işini aparmış, onun əleyhinə ifadə vermiş, donos yazaraq həbsinə səbəb olmuş insanların bir çoxu təhlükəsizlik və ədliyyə orqanlarında mühüm vəzifələrdə işləməkdə davam etdilər. Həmin adamları Bəy Sovet İdarəçilik sisteminin qurbanları hesab edir, onları günahlandırma­yaraq yalnız KQB-nin təzyiqlərinə dözməyərək zəiflik, qorxaq­lıq və iradəsizlikdə qınayırdı. Hətta çox zaman onları dostların tənələrindən belə müdafiə edirdi.Belə ki, istintaq zamanı DTK-ya Bəy haqqında müəyyən məlumatlar vermmiş keçmiş tələbələrin­dən biri olmuş Fəzail Ağamalıyev 1980-ci illərdə yenidən Bəyin yanında peyda olaraq yaxınlıq göstərməyə başlamışdı.Biz Bəyə bunu irad tutduqda o, Fəzail Ağamalıyevi müdafə etdi və dedi ki, onun DTK-ya vermiş olduğu məlumatlar əvvəlcədən razılaşdı­rılmış məsələlər haqqında idi.Ona görə də Bəy Prezident olanda Fəzail Ağamalıyevi əvvəlcə Sosial Təminat nazirinin müavini, sonra isə Sosial Təminat naziri ( İO- müvəqqəti ) vəzifəsinə tə­yin etmişdi. Lakin həmin Fəzail Ağamalıyev Heydər Əliyev ha­kimiyyətə gəldiyi zaman Əbülfəz bəyə qarşı xəyanət edərək əks cəbhəyə keçdi.

DƏRNƏKLƏRDƏN SİYASİ TƏŞKİLATA

1 980-ci illərin axırında Əbülfəz bəy öz keçmiş təcrübə­sinə əsaslanaraq siyasi təşkilatlanma fəaliyyətini davam etdirirdi. Bu məqsədlə onun rəhbərliyi altında 1987-ci ilin dekabrından etibarən “Varlıq” Cəmiyyəti yaradıldı. İsa Qəm- bərov, Pənah Hüseynov, Tağı Xalisbəyli, Fəzail Ağamalıyev, Cabbar Bəydilli, Mehdi Məmmədov, Aydın Kərimov və b.kimi mən də bu cəmiyyətin qurucuları sırasında idim. “Varlıq” Cəmiy­yəti Meydan hərəkatına qədər yaranmış ilk siyasi təşkilatlardan biri, bəlkə də, birincisi idi. Bir çox məsələlərlə yanaşı cəmiyyətin əsas məqsədlərindən biri daha öncə Pribaltika Respublikalarında artıq meydana çıxmış Xalq cəbhəsi ideyasını təbliğ edib xalq içə­risində populyarlaşdırmaqdan ibarət idi. Bu məqsədlə təşkilatımız hələ 1988-ci ilin payızından Zərdüşt Əlizadənin, Tofiq Qasımo­vun və başqalarının Elmlər Akademiyasında yaratmış olduqları “Bakı gənc alimlər klubu” ilə birgə Xalq Cəbhəsi yaratmaq barə­sində danışıqlar aparırdı.

Əbülfəz bəy Meydan hərəkatının baş verdiyi günədək cox gərgin fəaliyyət göstərirdi, o, mitinqlərdə ən fəal təşkilatçıların­dan biri olmaqla yanası, gənclərlə, ziyalılarla fəal siyasi maarif­ləndirmə təbliğatı aparır, öz tələbələrinin və dostlarının yaşadıq­ları yataqxanaları tez-tez ziyarət edirdi.

Gənc alimlərin yaşadığı Elmlər Akademiyasının aspirantlar yataqxanası Azərbaycanın təkcə elm sahəsində deyil, ictimai-si­yasi həyatında da mühüm rol oynayaraq türkçülük, milliyətçi- lik ideyalarının formalaşdığı əsas mərkəzlərdən biri idi. Burada Aydın Qasımov, Cabbar Bəydilli, Söhrab bəy, Ədalət Tahirzadə, Teyyar bəy, Tağı Qasımov və digərləri olmaqla öz fəaliyyətləri ilə Azərbaycanın elmində və siyasi həyatında gələcəkdə dərin iz buraxan gənc ziyalılar nəsli yetişirdi.Öz çılğınlığı ilə seçilən Tağı Qasımov əslən Culfanın Yaycı kəndindən olub Elmlər Aka­demiyasının keçmiş prezidenti Həsən Abdullayevin bacısı oğlu idi. 1990-cı ildə Azərbaycanın parçalanmış vəziyyətdə olmasına etiraz əlaməti olaraq rus sərhədçilərinin xəbərdarlığına əhəmiyyət verməyərək Araz çayında çimməyə qərar vermiş və əsgərlərin aç­dığı atəş nəticəsində şəhid olmuşdur.

Azərbaycanda türkçülük ideologiyasının formalaşmasında və yayılmasında, gənc nəslin türk milliyətçiliyi ruhunda yetişməsin­də önəmli rolu olan, Türk böyükləri və Türk tarixi haqqında bir çox kitabın müəllifi, pesəkar türkoloq alim olan Aydın Qasımov milli Azadlıq hərəkatının da fəal iştirakçısı kimi uzun illər ərzin­də Əbülfəz bəylə çiyin-çiyinə mübarizə apararaq onun ən yaxın fikirdaşı və silahdaşı olmuşdur.

Aspirantların Yasamalda yerləşən və yaxın dostlarının yaşa­dığı həmin yataqxana 1970-ci illərdən başlayaraq Əbülfəz bəyin uzun illər ərzində sevə-sevə ziyarət etdiyi yer idi. O, həmçinin Leytenant Şmidt zavodunun və Metropolitenin Montin qəsəbəsin­də yerləşən fəhlə yataqxanalarına, Dərnəgüldəki İnşaat fəhlələri yataqxanalarına tez-tez gedirdi. Orda ondan yaşca bir o qədər də fərqlənməyən Universitetin axsam və qiyabi şöbələrində təhsil alan çoxlu tələbələri və dostları yaşayırdı və Əbülfəz müəllimin bu yataqxanalara hər bir gəlişi yüksək əhval- ruhiyyə yaradaraq ruh coşğunluğuna səbəb olurdu. Mən də o zamanlar Əbülfəz müəllimin tələbəsi idim və bəzən o, məni də özü ilə bu yataqxa­nalara aparırdı. Əbülfəz bəyin bu fəhlə yataqxanalarına getməsi­ni, oradakı görüşləri o, 1976-ci ildə həpsxanadan çıxdıqdan son­ra və 1988-ci ilin Meydan hərəkatı dövründə də davam edirdi. 1980-ci illərdə Nemət Pənahlının da o zaman yaşadığı Leytenant Smid zavodunun yataqxanasının sakinləri olan fəhlələr Əbülfəz bəyin bu yataqxanaya gəlişlərini və apardığı elmi, vətənpərvərlik və millətçilik mövzusundakı söhbətlərini yaxşı xatırlayırlar.

Əbülfəz bəyin uzun illər boyu davam edən bütün bu görüşləri və yorulmadan davam etdirdiyi təbliğatı fəaliyyətlər Milli Dirçə­liş Hərəkatının başlanmasına zəmin hazırlıqlarını təşkil edirdi.

Milli Dirçəliş Hərəkatının başlanmasını Əbülfəz Elçibəyin özü belə təsvir edir: “1987-ci ildə Azərbaycanda yeni bir oya­nış başlamışdı. İmperiya bunun qarşısını almaq üçün Qarabağ məsələsini ortaya atdi. Ancaq, ...bu İmperiya 30 ilə yaxın idi ki, rüsvətxorluğun, içəridənyeyici təsiri nəticəsində iflic olmusdu. Dövlət aparatlarının heç biri dəqiq işləmirdi. Ona görə Mərkəzin Azərbaycabcan və onun xalqı haqqında fikri yalnış idi. Mixail Qorbaçov, onun ətrafindakılar və xüsusən də yan-yörəsində peyk kimi hərlənən erməni lobbisi belə düsünürdü ki, Azərbaycan xalqının elə bir güclü təşkilatı yoxdur, Respublikanın başçıları isə Moskvanın yesirləridir. Deməli, Qarabağı ermənilərə vermək olar. Bununla həm Azərbaycanı tam iflic etmək, həm də dünya ermənilərindən və onları himayə edən böyük dövlətlərdən İmpe­riyaya qarşı arxa düzəltmək olar”. (Əbülfəz Elçibəy: “Bu mənim taleyimdir“ kitabı)

Əbülfəz Elçibəy Meydan hərəkatına qədər Azərbaycanın vətənpərvər ziyalıları ilə birlikdə siyasi maarifçilik fəaliyyətləri vasitəsi ilə Milli Dirçəliş Hərəkatının hazırlıq mərhələsini necə təşkil etdiklərini belə xarakterizə edir: “Öncə elmi bir birlik ya­ratmalıyıq dedik. Gənc alimlər, tədqiqatçılar elmi işlərini müza­kirə edirdilər. Əlbəttə bunun arxasında siyasi yön də vardı. Sonra “Cənlibel“ Birliyi təşkil etdik. Bu birlik Azərbaycan tarixi və ədə­biyyatı ilə məşğul olurdu. Elə bu vaxt siyasət meydanında Qara­bağ məsələsi partladı. Hamımız tarixi ədəbiyyatı bir tərəfə qoyub siyasətdən danışmaga başladıq“. (Əbülfəz Elçibəy: “Bu mənim taleyimdir”)

Dağlıq Qarabağ ətrafında baş verən bu hadisələr Azərbay­canda Milli Dirçəliş Hərəkatının başlanmasına təkan verən əsas səbəblərdən biri oldu.

Əbülfəz bəyin qaldığı evdə Heydər Əliyevin şəkili

Əslində Azərbaycana qarşı Moskvada fitnəkar və təhlükəli bir planın hazırlandığını Əbülfəz Elçibəy 1987-ci ilin oktyab­rında peyğəmbərcəsinə öncədən söyləmişdi.Yəqin ki, hər biriniz mətbuatdan Əbülfəz Elçibəyin Yasamalda yaşadığı evdən Hey­dər Əliyevin şəklinin tapılması faktını xatırlayırsınız. 1987-ci ilin oktyabrın 21-də Mixail Qorbaçov Heydər Əliyevi tutduğu bütün vəzifələrdən azad edərək onu təqaüdə göndərdi. Azərbaycanda da böyük həyəcanla qarşılanan bu məlumat səhv etmirəmsə əvvəlcə „İzvestiya“ qəzetində, axşam isə Moskvadan “Zaman“ xəbərlər proqramında verildi. Onun sabahısı günü mən Elçibəyin Yasamal­da qaldığı evinə getdim.Evdə Bəydən başqa onun bir neçə qohu­mu da var idi. Elçibəy bu xəbərdən cox həyəcanlanmışdı. Səhv etmirəmsə orada olan qayını Mirmöhsün bəyə dedi ki, get mənə Heydər Əliyevin bir şəklini tap. Mirmöhsün bəy gedib qəzet köş­kündən aldığı H.Əiyevin şəkli ilə tezliklə geri döndü. Elçibəy bizə müraciətlə dedi: “Bəylər görəcəksiniz Heydər Əliyevin tutdu­ğu vəzifələrdən azad edilib politbürodan uzaqlaşdırılması sıradan bir hadisə deyil, bu o deməkdir ki, Kremldə Azərbaycana qarşı cox təhlükəli bir plan hazırlanır. Heydər Əliyev Kremldə, Politbüroda olduğu müddətdə o, Azərbaycana qarşı hər hansı təxribat və təh­lükəli planın həyata keçirilməsinə izin vərməzdi, siz tezliklə bu hadisələrin şahidi olacaqsiniz“. Bunları dedikdən sonra Əbülfəz bəy Heydər Əliyevin rəsmini şkafın qapısının içəri tərəfinə yapış­dırdı. Soruşduq ki, Bəy, bəs o şəkli niyə divara deyil, şkafın içəri qapısına vurursan, cavab verdi ki, yox, onun yeri elə buradır.

Elçibəyin Heydər Əliyev haqqında dediyi bu sözlər peyğəm­bərcəsinə deyilmis bir fikir idi. Həqiqətən də yuxarıda təsvir etdi­yimiz hadisələr baş verdi. Heydər Əliyev oktyabrın 21-də tutdu­ğu vəzifələrdən azad olunandan sonra, 18 noyabrda Aqanbeqyan Dağlıq Qrabağ haqqında Parisdə o məlum müsahibəsini verdi. Raisa Qarbaçova isə həmin ilin sonunda Vaşinqtona səfəri zamanı erməni lobbisinin ona hədiyə etdiyi qiymətli daş-qaşlar müqabi­lində ermənilərə bütün məsələlərdə ən yüksək səviyyədə dəstək veriləcəyini vəd etdi.

Bu rəsm məsələsini Elçibəyin Heydər Əliyevə bir sevgisi kimi dəyərləndirmək tamamilə yalnış bir təsəvvürdür. Sadəcə olaraq bu hadisəyə Azərbaycanın milli mənafei prizmasından ya­naşan Elçibəy, Heydər Əliyevin tutmus olduğu vəzifələrdən və Politbürodan kənarlaşdırılmasını ona qarşı Kremlin böyük ədalə- tizliyi və xalqımıza qarşı təşkil olunan bir qəsd hesab edirdi. Kim­liyindən asılı olmayaraq Elçibəy hər zaman haqqı tapdalananın, hüquqları pozulanın, ədalətizliyə uğrayanların yanında idi. Bu, o Böyük insanın xarakteri idi.

Ziya Bünyadovun Aqanbeqyanın Parisdəki müsahibəsinə reaksiyası

18 noyabr 1987-ci ildə erməni akademik Aqanbeqyanın Pa­risdə bir müsahibəsi zamanı Dağlıq Qarabağın Ermənistana veril­məsi təklifi ilə cıxış etməsi, bunun ardınca da Raisa Qorbaçovanın Amerikaya səfəri zamanı ermənilərə tam dəstək verdiyini bəyan etməsi, Ermənistanda və Dağlıq Qarabağda ermənilərin təskilat- lanaraq “Qarabağ“ hərəkatı yaratmaları Azərbaycanda dərin qəf­lət yuxusuna dalmış o zamankı Kreml satrapları olan Azərbay­can kommunist rəhbərliyinin heç vecinə də deyildi. Bu məsələ ilə əlaqədar ilk həyəcan təbilini çalan öz cəsarəti və vətənpərvərliyi ilə hər zaman seçilən akademik Ziya Bünyadov oldu.17 dekabr 1987-ci ildə Elmlər Akademiya partiya Komitəsinin konfransın­da cıxış edib vəziyyətin Azərbaycan üçün cox ciddi olduğunu və Kremldə bir cox yüksək vəzifəli şəxslərin açıq şəkildə ermənilərə dəstək verdiyini, Aqanbeqyanın hərəkətlərinin qarşısını almağı yığıncaqda iştirak edən MK-nın ideologiya üzrə katibi Ramiz Mehdiyevdən tələb etdi. Ramiz Mehdiyev cavabında bildirdi ki, Aqanbeqyanın Dağlıq Qarabağ haqqındakı fikri onun şəxsi fikridir və bu fikri bütün ermənilərə şamil etmək düzgün deyil. Ziya Bünyadovun bu xəbərdarlığı ziyalılar içərisində müəyyən həyəcana səbəb olsa da Azərbaycan rəhbərliyinin tutduğu passiv gözləmə mövqeyi səbəbi ilə geniş əks-səda doğurmadı. 15 yan­var 1988-ci il tarixdə Ziya Bünyadov “Ədəbiyyat və incəsənət“ qəzetində ermənilərin Dağlıq Qarabağ məsələsi ətrafinda cox cid­di surətdə təşkilatlanmaları, onların fitnəkar planlarının ölkəmiz üçün nə dərəcədə təhlükə doğurduğunu yeni faktlarla və həyəcan­lı şəkildə Azərbaycan xalqının nəzərinə çatdırdı. Son dərəcə mə­lumatlı bir şəxs olan Ziya Bünyadovun çaldığı həyəcan təbili bu dəfə geniş əks- səda dogurub, xalqın ciddi həyəcanına səbəb oldu.

Milli Dirçəliş Hərəkatının başlanması

Dağlıq Qarabağ ətrafinda baş verən bu hadisələr Azərbay­canda Milli Dirçəliş Hərəkatının başlanmasına təkan verən ən əsas səbəblərdən biri və birincisi oldu.

1980-ci illərdə baş verən tarixi hadisələrin bilavasitə şahi­di olmayan indiki gənc nəsldə belə bir fikir formalasib ki, Milli Dirçəliş Hərəkatı elə 17 noyabr 1988-ci il Meydan hərəkatı ilə başlayib, əslində isə bu yalnış bir yanaşmadır. Meydan hərəkatı 1988-ci ilin lap əvvəllərindən başlayan Milli Dirçəliş Hərəkatının kulminasiya nöqtəsini təşkil edir. Meydan hərəkatı xaotik şəkil­də, spontan, ani yaranan bir hadisə deyildi. Bu hərəkata qədər bir neçə il ərzində xalq və xüsusən də gənclər içərisində vətənpərvər ziyalılarımız, o cümlədən Əbülfəz Elçibəy tərəfindən onun zəmi­nini təşkil edən gəniş siyasi maarifləndirmə fəaliyyəti həyata ke- çirilmis, bir neçə siyasi, elmi və siyasi- maarifçi təskilatlar yaran­mışdı. 1988-ci ilin əvvəllərindən Məhəmməd Hatəminin, Vurğun Əyyubovun və Əbülfəz Elçibəyin rəhbərlik etdiyi siyasi-maarif­ləndirmə “Cənlibel“ Birliyi, Elçibəyin yaratmış olduğu “Varlıq“ siyasi təskilatı, Dövlət Universiteti tələbələrinin “Yurd“ tələbə təskilatı, Elmlər Akademiyasinda Zərdüst Əlizadənin, Tofiq Qa­sımovun və digərlərinin rəhbərlik etdikləri “Gənc alimlər klubu“, sonralar Məhəmməd Hatəminin yaratmış olduğu “Qızılbaşlar“ təskilatı Meydan hərəkatının təskilatı özəyini və aparıcı qüvvəsi­ni təşkil edirdi. Onu da qeyd edim ki, bütün bu təşkilatların işində Əbülfəz Elçibəy yaxından iştirak edərək onların toplantılarında tez-tez çıxışlar edir, böyük aktivlik göstərirdi.

Milli Dirçəliş Hərəkatının ilk mitinqi 19 fevral 1988-ci ildə baş verdi.Təxminən bir gün öncə Azərbaycan Dövlət Unuversi- tetinin bir neçə tələbəsi mənim müəllim işlədiyim İnşaat Mühən­dislər İnstitutuna və qonşu Politexnik İnstitutuna gəlib nümayiş olacağı haqqında xəbərdar etmişdilər. Bizim fəal tələbələr də buna hazır idilər. Həmin günü səhər-səhər dərsdə olanda Uni­versitet tərəfdən böyük bir dəstənin əllərində şüarlar, uca səslə “Qarabağ“ sədaları altında Nərimanov prospekti ilə gəlib Politex­nik İnstitutunun yaxınlığında dayandıqlarını gördüm.Tələbələr auditoriyanın pəncərələrinə tərəf axışdılar və məndən nümayişə qoşulmaq üçün izn istədilər. Mən izn verdim. Tələbələr küçəyə axışıb nümayişçilərə qoşuldular. Digər auditoriyalarda müəllim­lər tələbələrə sinifdən çıxmasına mane olmaq istəsələr də buna nail ola bilmədilər.

İnstitutda tələbələrin əksəriyyəti, qızlı-oğlanlı nümayişçilərə qoşuldular. Mən də tələbələrimin arxasınca gedib nümayişə qo­şuldum. Hər kəsi indiyədək görünməmis izdihamın və “Qara- bağ“ hayqırışlarının təsiri ilə izahı cətin olan böyük bir həyəcan bürümüşdü. Cox adam göz yaşlarını gizlətməyərək həyəcandan ağlayırdı. İzdiham Bakı Soveti metrosu istiqamətində şəhərə endi. Qoşa Qala qapısının yanından keşib, Neftçilər prospekti ilə „Azadlıq“, o zamankı Lenin meydanında toplandı.Bu zaman Pe- doqoji İnstitutun da tələbələri böyük hay-küylə nümayişə qoşul­du. Xalqı təmkinli olmağa, provokasiyalara uymamağa çağıran və Respublika rəhbərliyinin hər şeyi yoluna qoyacağını vəd edən cıxışlar nümayişçiləri qane etmədiyindən onlar öz tələblərini birbaşa rəhbərliyin diqqətinə catdirmaq üçün Mərkəzi Komitə­nin binasına doğru üz tutdular. Burda da MK-nın işçiləri, yazı­çılar nümayişçiləri sakitləşdirmək üçün xeyli canfəşanlıq göstər­dilər. Onlar ağızları köpüklənə-köpüklənə xalqı inandırmağa ça­lışırdılar ki, Respublika rəhbərliyi Qarabağ ermənilərinə layiqli cavab verib yerində oturdacaq, Dağlıq Qarabağ əbədi Azərbaycan torpağıdır, guya bu məsələ artıq Kremldə Azərbaycanın xeyrinə həll olunduğu üçün xalqı fitnəyə uymamağa çağırırdılar.

Şair Rüstəm Behrudi narazı nümayişçiləri öz alovlu yalva- rışlı cıxışı ilə sakitləşdirə bildi. Nümayişçiləri dağılmağa razı saldı. Respublikanın anti-milli ruhlu Kreml qulbeçələri olan rəh­bərliyindən hər hansı ümidverici, qane edici, nikbinlik doğuracaq bir cavab ala bilməyən nümayişçilər ümidsiz, çarəsiz bir şəkildə “Qarabağ“ hayqırışlarının sədası altında Mərkəzi Komitənin qar­şısını tərk etdi. Respublikamızda Dağlıq Qarabağ hadisələri ilə əlaqədar baş verən bu ilk kütləvi etiraz aksiyasi olan nümayiş-mi­tinq Milli Dirçəliş Hərəkatının başlanğıçı oldu. Necə deyərlər “cin artıq şüşəni tərk etmişdi“.

İşlədiyim Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun rek­toru, “şəhid“ kommunist Bünyad Sərdarovun nəvəsi gənc Bün- yad Sərdarov tələbələrlə birlikdə nümayişdə iştirak etdiyimə görə mənə şiddətli töhmət verdi.

Fevral ayında artıq Ermənistandan cox həyəcanlı xəbərlər gəlirdi. Ermənilər Azərbaycanlıların evlərinə hücum edərək talan edir, var-döylətlərini əllərindən alır, özlərini isə Respublikadan, öz dədə-baba torpaqlarından qovurdular. Ölkəmizdə vəziyyət get­dikcə gərginləşməkdə idi. Ermənistanda həmvətənlərimizə qarşı qanlı hadisələrin başlanmasından sonra KQB-erməni işbirliyinin nəticəsində Sumqayıt hadisəsi baş verdi. Bakıda etiraz aksiyaları və mitinqlər silsiləsi başlandı.

Alimlərin təşəbbüsü ələ almaları

Tələbələrin mitinqindən sonra alimlər təşəbbüsü ələ aldı. Elmlər Akademiyasının əsas binası etiraz aksiyalarının mərkə­zinə cevrildi. Akademiyanın böyük akt zalında keçirilən etiraz yığıncaqlarının əsas ilhamvericisi Akademik Ziya Bünyadov idi. Hər kəs onun çıxışlarını səbrsizliklə gözləyirdi. Bu yığıncaqlar­da Respublika partiya rəhbərliyinin nümayəndələri də müntəzəm iştirak edirdilər. Onların əsas vəzifəsi xalqı sakitləsdirmək və gerçəkləri ört-basdır etmək idi. Akademiya, işlədiyim İnsaat Mü­həndislər İnstitutunun qonşuluğunda yerleşdiyi üçün mən də bu toplantılarda iştirak edirdim. Etiraz aksiyalarının ən fəal iştirak­çısı Əbülfəz Elçibəy idi. O, hər toplantıda bir neçə dəfə söz alıb digərlərindən fərqli olaraq ən kəskin şəkildə Qarabağın taleyi, Ermənistandakı Azərbaycan türklərinin faciəsini dilə gətirir, dəlil və sübutlarla Respublika rəhbərliyini fəaliyyətsizlikdə və xalqın taleyinə biganəlikdə təqsirləndirərək ermənilərin bizə qarşı yürüt­dükləri düşmənçilik təbliğatının qarşısını almaq üçün öz təkliflə- riniirəlisürürdü.

Elçibəy Akademiyadakı etiraz aksiyalarından birində (16 mart) Respublika rəhbərliyini qətiyyətsizlikdə ittiham edən çıxı­şında deyirdi ki, “Ermənilər “Qarabağ“ Komitəsi yaradıblar. Aldı­ğımız məlumata görə, burada gənclərdən ibarət müdafiə dəstələri yaradılıb. Bu gün Respublikamız əleyhinə bütün dünyada güclü ideoloji və mənəvi təbliğat aparılır. Sumqayıtdakı hadisələri biz “xuliqanlıq“ , “cinayətkarlıq“ adlandırdıq. Dünya radioları bundan istifadə edib xalqımıza “talançı“ deyir. Halbuki bu işdə düşmən əli var...“Qlastnost“ jurnalının yaradıcılarında biri Qriqoryant- sın nümayəndəsi Andrey Shelkov qırğın vaxtı Sumqayıtda olub. Hadisələri lentə alıb və xaricə ötürüb.Onlar hadisələrin olacağını hardan bilirdilər? İkinci sual:şəhərin dövlət təhlükəsizlik orqan­ları harada qalmışdılar?“ Bu sözlər alqışlarla qarşılandı.Ancaq az qala bütün varlığı sim kimi gərilmiş Əbülfəz bəy əsəbi şəkildə dedi:-Əl çalmayın!Artist deyiləm ki, əl vurursunuz! Dərdimizdən danışırıq, düşünək görək hansı çıxış yolumuz var?...Daşnaklar Dağlıq Qarabağdan başqa Naxçıvan, Daşkəsən, Gəncə, Xanlar və Şamxoru da istəyirlər.Mən təklif edirəm ki, xalqımızı erməni hü­cumundan qorumaq üçün müdafiə cəmiyyəti yaradılsın“. Bu vaxt 26-larRayon Partiya Komitəsinin I katibi Xəlil Xəlilov bu təklifə etiraz edərək bildirdi ki, onsuz da düşmənlərimiz aranı qızışdır­maq istəyir, bu da bir bəhanə olar.(Əbülfəz Elçibəy“Bu mənim taleyimdir“ kitabi).

Akademik Ziya Bünyadov Əbülfəz Elçibəyin xalqı müdafiə etmək üçün bir təskilatın yaradılması təklifini müdafiə etdi.



Əbülfəz Elçibəyin Akademiyadakı etiraz mitinqində təklif etdiyi və Ziya Bünyadovun da dəstəklədiyi Azərbaycan Xalqını

Müdafiə Cəmiyyəti çox keçmədən vətənpərvər ziyalılarn iştira­kı ilə yaradıldı. Bu cəmiyyətin yaradıldığını Əbülfəz Elçibəy 16 may 1988-ci ildə Meydanda təşkil olunan mitinqdə belə elan etdi: “Azərbaycan torpağı uğrunda son damla qanımıza qədər vuruşa­cağıq. Torpaqdan pay olmur. Vətən müqəddəsdir. Xalq gücü bö­yük şeydir. Ancaq biz bir-birimizi eşitməyi də bacarmalıyıq. Biz yalnız ədalətlə qalıb gələ bilərik. İğtişaşlar bizə baha başa gələr. Unutmayın, biz Azərbaycan Xalqını Müdafiə Cəmiyyəti yaratmı­şıq. “(Ədalət Tahirzadə. “Meydan 4 il 4 ay“ kitabı).

Meydan hərəkatı

Meydan hərəkatı kimi məşhur olan Milli Dirçəliş Hərəkatı Azərbaycan Xalqının Milli Azadlıq mübarizəsinin ən parlaq sə­hifələrindən birini təşkil edir. Meydan hərəkatının ilk günlərindən müəllimim və liderim Əbülfəz Elçibəylə çiyin-çiyinə bu müba­rizədə iştirak etmişəm. Hərəkatın ilk günlərindən Azərbaycanın vətənpərvər ziyalılarnın bir qrupu təşkilat yaratmağa başladılar. Bu təşkilatın məqsədi mitinq iştirakçılarına nəzarət etmək, eks­tremist və təxribatçıları zərərsizləşdirmək, meydanda xaosun ya­ranmasına imkan verməmək, oraya gələn ərzaq yardımını qəbul edərək mitinq iştirakçıları arasıda bölüşdürmək, mitinqin müha­fizəsini təşkil etmək idi.Beləcə Respublika hakimiyyət orqanları­nın da razılığı ilə Mitinq Komitəsi təşkil etdilər.

Mitinq Komitəsində Əbülfəz Elçibəy başda olmaqla Fi­rudin Cərlilov, Fərman Kərimzadə, Aydın Məmmədov, Sabir Rüstəmxanlı, Nüsrət Kəsəmənli, Mehdi Məmmədov, Etibar Məmmədov, Tağı Xalısbəyli, İsmayıl Tariqpeyma, Nurəddin Qu­liyev, Bəhmən Sultanlı, Rüstəm Behrudi, İsa Qəmbər və b. daxil edildilər. Mitinq Komitəsi İdarə Heyətini seçdi.Onlar arasında vəzifə bölgüsü aparıldı.

Firudin Cəlilovun təskilatçılıq bacarığını nəzərə alaraq Mi­tinq Komitəsinin qərərgah rəhbəri təyin edildi. Mehdi Məmmə­dov və Etibar Məmmədova mətbuat və informasiya vasitələri ilə əlaqə saxlamaq vəzifəsi tapşırıldı, aktyor Nurəddin Quliyev və Xudu Xuduyevi Mitinqin mühafizəsi işinə rəhbər təyin edildilər. Aydın Məmmədov meydanda təbliğat islərini həyata keçirən qru­pa rəhbər, məni isə ona müavin təyin etdilər. Politexnik İnstitu­tunun tələbəsi Qabil Məmmədov da digər dostlarla birlikdə bu qrupda fəaliyyət göstərirdi. Şair Nüsrət Kəsəmənli mitinq iştirak­çıları içərisində yayılması üçün nəzərdə tutulan müraciət, bildiriş və digər təbliğat vasitələrinin cap olunmasını təşkil etmək vəzifə­si ilə görəvləndirilmişdi.

NK-Nüsrət Kəsəmənli, yoxsa Nümaiş Komitəsi

Mitinq Komitəsi üzvlərinin Meydana sərbəst şəkildə gi­riş-çıxışını təmin etmək üçün təşkilatın emblemi olan döş nişan­ları hazırlamaq haqqında İdarə Heyəti qərar qəbul etdi. Emble­mi hazırlatmaq Nüsrət Kəsəmənliyə tapşırıldı. Lakin eskiz hazır olanda bir problem ortaya cıxdı. Belə ki, döş nişanını Mitinq Ko­mitəsinin baş hərfləri olan MK şəklində hazırlamaq nəzərdə tutul- musdu. MK görəndə adamlar özlərindən asılı olmayaraq Mərkə­zi Komitə düşünürdülər. Bu da yalnış reaksiyaya səbəb olacaq­dı. Belə bir döş nüşanı qəbul edilə bilməzdi. Bu zaman Nüsrət Kəsəmənli alternativ variant olaraq döş nişanlarının üzərində MK yerinə Nümayiş Komitəsinin qısaldılmış forması olan NK yazılmasını təklif etdi və bu təklif qəbul edildi. Döş nişanlarının nümunə nüsxələrinin müzakirəsi zamanı Fəzail Ağamalı Nüsrət Kəsəmənlini döş nişanlarında NK yazdırmaqda məqsədinin öz adını əbədiləşdirib təbliğ etməklə ittiham etdi və aralarında gər­gin mübahisə baş verdi.

Fasilə zamanı onlar arasında mübahisə daha da şiddətlənərək az qala yumruq davasına keçəcəkdi. Mən araya girib onları sa­kitləşdirdim və gərginlik yatdı. Nemət Pənahlı özünü hər kəsdən yüksək tutaraq üzvü olduğu Nümayiş Komitəsi İdarə Heyətinin iclaslarında iştirakdan imtina edirdi.

O zaman 26-lar Rayon Partiya Komitəsinin 1-ci katibi olan və tutduğu vəzifəyə rağmən oz vətənpərvərliyi ilə böyük rəgbət doğuran rəhmətlik Vəli Məmmədov Nümayiş Komitəsi ilə sıx əlaqə saxlayırdı.



Meydan lideri Nemət Pənahlı və Elçibəyin geri çəkilmə səbəbi

İlk gündən Meydandakı mitinqin əsas təşkilatçısı akademı- yanın elmi işçisi Ənvər Əliyev idi. Sonra Məhəmməd Hatəmi, ardınca Nemət Pənahov və Sabir Rüstəmxanlı mitinqi idarə edən­lərin cərgəsinə qoşuldular. Ənvər və Nemət ilk günlər camaatı meydandan dağılışıb getməyə dəvət etsələr də mitinq iştirakçıları bundan imtina edərək onları fitə basdılar. Nemət tədricən Meyda­nın əsl qəhrəmanına çevrildi.

Nümayiş Komitəsinin üzvü olmasına rağmən o özünü mey­danın əvəzsiz tək lideri hesab edərək Nümayiş Komitəsinə say­mamazlıqla yanaşır, onun kollektiv idarəçiliyini qəbul etmirdi. Meydan hərəkatının sonlarına yaxın onda heç şübhəsiz böyüklük maniyası yaranmışdı. Əslində Meydan hərəkatının əsas ideolo­ji ilhamvericisi Əbülfəz Elçibəy idi. Lakin o, Azadlıq hərəkatı-

nın bu dövründə önə cıxıb təşəbbüsü tam ələ almağı və hərəka­ta rəhbərlik etməyi erkən hesab edirdi. Bəy deyirdi ki, “Bəylər, antisovet, pantürkist, milliyətçi ittihamlar ilə həpsdə yatmış bir dissidentin Meydan hərəkatına rəhbərlik etməsi bu hərəkatı So­vet rəhbərliyi tərəfindən gözdən salınmasına və saxta ittihamlarla qaralamasına səbəb olar. Yenidənqurma prosesinin bu dövründə bu hərəkata Nemət Pənahlının timsalında etirazçı bir fəhlənin və Sabir Rüstəmxanlının timsalında Komsomol mükafatına layiq görülmüs vətənpərvər bir gənc Sovet sairinin rəhbərlik etməsi daha doğrudur. Bəylər, darıxıb tələsməyin, tezliklə mənim də za­manım gələcək“.

Elçibəyin mitinq və toplantılarda Respublika rəhbərliyini hə­dəf alan tənqidi cıxışları partiya-sovet rəhbərliyini narahat edirdi. 15 noyabr 1988-ci ildə Akademiyadakı növbəti mitinqdə Əbül­fəz bəy Dağlıq Qarabağda və Respüblika daxilində baş verən ha­disələri ürək yanğısı və qəzəblə dilə gətirdi: “Biz bu günkü dər­di unudur, sabah yeni dərd gözləyirik. 20 min qaçqınımız neçə oldu?...Qaçqının sayını bilmirik, ölənin sayını bilmirik. Bayra­ğımızı açıblar, deputatları yığıncaqlarımıza gəlmir. Poqosyanla bacara bilmiriksə, sabah çox şey ortaya çıxacaq. DQMV ləgv olunmalıdır. Poqosyan və onun bandası götürülməlidir... Siyasi şüurumuz Amerikadaki zəncilərinkindən qat-qat aşağıdır. Gözəl, böyük alimlərimiz var, ancaq vətəndaşlıqları yoxdur. Bu acı gün­lərdə yubileylər, bayramlar keçiririk. Azərbaycanda Dövlət struk­turu zəifdir. Ona görə yuxarılar aşağıları barmaqla hədələyir. Ci­nayətin bir qolu biz ziyalılarn boynundadır.“ (Əbülfəz Elçibəy: «Bu mənim taleyimdir“ kitabı).

18 noyabr 1988-ci il mitinqində Elçibəy mövcud olan prob­lemləri xalqın tələbləri şəklində Azərbaycanın kommunist haki­miyyəti qarşısında mitinq iştirakçılari adindan irəli sürdü:

Qarşımızda üç problem var:


  1. Ermənistan SSR-dən didərgin düşənlərdir. Bəlkə də ağac­ların (Topxana nəzərdə tutulur) yox, on minlərlə insanın taleyini düsünməliyik.

  2. Ermənistan SSR-in özündə yaşayan Azərbaycanlıların təh­lükəsizliyi, mədəni-milli varlığı müdafiə olunmalıdır.

  3. Dağlıq Qarabağ məsələsidir. Bizə qarşı iftiralar başlayib. Bütün gücümüzü, ağlımızı toplayıb onlarla mübarizə etməliyik.

Elçibəy Meydan mitinqlərini Sovet hakimiyyət orqanlarının, DTK-nın və ya hansısa bir şəxsin istəyi ilə başlayan, xalqımıza qarşı bir fitnəkarlıq niyəti olduğu fikrini qətiyyətlə rədd edərək deyirdi:“Bəzən mənə də deyirlər ki, bu işi hökumət təşkil edib, deyirdim ki, yaxşı edib. Mən bunu fikirləşirdim ki, millət mitinq eləməlidir, Qarabağ müdafiə olunmalıdır. Söhbət bundan gedir; istəyir bu işi DTK eləsin, istəyir hökumət qursun-fərqi yoxdur. Mənə işin mahiyyəti maraqlı idi. Bu iş Azərbaycan xalqının Qa­rabağa qarşı olan qəsdə meydanda etirazıdır; istəyir fitnəyə ge­dək, istəyir özümüz edək, mahiyyət budur ki, bu bir etirazdır”. (Əbülfəz Elçibəy: “Bu mənim taleyimdir“kitabi)

19 gün davam edən qəhrəmanlıq epopeyası

Əbülfəz bəy özünün 17 noyabr Meydan mitinqinin əsas təs- kilatçısı olmasını və orda iştirakını belə nəql edir: “Birinci mi­tinqdən mənim xəbərim olmayib (16 noyabrda Sabir bağındakı mitinqi nəzərdə tutur), ikinci mitinqdən başlayaraq Meydan mi­tinqlərinin hamısında iştirak etməyə başladım. Özüm cıxış et­mirdim. Bir-iki dəfə çıxış etdim, səsim batdı, soyuq da vurdu. Özümün ən məsuliyyətli saydığım dövr 88-ci ilin noyabrı idi. Qorxurdum ki, şəhərdə qırğın ola bilər, ona görə o vaxt gecə - gündüz yatmırdım. Mitinq başlayanda (17 noyabr mitinqi) Nemə­tin xəbəri yox idi, amma mənim xəbərim vardı.Bilirdim ki, kim başlayacaq, hardan başlayacaq, nə cür gedəcək, mən də harada qoşulacağam. Özlərinə demişdim ki, gələcəksiniz Əlyazmalar İnstitutunun yanındakı bağda mən sizə qoşulacağam. (Əbülfəz Elçibəy:“Bu mənim taleyimdir“ kitabı)

O günlərdə hadisələrin canlı salnamə şəkildə yazaraq qeyd aparan Ədalət Tahirzadə Elçibəyin Meydan hərəkatı günlərindəki fəaliyyətini əks etdirərək yazır: “Əbülfəz bəy Meydan günlərində dayanmadan təbliğat aparırdı .“21 noyabr saat 7:40-da Əbülfəz yanımdan keçirdi. Görüşdük. Ayaq üstə çətinliklə dururdu. Üzü­nü də tük basmışdı. Bu gecə vur-tut bircə saat yatıb. Danışmaq­dan səsi tutulub, boğazından gələn fısıltı ilə sözü birtəhər başa salırdı.“(Meydan 4 il 4 ay).

Aşağıda Məhəmməd Hatəminin guya Əbülfəz bəyin gecələr Meydanda qalmadığı haqqındakı uydurmasına cavab olaraq mən də şahidəm ki, rəhmətlik Bəy yalnız nadir hallarda gündüz vaxtı bir neçə saatlığa paltarını dəyişmək və təmizlik məqsədi ilə Mey­danı tərk edirdi.

Hakimiyyət dairələri də Əbülfəz Elçibəyin Meydan hərəka- tındakı aparıcı rol oynadığını gözəl bilirdilər və ona görə də eti- razçıların hakimiyyətlə danışıqlar aparmaq üçün təşkil etdikləri komissiyalar və nümayəndəliklərdə onun iştirakını labüd hesab edirdilər.“17 noyabr 1988...Fətulla Hüseynov (Bakı şəhər Dİİ-nin rəisi) söz verdi ki, Əbülfəz Əliyev və Sabir Rüstəmxanlı (onlar nümayəndə seçilib) ilə danışıqlar aparılacaq. Bəli, artıq Bəy “rəh- bərliklə“ danışıqlar aparmaq səlahiyyəti qazanmışdır“. (Ədalət Tahirzadə: “Əbülfəz Elicibəy-Deyirdim ki, bu quruluş dağılacaq“ kitabindan). Mən o zaman Lenin prospekti 5 nömrəli binada (in­diki Azadlıq prospekti) Arxeologiya İnstitutuna məxsus olan və Nümayiş Komitəsi üçün ayrılmış qərargahda bir neçə dəfə şəxsən Əbdürrəhman Vəzirovun telefonla Elçibəyi çağırıb, onun bu və digər məsələlər barəsində məsləhətləşdiyinin şahidi olmuşam.



Meydanda Bakı kəndlərinin, Ordubadlıların, ali məktəb tələ­bələrinin, Leytenant Şmidt zavodu və digər müəssisələrin, müxtə­lif cəmiyyət və təşkilatların çoxlu çadırları qurulmuşdu. Əbülfəz bəy Meydan hərəkatı zamanı digər liderlərdən fərqli olaraq mey­dandakı insanları tək qoyub getməyi özünə ar bilir, bütün günü və gecəni meydanda insanların içərisində olur və bu çadırlarda gecələyərək yalnız üst-başını dəyişmək üçün nadir hallarda evə gedirdi. Dincəlməyə imkanı olmadığı üçün o həmişə yorğun gö­

rünsə də, bunu biruzə verməməyə çalışır, gümrah görünməyə səy göstərirdi. Nümayiş Komitəsinin üzvləri kimi bizim əsas vəzifə­miz Meydanda əmin-amanlığı qorumaq, müxtəlif bildiriş və mü­raciətləri xalqa paylamaq, tonqalların ətrafında insanlarla siyasi maarifləndirmə işi aparmaqla ekstremist qrupların təsirindən on­ları qorumaqdı. Biz həmçinin xalq cəbhəsi ideyasını təbliğ edir, onun mahiyyətini xalqa izah edirdik. Respublikada Xalq Cəbhəsi hələ yaranmamış olsa da, bəzi şəxslər və qruplar minlərlə insa­nın bir yerə toplaşmasını fürsət bilib bu ideyanı mənimsəyərək hadisələri qabaqlamaq məqsədi ilə öz imzaları ilə Xalq Cəbhəsi mövcud imiş kimi onun adından müraciətlər, bildiriş və məlumat­lar yayırdılar. Hətta Meydanda qurulan bəzi çadırların üzərində təmsil olunduqları müəssisə və yerlərin adının qarşısına cəbhə sözü əlavə olunmuşdu.

Bu işdə əsas canfəşanlıq göstərənlər Zərdüşt Əlizadənin “Xalq Cəbhəsinin Müvəqqəti Təsis Komitəsi” və Məhəmməd Hatəminin “Milli Qurtuluş Cəbhəsi” idi.

Mitinqin dağıdılması və iştirakçılarının həbsi

Dekabrın əvvələrindən Meydanın dağıdılacağı xəbərləri do­laşırdı. 4 dekabrda axşamüstü Nümayiş Komitəsindəki telefonla evə zəng etdim, həyat yoldaşım oğlumun ağır xəstələndiyini və yüksək qızdırmalı olduğunu bildirdi. Əbülfəz bəy məni gördükdə qanımın qaralmasının səbəbini soruşdu. Oğlumun xəstələndiyi­ni, ancaq evə getmək istəmədiyimi bildirdi. O, məni məzəmmət edərək qolumdan tutdu və komendant saatı başlamamış Meydan­dan kənara çıxardı.

Gecədən bir xeyli keçmiş Meydandan gələn səs-küyü, səs- gücləndiricilərin səsini, haray qışqırıq səsləririni eşidib evdən bayıra çıxdım. Evimiz Bayılda, dağın üstündə olduğu üçün Mey­dan açıqca görünür.Bütün səs-küy və gurultu aydınca eşidilirdi. Səhərə yaxın Meydandakı səs-küy nisbətən sakitləşdi. Sübh tez­dən pay-piyada Meydana yollandım. Küçələrdə Meydana doğru axışan xeyli adam var idi. Azərbaycan mehmanxanasına yaxınla­şanda Tofiq Qasımova rast gəldim. Birlikdə əsgərlər tərəfindən dövrəyə alınaraq mühafizə edilən Meydana çatdıqda toplaşan iz- dihamdakı insanların bir çoxu bizi tanıyaraq göz yaşları ilə əsgər­lərin çoxlu insan öldürdüklərini, qan su yerinə axdığını ahu-zarla söylədilər.

İzdihamın çox güclü hay-küyündən sonra ordakı zabit gedib yanında bir generalla geri döndü. O, Bakının hərbi komendantı general Tiyaqunov olduğunu bildirdi və izdihamı sakitləşdirərək heç kəsin qətlə yetirilmədiyini, yalnız bir neçə şəxsin yüngül xə­sarət aldığını, meydandakıların Bayıl həbsxanasına aparıldığını dedi. Toplaşanları inandırmaq üçün təklif etdi ki, iki nəfər nü­mayəndə onunla bərabər Meydanı gəzsin. Adamlar nümayəndə kimi Tofiq Qasımovla məni seçdilər.Biz Tiyaqunovla birlikdə Meydanı başdan-başa dolaşdıq. Meydan müharibədən sonrakı dağıntını xatırladırdı. Çoxsaylı çadırlar uçulub dağıdılmış, hər şey yerlə-yeksan olmuşdu. Bir neçə yerdə kiçik qan ləkələri var idi. Mənzil İstismar idarələrindən gətirilən çoxlu kişi və qadın Meydanı təmizləyirdi. Onlar da bizə bildirdilər ki, Meydan da­ğıdılan kimi onları evlərindən bura gətiriblər. Burda heç bir qətl edilən, öldrülən adam görməyiblər. Generalla bərabər izdihama yaxınlaşıb gördüyümüz dedik. Əsgərlərlə yeni qarşıdurma olma­sın deyə adamları sakitləşdirməyə çalışdıq.



Dekabrın 4-dən 5-ə kecən gecə Meydan Sovet əsgər və zabit­ləri tərəfindən dağıdılarkən çoxsaylı mitinq iştirakçısı ilə birlikdə Əbülfəz bəy də tutularaq Bayıl həpsxanasına göndərilmisdi. El­çibəy sonralar Meydanın dağıdılmasını və həps olunmağını belə xatırlayır: “Fərman verildi ki, bu Meydan döyülsün, söyülsün dağıdılsın və məhv edilsin... və dördündən beşinə kecən gecə tankların mühasirəsində cox cüzi, yüz-iki yüz adam qaldı. Bu vətənpərvərlərə qarşı on yeddi minlik bir ordu meydana göndəril- di...Zopalarla döydülər, təpiklədilər. Qorxutmaq üçün üstümüzə tank (zirehli döyüş maşınları) sürdülər.Tırtıllı traktorlarla gəlib

qar kürəyən kimi insanları üst-üstə topladılar. Qadınlar-qızlar ağlaşırdılar. Mən qadınları, qızları bir tərəfə ayırdım. Qışqırdım onlara. Kürüdülər bizi yerdən. Sonra avtobuslara doluşdurdular.“ (Əbülfəz Elçibəy: «Bu mənim taleyimdir».)

Meydan dağıdılan zaman ölən olmamışdı. Bəzi iddialara görə Meydan dağıdıldığı zaman ölüm hadisəsinin olmaması ge­neral Tiyaqunovun bu haqqda xüsüsi göstəriş verməsi və onun hümanizmi ilə əlaqədar imiş.



Tofiq Qasımovdan ayrılıb mən Əbülfəz bəydən xəbər tutmaq üçün Bayıl həbsxanasına getdim. Oraya çoxlu adam toplaşmışdı. Biz içəriyə xəbər göndərdik və Əbülfəz bəyin digər tutuqlularla birlikdə orda olduğunu öyrəndik.

AZƏRBAYCAN XALQ CƏBHƏSİNİN
YARADILMASI UĞRUNDA MÜBARİZƏ


1 988-ci ildən Azərbaycan Xalq Cəbhəsi təşəbbüs qrupu­nun yaradılması məsələsi gündəmdə idi. Meydan dağı­dıldıqdan sonra “Varlıq” cəmiyyəti, “Gənc alimlər klu­bu” və b. təşkilatlar Bakıda komendant saatı olduğuna görə ciddi fəaliyyət göstərə bilmirdilər.Əbülfəz bəy azadlığa buraxıldıqdan sonra, yəni 1989-cu ilin fevralında yeni yaradılmış içtimai təşki­latlar arasında danışıqlar bərpa olundu. Əbülfəz bəy Azərbaycan xalqının taleyində mühüm rol oynayacaq və Respublikada möv­cud olan siyasi təşkilat və qurumları öz tərkibində birləşdirərək ümumxalq hərəkatına öncüllük edəcək AXC-nın yaradılmasını artıq həyatının əsas qayəsinə çevirmişdi.

Azərbaycan Xalq Cəbhəsinin Müvəqqəti Təşəbbüs Mərkəzi martın əvvələrində yaradıldı və təşkilata ümumi rəhbərlik üçün hər cəmiyyətdən 5 nəfər olmaqla on nəfərdən ibarət Əlaqələndir­mə Şurası yaradıldı.

Əlaqələndirmə Şurası qeydiyyata alınmaq üçün ərizə ilə Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinə müraciət etdi.14 apreldə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitsinin brinci katibi Əbdürrəhman Vəzirov Əbülfəz bəy başda olmaqla Təşəbbüs Mərkəzinin üzvlərindən bir qrupunu qəbul edib ölkədə­ki ictimai-siyasi vəziyyəti onlarla birlikdə müzakirə etdi. Bununla da, AXC Respublıkada Kommunist Partiyasına alternativ bir güc mərkəzi kimi ortaya çıxdı.

Bir müddət sonra Təşəbbüs Mərkəzinə üzv olmaq üçün «Çənlibel» Cəmiyyəti də müraciət etdi və müzakirələrdən sonra üzvüliyə qəbul edildi.

Təşəbbüs Mərkəzinin yaradılmasının başladığı ilk müza­kirələrdən etibarən AXC-nın yaradılmasında iki konsepsiya mövcud idi: 1) Zərdüşt Əlizadə və Məhəmməd Hatəminin təmsil olunduğu qruplar təşkilatlanmanı qısa müddətdə sürətlə başa çat­dırmaq üçün AXC-ni öncə Bakıda bir qrup rəhbərlik tərəfindən yararadılmasını, sonra isə rayonlarda təşkilatlanmanın bu rəh­bərlik tərəfindən həyata keçirilməsini təklif edirdilər.2) Əbülfəz bəy bu prinsipin tamamilə əleyhinə idi. O, təşkilatın valyuntarist qaydada yuxarıdan aşağıya doğru deyil, demokratik mərkəziyyət prinsipinə uyğun olaraq aşağıdan yuxarıya doğru təskilatlanaraq yaradılması prinsipini rəhbər tuturdu. Onun fikrincə, öncə kənd­lərdə, müəssisələrdə dayaq dəstələri xalqın öz təşəbbüsü ilə yara­dılmalı və onlar rayon şöbələrində birləşərək təmsil olunmalı, təş­kilatın mərkəzi orqanları rayon şöbələrindən seçilmiş nümayən­dələr tərəfindən səsvermə yolu ilə demokratik qaydada seçilərək müəyyən olunmalıdır.

Məhz bu baxımdan Əbüfəz Bəy AXC ideyasının Zərdüşt Əli­zadə və Məhəmməd Hatəmi tərəfındə birtərəfli qaydada mənim-





sənilərək özlərinin rəhbərlikləri altında Təşəbbüs qrupları yarat­dıqlarına qarşı çıxırdı. Uzun mübahisələrdən sonra Əbülfəz bəyin israrla təklif etdiyi format qəbul edildi və bir neçə təşkilatın bəra­bərhüquqlu iştirakı ilə AXC Təşəbbüs Mərkəzi yaradıldı.

Mənim çalışdığım İnşaat Mühəndislər İnstitutunda və Poli­texnik İnstitutunda Xalq Cəbhəsi dayaq dəstəsinin təşəbbüs qru­punun yaradılması Əbülfəz bəyin göstərişi ilə Meydan hərəka­tından əvvəl başlamışdı. Müəllimlərdən Aydın Abbasov, Nadir müəllim, mən, tələbələrdən Tofiq Seyidov, Cahandar İsmayılov, Bədrəddin Quliyev, Arzu Səmədov, Rövşən Ağayev, Hüseyin və başqaları təşəbbüs qrupunun yaradıcılarından idi. Sonralar Rəhim Qazıyev də bizə qoşuldu. Politexnik İnstitutunda bu işə müəllim­lərdən Becan Ferzəliyev, tələbələrdən Qabil Məmmədov, Elcin Pasayev və başqaları öncüllük edirdilər. 1989-cu il fevralında İnstitut dayaq dəstəsi artıq tam formalaşmışdı və biz mütəşəkkil qaydada mitinqlərdə iştirak edirdik.

“Spartak” stadionunda Meydan hərəkatından sonra ilk möh­təşəm mitinq oldu. Bu, əslində Xalq Cəbhəsi Təşəbbüs Mərkəzi­nin ilk mitinqi idi. Bir çox ziyalılar da mitinqə qatılmışdılar. Mi­tinqi əsas idarə edən Əbülfəz Elçibəy idi. Bu mitinqlə mitinqlər silsiləsinin başlanmasına təkan verilmiş oldu.

AXC Təşəbbüs qrupunun Təsis Konfransı

Bir çox aylar davam edən gərgin mübarizə və fəaliyyət nəti­cəsində Azərbaycan Xalq Cəbhəsinin yüzlərlə dayaq dəstəsi və respublikanın demək olar ki, bütün rayonlarını əhatə edən rayon şöbələri yaradıldı və onların seçki yolu ilə müəyyən edərək gön­dərdikləri nümayəndələrin iştirakı ilə 1989-cu il iyulun 16-da Bakı şəhəri 8-ci mikrorayonda kiçik və sadə bir xeyir-şər evində AXC Təşəbbüs Qrupunun Təsis Konfransı keçirildi. Konfrans­da Respublikanın 30 rayon şöbəsindən səsvermə hüquqlu 196, məşvərətçi səslə 240 nümayəndə iştirak edirdi. Konfransda bütün tərəfləri əhatə edən 15 nəfərdən ibarət AXC İdarə Heyəti seçildi.



Zərdüşt Əlizadə və Yusif Səmədoğlunun alternativ namizədliyinə rağmən Əbülfəz Elçibəy böyük səs çoxluğu ilə təşkilatın sədri se­çildi. Konfrans həmçinin AXC-nın Məramnamə və Nizamnamə­sini də qəbul etdi.

Mən konfransda Oktyabr rayon şöbəsindən səsvermə hüquq­lu nümayəndə qismində iştirak edirdim. Əbülfəz bəyin böyük ruh yüksəkliyi ilə sədr seçilməsi bizi çox sevindirdi. Yorğunluğuna baxmayaraq Bəyin üzündə bir məmnunluq ifadəsi var idi. Mənə görə həmin gün dünyada ondan xoşbəxt adam yox idi.Çünki, uzun illər ərzində böyük təhlükələrə baxmayaraq əzmlə apardığı fədakar mübarizənin bəhrəsini görmüş, bütün mübariz qüvvələ­ri bir araya gətirərək özündə birləşdirən, illərdir qurmaq xəyalı ilə yaşadığı möhtəşəm bir təşkilatın rəhbəri seçilmişdi.

Konfrans bitdikdən sonra Əbülfəz bəy, Cabbar Bəydilli, Daşqın Ağalarov, mən və bir neçə dostlar şəhərəendik və Dağüstü parka getdik. Orda çay içərək konfransı, gələcək planları müza­kirə etdik. Şəhərə tamaşa edib dincəldik. Mənim xahişimlə Bəy xatirə üçün bizim nümayəndəlik mandatımızı imzaladı. Sonra Cabbar və mən birlikdə Bəygilə getdik.

Təsis Konfransından sonra qeyri rəsmi içtimai təşkilatlar Azərbaycan Xalq Cəbhəsi adı altında mütəşəkkil siyasi qüvvəyə çevrildi. Onun təkcə Bakıda deyil, Respublikanın bütün ərazisini dayaq dəstələri və rayon, şəhər, vilayət şöbələri yaradıldı. Bakını və Respublikanın digər şəhər və rayonlarını AXC-nın təşkil etdi­yi mitinq dalğası bürüdü.Dinc mübarizənin effektli forması kimi tətillərdən istifadə edildiə.

Xalqı ən çox narahat edən və mitinqlərdə də dilə gətirilən başlıca problemlər Moskvanın Dağlıq Qarabağa qarşı erməni təcavüzünə, Azərbaycanın torpaq bütünlüyünün pozulmasına göstərdiyi laqeydlik və etinasızlıq idi. Respublika rəhbərliyinin göstərdiyi acizlik və qorxaqlıqdan xalq cana doymuşdu. Ermənis­tandan faciəli şəkildə didərgin salınan yüz minlərlə soydaşımızın taleyinə biganəlik insanları özündən çıxarmışdı.

AXC-nın ilk qərərgahı

Respublika hakimiyyət orqanlarına rəsmi surətdəAzərbay- can Xalq Cəbhəsinin təsdiq edilməsi haqqında müraciət edilsə də sükutla qarşılanmışdı. Buna baxmayaraq sentyabrın axırlarına yaxın 26-lar Rayon Partiya Komitəsinin 1-ci katibi Vəli Məmmə­dovun göstərişi ilə AXC-yə Müəllimləri Təkmilləşdirmə İnstitu­tunun Xəqani küçəci 33-də, Mahnı teatrının yanında yerləşən bi­nasının bir hissəsində gərargah üçün yer verdilər. Çox keçmədən, yəni 1989-cu il oktyabrın 5-də Azərbaycan Xalq Cəbhəsi Nazirlər Sovetinin o zamankı sədri Ayaz Mütəllibovun imzası ilə rəsmən qeydəalındı.

Sentyabrın təxminən 28-də Əbülfəz bəy, Pənah Hüseynov, Becan Fəzəliyev və mən qərərgahı təhvil almaq üçün getdik. Bi­nanın Mahnı teatrına açılan qapısı tərəfdən iki qatdan ibarət bir hissəsini, təxminən 8 otağı qərargah üçün ayırmışdılar.Qərarga- hın şəhərin tam mərkəzində olması hər kəsi məmnun etdi.Xalq Cəbhəsinə qərargah verilməsi xəbəri təkcə cəbhəçilərin deyil, bü­tün xalqın böyük sevincinə səbəb oldu. Qərargaha ilk gündən bö­yük axın var idi. Binanın içi və qarşısı hər zaman izdihamla dolu olurdu.Xüsusən də hökümətdən dərdlərinə əlac ola biləcək hər hansı köməyə ümidləri qalmayan Ermənistandan qaçqın düşən soydaşlarımız üçün Xalq Cəbhəsi və onun İdarə Heyəti yeganə ümid yeri idi. İlk günlər qərargahda xaos və hərc-mərclik hökm sürürdü.İinsanlar kimə müraciət edib dərdlərini bölüşəcəklərini bilmirdilər. Qərargahda insanların qəbulu və qeydıyyatına, gi­riş-çıxışa nəzarətə, növbətçilik sisteminin tətbiq edilməsinə, İdarə Heyətinin səmərəli fəaliyyətini təmin etmək üçün nizam-intiza­mın bərpasına böyük ehtiyac var idi. Bütün bu işləri təşkil et­məyə görəvləndirilməm üçün mən AXC-nin sədri kimi Əbülfəz bəyə müraciət etdim. Bəy buna etiraz etmədiyini, lakin mütləq İdarə Heyətinə müraciət edib onların razılığını almağımın vacib olduğunu bildirdi. Mən İdarə Heyətinə də müraciət etdim. Onlar bu məsələni müzakirə edib öz razılıqlarını bildirdilər və beləlik­


lə, mən Xalq Cəbhəsinin ilk işçi kadrosu olaraq Xalq Cəbhəsi qərərgahının işlər müdiri görəvimə başladım. Bir müddət sonra Fəxrəddin bəy qərargahın komendantı təyin olundu və mənim iş­lərim də bir az yüngülləşdi.

Hələ 1989-cu ilin silsilə mitinqləri başlayarkən Rauf Nəsi­rov mitinqlərin səsləndrilməsinin texniki təchizatını təşkil edən texnik kimi fəaliyyət göstərirdi. Sonralar o, mitinqlərin və müxtə­lif toplantıların çəkilişlərini həyata keçirən operator görəvini də yerinə yetirməyə başladı və uzun illər ərzində o, bu fəaliyyətinı davam etdirərək cəbhənin zəngin video arxivinə malik oldu. İsa Qəmbər Ali Sovetə sədr seçilərkən Rauf Nəsirov da onunla bir­likdə getdi və Ali Sovetin operatoru vəzifəsində Heydər Əliyev hakimiyyətə gələndən sonra da çalışmağa davam etdi.

AXC-nin təsis olunduqdan sonra sürətlə inkişaf edib geniş­lənərək nəhəng bir təşkilata çevrilməsi və işlərin hədsiz çoxal­ması nəticəsində bu işlərin bir qismini öz öhdəsinə götürərək yürütmək istəyən qurumların Cəbhə nəzdində yaranmasını İdarə Heyəti təqdirlə qarşıladı.

Dərdlərinə əlac tapmaq üçün Xalq Cəbhəsinə üz tutat qaçqın­lar İdarə Heyəti üçün problemə çevrilərək onun vaxtını çox alır, səmərəli işləməsinə əngəl törədirdi. Ona görə də, AXC-nın nəz- dində Köçəri Nağıyevin rəhbərliyi altında qaçqınların problem­ləri ilə məşğul olacaq “Zəngəzur” Cəmiyyətinin yaradılmasını rəğbətlə qarşıladılar və qərərgahın 1-ci qatındakı otaqları onun sərəncamına verdilər.

1989-cu ildə Sovet ordusunda baş alıb gedən hərc-mərclik, hərbi hissələrdə əsgər ölümlərinin artması valideyinlərin AXC-yə şikayətə gəlməsinə səbəb olmuşdu. Dinc dövr olmasına baxma­yaraq Azərbaycana da çoxlu əsgər meyidləri gəlirdi. Bu da ciddi narahatlıq doğuraraq mitinqlərdə müzakirə edilən mövzulardan birinə çevrilmişdi. Xalq öz övladlarının təhlükəsizliyini təmin et­məyi Respublika rəhbərliyindən tələb edirdi. Hərbi işlərlə məşğul olmaq üçün Fəhmin Hacıyevin rəhbərlik etdiyi Hərbi Komissiya yaradılmışdı. Bu Komissiya, Hərbi Komissarlıq və bu işlə əlaqəli olan digər orqanlar qarşısında etiraz piketləri təşki edir, Sovet or­dusunda Azərbaycanlı əsgərlərə qarşı törədilən cinayətlərin, onla­rın döyülmələrinin, təhqir olunmalarının qarşısının alınmasını bu orqanlardan tələb edirdi. Əsgər valideyinlərinin də fəal dəstəyi ilə azərbaycanlıların vətənlərində hərbi xidmət keçmələrini tələb edən kütləvi hərəkat başlanmışdı. Pribaltika Respublikalarından nümunə götürülərək Azərbaycanda hərbi çağırışların dayandırıl­ması tələbləri getdikcə daha da güclənməkdə idi.

1989-cu ildə Azərbaycan Xalq Cəbhəsi nəzdində yaradı­lan digər bir mühüm qurum ədəbiyyatşünas, elmlər doktoru, vətənpərvər ziyalı Dilarə Əliyevanın sədr olduğu, xalqın mübariz qadınlarını bir araya gətirib xalq hərəkatına cəlb eləyərək vahid çatı altında birləşdirən Azərbaycan Qadınlarının Hüququnı Mü­dafiə Cəmiyyəti idi. Dilarə xanım öz alovlu, səmimi çıxışları ilə hər zaman mitinq iştirakçılarının böyük rəğbətini qazanırdı. AXC nəzdində Zəlimxan Məmmədlinin rəhbərliyi altında yaradılan di­gər bir qurum da Gürcüstan Azərbaycanılarının problemləri ilə məşğul olan “Borcali“ Cəmiyyəti idi.

AXC-nin 1990-cı il yanvara qədərki coxsaylı mitinqlərində alovlu çıxışlar edib alqışlananlardan biri də akademik Ziya Bün- yadov idi. O, bu təskilatı gah tərifləyir, gah da qərəzli ittihamlarla onun rəhbərlərini “uşaq-muşaq” adlandırırdı.

Xalq hərəkatının təşkilatlanmış forması olan AXC inkişaf edib siyasi güçünü artırdıqca üzvlük üçün baş vuranların sayı durmadan artırdı. Bu da hərəkatdan şəxsi məqsədləri üçün isti­fadə etməyə çalışan səbatsız, təsadüfi ünsürlərin təşkilatda sa­yının çoxalmasına və gələcəkdə cəbhə daxilində baş verəcək münaqişələrə zəmin oluşdururdu. Elçibəyin qeyd etdiyi kimi mütəşəkkil ümumxalq hərəkatına çevrilmiş Xalq Cəbhəsi yaran­dığı ilk günlərin coşğunluq dövründən kamillik dövrünə qədəm qoymuşdu.

Türkiyədən gələn qonaqlar

1989-cu ilin oktyabrın axırlarında Azərbaycan xalq hərəka­tına dəstək vermək məqsədi ilə İstanbuldakı Azərbaycan Kültür Dərnəyinin rəhbəri Nihad Çətinqayanın rəhbərliyi altında böyük bir nümayəndə heyəti bir başa reyslə Bakıya gəldi. Onları “Azər­baycan” mehmanxanasında yerləşdirdik. Nümayəndə heyətinə Türk Dünyası Araşdırmalar Vakfının kurucu başkanı, professor Turan Yazqan, professor Yavuz Akpınar və bir çox milliyətçi türk aydını və mübariz türkçülər daxil idilər. Binəqədi qəsəbəsinin Mədəniyyət Sarayında türk nümayəndə heyəti ilə AXC rəhbər­liyi ziyalılarının görüşü keçirildi. Görüşdə Əbülfəz bəylə yanaşı Bəytiyar Vahabzadə, Etibar Məmmədov və digər nümayəndələr də iştirak edirdilər. Görüşdə Turan Yazqan, Bəxtiyar Vahabzadə, Əbülfəz Elçibəy və başqaları ürək sözlərini dedilər. Mən də qo­naqlara qısaca xoş gəldiniz dedikdən sonra türk dostların öncədən verdikləri bir dərgidən Almas Yıldrımın indiyədək bizə məlum olmayan “Qara dastan” şerini söylədim. Çox yanıqlı bir dillə yazılaraq vətən həsrətini tərənnüm edən şeir hər kəsi dərindən həyacanlandırdı, Bəxtiyar Vahabzadənin gözlərindən yaş axırdı, Əbülfəz bəy də kövrəlmişdi.

Yüksək səviyyəli türk nümayəndə heyətinin Xalq Cəbhəsi­nin qonaqları sifəti ilə Bakıya gəlişi və ziyalılarla, ictimaiyyətin nümayəndələri ilə keçirdikləri görüşlər AXC-nin nüfuzunun daha da artmasına səbəb oldu.

AXC daxilində qarşıdurmalar

Hakimiyyət dairələrindəki bədxahlar, KQB, Xalq Cəbhəsinə qarşı müəyyən tədbirlər görürdülər. Artıq İdarə Heyətinin Zər­düşt Əlizadə və Leyla Yunusova kimi üzvləri tərəfindən Bəyə qarş böhtan və qaralama, təşkilat daxilində isə nifaq salma kam­paniyalarına start verilmişdi. Digərləri isə hələ gözləmə mövqeyi tutmuşdular.

Bütün bu təhlükələri görən Əbülfəz Elçibəy 25 oktyabr mi­tinqində xalqa müraciətlə deyirdi: “AXC təsdiq olunandan son­ra ən çətin dövr başlanıb. AXC-nin parçalanıb-dağılma qorxusu var...İndiyədək gözləmə mövqeyi tutanlar kütləvi şəkildə bura gi­rirlər. Bəzi rayon Partiya komitələri, idarə müdirləri də Xalq cə­bhəsi təşkil edirlər. Ən böyük təhlükələrdən biri də xalq özüdür. Bizə şikayət edirlər ki, gəlin bizdən natəmiz adamları təmizləyin. Bunu xalq özü etməlidir...qərargahımıza qalaq-qalaq məktublar gəlir, ən adi şikayətləri də bizə edirlər. Siz öz ərizələriniz, şikayət- lərinizlə bizi boğursunuz. Qoyun 1-2 ay işimizi qaydaya salaq, sonra onlara baxarıq, 79 ildə yığılan dərdi 7 gündə həll etməyi bizdən tələb etməyin. Fiziki cəhətdən bu işləri görmək mümkün deyil. Biz xalqımızdan möhlət istəyirik.”

AXC yarandıqdan sonra onun daxilində Əbülfəz bəyə qarşı müxalifət mövqeyi sərgiləyən, əleyhinə təbliğat aparan ilk qrup­laşma İdarə Heyətinin üzvləri Zərdüşt Əlizadə və Leyla Yuniso- vanın rəhbərliyi altında təşkil olunmuşdu. Zərdüşt Əlizadə Xalq Cəbhəsini parçalamaq, Əbülfəz bəyi xalqın gözündən salıb onu təşkilatın rəhbərliyindən uzaqlaşdırmaq üçün Cəbhənin dayaq dəstələrində, rayon şöbələrində, kütləvi informasiya vasitələrində Bəyə qarşı iyrənc iftira və böhtanlar yayır, onu mafiyanın ada­mı, xəyalpərəst, içki düşgünü adlandrır, onu Cəbhənin sədrliyinə guya müvəqqəti oturtduqlarını iddia edirdi. AXC-nin 1989-cu 29 oktyabrında çağrılan Məclisində təşkilat daxilində pozuculuq fəaliyyəti ilə məşğul olan Zərdüşt Əlizadə və Leyla Yunusova- nın məsələsi müzakirə olunaraq ciddi tənqid və ittihamlara məruz qaldılar. İfşa olunduqlarını görən Zərdüşt Əlizadə, Leyla Yunuso- va və onların tərəfdarı Əlikram Hümmetov Məclisi tərk etdilər. Məclis üzvləri onları İdarə Heyəti üzvlüyündən çıxarmaq istədik­də Bəy Qurultaya qədər gözləmək lazım olduğunu bildirdi. Məc­lisdə Zərdüşt qrupuna qarşı ən kəskin tənqid səsləndrib ittiham edənlər Nemət Pənahov və Rəhim Qazıyev oldular.

2 dekabr 1989-cu il AXC-nin Azadlıq meydanındakı mitinq­də Əbülfəz bəy ilk dəfə olaraq təşkilatın daxilindəki ziddiyətlər- dən açıq şəkildə bəhs edərək dedi ki, “Təəssüf ki, son vaxtlar belə


söz gəzir ki, AXC dağılmaq üzrədir, 30-40 nəfərin davası AXC- nın dağılması deyil. Xalqı parçalamaq olmaz. O, yüksək səviyyə­də demokratiyaya doğru gedir. Əksinə bizim yoldaşlar müxtəlif demokratik hərəkat, hətta partiyalar yaradırlar. İndi demokratik hərəkatın təşkilatlanması vaxtıdır.”

Qurultay səlahiyyətli konfrans

AXC-nın 6-8 yanvar 1990-cı il Elmlər Akademiyasının iclas zalında keçirilən Qurultay səlahiyyətli III konfransı öz əhəmiyyə­tinə görə tarixi bir konfrans oldu. Konfransda səsvermə hüquq­lu nümayəndə kimi mən də iştirak edirdim. Konfransda Zərdüşt Əlizadə qrupundan başqa İdarə Heyətinin üzvləri olan Etibar Məmmədov, Nemət Pənahov və Rəhim Qazıyevin təmsil olun­duğu radikal qanad ilə İsa Qəmbərov, Tofiq Qasımov, Sabit Ba­ğırov, Hikmət Hacızadə, Canbağış Umudovun təmsil olunduqları demokratik qanad arasında əvvələr mövcud olan mülayim qarşı­durma kəskin xarakter aldı. Tərəflər bir-birlərini Cəbhəni parça­lamaqda, demokratiyanı pozmaqda, İdarə Heyətinin qərarlarına tabe olmamaqda günahlandırdılar.

İsa Qəmbərov öz çıxışında Tətil Komitəsinə rəhbərlik edən Etibar Məmmədovu və Nemət Pənahovu tətillərdən öz populist məqsədləri üçün istifadə etmələrini, İdarə Heyətinə etinasız ya­naşdıqlarını, onun qərarı olmadan tətili cox vaxt özbaşına elan etmələrini sərt bir dillə tənqid etdi. O, Etibarı, Neməti, Zərdüştü və hətta Əbülfəz bəyi təşkilat içərisində yalnız öz şəxsi nüfuzları­nı gücləndirmək qayğısına qalmaqda ittiham etdi.

Nemət Pənahov Əbülfəz bəyi Mixail Qorbaçovu “demokrat” adlandırmaqda suçladı, Xalq Cəbhəsini və onun ayrı-ayrı İdarə Heyəti üzvlərini mafiyaya işləməkdə günahlandırdı.

Hikmət Hacızadə isə Zərdüşt Əlizadəni, Etibar Məmmədovu və Nemət Pənahlını şəxsi populyarlıqları naminə Xalq Cəbhəsini dağıtmaqda ittiham etdi.

Nəcəf Nəcəfov cəbhəçilərdə parlament mədəniyyətinin ol­mamasını, Zərdüştün, Etibarın, Nemətin vaxtilə hərəkatda böyük əmək sərf etdiklərini, lakin nöqsanlarına görə onları xain elan et­məyə tələsməməyə çağırdı.

Etibar Məmmədov öz çıxışında Neməti, Rəhimi və onu Cə­bhəni dağımaqda günahlandıran Hikmət Hacızadəni və İsa Qəm- bərovu eyni şəkildə günahlandıraraq Cəbhəni dağıtmağın məhz onlar tərəfindən əvvəlcədən planlaşdrıldığını, Cəbhəni dağıt- maqın xəyanətdən başqa bir şey oladığını bəyan etdi və Xalq Cə­bhəsini “Milli Cəbhə” adlandırmağı təklif etdi.

Konfransda ilk dəfə olaraq İsa Qəmbərovun rəhbərlik etdiyi demokratik qanadın gizlicə Şimali Azərbaycan demokratik Parti­yası yaratmaq fəaliyyətində olduqları cəbhəçilərin geniş kütləsinə məlumoldu.

Əbülfəz bəy münaqişəyə qatılan tərəflər arasında barışığa nail olmaq üçün onları birliyə dəvət etdi. Etibarı, İsanı, Nemə­ti, Rəhimi, Nəcəfi Xalq Cəbhəsi üçün böyük işlər görmüş ağıllı adamlar adlandırdı. Etibar Məmmədovun Cəbhəni “Milli Cəbhə” adlandırmaq təklifinə qarşı çıxdı. Bəy digərlərindən fərqli olaraq özünə qarşı yönəldilmis tənqidi fikirlərə təmkinlə yanaşdı və hər hansı bir etiraz və dözümsüzlük sərgiləmədi.

Əbülfəz Elçibəy konfransda yenidən yekdilliklə AXC-nın sədri seçildi.

Konfransda İdarə Heyətinə 14 nəfər üzv seçildi. Onlardan altısı- Dilarə Əliyeva, Sabir Rüstəmxanlı, Firudin Səməndərov, Vurğun Əyyubov, Əlikram Əliyev, Arif Paşayev olmaqla yeni se­çilənlər idi. Nemət Pənahov, Zərdüşt Əlizadə, Leyla Yunusova, Canbağış Umudov İdarə Heyətinə seçilmədilər. “Azadlıq” qə­zetinin baş redaktoru olan Nəcəf Nəcəfov isə qəzeti demokratik mətbuat orqanı kimi AXC İdarə Heyətinin asılılığından çıxarmaq üçün İdarə Heyəti üzvlüyündən imtina etdi. “Azadlıq” qəzetinin müstəqil mətbu orqana çevrilməsi yolunda atılan bu cəsarətli ad­dım gələcəkdə İdarə Heyətinin bir çox üzvünün Nəcəf bəyə qarşı qısqanclığına səbəb oldu.



Nəcəf bəyin təşkilat daxilində qruplaşmalara qoşulmayaraq sərgilədiyi tərəfsiz mövqeyi, AXC daxilində malik olduğu sayqı

və nüfuz bir çoxlarını, xüsusən də onu öz sıralarına cəlb etməyə nail ola bilməyən ŞADP-çiləri ciddi narahat edirdi. Ona görə də onu “Azadlıq” qəzetinin baş redaktorluğundan azad edib, yerinə özlərinə sədaqətlı biri ilə əvəz etməyə dəfələrlə cəhdlər göstər­mişdilər. Məhz bu məqsədlə yanvar qırğınından sonra 4 iyul 1990-cı ildə İdarə Heyətinin qərarı ilə “Azadlıq” qəzeti Nəcəf bəyin yox, Agamalı Sadiq və Səfər Alışarlının imzası ilə çıxdı. Onlar bu addımla Nəcəf bəyin əsəbiləşərək istefa verməsinə nail olmaq istəyirdilər. Lakin bu istəklərinə nail ola bilmədilər. İkinci cəhd həmin ilin avqustun 18-də AXC Məclisinin iclasında baş verdi. Hikmət Hacızadə və İsa Qəmbər Nəcəf Nəcəfovu “Azadlı- ğ”ın baş redaktoru vəzifəsindən azad edib, onu Ağamalı Sadiqlə əvəz etməyi təkidlə təklif etsələr də onların bu təklifi Məclis üzv­ləri tərəfindən rədd edildi.

Xalq Cəbhəsinin yeni binası

Xalq Cəbhəsinin Xaqani 33 ünvaninda yerləşən qərərgah bi­nası artıq darısqallıq edirdi. Hakimiyyət dairələri də qərargahın şəhərin mərkəzində yerləşməsindən məmnun deyildilər. Ona görə də, Cəbhənin dəfələrlə səsləndirdikləri tələblərə boyun əyərək şəhər mərkəzindən kənarda, keçmiş Çapayev (indiki Tebriz) küçəsində yerləşən bağın yaxınlığındakı Zivərbəy Əhmədbəyov küçəsində yerləşən məktəb binasını dekabrın axırlarında AXC-yə qərargah üçün verdilər. Bina yetərli dərəcədə geniş idi. Sevindrici cəhət o idi ki, böyük iclas zalı olan binada toplantılar keçirə bilər­dik. Mənim rəhbərlik etdiyim ümumi şöbə, mühasibat, növbətçi otağı, Əbülfəz bəyin qəbul otağı, “Azadlıq” qəzetinin redaksiyası 1-ci qatda yerləşirdi. 2-qatda sədrin kabineti, İdarə Heyətinin top­lantı otağı, iclas zalı və bir neçə əlavə otaq var idi. Köçəri Nağı­yevin rəhbərlik etdiyi “Zəngəzur” Cəmiyyəti Xaqani küçəsindəki binada qaldı.

Qurultay səlahiyyətli konfransda seçilən AXC Məclisi 8 yan­var 1990-cı ildə ilk toplantısını yeni qərərgahındakı iclas zalında keçirdi. Cəbhənin maliyyə işlərini nizama salmaq üçün “Azadlıq” qəzetininin mühasibi İsa Bağırov Cəbhənin mühasibi təyin edildi.

Yeni qərərgahında şərait əlverişli olduğundan işləri nisbətən qaydasına sala bildik. Fəxrəddin bəy komendant təyin edildik­dən sonra mən yeni “Ümumi şöbə” yaratmışdım. Şöbənin əsas vəzifəsi müxtəlif məsələlər üçün Cəbhəyə ümid yeri kimi baxıb üz tutan insanları qəbul edib dinləmək, ərizələrini alıb qeydiy­yatdan keçirmək, müxtəlif təkliflərlə gələn, problemlərlə bağlı müraciət edən cəbhəçiləri dinləmək, cəbhəyə gələn və göndərilən məktublarla məşğul olmaq, cəbhə sədrinin və İdarə Heyəti üzv­lərinin qəbuluna düşmək üçün müraciət edən şəxsləri qeydiyya­ta alıb qəbula yazdırmaq, Cəbhənin Qurultay və konfranslarının işini texniki cəhətdən təşkil eləmək, dəvətnamələri və mandat­ları cap elətdirib hazırlamaq kimi çoxlu işləri yerinə yetirməli idik. Şəhər saat 9-dan axşam saat 10-a, 11-dək, demək olar ki, istirahət günü olmadan qərərgahda olurdum. Bu işlərdə şöbənin qeyri-rəsmi əməkdaşları olan fədakar cəbhəçilər- Müsəvvər Əs- gərov, Mircəlal Yusifov, İlham Babayev və b. köməyimə çatır­dılar. Qərərgahda fasiləsiz növbətçilik sistemi tətbiq edilmişdi. Qəbul otağında işləri idarə edən, telefon zənglərinə cavab verən, məlumatları qeydə alan fədakar cəbhəçi əslən Dağlıq Qarabağdan olan Xeyrulla Cəfərovun xidmətləri unudulmazdır.

İxtisasca vəkil olan Yusif Hacıyev sənədlərin hüquqi cəhət­dən doğru olmasına nəzarət edir, şikayətçilərə yol göstərir, onla­rın dərdlərinə çarə bulmağa çalışırdı.

Yeni fitnəkarlıq, erməni talanları

1990-cı ilin yanvar ayında Dağlıq Qarabağda, Naxçıvanda və Azərbaycanın ermənilər yaşayan digər rayon və şəhərlərində Mərkəzi hakimiyyətin etinasızlığı və hətta dəstəyi üzündən er­məni təcavüzünün daha da aqressivləşib geniş miqyas alması ilə əlaqədar Respublikada vəziyyət olduqca gərginləşmişdi. Bir çox bölgələrdə müharibə vəziyyəti yaranaraq açıq döyüşlər gedirdi. Bakıda da bəzi gizli qüvvələr Ermənistandan, öz dədə - baba tor­paqlarından didərgin salınan, qurbanlar verən, faciələr yaşayan qaçqın soydaşlarımızın intiqam hisslərini qızışdırırdılar. Onlar istəyirdilərr ki, Sumqayıt hadisələrinə bənzər qarışıqlar bakıda da baş versin. Beynəlxalq aləmin gözündə Azərbaycan xalqı suçlu göstərilsin. Bakıda ermənilərə qarşı fitnəkarlıqlar həyata keçir­məyə başlamışdı.

Məmməd Əlizadənin rəhbərlik etdiyi Müdafiə Komitəsi Ba­kıda gizli qüvvələrin ermənilərə qarşı təşkil etdiyi prvokasiyala- rın qarşısını almaq üçün cəbhənin fəallarından məhəllələrdə növ­bətçi dəstələr yaratmışdı. Lakin bu dəstələrin nə silahı, nə hüquqi status vardı. Onlar təxribatçıları, araqarışdıranları cəzalandıra bil­mirdilər. Güc sktrukturları müşahidəçi rolunu oynayırdı. Çəbhə- nin fəallarının hər erməni ailəsini qoruma altına alması müşkül bir məsələyə çevrilmişdi. Provakatorların, ixtişaş yaradanların, talançıların bir çoxu Xalq Cəbhəsinin adından istifadə edirdilər. Belə ağır vəziyyətdə ermənilərin təhlükəsizliyinin təmin edil­məsi mümkünsüz hala gəldiyini görən Müdafiə Komitəsi qəra­ra aldı ki, erməniləri talançıların və provakatorların əlindən alıb milis orqanlarına təhvil versinlər və onların müxtəlif nəqliyyat vasitələri ilə Respublikadan kənara getmələrinə kömək etsinlər. Ermənilərin xilas edilməsi zamanı canfəşanlıq göstərən bir çox cəbhəçi gözü qızmış başı pozuq kütlə tərəfindən döyüldü və hətta bıçaqlananlar oldu.

Bakı Daxili İşlər İdarəsinin rəisi Nofəl Kərimov erməni qət­llərini cəbhəçilərin boynuna qoyub günahlandırmaq üçün böyük canfəşanlıq göstərirdi.Bu məqsədlə çoxlu cəbhəçi həbs etdirmiş­di. Onları vəhşicəsinə döyüb işgəncə verməklə erməni qətllərini təşkil etdiklərini etiraf etməyə məcbur etmək istəyirdilər. Həbs olunanlar içərisində Ermənistandan olan qaçqın soydaşlarımızın problemlərinin həll etmək üçün təşkil olunan “Zəngəzur” Cəmiy- yətının sədri, cəbhənin fəal üzvü Köçəri Nağıyev də var idi. O, işgəncələrə dözməyərək qaşıq udmuş və xəstəxanaya aparılaraq əməliyyat olunmuşdu. Sonra o Cəbhənin nəzdindəki Müdafiə Komitəsi sədrinin müavini Məhyəddin bəy tərəfindən xəstəxana­dan qaçırılmışdı.

Müdafiə Komitəsi 15-20 nəfər erməni qadın və kişini də Cə­bhənin yerləşdiyi binanın ucqar bir guşəsində bir neçə gün qoru­ya bildi. Əbülfəz bəy bundan xəbər tutduqda onların dərhal milis orqanlarına təhvil verilməsini əmr etdi.

Milli Müdafiə Şurasının yaradılması

Ermənistandan yüz minlərlə Azərbaycanlı qaçqının yaşa­dıqları zülmə və qanlı faciələrə səssiz qalaraq görməməzlikdən gələn, bu hadisələrin erməniləri dünya ictimaiyyətinin gözündən salaraq dəstəkdən məhrum edəcək düşüncəsi ilə mətbuat və tele­viziyada işıqladırımasını yasaqlayan Moskvadakı türk-müsəlman düşməni ermənipərəst hakimiyyət dairələri Bakıda beş-on ermə­ninin öldrülməsini erməni xalqının böyük faciəsi kimi qələmə verərək öldrülən, yaralı erməniləri bütün günü televiziyalarda göstərir, qaçqın görkəmindəki ermənilərdən intervülər alaraq ha­disələri olduqca şişirdilmiş şəkildə dünya ictimaiyyətinin nəzə­rinə çatdırırdılar.

Bütün bu ağır və gərgin hadisələr qarşısında Azərbaycan Xalq Cəbhəsinin İdarə Heyətinin qərarı ilə 14 yanvarda Respub­lika Hərbi Müdafiə Şurasının yaradılmasını zəruri hesab edərək Əbülfəz bəyə, Etibara və Rəhimə Respublika rəbərliyi ilə birlikdə Şurada iştirakları üçün səlahiyyət verdi.



Milli Müdafiə Şurası hakimiyyətin göstərişi ilə yaranmışdı. O zamanlar belə bir fikir dolaşırdı ki, Müdafiə Şurası əsasən Ayaz Mütəllibov tərəfindən himayə olunurdu. Əbülfəz bəy orada baş verəcək hadisələrdən xəbərsiz qalmamaq məqsədi ilə üzv olmuş­du. Milli Müdafiə Şurasının Elçibəy dışında digər üzvləri özləri­ni Xalq Hərəkatının fövqündə əlahiddə bir qurum hesab edərək, guya hərbi vəziyyət şəraitində Xalq Cəbhəsinin və digər bütün təşkilat və qurumların onlara tabe olması iddiasında idilər.

Respublika rəhbərliyi onlara Nemətin işlədiyi Leytenant Şmi- dt zavodunun İdarəsində qərərgahları üçün xüsusi yer vermişdi. Onlar özlərini Respublikanın əsas sahibi kimi aparır, ölkəyə Mos­kvadan təşrif buyurmuş Sovet rəhbərliyi nümayəndələri Prima- kov və Girenko da danışıqları əsasən onlarla aparmağa üstünlük verirdilər.

Respublika rəhbərliyi erməni təcavüzünün qarşısını almaqda acizlik göstərir, xalqın özünü müdafiəsinə maneələr yaradır, er­mənilərə açıq-aşkar rəğbət göstərərək onların torpaqlarımıza və xalqımıza qarşı təcavüzünü himayə edən Moskvadakı hakimiy­yət dairələrinə etirazlarda bulunmaq cəsarəti göstərə bilməyərək, Sovet rəhbərliyi qarşısında öz xalqının hüquqlarını cəsarətlə mü­dafiə edən erməni rəhbərlərindən fərqli olaraq satrap mütiliyi ilə mərkəzdən gələn bütün göstərişlərə boyun əyirdilər.

Moskvanın Bakıda olan yüksək rütbəli hakimiyyət nümayən­dələri Azərbaycan xalqına qarşı öz riyakar, ikiüzlü siyasətlərini davam etdirir, erməniləri himayə etdiklərini çəkinmədən açıqca biruzə verirdilər. Onların riyakarlıqlarından təngə gəlmiş Əbül­fəz bəy görüşlərə çox könülsüz gedirdi.

Əbülfəz bəy bolşevik-kommunist siyasət əxlaqından bəhs edərkən Zəki Vəlidi Toğanın danışdığı bir əhvalatı misal gətirərdi. Məlum olduğu kimi Əbülfəz bəy 1963-64-cü illərdə Misir Ərəb Respublikasında tərcüməçi işlədiyi zaman Qahirəyə elmi konf­ransa gəlmiş böyük türk tarixçisi, Volqaboyu və Türkistan türkləri milli-azadlıq hərəkatının öndəri Zəki Vəlidi Toğanla görüşmüş­dür. 1918-ci ildə müstəqil Başqurdıstan Cümhuriyyəti qurulan za­man Zəki Vəlidi Leninlə dəfələrlə görüşmüş və Lenin ona Kolçaq və digər Ağqıvardiyaçılara qarşı birgə mübarizə aparacaqları təq­dirdə Başqurdıstan Cümhuriyyətının müstəqilliyini tanıyacaqla­rına söz vermişdi. Lakin Kolçaq və digər Ağqıvardiyaçı qüvvələr Başqurd süvarilərinin gücü ilə məğlub edildikdən sonra bolşevik qoşunları Başqurd əsgəri birliklərini xaincəsinə mühasirəyə ala­raq tərksilah etmişlər. Bu hadisədən sonra Zəki Vəlidi Toğan Le­ninlə görüşərək Başqırdıstanın müstəqilliyinin tanıyacağı haqqın­da ona kişi kimi söz verdiyini xatırlatdıqda, Lenin ona demişdir ki, “Əzizim Vəlidov, siyasətdə verilən kişi sözü yox, siyasi ma­raqlar üstünlük təşkil edir.” Əbülfəz bəy bu əhvalatı bolşeviklərin Azərbaycan Cümhuriyyətinin müstəqilliyinə toxunmayacaqları haqqında Atatürkə verdikləri sözə xilaf çıxaraq göstərdikləri si­yasi riyakarlıqlarına bir örnək olaraq misal gətirirdi.

Lənkaranda yerli idarəetmənin Müvəqqəti

Müdafiə Komitəsinə verilməsi

Lənkəran cəbhəçiləri yanvarın 11-də mərkəzi və yerli haki­miyyət orqanlarının Azərbaycan xalqının suverən hüqüqlarının lazımınca qoruya bilmədikləri və Dağlıq Qarabağda baş verən hadisələrə etiraz əlaməti olaraq bölgədə yerli hakimiyyət orqan­larının fəaliyyətinin müvəqqəti olaraq dayandırdıqlarını bütün hakimiyyət orqanlarının funksiyalarının yaratdıqları Müvəqqəti Müdafiə Komitəsinin öz üzərinə götürdüyünü elan etmişdilər. Cəlilabad cəbhəçiləri də özbaşınalıq edərək raykom katibini və digər vəzifəli şəxsləri dəyişdirməklə məşğul idilər.

Vaxtilə yüz minlərlə soydaşımızın faciəli şəkildə didərgin sa­lınmasına göz yumaraq Ermənistanda fövqəladə vəziyyət elan et­mək cəsarəti nümayiş etdirə bilməyən Sovet rəhbərliyi torpaqla­rımızda yaşayan erməniləri qorumaq üçün yanvarın 15-də Dağlıq Qarabağda və Azərbaycanın Ermənistanla bitişik sərhəd rayon­larında da Fövqəladə Vəziyyət elan etdi və Azərbaycanın satrap rəhbərliyinə göstəriş verdi ki, erməniləri qorumaq və xalqın haqlı etirazlarının qarşısını almaq məqsədilə Bakıda və Gəncədə ko­mendant saatı tətbiq etsin.

Bakıya qoşun yeridiləcəyi xəbəri xalqı həyəcana gətirdi, şəhərə giriş yollarında ordunun qarşısını almaq üçün barrikadalar qurulmağa başlandı ki, onların qurulmasında Nemətin çağırışları­nın da mühüm rolu oldu.

Naxçıvanın Sovetlər Birliyinin tərkibindən çıxması

Hadisələrin gedişinin bu gərgin dövründə, yanvarın 19-da Naxçıvan MSSR Ali Soveti Naxçıvan cəbhəçilərinin tələbi ilə bü­tün dünyada sensasiya doğuran bir qərar qəbul edərək Naxçıvan Respublikasının suverenliyi və ərazi bütövlüyünün Moskvadakı İttifaq orqanları tərəfindən erməni təcavüzündən müdafiə edilmə­diyi səbəbi ilə Qars müqaviləsinin şərtlərinə əsasən SSRİ tərki­bindən çıxdığını elan etdi. Ali Sovet bu məqsədlə Naxçıvanın su­verenliyinin qarantı olan dövlət kimi Türkiyəyə xüsusi müraciət etdi. Qərarı Türkiyə hükumətinə çatdırmaq Naxçıvan Ali Soveti Rəyasət Heyətinin qərari ilə beş nəfərlik nümayəndə ayrıldı.

Nümayəndə heyətinəNaxçıvanda olan dostum Yadigar Ba­bayev, Eldar İbrahimov, Sülhəddin Əkbər, Aydın Qasımov, Əli Şamilov daxil edilmişdi. Təəssüf ki, onlardan Eldar İbrahimov və Aydın Qasımov gedə bilməmişdi.

Əslində Naxçıvanın SSRİ-dən çıxmaq qərarı Sovet İttifaqının parçalanacağını xəbər verən ilk müjdə idi. Kiçık bir Respublika




olan Naxçıvan öz cəsarətli addımı ilə 1918-ci ildən sonra ikinci dəfə dünyanı heyrətə salaraq Sovetlərdə qabaqcıl düşüncənin və demokratiyanın beşiyi kimi tanınan Baltik Respublikalarını və hər zaman öz müstəqillik meyli ilə fərqlənən nəhəng Ukraynanı qabaqlamışdı.

20 yanvar qırğınına gedən yol

20 yanvar hadisələrinin başlanmasına bir neçə gün qala Res­publikada artıq öz missıyasını başa vurmuş Əbdürrəhman Vəzi- rov hakimiyyətdən kənarlaşdrılaraq vəzifəsi Mütəllibova və Pol- yaniçkoya həvalə edilmişdi.

SSRİ Ali Sovetinin Dağlıq Qrabağla əlaqədar Fərmanına eti­raz olaraq Xalq Cəbhəsi yanvarın 17-dən etibarən Respublika­da fasiləsiz tətil və mitinqlər elan etdi.Mitinqlərin əsas mərkəzi Mərkəzi komitənin binasının qarşısı idi.

20 yanvar qirğınından qabaq Nemət, Rəhim, Etibardan və on­ların tərəfdarlarından ibarət radikal qanad xalqı həyəcana gətirib hisslərini ifrat dərəcədə coşduran hərəkətlərə və çağırışlara yer verirdilər. Nemətin göstərişi ilə MK-nın qarşısında Moskva və Azərbaycan rəhbərləri üçün nəzərdə tutulan simvolik olsa da dar ağacları qurulmuşdu. Nemət özünü xalqın əvəzolunmaz rəhbəri kimi təsəvvür edir, hər kəsi özünə tabe etdirməyə çalışırdı. O, mi­tinqlərdə AXC İdarə Heyətini, Əbülfəz bəyi satqın, KQB adamı, xain adlandrır, guya Şmidt zavodunda silah istehsal etdiklərini, postlarda duran hər kəsə silah veriləcəyini, 40 min nəfərlik silahli dəstəsi olduğunu iddia edirdi.Televiziyadakı çıxışında Nemət və Rəhim xalqı əmin edirdilər ki, yalnız onlar millətin taleyini həll etməyə qadirdirlər. Nemət hətta danışıqlar zamanı Moskvadan gələn Girenkonu, Primakovu və Əbdürrəhman Vəzirovu təhdid edərək güllələyəcəyi ilə hədələmişdi.

22 yanvarda şəhidlərin dəfnindəki mitinqdə iştirak etdikdən sonra Nemət Naxçıvana, oradan İrana getmiş, bir müddət orada qaldıqdan sonra Türkiyəyə keçmişdi.

Bakıya qoşun yeridiləcəyi xəbərləri xalqı olduqca həyəcan­landıraraq onları müdafiə məqsədi ilə şəhərin girəcəklərində və hərbi hissələrın ətrafında barrikadalar qurmağa və fasiləsiz növ­bətçi postları təşkil etməyə sövq etdi.

1989-cu il aprelində Tiflisdə Sovet ordusunun dinc əhaliyə qarşı törətdiyi qırğından sonra onların Bakıda yenidən qırğın törədə biləcəyinə heç kəs inanmaq istəmirdi. Lakin Bakıdakı yan­var qırğınından sonra da vəhşiləşmiş Sovet ordusu 1991-ci ilin yanvarında Sovet İttifaqının tərkibindən çıxıb müstəqilliyini elan edən Litva xalqına qarşı Vilnusda yenidən qırğın törətdi.

Sovet hakimiyyət orqanları Respublika rəhbərliyinin də ra­zılığı ilə xalqın bütün etirazlarını qulaqardına vuraraq Bakıya qoşun yeritməkdə qərarlı idi. Yanvarın 19-da axşam üstü son günlərdə hər axşam olduğu kimi qərargahda televiziya qarşısına toplaşıb hadisələri, müxtəlif xəbərləri seyr edirdik. Xəbər gəl­mişdi ki, bu gecə şəhərdə fövqəladə vəziyyət elan olunacaq və bu xəbəri Müdafiə Şurasının üzvü kimi Etibar Məmmədov elan edəcək. Biz bu xəbəri alan kimi zəng edib rayon şöbələrinə bil- dirmişdik.Televiziya qarşısında Etibarın çıxışını gözlədiyimiz za­man təxminən axşam saat 7-də anidən televizorun ekranı qaraldı, biz elə güman etdik ki, televizorda texniki nasazlıq baş verib.Bir neçə yerə zəng etdik və məlum oldu ki, bütün televizorlar anidən sönüb. Bir azdan Telestudiyadan cəbhəçilər zəng edib bildirdilər ki, studiyada nəsə bir partlayış baş verib. Sonralar məlum oldu ki, KQB-nin “Alfa” qrupu xüsusi göstərişlə Telestudiyanın enerji blokunu partladılıb ki, Etibar Məmmədov fövqəladə vəziyyət tət­biq olunacağını xalqa xəbər verə bilməsin.

İbişin şəhid olması

Qərərgahda xeyli adam var idi. Əbülfəz bəy də orda idi. Ax­şam saat 9 radələrində Bəy qərargahdan ayrılıb postlara baş çək­mək üçün getdi. İdarə Heyətinin digər üzvləri də getdilər. Qərər­gahda mən, Pənah Hüseynov, Vurğun Əyyubov və 35-40 nəfər cəbhəçi qaldıq. Cəbhəçilərin bir dəstəsi də postlara getməyə ha­zırlaşırdılar.

Uşaqlardan birinə pul verib kolbasa, çörək almağa göndər­dim ki postlara ac getməsinlər. Onların içərisində İbrahim adlı bir cəbhəçi vardı, öz aramızda onu İbiş deyə çağırırdıq. İbiş Ermənis­tandan yeni didərgin düşən soydaşlarımızdan idi. Özünün dedi­yinə görə atası ölmüşdü, təzə evlənmişdi, körpə qızı vardı, anası ilə bərabər qalırdı.Çox səmimi və sakit təbiətə malik İbiş cəbhəyə çox bağlı idi.Bütün günü cəbhədə olur, müxtəlif tapşırıqları ye­rinə yetirir, axşamlar bir çox cəbhəçilər kimi şəhərin müxtəlif yerlərində qurulan barrikadalardakı postlarda növbətçiliyə gedir­di. Kolbasa çörək yediyimiz zaman İbişin əlində başı toppuz kimi yumrulanmış aliminiyum bir borudan çomaq gördüm. Dedim ki, İbiş rus tankı sənın bu toppuzunun qarşısında qələt eləyib davam gətirər.Bu sözümdən sonra o, çomağını yuxarı qaldırıb nümayiş etdirdi. Hər kəs ona tərəf baxıb güldü. O da xeyli güldü. Onun o məsum, səmimi gülüşü hələ də gözümün önündədir. İbiş bir daha cəbhəyə gəlmədi. Səhər onun tankın altında qalaraq əzilmiş me­yidini Salyan kazarmalarının yanında gördüm.

İbişgilin dəstəsi getdikdən sonra qərərgahda təxminən otuz nəfər qaldıq. Axşam saat 11-də stadion tərəfdən güllə səsləri gəl­məyə başladı.Qonşudakı evlərdən qadınlar və kişilər dəfələrlə gəlib qərargahı tərk edib onların evlərində gizlənməyimizi israr­la yalvarıb xahiş etsələr də, bir neçə qadından başqa heç kim getmədi. Pənah Hüseynov və Vurğun Əyyubov da cəbhəçilərlə birlikdə qərərgahda qalmağa davam etdilər. Atəş səsləri getdikcə şiddətlənirdi. Şmidt Zavodu tərəfdən güclü atışma səsləri gəlirdi. Bir azdan o tərəfdən öz maşını ilə gələn cəbhəçi məlumat verdi ki, Milli Müdafiə Şurasının orda yerləşən qərargahı gülləboran edilərək dağıdılıb. Lakin qərargah boş olduğundan ölən və yarala­nan olmayıb. Şəhəri tank, pulemyot, avtomat səsləri bürümüşdü. Güllələr işıq saçaraq evlərin, binaların üzərində uçurdu. Qərər- gahın telefonuna aramsız zənglər gəlirdi. Postlara yaxın olan ev­lərdən sakinlər dəhşətli qırğından bəhs edir, ağlayır, kömək istə­yirdilər. Belə vahiməli vəziyyətdə əllərində adi tüfəng və tapança olan bəzi cəbhəçilər Çapayev küçəsində tankların, BTR-lərin o tərəf bu tərəfə şütüməsinə baxmayaraq qərargahdan bayıra çıxıb əsgərlərə atəş açmaq istəyirdilər. Həmin şəxslər bununla təkcə öz həyatlarını deyil, həm qərargahda olan cəbhəçiləri, həm də qon­şuluqda yaşayanların həyatlarını ölüm təhlükəsi qarşısında qo­yurdular. Pənah və Vurğunla onların bu məsələyə görə arasında sərt mübahisələr oldu və hər kəs onları məzəmmət etdi.

Biz hər an əsgərlərin qərargaha da hücum edib gülləbaran edəcəyini gözləyirdik. Lakin bu hadisə həmin gecə yox, iki gün sonra baş verdi.

Biz bütün gecəni qorxu və həyəcan içərisində qərərgahda ke­çirdik. Gecə yarısı atışma səngimişdi. Tək-tük atışma səsləri du­yulurdu. Telefonlar vasitəsi ilə aldığımız məlumatlara görə ən çox qırğınlar Biləcəri yolundakı Mikrorayonun girəcəyındə, XI Qızıl Ordu Meydanında (indiki 20 Yanvar Meydanında), Salyan kazar­masının ətrafında və taksi mator parkının yanında olmuşdu. Səhər tezdən Xeyrulla Cəfərovu qərərgahda növbətçi qoyub səhərə qə­dər bizimlə olan Basqallı Həsənin maşınına dörd beş nəfər minib Salyan kazarması tərəfə getdik. Orada dəhşətli mənzərənin şahidi olduq. Maşından enib ətrafı bir az dolaşdıq. Tanklar barrikadaları dağıtmış, taksiləri, yük maşınlarını, samosvaltları əzib dəmir yı­ğınına çevirmiş, hər yeri dağıdıb viran qoymuşdu.

Şosse yolunun qovşağındakı meydanda kolların arasında hələ bir neçə meyid var idi. Onlardan birinin bizim İbiş olduğunu ta­nıdım. Yazığın bədəninin və başının bir hissəsini tank əzmişdi. Toppuzlu aliminiyum çomağı da yanında idi. Onu bu vəziyyətdə görüb dözmədim, hönkür-hönkür ağladım. Meyidlərin yanında milis işçiləri var idi. Onları aparmağa gələn təcili yardım maşı­nını gözləyirdilər.

20 Yanvar gecəsi yaxından tanıdığım şəhidlərdən biri də Yu­sif Qasımov idi. O, Cəbhənin Xaqani 33-dəki qərərgah binasının altında yerləşən “Şərur” restoranını işlədirdi. Əslən Naxçıvanlı olan və tez-tez məni yeməyə dəvət edən Yusiflə yaxın münasi­bətimiz vardı. Öz armızda onu”Yuska”- deyə çağırırdıq.Olduqca vətənpərvər, türk milliyətçisi, milli ruhlu mübariz bir insan olan Yusif hələ Yanvar gırğınından xeyli əvvəl bir neçə kalaşnikov avtomatı satın alıb Naxçıvana göndərdiyini, birini isə özü üçün saxladığını söyləmişdi.Ona dedim kı, Bakıda onu neyləyirsən, göndər Naxçıvana. Cavabında dedi kı, yox bəy, qoy özümdə qal­sın, lazım olar. Qırğın axşamı Salyan kazarmalarının yanındakı barrikadalarda olan Yusif 20 Yanvar (keçmiş XI Qızıl ordu) Mey­danı tərəfdən atışma səslərini eşidərək gedib kalaşnikov avtoma­tını gətirmiş və kazarmaların yanında rus əsgərlərinə atəş açaraq döyüşmüş və qətlə yetirilmişdi. Barikadalarda öz azadlıqlarını, torpaqlarının toxunulmazlığını qorumaq üçün, bütövlükdə xalqın haqq işi uğrunda mübarizə edən iğid vətən övladları quduzlaşmış rus əsgərlərinə və rus tanklarına qarşı çoxlarının həyatları baha­sına olsa da böyük dəyanət, cəsarət və mərdlik nümayiş etdirərək qəhrəmanlıq nümunəsi göstərmişdilər.

19-dan 20-nə keçən gecə



Biz Bakı Soveti tərəfə istiqamət aldıq.Şəhərin mərkəzi əsgər­lər, BTR və tanklar tərəfindən mühasirəyə alındığından ora xeyli qalmış maşından endik və yolumuza piyada davam etdik. Bak- sovet metrosunun yanından Filarmoniya tərəfə gedən yol tank və BTR-lərlə bağlanmışdı.Bir təhər keçib Mərkəzi Komitənin qarşısına gəldik. Bir neçə gündür orda fasiləsiz mitinqlər davam etdiyindən yenə də adamla dolu idi. İnsanlar şəhərdə qırğınların baş verdiyinə baxmayaraq ölüm təhlükəsini göz önünə alıb gecə­ni səhərə qədər orda keçirmiş, böyük həyəcan və qorxu hissi ya­şamışdılar. Vəhşiləşmiş rus əsgərləri gecə gəlib tankla, BTR-lərlə meydanı mühasirəyə alıb insanların başlarının üstündən bir neçə güllə atsalarda onlara toxunmamışdılar. MK qabağında Nəcəf Nəcəfovu, Tağı Xalisbəylini, Aydın Kərimovu, qolunu sarıyaraq

gecə əsgərlərin açdığı atəş nəticəsində yaralandığıni iddia edən Hafiz Haciyevi (Balıq Hafizi) və digər çoxlu cəbhəçiləri gördüm. Hər kəs bir-birnə ürək-dirək verir, sağ-salamat qaldıqları üçün şükr edirdilər.

Qırğın gecəsi Biləcəri yolundakı barrikadada Nəcəf bəy təh­lükəyə məruz qalmışdı. O, xalqın önündə rus tanklarının qarşısın­da idi. Əsgərlərin hücumu zamanı dəyənək zərbəsindən huşunu itirərək yıxılmış, cəhəçilər onu son anda tankın qarşısından çəkib xilas etmişdilər. Gecəni cəbhəçilərlə bərabər keçirən Nəcəf bəy səhər tezdən Mərkəzi Komitənin qarşısına, mitinqçilərin yanına getmişdi. Nəcəf bəyin Biləcəri yolunda düşən papağı uzun illər ərzində Mikrorayonun girəcəyində Sovet ordusunun cinayətləri­nin sübutu kimi, şəhidlərə məxsus digər əşyalarla birlikdə nüma- yişetdrilmişdir.

Mərkəzi Komitənin qarşısındakı mitinqdə insanlar çox həyə­canlı idilər. Divarlar Mixail Qorbaçovu, Sovet ordusunu, rus im­periyasını, Kommunist Partiyasını və onun Mərkəzi Komitəsini kəskin şəkildə ittiham edən çoxlu şüarlarla, Sovet rəhbərləri üçün nəzərdə tutulan “ Dar ağacı “ rəsmləri ilə “bəzədilmişdi”. Şəhərdə ağır, hüznlü bir abı-hava höküm sürürdü. Dənizdə Bakı buxtasın­da lövbər salan şəhidlərin xatirəsinə sayqı olaraq və xalqla həm­rəyliklərini bildirmək üçün aramsız fit verirdilər. İnsanlar susqun, kədərli, çox qayğılı görünsələrdə Dövlətə, Sovet ordusuna və Respublika hakimiyyət dairələrinə qarşı olduqca qəzəbli idilər .

Mitinqdə çıxış edən Bəxtiyar Bahabzadə, Anar, Tağı Xalis- bəyli və b. Kommunist Partiyasını, Mixail Qorbaçovu, Əbdürrəh­man Vəzirovu, rus Sovet İmperiyasını, Sovet ordusunu xalqımıza qarşı törətdikləri qanlı cinayətlərə görə ittiham edərək lənətləyir, mənfur Kommunist Partiyasından çıxdıqlarını bəyan edirdilər.

Hələ şəhid edilən insanların sayı dəqiq məlum deyildi, an­caq bu rəqəmin minlərlə ola biləcəyi haqda şaiyələr dolaşmaq­da idi. Ölən insanları xalqdan gizlətmək üçün gəmilərlə daşınıb dənizə tökülməsi haqqında ortada ağızdan-ağıza üzücü xəbərlər gəzməkdə idi.

Bir neçə saat mitinqdə iştirak etdikdən sonra Aydın Kərimov­la birlikdə Bayıla bizim evə getdik.

Ailəm mənim sağ və salamat evə döndüyümü görüb çox sevindi. Qısa müddətdə evdə qaldıqdan sonra bu faciəli və hər addımda təhlükələrlə dolu günlərdə başına nə gələcəyini heç kəsin biləmədiyi üçün onlarla vidalaşaraq Aydın bəylə birlikdə Cəbhənin qərargahına, öz vəzifəmin başına getdim, Çünki cə­bhəçilər baş verən hadisələr haqqında məlumatları birbaşa qə­rargahdan öyrənir, özləri də yaşadıqları bölgələrdə baş verən hadisələr barəsində bildiklərini paylaşaraq fəaliyyətlərini necə davam etdirəcəkləri haqqında AXC rəhbərliyindən göstərişlər gözləməkdə idilər.

Xeyrulla Cəfərov, komendant Fəxrəddin bəy qərərgahda idilər. Lənkərandan, Gəncədən, Bakı kəndlərindən həyəcanlı xə­bərlər gəlməkdə idi.

Naxçıvanda döyüşlər

Bakıya qoşun yeridilmədən əvvəl, yanvarın 16-17-də ermə­ni silahlıları Kərki kəndinə, 19-da sonra Sədərək kəndinə hücum etdilər. Hücumdan əvvəl Naxçıvana göndərilmiş üç erməni kəş­fiyyatçısı ələ keçirildi, atışmada onlardan ikisi öldürüldü, sağ qa­lan isə güclü hücüm olacağı haqqında xəbər verdi. Kərkidən və Sədərəkdən əhali çıxarıldı. Naxçıvanın minlərlə vətənpərvəri Sə­dərək istiqamətinə yeridi.Ermənilər hücum edərkən gözləmədik­ləri güclü müqavimətlə qarşılaşdılar. Buna baxmayaraq 12 nəfər şəhidolmuşdu.

Döyüş zamanı talan məqsədi ilə Sədərək Şərab Zavoduna girən ermənilər bizimkilərin atdığı top atəşi ilə məhv edilmiş­dilər. Ermənistanın anklavında olan Kərki kəndini müdafiə etmək mümkün olmadığından (həmin vaxt kənddə SSRİ Daxili İşlər Na­zirliyinin zirehli texnikası və hərbiçiləri vardı)adamlar mal-mül­künü qoyub qaçmaq məcburiyyətində qalmışdı.

Şəhidlərin dəfni

Yanvarın 22-də canlarını xalqın azadlığı, torpaqlarımızın bü­tövlüyü uğrunda və rus Sovet İmperiyasının əsarətindən qurtul­maq üçün mübarizədə qəhrəmancasına həlak olmuş vətənin şəhid övladlarının dəfn günü idi. Təkcə Bakıdan deyil, Respublikanın digər bölgələrindən yüz minlərlə insan şəhidlərlə vidalaşmaq üçün Azadlıq Meydanına doğru axışırdı. Səhər tezdən mən də ora getdim. Meydanda indiyədək görünməmiş böyük bir izdiham var idi. Qara bayraqlara bürünmüş Meydan, insanlardan və güllərdən ibarət bir dənizi xatırladırdı. Zavodların və dənizdə lövbər salmış gəmilərin aramsız qəmli fiti şəhidlər üçün hüznlü bir layla təsiri bağışlayırdı. Öz əzizlərini itirmiş insanların ağlaşma, bayatı səs­ləri Meydanı bürümüşdü. Hər kəsi qəhər böğduğundan insanlar susqun, kədərli və həm də qəzəbli idilər.

Tribunadakı mikrafonların səsi çox zəif eşidilirdi. Nemət, Rəhim, Zeynəb Xanlarova və daha bir neçə nəfər danışaraq yənə də Mixail Qorbaçovu, Sovet ordusunu, Respublika rəhbərliyini və s. xalqımıza qarşı törətdikləri qətliama görə lənətlədilər. Sonra mikrafonların səsi tamam kəsildi və natiqlər meqafonla danışma­ğa başladılar. Meydanda mitinqə rəhbərlik edən Nemət şəhidlərin saat üçdən sonra dəfn edilməsini tələb edirdi.Lakin şəhidlərin yaxınları və din adamları bunun əleyhinə çıxdılar və təxminən saat on iki ilə bir arasında qərənfillərlə bəzədilmiş çoxsaylı şəhid cənazələri çiyinlərdə daşınaraq izdihamla birlikdə Kirov Parkına ( indiki Şəhidlər xiyabanına ) doğru istiqamət aldı.



Mərkəzi Komitənin yanı ilə yuxarı qalxdığımız zaman ət­rafda olan əsgərlər anidən atəş açmağa başladılar, atəş bir müd­dət davam etdi.Böyük bir izdiham nə edəcəklərini bilməyərək çaşqınlıq, həyəcan və təşviş içərisində ora- bura qaçmağa başladı. Bir çoxları güllələrdən qorunmaq üçün yerə uzandı. Yıxılanlar, ayaq altında qalanlar oldu.Qadınlardan, yaşlı insanlardan çoxlu xəsarət alanlar oldu. Ağlaşma, qışqırıq səsləri ətrafı bürüdü. Xoş­bəxtlikdən əsgərlər hansı səbəbdənsə havaya atəş açmışdılar.

Ali Sovetin sessiyası

Azərbaycanda Sovet ordusunun xalqa qarşı törətdiyi qanlı cinayətlərə qiymət vermək üçün Ali Sovetin sessiyasının çağırıl­ması Xalq Cəbhəsinin böyük səyi və təzyiqi nəticəsində yanvarın 21-22-də baş tutdu. Qorxaq kommunist deputataların bir çoxunu cəbhəçilər evlərindən zorla gətirib sessiyanın keçirilməsini təmin etdilər. Axşamlar mən də digər cəbhəçilərlə birlikdə deputataların iclas zalından çıxıb qaçmaqlarının qarşısını almaq üçün Ali Sovet binasının və qapılarının mühasirəyə alınmasında iştirak edirdim.

Sessıyada iştirak edən Nəcəf Nəcəfov, İsa Qəmbərov, Sabit Bağırov, Pənah Hüseynov və İdarə Heyətinin digər üzvlərinin sessiyada sənədlərin hazırlanmasında və bu sənədlərin qəbuluna deputatların səs verməsi üçün göstərilən təzyiqlər də mühüm rol oynadı.

Sessiyanın Xalq Cəbhəsinin təzyiqi ilə qəbul etdiyi qərarda Sovet ordusunun xalqa qarşı törətdiyi qırğın kəskin bir dillə pislə­nildi, bunu törədən və qoşunların Bakıya girməsinə göstəriş verən cinayətkarların müəyyən edilərək cəzalandrılması tələb edildi. Bakıda Fövqəladə vəziyyətin icrasının dayandrılması, hərbi tex­nikanın və qoşun hissələrinin şəhərdən çıxarılması tələb edildi.

Sessiyada həmçinin Sovet ordusunun xalqımıza qarşı törətdi­yi qanlı cinayətləri araşdırmaq və günahkarları aşkara çıxarmaq üçün gələcəkdə “20 yanvar komissiyası” adlanan deputat istintaq komissıyasının yaradılması qərara alındı.

Şəhidlərin dəfnindən sonra AXC qərərgahı

Şəhidlərin dəfnindən sonra mən yenidən qərargaha geri dön­düm və bütün günü orada oldum. Qərargahda adam çox az idi. İdarə Heyətindən heç kəs yox idi. Bizə verilən məlumata görə İdarə Heyəti gizli iş şəraitinə keçdiyi üçün qərargaha gəlməyə­cəkdi.

Səhərisi gün Qərargaha yalnız “Azadlıq” qəzetinin baş re­daktoru Nəcəf Nəcəfov gəlməyə başladı. O, mətbuatla əlaqə sax­layır, hadisələr haqqında müsahibələr verirdi. Mən və Xeyrulla qərərgahda işimizi davam etdirərək telefonlara cavab verir, gələn məlumatları junalda qeyd edir, bölgələrdəki vəziyyəti Cəbhənin rayon şöbələrindən öyrənməyə çalışırdıq. Verilən məlumatlara görə, vəziyyət heç də ürəkaçıcı deyildi. Hər yerdə qorxu, kədər və qəzəb hökm sürürdü.

Xalqın Kommunist partiyasına qarşı qəzəbi aşıb-daşırdı.Dinc insanlara qarşı törədilən qanlı cinayətlərə etiraz əlaməti olaraq Respublikada KP sıralarını tərk etmək, partiya biletlərini yandır­maq, cırmaq kimi kütləvi hərəkat başlanmışdı.

Mən də, Yanvarin 24-də müəllim işlədiyim İnşaat Mühən­disləri İnstitutunun fəlsəfə kafedrasındakı öz iş yerimə getdim. İctimai elmlər kafedraları Partiya təşkilatının 20 yanvar qırğını­na həsr olunmuş iclasına qatıldım.Kommunist partiyası və Sovet dövlətini xalqımıza qarşı törətdiyi qanlı cinayətlərə görə ittiham edən çıxışımdan sonra etiraz əlaməti olaraq partiya sıralarını tərk etdiyim haqqında ərizəni və partiya biletimi partkoma təhvil ver- dim.Bu məsələdə məni yalnız kafedramızın müəllimi Aydın Ab­basov və “Elmi kommunizm” kafedrasının müəllimi Rasim İma- nov müdafiə edib həmrəylik göstərdilər.

20 yanvardan başlayaraq Xalq Cəbhəsi üzvlərinə qarşı rep­ressiyalar və həbslər dalğası genişlənməkdə idi. Xüsusən də Ba­kıda, Cəlilabadda və Lənkəran bölgəsində çoxlu cəbhəçi həbs olunmuşdu. Etibar Məmmədov da getdiyi Moskva şəhərində yanvarın 25-də Azərbaycanın səlahiyyətli nümayəndəliyinin bi­nasında xarici və yerli mətbuat işçilərinə 20 Yanvar hadisələri ilə əlaqədar müsahibələr verərkən həbs olunmuşdu.

Yanvarın 23-də günortadan biraz keçmiş qərargahda öz işlə- rimizlə məşğul idik. Bizdən başqa binada beş on cəbhəçi və birdə “Azadlıq” qəzetinin əməkdaşları var idi. Əvvəlcə naməlum bir şəxs zəng edib həyəcanlı şəkildə dedi ki, təcili surətdə qərərgahı tərk edin, əsgərlərin basqını olacaq. Biz bu sözə əhəmiyyət ver­mədik. Bir azdan Nizami Rayon Polis şöbəsində işləyən qaynım Bəhram zəng etdi və dedi ki, bizə məlumat daxil olub ki, Cəbhə­nin qərərgahlarına əsgərlər basqın edəcək təcili oranı tərk edin. Mən məlumatı dəqiqləşdirmək üçün Cəbhənin Nəsimi Rayon şöbəsinin şəhərin mərkəzində yerləşən qərərgahına zəng etdim. Telefonda rusca:“Sizə kim lazımdır?”- deyə soruşduqda Rayon şöbəsi qərargahının artıq əsgərlər tərəfindən basqına uğradığına əmin oldum. Sonradan məlum olduğu kimi həmin gün əsgərlər ilk öncə Cəbhənin Nəsimi Rayon şöbəsinin qərərgahında toplantı olduğunu güman edərək basqın etmiş, oranı gülləbaran etdikdən sonra içəri girmişdilər. Şöbənin rəhbərlərindən olan Daşqın Ağa­larov 20 yanvar axşamı XI Qızıl Ordu metrosunun (indiki 20 Yan­var metrosu) girəcəyində, digər rəhbərləri Əli Quliyev, Nizami Gözəlov və bir neçə cəbhəçi isə yanvarın 21-də həbs olunmuş­dular. Bununla da, məlumatın dəqiqliyinə əmin olub “Azadlıq” qəzetinin binada yerləşən redaksiyasına da xəbər göndərdim və dəhlizə çıxıb hər kəsə uca səslə binanı təcili tərk etmək lazım ol­duğunu elan etdim və bir sıra mühüm sənədləri götürüb qərərgahı tərketdik.

Sonradan qərərgahın qonşuluğundakı evlərdə yaşayan sakin­lərin dediklərinə görə, biz binanı tərk etdikdən təxminən bir saat sonra rus əsgərləri hərbi maşınlarda gələrək əvvəlcə binanı güllə­boran etmış, sonra içəriyə daxil olmuşdular. Rus əsgərləri zəbt et­dikləri AXC mərkəzi qərargahını təxminən iki aya yaxın müddət ərzində kazarma kimi istifadə etdilər.

Qərərgahsız günlərimiz



Beləliklə, AXC bir neçə gün ərzində qərargahsız qaldı. Da­dımıza yənə də Nəcəf Nəcəfov çatdı. O, Azərbaycan Respublika Həmkarlar İttifaqı Şurasının o zamankı sədri Kamran Ağahüsey- novla olduğu yaxın münasibəti sayəsində Həmkarlar İttifaqının binasında “Azadlıq” qəzetinin redaksiyası və Xalq Cəbhəsi üçün iki otağın ayrılmasına nail oldu. Ali Sovetin 22 yanvar sessiyası­nın qərarı ilə yaradılan “ 20 Yanvar deputat istintaq komissiyası”

sədrinin müavini Tamerlan Qarayevin başcılıq etdiyi işçi qrupu da həmin binada yerləşdi.

Müvəqqəti qərərgah kimi istifadə etdiyimiz həmin otağın tez­liklə cəbhəçilərin axınına məruz qalması Həmkarlar İttifaqı rəh­bərliyinin narazılığına səbəb oldu. Təxminən bir həftədən sonra oranı tərk etmək məcburiyyətində qaldıq. O zaman İdarə Heyəti gizli iş şəraitinə keçdiyindən hələ Cəbhə rəhbərliyındən heç kəs ortada yox idi. Nəcəf bəy təkbaşına bütün rəhbərliyi təmsil edərək müsahibələr verir, öz nikbin, işgüzar övqatı ilə cəbhəçiləri ruhlan­dırır, öz nüfuzundan və əlaqələrindən istifadə edərək həbs olunan cəbhəçilərin sərbəst buraxılmasına nail olmağa çalışırdı. Həbs­lərin, repressiyaların, quduzlaşmış əsgərlər tərəfindən insanların hələ yaralanma və öldürülməsi hallarının davam etməkdə olduğu o ağır, sıxıntılı, təhlükələrlə dolu yanvar günlərində Xalq Cəbhə­sinin darısqal və kiçik də olsa, cəbhəçilərin baş çəkib, məlumat ala biləcəkləri bir qərargaha böyük ehtiyacları vardı.Bu o demək idi ki, təşkilat hələ ayaqdadır və mübarizə davam edir. Cəsur Nə­cəf bəy bunun fərqində idi və bunun üçün böyük səy göstərirdi.

Buna görə də, biz Həmkarlarİttifaqı binasından qovulduqdan sonra, Nəcəf bəy AXC üçün yenə də şəhərin mərkəzində Elmlər Akademiyasının Rəyasət Heyətinin binasının 1-ci qatında Aka­demiyanın prezidenti Eldar Salayevin göstərişi ilə bir neçə otaq ayrılmasına nail oldu. Yavaş-yavaş İdarə Heyətinin üzvləri də üzə çıxmağa başladılar.İlk öncə Dilarə xanım Əliyeva gəldi. Sonra Vurğun Əyyubov, onun ardınca Hikmət Hacızadə və başqaları gəldilər. Nəzarət Təftiş komissiyasının üzvü Fəzail Ağamalıyev də ilk gələnlər sırasında idi. O konspirasiya məqsədi ilə guya ta­nınmasın deyə lopa bığlarını qırxmış, gur saçlarını qısaltmış, bi­zim adət etmədiyimiz bir görkəm almışdı. Onun alışmadığımız bu qəribə görkəmi o kədərli günlərdə gülüşümüzə səbəb oldu. Akademiya Rəyasət Heyətinin üzvləri bizim qonşuluğumuzdakı salonda toplaşırdılar. Bir gün Akademiyanın Cəbhəyə rəğbətlə yanaşan işçiləridən biri məni kənara çəkib həyəcanla bildirdi ki, yuxarıların göstərişi ilə Akademiya Rəyasət Heyətinin bir qrup üzvü guya Bakı şəhərində gizlənən ekstremist cəbhəçiləri aşkar etmək məqsədi ilə evlərdə axtarış aparmaq üçün şəhərin hərbi ko­mendantına ictimaiyyət adından bir qrup akademikin də imzala­yacağı “ Müraciət “ hazırlayırlar. Mən bu məlumatıtəcili olaraq Dilarə xanıma və Nəcəf bəyə bildirdim.Onlar da bu haqda Bəx­tiyar Vahabzadəni, Aslan Aslanovu və bir neçə digər akademiki məlumatlandırdılar və özləri də bu məsələnin müzakirəsində iş­tirak etdilər. Vətənpərvər alimlərin işə qarışması nəticəsində bu təhlükəli tədbirin həyata keçirilməsinə imkan verilmədi.

Oljas Süleymanovun Bakıya gəlişi və Türk jurnalistlərinin həbsi

20 Yanvar qırğınından sonra xalqımızın bu faciəli günündə Bakıya gəlib dərdimizə şərik olaraq həmrəyliyini bildirən Türk dünyasının böyük oğlu kazax şairi Oljas Suleymənov oldu.

Yanvarın axırlarına yaxın Naxçıvan cəbhəçiləri mənə xəbər çatdırdılar ki, Türkiyədən bir neçə jurnalist 20 Yanvar hadisələ­rini işılandırmaq üçün gizli yollarla İran üzərindən biz tərəfə ke­çib Bakıya gəlirlər, onları qaşılamaq lazımdır. Üç nəfər idilər. “Günaydın” qəzetinin muxbiri İrfan Sapmazı və onunla birlikdə gələn Rafet Ballı və Mücahid bəyi qarşılayıb cəbhəçilərin evlə­rində yerləşdirdik. Onlar şəhəri gəzib xeyli material topladılar. Mən onları Əbülfəz bəylə görüşdürdüm. Onlar bir çox adamlar­dan müsahibələr aldılar və zəngin informasıya əldə etdilər. Onlar təxminən on günə yaxın Bakıda qaldılar. Biz yenə də onları ae­roportda (hava limanı) işləyən cəbhəçilərin vasitəsi ilə bilet al­madan Naxçıvan təyyarəsi ilə pilotlarla danışıb gizli surətdə geri göndərməyi qərara aldıq. Aeroporta rus əsgərləri ciddi nəzarət edirdilər.Türk jurnalistləri cəbhəçilər müşaiyət edib təyyarəyə mindirərək geri döndülər. Biz hamımız intizarla təyyarənın yola düşməsini gözləyirdik.Təyyarənin pilləkənləri qaldırılsa da uçuşa dogru istiqamət almırdı. Bir də gördük ki, bir neçə əli silahlı əsgər həmin təyyarəyə doğru gedirlər.Biz bərk həyəcanlandıq. Əsgərlər təyyarəyə yaxınlaşdıqda pilləkənlər aşağı endrildi və onlar içəri daxil olub Türk jurnalistlərlə birlikdə endilər. Artıq yapa biləcək bir şey yox idi. Yurnalistlər həbs olunmuşdular.Sonradan məlum oldu ki, aeroportun gözətçi qülləsindən ərazini müşahidə edən əs­gərlər bir neçə nəfərin pay-piyada tələsik təyyarəyə doğru gedib mindiklərini görmüş, şübhələnərək uçuşu dayandırmışlar. İrfan Sapmaz və onun muxbir həmkarları üç aya yaxın Bakıda KQB- nin həbsxanasında saxlandıqdan sonra Türkiyə Prezidenti Turqut Özalın Mixail Qorbaçova şəxsən müraciətindən sonra sərbəst bu­raxılıb Türkiyəyə göndərildilər. İrfan Sapmaz 1992-ci ilin yan­varında yenidən “Hürriyət” qəzetinin müxbiri kimi Azərbaycana döndü və burada Universitetin hüquq fakultəsini də bitirdi. İrfan Sapmaz 20 Yanvar hadisələrinin və Xocalı soyqrımının dünya­ya tanıdılmasında çox böyük işlər gördü. O, Ağdamda döyüşlər zamanı ayağından yaralandı.İrfan Sapmaz ailəsi ilə birlikdə 13 il Azərbaycanda yaşadı, uzun illər ərzində “Avrasya” adlı gündə­lik qəzet nəşr etdi, mətbəə qurdu, ölkəmizdə mətbuatın inkişafı­na kömək etdi.İrfan bəy sonralar mənə zarafatla deyirdi ki, məni KQB-yə satıb dünyada məhşur etdiniz. O sonra Azərbaycana həsr olunmuş “Kurtlar sofrasında Azərbaycan” adlı sanballı bir əsər yazdı. Hal-hazırda Türkiyədə yaşayan İrfan Sapmaz ölkənin ən məhşur jurnalistlərindən biridir.

Əbülfəz bəy gizli şəraitdə

Əbülfəz bəy təkcə həbs oluna biləcəyinə görə deyil, Milli Azadlıq Hərəkatının lideri kimi həyatına qarşı da böyük təhlükə mövcud olduğuna görə gizli fəaliyyət göstərməyə məcbur idi. Həmin günlərdə o, Yasamal qəsəbəsində aspirantlar yataqxanası­nın yaxınlığındakı binaların birində Ordubadın Unus kəndindən olan qohumu, qardaş-bacı olan Bəşir və Fəridə xanımgilin evində qalırdı. Mən bir neçə dəfə jurnalistləri onunla görüşə apardım.

1990-cı il yanvarın 30-da gizli fəaliyyətini dayandıran Əbül­fəz bəy BMT-nin Baş katibi Peres də Kuelyara, dünya ictimaiy­yətinə və Azərbaycan xalqına Sovet ordusunun xalqımıza qarşı törətdiyi cinayətlərlə əlaqədar ünvanladığı müraciəti ilk dəfə ola­raq yeni “ Elçibəy “ adı ilə imzaladı. Qısa müddətdə biz onun bu yeni adına alışdıq. İlk öncə cəbhəçilər və Xalq Hərəkatı iştirak­çıları, sonra isə bütün Azərbaycan türkləri sevə-sevə ona bu adla mürciət etməyə başladılar.

Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bir sıra özünü bilməz, yaramaz, yaltaq və rəzil adamlar Elçibəy adını uydurma, qondarma bir ad kimi qələmə verərək onu Bəyə qarşı rişxənd, istehza, lağa qoyma vasitəsinə çevirməyə cəhd göstərdilər. Hal­buki türklərin qədim köklərini və tarixini hər kəsdən dərin bilən Əbülfəz bəy bu soyadı özünə təsdüfi seçməmişdi. Kökü çox qə­dimlərə söykənən Elçibəy (Elçi beq) həm dövlətdə yüksək vəzifə titulu, həm də şəxs adı olaraq mənası qədim türk dili lüğətində də, qeyd edildiyi kimi Tanrı elçisi (Tänri elimkä elçisi ertim), müdrük hökmdar (Nəgü ter eşitgil begü elçi beg) anlamındadır. Elçi beq adı Orxan-Yenisey abidələrində də keçməkdədir (Drevnetyurks- kiyslovar)

Qıpçaq şəcərəsində də, adı keçən İlçi bay orta əsrlərdə Qıp­çaq xanlarından Murad xanın 12-ci nəslinə mənsub görkəmli Türk bəylərindəndir. Günümüzdə də, İlçi bay adı kazax və başqurt türklərində cox populyardır. Hətta Başqurtstanda və Kazaxıstan- da İlçibay adlı bir neçə yaşayış məskəni də cox qədimlərdən möv­cuddur.

“Elçibəy“ adı ilə Türkün Tanrısı Əbülfəz bəyi öz Elçisi olaraq Azərbaycan türklərini milli müstəqilliyə qovuşdurmaq və Türk birliyinə nail olmaq kimi kutsal bir missiya ilə görəvləndirmişdir.

Etibar Məmmədovun hüquqlarını müdafiə komitəsi

Fevralın əvvələrində Politexnik İnstitutunun Tarix kafedrası­nın müəllimi, Etibar Məmmədovun Universitetdən tələbə yoldaşı Bəxtiyar Nəcəfov yanıma gəldi ki, Moskvada həbs olunan Etibar Məmmədovun hüquqlarının müdafiə komitəsi yaradaq və cəbhə­çiləri də bu işə cəlb edək. Müdafiə Komitəsinin yaradılmasında başlıca məqsəd isə Etibarın müdafiəsi üçün Respublikada bir mil­yon imza toplamaq lazım idi. Bu işi birlikdə təşkil etmək haqqın­da onun təklifini qəbul etdim. Ancaq Bəxtiyara dedim ki, bu işi təkcə Etibarla məhdudlaşdırmaq doğru olmaz. Biz 20 Yanvar ha­disələrinə görə Moskvada həbsdə olan bütün siyasi məhbuslari- mizin hüquqlarını müdafiə edəcək bir Komitə yaratsaq yaxşı olar. Bəxtiyar razılaşdı. Biz Politexnik İnstitutunun müəllimi Becan Ferzəliyevi və Etibarın digər bir tələbə yoldaşı olan Mehdi Məm­mədovu da bu işə qoşduq.Yaradacağımız Müdafiə Komitəsinin rəhbəri məsələsi gündəmə gəldiyi zaman Becan bəy təklif etdi ki, İdarə Heyətinin sədrliyinə Elmlər Akademiyasının müxbir üzvü, Kımya Problemləri İnstitutunun direktoru Ramiz Rizayevi seçək ki, bu işdə onun Moskvada və Bakıdakı nüfuzundan istifadə edək. Biz birlikdə Ramiz müəllimin iş yerinə gedib bu təklifi ona bil­dirdik. O, da məmnuniyyətlə İdarə Heyətinin sədri olmağa razılıq verdi. Beləliklə Azərbaycanda ilk dəfə olaraq İnsan Hüquqları­nın Müdafiə Komitəsi rəsmən yarandı. Bəxtiyar Nəcəfov lazımı sənədləri toplayıb Moskvaya getdi. Ordakı İttıfaq üzrə Komitədə rəsmi surətdə qeydiyyatdan keçirib çoxlu sənədlərlə geri döndü. Bizim toplantılarımız Ramiz Rizayevin kabinetində olurdu.Tək- cə rəhbər olaraq deyil, Komitənin müraciətlərinin yazılmasında, imza vərəqələrinin çap olunaraq çoxaldılmasında, bir çox texniki məsələlərin həllində Ramiz müəllimin çox böyük köməklikləri oldu.

Etibar Məmmədovun və digər tutuqluların müdafiəsi üçün bir milyon imza toplanıb Beynəlxalq İnsan hüquqları təşkilatla­rına təqdim edilməli idi. İmza kompaniyasını həyata keçirmək üçün Xalq Cəbhəsi rayon şöbələrini və müxtəlif dayaq dəstələri­ni bu işə cəlb etdik və tezliklə bir neçə ay ərzində bu iş başa çatdı. Bəxtiyar Nəcəfov bu imzaları götürüb Moskvada ABŞ Səfirliyinə getdi və onun vasitəsi ilə imzaları Beynəlxalq İnsan Hüquqları Komitəsinə təqdim etdi. Etibar Məmmədovun və digər siyası məhbusların sərbəst buraxılmasında bu imzaların da mühüm rolu oldu. Sonra Mehdi Məmmədov yaratdığımız bu Komitənin işini davam etdirdi və Respublikada tanınmış insan haqları müdafiəçi­si oldu.

AXC-nın səyyar qərərgahlarında

Sovet ordusunun Azərbaycan xalqına qarşı törətdiyi 20 Yan­var qırğını Türkiyədə, Avropa ölkələrində, Amerikada və digər ölkələrdə böyük etiraz dalğasına səbəb olmuşdu. Azərbaycan xalqının məruz qaldığı qanlı faciənin dünya ictimaiyyətının diqqətinə çatdrılmasında “Azadlıq” radiosunun, onun Azərbay­can redaksiyasının rəhbəri Mirzə Xəzərin, digər əməkdaşların, Rəhbər Bəşirlının, Mehdi Məmmədovun, “Amerikanin səsi“ ra­diosunun mühüm xidmətləri olmuşdur. Mən də dəfələrlə Bakıda və rayonlarda vəziyyətlə bağlı AXC qərargahından canlı bağlana­raq Mirzə Xəzərə məlumatlar verirdim.

Bütün cəza tədbirlərinə baxmayaraq Sovetlər Birliyində demokratik proseslər tam vüsətlə davam etməkdə idi. Fevralın 25- də Litvada Ali Sovetə keçirilən seçkilərdə demokratik “Sa- yudis” hərəkatı tam qələbə qazanaraq kommunistlərin təkbaşına hakimiyyətinə son qoydu və bununla da SSRİ-də ilk dəfə çox­partiyalı parlament sisteminə keçid baş tutdu. Bu önəmli siyasi hadisə olub digər Baltikyanı Respublikaların da Litvanın yolunu təkraralayacağı və bu respublikaların tezliklə SSRİ tərkibindən çıxacağından xəbər verirdi. Azərbaycan və digər Respublikalara dəstək verməkdə tərəddüd edən Qərb Dövlətləri Baltikyanı Res- publikalardakı demokratik proseslərə tam dəstək verib onlarla həmrəylik nümayiş etdrirdi. Lakin Litvanın nümunəsi bizdə də ruh yüksəkliyi yaradaraq bütün çətinliklərə rağmən mübarizəni davam etdirməyə ruhlandırırdı.

AXC-nın fəaliyyətini məhdudlaşdırmaq, onun kütlələr üzə­rində təsirini minimuma endirmək üçün Respublika hakimiyyət dairələri və onunla əlbir işləyən hərbi komendant müxtəlif təd­birlərə əl ataraq fəal cəbhəçiləri həbs edir, onları qərargahlardan məhrum edir, işdən çıxarırdılar. Xalq Cəbhəsinin mərkəzi qərar­gah məsələsi bizim normal fəaliyyətimiz üçün olduqca mühim idi. Şəhidlər Xiyabanı şəhidlərin qırxına qədər cəbhəçilərin küt­ləvi şəkildə bir araya gəlib ünsiyyət saxladıqları, informasiya mübadiləsi apardıqları səyyar qərərgah rolunu oynayırdı. Aka­demiya Rəyasət Heyətinin iş prosesinə mane olduğumuza görə fevralın əvvələrində bizi qərərgah kimi ayrılan otaqdan mərhum edib, Cəbhəyə Akademiyanın Nərimanov prospektindəki əsas binasının 2-ci qatında 206-cı otağı ayırdılar. AXC İdarə Heyəti­nin toplantıları gah həmin otaqda, gah da Dilarə Əliyevanın şöbə müdiri işlədiyi Ədəbiyyat İnstitutundakı kabinetində keçirilirdi. Cəbhəçilər yenə də qərərgah görəvi daşıyan həmin otağa Əbülfəz bəyi görməyə, İdarə Heyəti üzvləri ilə görüşməyə və ya müxtəlif problemləri müzakirə etmək məqsədi ilə gəlməkdə davam edir­dilər. Mən də bütün günümü Ümumi Şöbənin müdiri kimi əvvəl­cə Rəyasət Heyətinin binasında, sonra isə əsas binadakı 206-cı otaqda keçirirdim. Təxminən fevralın 23-24-də Oktyabr Rayonu­nun hərbi komendantı bir neçə əsgərlə birlikdə əvvəlcə binanın komendantının yanına girdilər, sonra isə 206-cı otağa gəldilər və binada Akademiyaya aid olmayan hər hansı bir təşkilatın toplantı keçirməsinin qadağan olduğunu bildirdilər. Mən əvvəlcə onla­rın Əbülfəz bəyi həbs etməyə gəldiklərini güman edib qorxdum, çünki Dubinyakdan sonra Bakıya komendant təyin olunan Ziya Bünyadovun oğlu general mayor Valeri Bünyadovun yanına Cə­bhənin işləri ilə əlaqədar bir neçə dəfə getdiyim zaman demişdi ki, biz Əbülfəz Əliyevin harada olduğunu bilirik və istədiyimiz vaxt onu həbs edə bilərik.

AXC-nın Şamaxı Məclisi

Şəhidlərin qırxı günü martın 2-də Şəhidlər xiyabanında gö­rünməmiş izdiham vardı, elə bil ki, bütün Azərbaycan öz müqəd­dəs şəhidlərini yad etmək üçün bura toplanmışdı.

Şəhidlərin qırxı ərəfəsində AXC İdarə Heyəti artıq qırx gün­dən çox idi ki, davam edən tətillərin martın 5-də dayandrılmasına qərar verdi.Qərarı qırx mərasimi zamanı Xiyabanda cəbhəçilərin nəzərinə çatdırdıq, axşam isə Dilarə xanım “Azadlıq” radiosu ilə elan etdi. O zamanlar “Azadlıq” radiosu xalqın bütün dünya ilə əlaqədə əsas ünsiyyət vasitəsi və məlumat qaynağı idi.

Tətilin dayandrılması qərarına münasibət fərqli idi.Bəziləri bunu razılıqla, Sovet ordusunun törətdiyi cinayətlərə, Respublika rəhbərliyinin acizliyi və qətiyyətsizliyinə qarşı qəzəbləri soyuma­mış çox insanlar isə narazılıqla qarşıladı. Respublikanın iqtisa­diyyatı uzun sürən tətil nəticəsində iflic vəziyyətində idi. İnsanlar maaş ala bilmədiklərinə görə dolanışıq çətinləşmişdi.

AXC-nın 3-4 mart Şamaxı Məclisi yanvar qurğınından sonra təşkilatın ən kütləvi leqal toplantısı idi. Məclisdə yanvar hadisələ­ri, Xalq Cəbhəsinin bu hadisələrdə rolu, buraxdığı səhvlər, təşki­lat daxili məsələlər geniş müzakirə olundu. AXC daxilində Yusif Səmədoğlu, İsa Qəmbərov, Tofiq Qasımov, Vurğun Əyyubov, Hikmət Hacızadə və digər İdarə Heyəti üzvləri tərəfindən yaradı­lan Şimali Azərbaycan Demokrat Partiyası (ŞADP) fraksiyası və onların Əbülfəz Elçibəyə qarşı aşkar şəkildə mübarizəsi cəbhə­çilərin böyük narazılığına səbəb olmuşdu. ŞADP-çilər AXC içə­risində açıq surətdə tərəftar toplamaq fəaliyyətinə girişmişdilər. Onlar Əbülfəz bəyə qarşı tənqidi hücumlarını kəskinləşdirərək onu bir çox məsələlərdə, o cümlədən demokratiyanı pozmaqda, radikallara qarşı lazımı dərəcədə mübarizə aparmamaqda və s. günahlandırdılar.

AXC Məclisinin Göyçay toplantısı

Mart ayında Respublikada ümumi gərginlik və Xalq Cə­bhəsinə qarşı təzyiqlər davam etsə də, təşkilatın fəaliyyətində müəyyən aktivlik müşahidə olunurdu. İdarə Heyətinin toplantı­ları müntəzəm hal almışdı.Cəbhə rəhbərliyinin iştirakı ilə bir çox qrumlarda ictimaiyyətin və ziyalıların nümayəndələri ilə görüşlər keçirilir, Respublikadakı ictimai-siyasi vəziyyət müzakirə olu­nurdu. AXC Məclisi toplantılarının Respublikanın rayonlarında keçirilməsi ənənəsinin yaranması bölgələrdə Xalq Cəbhəsinin nüfuzunun artmasına, ordakı ictimai-siyasi durumun fəallaşması- na səbəb olurdu. AXC Məclisinin 1990-cı ilin 30 aprelində Göy­çayda keçirilən toplantısında da, bir çox məsələlər geniş müza- kirəolundu.

Məclisin iclasında Xalq Cəbhəsi ilə eyni platformada çıxış edən “Yeni Müsavat”, “Xalq Azadlıq”, “Respublika”, “Dirçəliş” kimi partiyaların nümayəndələri də iştirak edirdilər.

Məclisdə 20 yanvar hadisələri, bəzi rayon şöbələrində, o cümlədən Cəlilabad Şöbəsindəki vəziyyət, Milli Müdafiə Şurası, Cəbhənin tərkibində yaradılan ŞADP fraksiyası və bir çox önəm­li məsələlər geniş müzakirə mövzusu oldu. Bir çox çıxışçılar o cümlədən Sabir Rüstəmxanlı ŞADP-nin Xalq Cəbhəsinin parça­lanmasına doğru yönəldiyini, onun yaranmasının əleyhinə olduq­larını bildirdilər.

Məclis yekdilliklə Tamerlan Qarayevi AXC Məclisinin sədri seçdi. Məclisin toplantısında çıxış edən Əbülfəz bəy Respublika­dakı fövqəladə vəziyyətlə əlaqədar və Qarabağ məsələsi ilə bağlı ona sədr kimi fövqəladə səlahiyyətlər verilməsini tələb etdi. Vur­ğun Əyyubov bunun əleyhinə çıxsa da Məclis ona bu səlahiyyət- ləriverdi.

Hərbiçilrin AXC qərərgahını tərk etməsi və seçkilərə hazırlıq

Mərkəzi qərərgahın olmaması Cəbhənin fəaliyyətinə olduq­ca mənfi təsir göstərirdi. Nəhayət xəbər gəldi ki, əsgərlər AXC- nın Çapayev küçəsi yaxınlığındakı qərargahını tərk ediblər. Biz dərhal ora getdik. Qərərgah darmadağın edilərək pəncərələrinin şüşələri, qapılar sındrılmışdı. “Azadlıq” qəzetinin, Cəbhənin şö­bələrinin sənədləri, müxtəlif kağızlar yerə səpələnmiş, dəhlizlər, otaqlar zibillik içində idi. Bir neçə gün yüngülvarı təmizlik və təmir işləri apardıqdan sonra mayın axırında qərərgaha yerləşdik.

SSRİ məkanında prezidentlik rüzgarı əsməyə başlamışdı. Respublikaların kommunist rəhbərləri özlərini prezident seçdi­rirdilər. Mixail Qorbaçovdan, Nazarbayevdən, Kərimovdan və digərlərindən sonra, AXC-nın iştirakı ilə yaradılan Məsləhət Şu­rasının iclasında Azərbaycanda da, prezidentlik İnstitutunun ya­radılması qərara alındı.18 may 1990-cı ildə Ali Sovetin sessiya­sında Ayaz Mütəllibov Respublikanın ilk prezident seçildi.

Avqust və sentyabr aylarında əsas fəaliyyətimiz Ali Sovetə seçkilərdə Xalq Cəbhəsindən deputatlığa namizədlərin təbliğatı işinə həsr olundu. Xalq Cəbhəsinin də daxil olduğu “demokra­tik Azərbaycan” blokundan deputatlığa 231 namizəd vardı. Res­publikanın hakimiyyət dairələri Moskvanın da böyük dəstəyi ilə Xalq Cəbhəsininin nümayəndələrinin qarşısında süni əngəllər yaradaraq onların seçkilərdə uğur qazanmasına manə olmağa çalışırdılar. Lakin bütün maneələrə baxmayraq sentyabrin 30-da seckilərdə “demokratikblok” dan 31 deputat seçildi. Bununla da, seçkilərdə deputat yerlərinin əksəriyyətini qazanıb dinc yolla ha­kimiyyətə gələ bilmək imkanlarını əldən vermiş oduq.

Arif Abdullayevin öldürülməsi

Seçkilərə hazırlığın qızğın mərhələsində AXC yeni bir faciə ilə üzləşdi. Xalq Cəbhəsi təşkilat şöbəsinin bir neçə aydır təyin olunmuş müdiri Arif Abdullayev sentyabrın 26-da öz yaşadı­ğı mənzildə müəmmalı şəkildə xaincəsinə qətlə yetirildi. İslah Əmək Düşərgələrinin birində nəzarətçi vəzifəsində çalışan, hansı səbəbdənsə işdən azad edildikdən sonra Arif bəy dostu Vurğun Əyyubovun vasitəçiliyi ilə AXC-yə gəlmiş və onun təqdimatı ilə təşkilat şöbəsinə müdir təyin olunmuşdu. O, ilk gündən qərar­gahda nizam-intizam yaratmağa çalışırdı. Qərərgahın dəhlizləri həmişə izdihamlı olurdu, cəbhəçilər qərərgaha gəlib mərkəzdən tapşırıqlar alır, yeniliklərlə tanış olur, dostları ilə görüşur, bir çox­ları günlərini demək olar ki, qərərgahda keçirirdilər. Cəbhənin qə­rargahı hər kəsin ümid yeri idi. Onun qapısı hamının üzünə açıq idi. Sıravi insanlar da məmurların, hakimiyyət təmsilçilərinin özbaşınalıqlarından şikayətə gəlir, öz dərdlərinə çarə arayırdılar. Arif bəyin xasiyyətində bəlkə də, onun peşesindən irəli gələn bir sərtlik, kobudluq vardı, həm də o, səbəbi bəlli olmayan bir an- ti-naxçıvançılıq övqatına malik idi və bunu heç gizlətmirdi. Arif bəy dəhlizdə toplaşan cəbhəçiləri, şikayətə gələn insanları kobud­luqla bayıra çıxarır, onları acılayır və hər kəsi təkcə özündən de­yil, həmçinin Xalq Cəbhəsindən də narazı salırdı.

Mən Ümumi Şöbənin müdiri kimi şikayətə gələnləri dinlə­yir, ərizələrini qeydiyyata alır, bir çoxunu Cəbhənin hüquqşünası Yusif Hacıyevin yanına göndərirdim. Bir gün Arif bəy onun səla­hiyyətlərinə dəxli olmadığı halda Ümumi Şöbənin qarşısına top­laşan insanlara sərt bir şəkildə müdaxilə edib bayıra çıxarmağa çalışarkən qadınlardan biri hündürdən etiraz edib ağlamağa baş­ladı və mənimlə Arif bəy arsında sərt mübahisə oldu. O, məndən Əbülfəz bəyə şikayət etdi. Mən Bəyə hadisəni olduğu kimi da­nışdım. Elçibəy Arif Abdullayevə müraciətlə onun Cəbhədə hələ yeni olduğunu, cəbhəçiləri hələ yaxından tanımadığını, öz həyat­larını fedəkarcasına Azadlıq Hərəkatına həsr edən bu insanlara qarşı dözümlü və sayqılı münasibət göstərməyin lazım olduğunu qeyd etdi. Bu söhbətdən sonra Arif bəylə münasibətlərimiz nor- mallaşdı. Mən artıq uzun zamandır ki, bütün vaxtımı qərargahda keçirdiyimdən təkcə Bakı deyil, rayon cəbhəçilərinin də əksəriy­yətini ya adları ilə, ya da üzdən tanıyırdım.



Cəbhəçilərin bir çoxu içəri girməyərək qərargahın qarşısında yığışıb söhbət edər, siqaret çəkərdilər. Bir gün həyətdə ləhcələrin­dən Bakılı olduqları bilinən və heç kəslə ünsiyyət saxlamayıb yal­nız öz aralarında söhbət edən, mənim ilk dəfə gördüyüm üç nəfər peyda oldu. Bir-iki gün belə davam etdikdən sonra görünüşləri və davranışları şübhə doğuran bu şəxslər içəri keçib Əbülfəz bəylə görüşmək istədiklərini bildirdilər. Görüşmə səbəbini soruşduqda bəzi şeylər mızıldansalar da, əsaslı bir səbəb göstərə bilmədilər.

Sabahısı gün yenidən gəldilər. Mən içəridə otağımda olarkən bərk səs- küy eşidib dəhlizə çıxdım və Arif bəyin həmin üç şəxslə mü­bahisə etdyini gördüm. Biz onları bir təhər qərargahın qapısından bayıra çıxara bildik. Onlar bir xeyli hərbə-zorba gəlib, təhdidlər yağdırdıqdan sonra uzaqlaşdılar. Biz qapının yanında durub xey­li onların arxasınca baxdıq. Arif bəy onları tanıyıb tanımadığımı soruşdu. Cəbhəçi olmadıqlarını, ilk dəfədir gördüyümü və bir az ehtiyatlı davranmasını söylədim. Həmin hadisədən təxminən bir və ya iki gün sonra Arif bəy müəmmalı şəkildə qətlə yetirildi. Cəsur bir insan, Əbülfəz bəyə də çox sədaqətli olan Arif bəyin ölümü Xalq Cəbhəsi üçün ağır bir itgi oldu. Mən həmin adamlar haqqında istintaq zamanı da söylədim, lakin Arif Abdullayevin qətlinin üstü bu günədək açılmamış qalır.

Cəbhəçilərin İstanbula Qurultaya getməsi

1990-cı ilin iyununda İdarə Heyətinin qərarı ilə Azərbaycan Xalq Cəbhəsinin möhürünün, bayrağının və rəsmi blankının es­kizlərini cəbhəçi ressamlara hazırlatdım. Əbülfəz bəy və İdarə Heyəti təsdiq etdikdən sonra sifariş verdim. Eyni zamanda, AXC döş nişanları da hazırlandı və bütün bunlar iyul ayında hazır oldu.

Prezident seçildikdən sonra kommunist Ayaz Mütəllibovun ilk işi xalqın rəğbətini qazanmaq üçün 22 mayda verdiyi qərarla Azərbaycan Cühuriyyətinin yaranması günü olan 28 mayı Azər­baycan dövlət quruluşunun dirçəliş günü elan etməsi oldu.

1990-cı ilin oktyabrında İsanbuldakı Azərbaycan Kültür Dər­nəyinin rəhbəri Nihat Çətinqaya Xalq Cəbhəsinin nümayəndə heyətinı noyabrın 3-6 da İstanbulda keçiriləcək Birinci Millət­lərarası Azərbaycan Türk Dərnəklərinin Qurultayına dəvət etdi. Əbülfəz bəy və İdarə Heyəti birlikdə İstanbula gedəcək nümayən­də heyətinin siyahisini hazırladılar. İdarə Heyətinin üzvləri Sabit Bağırov və Vurğun Əyyubov nümayəndə heyətinin, mən isə işçi qrupunun rəhbəri təyin olundum və və Ümümi Şöbənin müdi­ri kimi sənədlərin hazırlanması mənə həvalə olundu. Respublika Xarici İşlər Nazirliyinin vasitəsi ilə Moskvadakı Türkiyə səfirli­yinə müraciət olundu və həyəcanla vizaların gəlməsini gözlədik. Nəhayət vizalarımız gəldi və təxminən 40 nəfərə yaxın nümayən­də heyəti böyük bir sevinc içərisində kirayələdiyimiz bir İkarus avtobusu ilə təxminən oktyabrın 28-də səhər Gürcüstanın Batum şəhərinin Sarp gömrük qapısına doğru yola çıxdıq. Hələ uşaq vaxtlarımızda Naxçıvanın Şərur rayonundakı kəndimizdə küçədə durub Ağrı dağının qarlı zirvələrini həsrətlə seyr edər, böyüklə­rimizdən bu dağ haqqında əfsanələri, Osmanlı türk əsgərlərinin Naxçıvanda xalqı erməni qırğınından qəhrəmanlıqla qoruyub, qətliamdan xilas etdikləri haqqında söhbətləri çox eşitmişdik.

Hər kəs bu tarixi səfərin həyəcanı içərisində idi. Uzun illər­dir həsrətində olduğumuz, xəyalı ilə yaşadığımız bütün xalqımız üçün əziz, doğma, göz bəbəyimiz olan Türkiyəmizi ziyarət et­mək, o müqəddəs torpağa uzun illərdən sonra ilk olaraq ayaq bas­maq xoşbəxtliyi məhz bizlərə nəsib olmuşdu.

Avtobusun arxa pəncərəsinə vurduğumuz milli bayrağımız yol boyu hər kəsin diqqətini cəlb edirdi.

Nümayəndə heyətinin tərkibində Sabit bəy, Vurğun bəydən başqa Aydın Abbasov, Becan Ferzəliyev, Müsəvvər Əsgərov, Abbas Abdulla, Xanım Xəlilova, Yunus Oğuz, Şövkət Tağıyeva, Şəmsəddin Umudov və digər cəbhəçilər var idi.Yola çıxdığımızın səhəri Sarpi gömrük qapısına çatdıq. Gürcüstan gömrükçüləri və sərhədçilər sənədlərimizin və vizaların tam qaydasında olmasına baxmayaraq, bizim sərhəddən keçməyimizə müxtəlif bəhanələr­lə əngəl olmağa çalışırdılar. İradlardan biri də avtobusun arxasına vurduğumuz milli bayrağımız idi və biz bu bayrağı ordan çıxar­mağa məcbur olduq. Artıq bir ümidsizliyə və xəyal qırıqlığına uğ­ramağa başlamışdıq. Bizi 4-5 saat gömrük qapısında ləngitdikdən sonra əslən Borçalıdan olub gürcü dilində mükəmməl danışan Abbas Abdullanın inadlı səylərindən sonra nəhayət avtobusun sərhəddi keçib Türk gömrüyünə daxil olmasına izin verildi. Son­radan Abbas bəyin dediyinə görə sərhəddi keçməyimizə gömrük­də çalışan bir erməni məmur əngəl törədirmiş.

Türk gömrüyünə qədəm basdıqda rahat bir nəfəs aldıq. Göm­rük məmurları gülər üzlə, mehribanlıqla qarşıladılar. Qısa davam edən sənədləşdirmədən sonra yolumuza davam etdik. Hələ Ba­kıdan çıxdığımız zaman hamımız Türkiyəyə qədəm basdığımız anda Türkiyə torpağını öpəcəyimizə söz vermişdik.Yolumuz Qaradəniz sahili boyunca idi. Hopa şəhərinə çatmamış sahilin geniş bir yerində sürücüyə avtobusu durdurmasını xahiş etdim. Hamımız avtobusdan endik və həsrətində olduğumuz müqəddəs türk torpağına qədəm basdiğımız üçün sevinc göz yaşları içində dağı daşı öpməyə başladıq.

Avtobusda səfərimiz çox maraqlı və şən keçirdi. Yol boyu bəstəkar və müsiqi müəllimi Müsəvvər Əsgərovun drijorluğu ilə milli marşlarımızı xorla oxuyur, şeirlər deyir, maraqlı əhvalatlar danışırdıq.

Təxminən Bolu yaxınlıqlarında gündüz vaxtı qarşımıza pən­cərəsinə Azərbaycan milli bayrağı asılmış bir minik maşını keçdi və onun arxasınca getməyimizi işarə etdi və bizi qalacağımız ho­telə qədər müşaiyət edərək yol göstərdi.

Uzun yolçuluqdan sonra İstanbula çatdıq.Hər kəs şəhərə tamaşa etmək üçün avtobusun pəncərələri tərəfdə toplanmışdı. Misilsiz gözəlliyə malik bu qədim şəhərin sehri bizi tamamilə öz ağuşuna almışdi. Körpüdən keçərkən ilk dəfə gördüyümüz Bo­ğazın füsünkar gözəlliyi qarşısında heyrətdən donmuşduq. Bizi Ataköydə yerləşəcəyimiz hotelin qarşısında Nihat Çətinqaya və digər dostlar qarşıladı.

Qurultaya Quzey Azərbaycanla yanaşı Avropanın bir çox ölkəsindən, Güney Azərbaycandan, Amerikadan, Türkiyənin özündən xeyli nümayəndə dəvət olunmuşdu. Xalq Cəbhəsindən başqa Azərbaycandan bir qrup hakimiyyətə yaxın ziyalı da dəvət olunmuşdu və onlar hakimiyyətin himayəsi ilə İstanbula təyyarə ilə gəlmişdilər.

Qurultay öz işinə noyabrın 3-də İstanbuldakı Atatürk Kültür Mərkəzində başladı. Qurultayda Türkiyənin görkəmli ziyalıları, elm adamları və iş adamlarının nümayəndələri , bir neçə millət vəkili, o cümlədən Türk Dünyası Araşdırmalar Vəqfinin qurucu başqanı, professor Turan Yazqan, professor Mehmet Saray və başqaları iştirak edərək nitq söylədilər.

Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəyın də Qu­rultaya “Təbrik məktubu “ oxundu.

Qurultayda Nemət Pənahov da iştirak edirdi. O, 20 Yanvar hadisələrindən sonra əvvəlcə İrana qaçmış, ordan da Türkiyəyə keçərək İstanbula gəlmişdi. Uzun müddət ərzində onu burda Ni- hat Çətinqaya himayə edərək maddi-mənəvi dəstək vermişdi. Bö­yüklük və əvəzedilməzlik maniyasına düçar olmuş Nemət yenə də Əbülfəz bəyə qarşı hədyanlar böhtanlar, iftiralar yağdıraraq gəvəzəlik etdiyi zaman cəbhəçilər ona layiqincə cavablar verir, toplantılardan sonrakı asudə vaxtlarda ondan yan gəzir, onunla ünsiyyətdə olmamağa çalışırdılar. Deyilənlərə görə, qardaşı 20 Yanvar qırğınında şəhid olmuş güləş üzrə dünya çempionu Xəzər İsayev İsanbulda olarkən silah verəcəyi vədləri ilə silahsız insan­ları rus tanklarının qarşısında qoyub özü aradan çıxdığına görə Neməti günahlandıraraq hamının gözü qarşısında vurmuşdu.

Qurultay toplantılarından sonra asudə vaxtlarımız çox ma­raqlı keçirdi.Qurultay iştirakçılarının sevib sayğı göstərdiyi Nihat Çətinqaya bütün zamanını bizə həsr edərək hər kəsin qayğısına qalır, bizimlə şəxsi söhbətlər edir, heç kəsi diqqətsiz qoymurdu. Dünyanın müxtəlif ölkələrindən gələn və qəlblərində dərin bir Azərbaycan sevgisi daşıyan vətənpərvər həmyerlilərimizlə tanış­lıq bizə böyük bir sevinc hissi yaşadırdı, gecənin yarısına qədər söhbətlər edir, fikir mübadiləsi aparırdıq.

Azərbaycan, SSRİ-nin tərkibindən çıxıb müstəqillik qazan­dıqdan sonra onlar tez-tez Bakıya öz doğma vətənlərini ziyarət etməyə gəlirdilər.

Bakıya geri dönməyimizə üç gün qalmış Becan Ferzəliyev və Aydın Abbasov mənə dedilər ki, Quzey Kıprıs Türk Cümhuriy­yətindən Xalq Cəbhəsinin bir qurup nümayəndəsini bir neçə gün­lüyünə prezident Rauf Dənktaşla görüşə dəvət edirlər və mənim də onlarla bərabər getməyimi təklif etdilər. Ancaq nümayəndə heyətimizin rəhbəri Sabit Bağırov xahiş etdi ki, mən getməyim, çünki İstanbuldan biz Ankaraya gedib bir neçə gün orda qalacağı­mızdan işlərin öhdəsindən tək gəlmək onun üçün çətin olacaqdı.

İstanbuldan Ankaraya

Noyabrın 8-də səhər Qurultayın digər iştirakçıları və təşkilat­çıları ilə vidalaşıb avtobusla Ankaraya doğru yola çıxdıq. Nihat Çətinqaya da qabaqda gedən bir maşında Ankaraya qədər bizi müşaiyət edirdi.

Azərbaycan Türk Dərnəklərinin Birinci Qurultayının çox bö­yük tarixi əhəmiyyəti oldu. Dünya Azərbaycan türklərini ilk dəfə olaraq bir araya gətirib onların həmrəyliyinə nail olması, Azər­baycan dərnəklərinin koordinasiyasını təşkil etməsi baxımından Dünya Azərbaycan Türk Dərnəkləri Birinci Qurultayının böyük tarixi əhəmiyyəti oldu. Bu qurultay həmçinin milli Azadlıq hərə­katına öncüllük edən bir təşkilat olaraq Azərbaycan Xalq Cəbhə­sinin Türkiyə ictimaiyyəti və siyasi dairələri tərəfindən daha yaxından və geniş şəkildə tanınmasına imkan yaratdı.

Qrultayda Dünya Azərbaycan Türk Dərnəkləri Birliyinin ya­radılması Azərbaycan türklərinin həmrəyliyinə nail olunması yo­lunda atılan önəmli bir addim idi.

Bu Qurultayı təşkil etməklə Nihat Çətinqaya mühüm bir ta­rixi görəvi layiqincə yerinə yetirərək həm də bu yolda önəmli bir ənənənin başlanğıcını qoydu.

Əslən İqdirli Azərbaycan türkü olan Nihat Çətinqaya çox gənc yaşlarından İstanbul Universiteti ədbiyyat fakultəsinin öy- rəncisi olaraq ülküçü hərəkata qoşulmuş, kommunist yönlü solçu militan qruplarla mübarizədə ülküçülər içərisində öz cəsurluğu ilə böyük şöhrət qazanmışdır.

Nihat bəy 1968-ci ildə İstanbul kimi böyük bir şəhərdə Ülkü ocaqları başqanı kimi önəmli bir görəvə gətirilmiş, çox keçmə­dən Milliyətçi Hərəkət Partiyası İstanbul İl başqanı seçilərək daha yüksək vəzifəyə layiq görülmüşdü. 1980-ci il dövlət çevri­lişi zamanı bir çox ülküçü kimi o da tutuqlanaraq həbsə məhkum edilmiş, sərbəst buraxıldıqdan sonra fəaliyyəti qadağan olunan MHP-nin yerində yaradılan Milliyətçi Çalışma Partiyasında öz fəaliyyətini davam etdirmişdir.

Başbuq Alparslan Türkeş Nihad Çətinqaya haqqında hər za­man dəyərli bir ülküçü kimi bəhs edərək sevgi və sayqısını bil­dirirdi. Ankarada əsası böyük öndər Məhəmmədəmin Rəsulzadə tərəfindən qoyulan və uzun illər ərzində Türkiyədə Azərbaycanın müstəqilliyi uğrundakı mübarizəyə rəhbərlik edən Ankaradakı Azərbaycan Kültür Mərkəzinin mövcud olmasına rağmən Nihad Çətinqaya 80-ci illərin sonunda müstəqil olaraq İstanbulda yeni bir Azərbaycan Kültür və Dayanışma Dərnəyi qurmuş və dərhal da qarşıya çıxan maneələrı başarı ilə dəf edərək hələ Sovetlərin mövcud olduğu bir şəraitdə 1989-cu ildə böyük bir nümayəndə heyəti ilə Bakıya səfər edib Azərbaycan Xalq Cəbhəsi ilə, icti­maiyyətlə və ziyalı cəmiyyətləri ilə əlaqə qurmağa nail olmuş­du. Onun Ankaradakı Azərbaycan Kültür Mərkəzi ilə məsləhət­ləşmədən öz təşəbbüsü ilə müstəqil şəkildə İstanbulda yeni bir Azərbaycan Kültür və Dayanışma Dərnəyi yaratması və yenə də onların iştirakı olmadan Millətlərarası Azərbaycan Türk Dərnək­ləri Birinci Qurultayını təşkil etməsi Ankaradakı Kültür Mərkəzi rəhbərliyinin narazılığına və bunu özlərinə qarşı bir sayqısızlıq olaraq dəyərləndirmələrinə səbəb oldu və onlar qurultayın işinə qatılmaqdan imtina etdilər. Çox təəssüflər olsun ki, Nihat bəyin qurmuş olduğu Azərbaycan dərnəyi uzunömürlü olmadı.

Nihat Çətinqayanın fədəkarlığı

Əbülfəz Elçibəylə də yaxın dostluq münasibətləri olan Ni­had Çətinqaya Bakıya tez-tez gəlirdi. Onun Etibar Məmmədovla da yaxın münasibətləri vardı. O, bütövlükdə Bakıda çox sevilən və arzu olunan bir şəxs idi.Əbülfəz Elçibəy prezident seçildikdən sonra Türkiyədən münasib bildiyi bir neçə şəxsi, o cümlədən Ni- hat Çətinqayanı Bakıya dəvət edib milli dövlətin quruculuğu işinə yardım etmələri üçün yüksək dövlət vəzifələrinə təyin etdi. Nihat Çətinqaya isə Türk dünyası ilə əlaqələr üzrə prezidentin müşaviri vəzifəsi ilə görəvləndirdi. Nihat bəy Türk dünayı ilə əlaqələrin genişlənməsi işində heç şübhəsiz müyyən uğurlara imza atdı, xü­susən də Əfqanıstan dövləti ilə münasibətlərimizin yüksək səviy­yəyə qalxmasında, özbək general Dostumla malik olduğu yaxın dostluq münasibətləri sayəsində əfqan döyüşçülərin Qarabağ uğ­runda döyüşlərdə iştiraklarını təmin edilməsi sahəsində önəmli işlərgördü.

Uzun illər ərzində yaxın, səmimi münasibətdə olduğumuz Nihat Çətinqaya ilə Bakıda və İstanbulda dəfələrlə görüşüb fi­kir mübadiləsi aparıb söhbətləşmişik. Xalq Cəbhəsi hakimiyyəti dövründə buraxdığımız səhvlər və yanlış uyqulamalar haqqında onun da özünə məxsus səmimi iradları və mülahizələri vardır.

Tarix elmi ilə də məşğul olan Nihat Çətinqaya “İqdır tarixi” və “Qızılbaş türkləri” kimi dəyərli kitabların müllifidir.

Ankaraya günorta yaxın çatdığımızda bizi Nihat Çətinqaya- nın gənclik dövründən ülküçü dostları, 1980-ci il hərbi çevrilişin­də milliyətçilik ittihamı ilə tutuqlanaraq həbsə məhkum edilən və işgəncələrə məruz qalan, Azərbaycana qarşı böyük məhəbbət bəs­ləyən dostlar Yaşar Okuyan və Avni Çarsancaqlı bəylər qarşılayıb bir neçə gün qonaq etdilər. Yaşar bəy bizi Ankaranın mərkəzində Qızıl Ay meydanı yaxınlığındakı bir hoteldə yerləşdirdi.

Həmin gün biz onun müşaiyəti ilə Türkiyə Böyük Millət Məclisinə getdik, orda müxtəlif partiyaları təmsil edən millət və­killəri ilə görüşdük. Qorxunc Sovet İmreriyasına qarşı cəsarətlə müstəqillik uğrunda mübarizə aparan və möhtəşəm mücadiləsinə görə “ Dünyanın ən mübariz xalqı “ ünvanını qazanmış Azərbay­can Türklərini təmsil edən və Ankaraya ilk dəfədir ziyarətə gələn Azərbaycan Xalq Cəbhəsi nümayəndə heyətini millət vəkilləri çox maraq və sevinclə qarşılayır, çoxlu suallar verirdilər. Yaşar Oku- yan bizi böyük iftixar hissi ilə millət vəkillərinə təqdim edirdi.

Axşam Yaşar Okuyan və Avni Çarsancaqlı Nihat Çətinqa- ya ilə birlikdə Ankaranın məhşur kazino-restoranlarının birində Azərbaycan Xalq Cəbhəsi nümayəndə heyətinin şərəfinə bir çox millətvəkilinin və ülküçü camiyənin də qatıldıqları müsamirə təş­kil etdilər. Türk sənət musiqisinin çox məhşur və sevilən ifaçısı Zekai Tuncanın yüksək sənətkarlıqla səsləndirdiyi şərqilər ruhu­muzu oxşayaraq romantik bir övqat yaratmış oldu. Onun böyük bir zövqlə bizim şərəfimizə ifa etdyi Əli Səliminin uzun illərin ayrılıq həsrətini tərənnüm edən məhşur “Ayrılıq, ayrılıq, aman ayrılıq” şərqisi böyük alqışa səbəb olub hamını duyğulandırdı.

Səhərisi gün biz Türkiyə Cümhuriyyətinin qurucusu, böyük dövlət adamı, bütün Türk dünyasının qəhrəmanı Atatürkün Anıt qəbrini ziyarət etmək şərəfinə nail olduq. Sonra isə Ulu öndər Məhəmmədəmin Rəsulzadə ocağı olan və Qızıl Ay Meydanından çox da uzaqda olmayan bir küçədə yerləşən Azərbaycan Milli Mərkəzinə-Azərbaycan Kültur Mərkəzinə gedərək uzun illərdir qardaş ölkədə Azərbaycanın bağımsızlığı uğrunda mübarizəni fədakarlıqla davam etdirən sayğıdəyər ağsaqqallarımız Mehmet bəy Kəngərlini, Cəmil Ünalı və Əhməd Qaracanı ziyarət etdik. Kültür Mərkəzinin digər yönəticiləri ilə görüşüb söhbət etdik, Türkiyə səfərimiz, Azərbaycandakı vəziyyət və apardığımız mü­barizə haqqında onları bilgiləndirdik.

Nümayəndə heyətimiz Mehmet bəy Kəngərli, Nihat Çə- tinqaya və Dərnəyin digər nümayəndələri ilə birlikdə Ulu Öndər Məhəmmədəmin Rəsulzadənin Ankaranın “Əsri məzarlığı”- nda yerləşən məzarını ziyarət etdik və Xalq Cəbhəsi adından əklil qoyduq. Həyatını Azərbaycanın istiqlal mübarizəsinə həsr etmiş bu böyük insanın məzarını ziyarət etməyimiz bizi olduqca həyə­canlandırdı.

Biz, Nihat bəylə birlikdə Başbuğ Alparslan Türkeşlə görüş­mək üçün Milliyətçi Çalışma Partiyasının qərargahına da getdik. 1980-cı il hərbi çevrilişi zamanı fəaliyyəti qadağan olaraq qapa- tılan Milliyətçi Hərəkət Partiyası 1985-ci ildən 1993-cü ilə qədər bu ad altında fəaliyyət göstərmişdir.Lakin Başbuq partiyalılarla görüşmək üçün bölgələrə səfər etdiyindən partiyanın digər yönə- ticiləri ilə görüşüb söhbətləşdik.

Noyabrın 10-da saat 10 tamama bir neçə dəqiqə qalmış ho­teldən çıxıb yeni bir görüşə getmək istədiyimiz zaman qəribə bir hadisənin şahidi olduq. Bir anda küçəni və eyni zamanda bütün şəhəri insanın həyəcanına səbəb olan həzin və aramsız fit səsləri bürüdü. Hər kəs hərəkətsiz halda yerində donub qaldı, hətta ma­şınlar belə hərəkəti dayandırdılar. Bu hal təxminən üç-beş dəqiqə davam etdi və sonra normal qaydada hərəkətlərinə davam etdilər. Nihat bəy bizə anlatdı ki, Mustafa Kamal Paşa Atatürk noyabrın 10-da saat 10-da vəfat etdiyi üçün bütün Türkiyə həmin vaxt öz böyük Atasının xatirəsini bir neçə dəqiqə davam edən sayqı du­ruşu ilə yad edir.

Xalq Cəbhəsinin nümayəndə heyəti olaraq İstanbuldakı Qu­rultayda iştirakımız və Ankaradakı görüş və ziyarətlərimiz Tür­kiyə mətbuatının diqqətindən yayınmadı və bir çox qəzet, o cümlədən “Türkiyə “ qəzeti bu fəaliyyətləri işıqlandıran rəsmlə- rimizlə birlikdə məqalələr dərc etdilər.

Görüşlərimizi və ziyarətlərimizi tamamladıqdan sonra no- yabrın11-də səhər qaldığımız hotelin qarşısında bizi yola salan Mehmet Kəngərli, Cəmil Ünal, Nihat Çətinqaya və Yaşar Oku- yanla vidalaşaraq üç rəngli bayrağımızla bəzədilmiş İkarus av­tobusuna minərək Ankaradan ayrıldıq. Qara dəniz sahilinə doğru istiqamət alaraq Batuma doğru yola düşdük.

Samsun yaxınlığında Alparslan Türkeşlə görüş

Samsuna yaxınlaşdıqda bir az dincəlmək üçün yol kənarın­dakı bir dinlənmə təsisinə yan aldıq. Avtobusdan yenicə enmişdik ki, türk bayraqları ilə bəzədilmiş bir neçə maşının həmin təsisə yan aldığını gördük. Onlar dayanıb endikdə Alparslan Türkeşi onların arsında gördük və ona doğru gedib dövrəyə aldıq. Başbuğ bizim Azərbaycan Xalq Cəbhəsi nümayəndə heyəti olduğumuzu öyrəndikdə sevindi və bizimlə xeyli söhbət etdi, partiya qərarga­hında bizimlə görüşə bilmədiyinə çox təəssüfləndi və gəlişimiz­dən öncədən xəbər tutsaydı bölgələrə səfərini təxirə sala biləcə­yini bildirdi.

Türkeş bəy yola düşdükdən sonra biz də, yolumuza davam et­dik. Gürcüstan sərhədləri yaxınlığındakı Rizə şəhərinin kənarında bizi qarşılayacaqlarını bilirdik. Əslən Rizəli olan Yaşar Okuyan bizim ordan keçəcəyimizi ülküçü dostlarına əvvəlcədən xəbər vermişdi ki, bizi müsafir edib Rizəni gəzdirsinlər. Həqiqətən də, bizi qarşılayıb şəhərlə tanış etdilər. Türkiyədə çayın vətəni olan Rizənin çay fabrikini, çay plantasiyalarını gəzdirdilər və səmimi bir qonaqpərvərlik nümayiş etdirdilər.

Hər hansı bir fövqəladə hadisə baş vermədən Sarpi gömrük qapısından keçib noyabrın 12-də bu tarixi səfərin bəxş etdiyi zən­gin təəssüratlarla Bakıya çatdıq.

Sovetskidəki yeni qərərgah

Çapayev küçəsi yaxınlığında yerləşən qərərgahımızı rus əs­gərləri elə bərbad vəziyyətə salıb viran qoymuşdular ki, orda tə­mir işləri aparıb əlverişli iş şəraiti yaratmaq maliyyə baxımından AXC-nın imkanları xaricində idi. Ona görə də, Sovetski küçəsin­də N.Nərimanovun heykəli yaxınlığında yerləşən Məktəbəqədər Pedaqoji Məktəbin rəhbərliyi ilə razılığa gəlib binalarımızı də­yişdik. Dekabrın 18-20 tarixlərində onlar Zivər bəy Əhmədbəyov küçəsindəki binaya, biz isə onların Sovetski küçəsində yerləşən iki mərtəbəli binasına köçdük. “Azadlıq” qəzeti də bizim qon­şuluğumuza həmin binanın Ketsxoveli (indiki Şamil Əzizbəyov) küçəsi tərəfdəki hissəsinə yerləşdi.

Azərbaycan Xalq Cəbhəsinin və digər demokratik qüvvələ­rin kəskin etirazlarına baxmayaraq əksəriyyəti kommunistlərdən ibarət olan Azərbaycan Ali Soveti SSRİ-ni saxlamaq haqqında martın 17-də Referendum keçirmək haqqında qərar qəbul etdi. “Demblokun” deputataları bu qərara etiraz olaraq aclıq aksiya­sına başladılar. Lakin xalqın etiraz səslərini qulaqardına vuran Mütəllibov hakimiyyəti Referendum keçirərək guya SSRİ-nin saxlanması lehinə 95 faiz olmaqla fantastik bir nəticə əldə etdi. 23 aprel 1991-ci ildə isə Novo Oqoryovada yeni “ İttifaq müqa­viləsi “ imzalandı.

Aydın Məmmədov və Dilarə Əliyevanın qəzaya uğraması

Aprelın 20-də hamımızı sarsıdan acı bir xəbər aldıq.Milli Azadlıq Hərəkatının öncülləri olan Azərbaycanın iki böyük zi­yalısı “Demblokdan” olan millət vəkilləri Aydın Məmmədov və Dilarə Əliyeva seçiciləri ilə görüşməyə getdikləri Qax rayonunda avtomobil qəzasında həlak olmuşdular. Aydın Məmmədov dərhal Dilarə xanım isə qəzadan qısa müddət sonra dünyasını dəyişmiş­di. Deyilənlərə görə, qəzadan sonra maşından çıxarılan və hələ bir müddət özündə olan Dilarə xanım şikayətlənərək “biz kimə nə pislik etmişik ki, bunu bizə yapdılar” demişdir. Onların faciəli ölümü AXC və bütövlükdə Xalq Hərəkatı üçün böyük itgi idi. Hər ikisi ilə də çox səmimi münasibətlərim var idi. Azərbaycanda Milli Azadlıq Hərəkatı başladığı ilk gündən onun sıralarına qosu- lan Dilarə Əliyeva tezliklə qadın hərəkatının liderliyini üstləndi və “ Azərbaycan Qadın Haqqlarının Müdafiə Cəmiyyəti “ni yara­daraq onun sədri oldu ki, indi həmin cəmiyyət onun adını daşıyır.

Xalq Cəbhəsinin işləri ilə əlaqədar İdarə Heyətinin üzvü olan Dilarə xanımın evində dəfələrlə olmuşdum. Əbülfəz bəyə qarşı çox böyük sevgi və sayqısı vardı. 20 Yanvar hadisələrindən sonra Bəy İdarə Heyətinin iclaslarında olmayanda ona qarşı ŞADP-çilə- rin acı kinayəli tənqidlərini Dilarə xanım çox ağrılı şəkildə qar­şılayır, bəzən ağlayaraq iclası tərk edir, giley-güzarını mənimlə bölüşürdü. Dilarə xanım naxçıvanlıların gəlini idi. Sovet dönə­mində uzun illər ərzində Azərbaycan Baş Dəmiryolları İdarəsi­nin rəisi vəzifəsində çalışan Fikrət Kəngərlinin həyat yoldaşı idi. Fəal cəbhəçi Müsəvvər bəyin əmisi olan Fikrət bəy Naxçıvanın məhşur zadəgan Kəngərlii sülaləsinə mənsub idi. Xərçəng xəstə­liyinə düçar olmuş Fikrət bəyin ümidsiz durumu Dilarə xanımı çox üzürdü. Lakin faciləli avtomobil qəzası nəticəsində taleyin amansız hökmü ilə Dilarə xanım həyatla daha erkən vidalaşdı və son mənzilə öz vaxtsız ölümü ilə çox acı çəkdirdiyi Fikrət bəyin və iki oğlunun çiyinlrində aparıldı.

Əlaqələri yaxşılaşdırmaq üçün Gürcüstana səfər

1990-cı ilin aprelin əvvəllərində Akstafada AXC-nin bir top­lantısında iştirak edərkən qərara alındı ki, qanlı Tiflis hadisələri­nin ildönümündə iştirak etmək və Gürcüstandakı Azərbaycanlı­ların vəziyyətilə tanış olmaq üçün ora Dilarə xanımın rəhbərliyi altında nümayəndə heyəti göndərilsin.

Moskvanın emissarları Gürcüstandakı ağır vəziyyətdən is­tifadə edib azərbaycanlıları da müxtariyyət hərəkatına qoşmaq istəyir və milli azlıqları İnterfront təşkilatında gürcülərə qarşı bir­ləşdirməyə çalışırdılar. Azərbaycan türklərinin bir çoxu bu ide­yaya meyl göstərirdilər. Qamsaxurdiya kimi bəzi avanturist və şovinist gürcü siyasətçilərinin fəaliyyətləri də, bu milli məsələnin kəskinləşməsinə şərait yaradırdı. Bu vəziyyət Azərbaycan üçün də təhlükəli bir nəticəyə gətirib çıxarar, Ermənistandan sonra həmyerlilərimizin Gürcüstandan da yeni bir qaçqın axınına səbəb ola bilərdi. Ona görə də, Azərbaycan Xalq Cəbhəsi Gücüstanla münasibətlərin normal məcrada davam etməsinə olduqca mühüm diqqət göstərirdi.

Dilarə xanım mənim də o heyətə qatılmağımı təklif etdi, Əbülfəz bəy mənim işlərimin onsuz da çox olduğunu və başqa birisi ilə əvəz edilməyimi məsləhət görsə də, Dilarə xanım mənim getməyimi təkid etdi. Beləliklə, Dilarə xanım, mən və gənc jurna­list Aygün Attar Tiflisə yola düşdük.

Bir gün Borçalıda qaldıqdan sonra aprelin 8-də Tiflisə getdik. Şəhərin küçələrində qanlı aprel hadisələrinin ildönümü ilə əlaqə­dar gürcülərlə həmrəylik nümayiş etdirmək üçün avtobuslarla, yük maşınları ilə çoxlu yardımlar gətirmiş yüzlərlə həmyerlimizi gördük. Onlar Dilarə xanıma gürcülərin küçədə onları kobud şə­kildə acılayıb azərbaycanlıların heç bir yardımına ehtiyaclarının olmadıqlarını, “rədd olub evlərinizə geri dönün!“ şəkilindəki aşa- ğılayıcı davranışları haqqında şikayət etdilər. Dilarə xanım bizə bunların Qamsaxurdiyanın şovinist təbliğatının nəticəi olduğunu bildirdi.

Tiflisin Şota Rustaveli mərkəzi meydanında axşam Şəhidlə­rin xatirəsi şərəfinə təşkil olunacaq mitinqin hazırlıqları gedirdi. Biz Tiflisin yuxarı məhəlləsində sakit bir yerdə mehmanxanada yer aldıqdan sonra yenidən şəhərə qayıdıb görüşlərə başladıq.

Öncə 1989-cu il aprel mitinqlərinin əsas təşkilatçılarından biri Gürcüstanın Sovet dövründə ən məhşur dissidentlərindən olan, Gürcüstan Milli Demoktratik Partiyasının sədri Georgiy Çanturiya və onun həyat yoldaşı İrina Sarişvili ilə görüşmək üçün partiyanın şəhərin mərkəzində yerləşən qərargahına getdik.

Gürcüstan və Azərbaycandakı ictimai-siyasi vəziyyəti onlar­la bir xeyli müzakirə etdik. Dilarə xanım yardım gətirən Azərbay­canlıların onlara qarşı kobud davranışlar haqqındakı şikayətini Çanturiyanın nəzərinə çatdırdı. Çanturiya dedi ki, bunu edənlər gürcülər yox bizimlə azərbaycanlılar arasında düşmənçilik toxu­mu səpməyə çalışan ermənilərdir. Azərbaycandan fərqli olaraq bizdə erməni problemi daha dərinlərə kök atib. Gürcüstanda gür­cü familiyası altında gizlənib bizi içəridən yeyən yüzminlərlə erməni var ki, onları aşkar etmək çox müşkül bir məsələdir. Çan- turiya partiyadakı görəvliləri çağırıb vəziyyəti onlara başa saldı və yardım gətirən Azərbaycanlıları provokasiyalardan qorumaq üçün onları müşaiyət edəcək adamlar ayrılmasına göstəriş verdi.

Çanturiya Qamsaxurdiyanı heç sevmirdi və onun qarşısı alın­maz surətdə prezidentliyə doğru irəliləməsini Gürcüstan üçün bir fəlakət hesab edirdi. O, Əbülfəz bəyə böyük hörmət bəsləyirdi və deyirdi ki, Gürcüstan kimi çoxmillətli bir ölkəyə Qamsaxurdiya kimi şovinist bir lider deyil, Əbülfəz bəy kimi tolerant və demok­ratik ruhlu bir lider lazımdır. Georgiy Çanturiya sonuna qədər Qamsaxurdiyaya qarşı barışmaz mövqeyini davam etdirdi. Ha­kimiyyətə gəldikdən sonra Qamsaxurdiya da onu cinayət məsu­liyyətinə cəlb etdi. Şevardnadze rusların dəstəyi ilə hakimiyyətə gəldikdən sonra onun hakimiyyətinə təhlükə törədən Georgiy Çanturiya 1994-cü ilin dekabrında öz evinin qarşısında xaincə- sinə qətlə yetirildi.

Tiflisin mərkəzi meydanında qanlı aprel hadisələrinə həsr olunmuş xatirə mitinqi axşam gec saatlarında başladı. Böyük bir izdiham vardı.Biz tribunaya yaxınlaşanda artıq Qamsaxurdiya gürcülərin alqış sədaları altında nitq söyləyirdi.O, yenə də adət etdiyi tərzdə gürcülərdən başqa Gürcüstanda yaşayan bütün mil­lətləri, o cümlədən mın illərdir öz dədə- baba yurdlarında yaşa­yıb bu torpaqların əsl sahibi olan Azərbaycan türklərini də qonaq adlandırıraraq onların Gürcüstanı tərk edərək öz əsl vətənlərinə geri dönməli olduqlarını tələb edirdi.Onun Azərbaycanlılara qar­şı söylədikləri Dilarə xanımı çox əsəbiləşdirmişdi.Daha əvvəlcə çıxış etmiş olan Çanturiya da tribunanın aşağısına Dilarə xanımın yanına gəlmişdi.Qamsaxurdiya nitqini bitirdikdən sonra ona Di­larə xanımın gəldiyini xəbər verdilər.Dilarə xanımı Gürcüstanda çox yaxşı tanıyırdılar, xüsusən də Gürcüstanın ədəbiyyat və elm aləmində onun böyük nüfuzu və çoxlu dostları var idi.O, əslən soylu - köklü Tiflislilərdən idi.Aspiranturanı burda bitirmiş, gür­cü ədəbiyyatı üzrə doktorluq müdafiə etmiş, bir müddət öz işi ilə əlaqədar ədəbiyyat İnstitutunda özü də ədbiyyatçı olan Zviad Qamsaxurdiya və onun atası yazıçı Konistantin Qamsaxurdiya ilə bərabər çalışmışdılar.

Qamsaxurdiya aşağı enib Dilarə xanımla və bizimlə görüşdü. Onlar gürcücə danışmağa başladılar.Dilarə xanım çox əsəbi və sərt dillə danışırdı, Qamsaxurdiya isə başını aşağı salıb sakitcə onun sitəmlərini dinləyirdi.Danışıqları təxminən 15-20 dəqiqə çəkdi, sonra birlikdə tribunaya qalxdılar və Dilarə xanıma söz veriləndə artıq gecə saat iki idi.O, gürcücə çox rəvan və lətif bir intonasiya ilə danışır, elə bil şeir deyirdi.Təxminən iyirmi dəqiqə danışan Dilarə xanımı gürcülər böyük heyranlıqla dinləyirdilər. Onun çıxışı böyük alqışlara səbəb oldu.Dilarə xanım sonra bizə dediyinə görə gürcülərə xitabən tarixən onların Azadlıq sevən, qəhrəman xalq olduğunu, min illərdir gürcü vəazərbaycanlıla- rın qardaş və yaxın qonşu kimi səmimi dostluq şəraitində yaşa­dıqlarını, indiki bu ağır günlərdə rus İmperiyasına qarşı birlikdə çiyin-çiyinə mübarizə aparıb qurban verdiklərini, hər iki xalqın düşmən təxribatlarına uymamalı olduqlarını söyləmişdi.Mitinq gec saatlarda qurtardı.Nəqliyyat olmadığına görə hər kəs kimi biz də uzun yolu otelimizə pay- piyadə getməli olduq.

Çanturiyanın sonra bizə danışdığına görə Dilarə xanım Qam- saxurdiyanı Azərbaycanlıları qonaq adlandırdığına görə əməlli başlı danlamışdı, demişdi ki, Moskva Azərbaycanda və Gürcüs­tanda millətləri bir-birinin üstünə qaldırıb onların qanını tökmək istəyir, Gürcüstan Azərbaycanlılarını qızışdırıb muxtariyyət hərə­katı başlatmağa sövq edir, biz onları bu fikirdən əl çekməyə, sa­kitləşdirməyə gəlmişik, sən isə onları qonaq adlandırıb daha da qızışdırırsan və bu işinlə Gürcüstanın düşmənlərinə kömək edir- sən.Bizimlə bərabər olan və söhbəti dinləyən Leyla Eradze sonra bizə dedi ki, heç kəs özündən müstebeh Qamsaxurdiya ilə bu cür sərt tonda danişa bilməzdi.

Prezidentliyi dövründə də şovinist milliyətçi siyasətini da­vam etdirən Qamsaxurdiya təxminən bir il hakimiyyətdə qaldı. Rusiyanın təşkil etdiyi qiyam nəticəsində 1992-ci ilin yanvarında hakimiyyətdən devrilərək Şvardnadze ilə əvəz olundu.Ölkədən qaçan Qamsaxurdiya sığınaçaq üçün öncə Ermənistana müraciət etdi, Ter Petrosyandan rədd cavabı aldıqdan sonra Azərbaycana müraciət etdi, Elçibəy yalnız Gəncə Aeroportundan istifadə et­məklə ona ölkəni tərk edib xaricə mühacirət etmək icazəsi verdi. Qamsaxurdiya Gəncədən təyyarə ilə Qroznuya Cövhər Dudaye- vin yanına getdi.

Mitinqin səhərisi günü biz Gürcüstanin digər siyasi partiyala- ri ilə, o cümlədən Gürcüstan Milli İstiqlaliyyət Partiyasinin sədri İrakli Sereteli, Gürcüstan Xalq Cəbhəsinin sədri Nodar Natadze və digər siyasi təşkilatlarla görüşüb fikir mübadiləsi apardıq.”So- vet Gürcüstanı” qəzetinin redaksiyasında olduq, Gürcüstandakı Azərbaycan icmasının nümayəndələri ilə görüşdük.

Dilarə xanımın yaxın rəfiqəsi ədəbiyyatşünas Azərbaycan şa­irlərinin əsərlərini gürcü dilinə tərcümə edən Azərbaycanın dostu Leyla Eradzenin müsafiri olduq.

Biz Azərbaycanlıların yaşadığı Şeytanbazar məhəlləsinə get­dik. Dilarə xanım doğulduğu evi göstərdi, Tiflisdəki uşaqlıq xa­tirələrini danışdı, məhəllədə bir vaxt qonşuluq etdiyi Azərbaycan­lılarla görüşdük, məscidi ziyarət etdik.Mən bir günlüyünə Gür­cüstan İnsan Haqqları Müdafiə Cəmiyyətinin nümayəndələri ilə birlikdə Dmanisi və Qardabani rayonlarında Azərbaycanlıların yaşadıqları kəndlərə gedib onların vəziyyətləri ilə tanış oldum.

Dilarə xanımın vaxtsiz faciəli ölümü Azərbaycan Xalq Cə­bhəsi və şəxsən onun sədri Əbülfəz Elçibəy üçün çox ağır bir itgi oldu. Bəy, Dilarə xanımın şəxsində çox güvəndiyi öz yaxın silahdaşını itirdi.Dilarə xanımı son mənzilə cəbhəçilərin böyük bir izdihamı yola saldı.

Bəyin Rəhmətlik Aydın Məmmədovla da çox yaxın münasi­bətim vardı.Onunla hələ 70-ci illərdə Əbülfəz bəylə bərabər get­diyim çayxanalarda tanış olmuşdum.Bakının Filarmoniya bağın­da və Bulvardakı çayxanaları 70-80-ci illərdə gənc ziyalılarn əsas görüş yerləri idi.Mən evlənib Bayılda yaşadığım zaman uzun illər Aydın bəylə qonşu olduq və çox zaman çayxana söhbətlərindən sonra Bayıla dağın üstündəki evlərimizə bərabər gedərdik.88-ci il Meydan Hərəkatı zamanı Nümayiş Komitəsində mən təbliğat iş­lərinə rəhbərlik edən Aydın Məmmədovun müavini oldum.Aydın bəy Azərbaycan Xalq Cəbhəsinə münasibətdə məsafəli mövqe nümayiş etdirsə də o, bütövlükdə Xalq Hərəkatının öncüllərindən biri, dərin zekaya malik görkəmli dilçi, ədəbiyyatşünas və milli ruhlu ziyalı idi.

DEMOKRATLARLA RADİKALLAR

ARASINDA QARŞIDURMANIN


SON MƏRHƏLƏSİ


Xalq Cəbhəsini IQurultayına çoxdandır ki, hazırlıq gedirdi. 13 iyul1991-ci ildə qurultayın keçirilmə­si qərara alındı.Ümümi şöbənin müdiri və qurulta­ya hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü kimi xarici qonaqla­ra dəvətnamə göndərməli, onları qarşılayıb yerləşdirməli, dəvət­naməni çap etdrib rayon şöbələrinə paylamalı, mandatları çap etdrib Təşkilat Komitəsinə təhvil verməli, qurultayın keçiriləcəyi iclas salonunu tərtib etməli və s.kimi texniki işləri yerinə yetirməli idim.

Ankaradan gələcək nümayəndə heyəti xəbər göndərmişdi ki, mümkünsə onları Batum hava limanında qarşılayıb Bakıya getmələrinə yardım edək.Yol uzaq və üzücü olduğundan Əbül­fəz bəylə məsləhətləşib onları Batumdan Bakıya təyyarə ki- rayələyərək gətirməyi qərara aldıq.O zaman Azalın rəisi Ədalət Əliyevlə görüşüb bir AN-24 təyyarəsi kirayə etdik və iyulun 11- də gedib Batum hava alanında Ankaradan gələn Əhməd Qara­ca, Hüseyin Ağbulut, Yəhya Daşdələn və digərləriindən ibarət nümayəndə heyətini qarşılayaraq Bakıya geri döndük.Onlar av­tomobillə deyil, təyyarə ilə gedəcəyimizi bildikdə çox məmnun oldular.Qurultaydan sonra mən yənə də onları təyyarə ilə Batuma götürüb, Ankaraya yola saldım.

Dünyada artıq Sovet İmperiyasına qarşı mübarizədə böyük ün qazanaraq təkcə Azərbaycanda deyil, bütün regionda mühüm siyasi gücə çevrilmiş, digər türkdilli Sovet Respublikaları üçün cazibə mərkəzinə çevrilmiş AXC-nin Qurultayında Türkiyə ilə yanaşı, Avropanın müxtəlif ölkələrindən, Baltik Respublikaların­dan, Qaqauziyadan, Tatarıstandan, Krım türklərindən, Gürcüs­tandan, Rusiyadan, Qazaxıstandan, Özbəkistandan, Çeçenistan­dan, Noqay türklərindən, Ukraynadan və Güney Azərbaycandan müxtəlif siyasi təşkilatları və qurumları təmsil edən çoxsaylı nü­mayəndə heyətləri iştirak edirdi.

Qurultay, təşkilat daxilindəki ziddiyətləri qabarıq şəkildə üzə çıxartdı.Təşkilat daxilində nüfuz üstünlüyünə nail olmaq uğrun­da demokratlarla radikal qanad arasında uzun müddətdir davam edən mübarizə öz son həddinə çatdı və demokratların üstünlük qazanması ilə nəticələndi.Təşkilatın sədri kimi onun bütövlüyü­nü qoruyub saxlamaq naminə həmişə barışdrıcı mövqe sərgiləyən Əbülfəz bəy radikalları təmsil edən Etibar Məmmədovun, Rəhim Qazıyevin, Nemət Pənahovun Xalq Hərəkatında bu vaxta qədərki xidmətlərini yüksək qiymətləndirsə də, bu dəfə onların müdafiəsi üçün heç bir təşəbbüs göstərməyərək demokratların tərəfində ol­duğunu biruzə verdi.

İsa Qəmbər İdarə Heyətinin hesabatını verdikdən sonra, mü­zakirələrdə çıxışçılar İdarə Heyətinin fəaliyyətini kəskin tənqid­lərə məruz qoyaraq onu fəaliyyətsizlikdə, öz işinin öhdəsindən gələ bilməməkdə, vahid iş proqramlarının olmamasından irəli gələn xaotik fəaliyyətdə, 20 Yanvar hadisələrindən sonra iflic və­ziyyətinə düşərək rayon şöbələri ilə əlaqələri itirməkdə, başlarının yalnız təşkilat daxili intriqalarla məşğul etməkdə günahlandırdılar.

Lakin həqiqət göz qabağında idi. 20 Yanvar günləri tam pas- sivliyə uğrayan İdarə Heyəti üzvləri sonra cəsarətə gəlib toplantı­lara qatıldıqlarında təşkilat daxilində ŞADP fraksiyası yaradaraq Əbülfəz bəyi də öz intriqalarının hədəfinə çevirmişdilər.

Əbülfəz bəy İdarə Heyətini hücumlardan qorumaq üçün on­ları müdafiə etdi və onların mümkün olduğu qədər, imkanları daxilində xeyli uğurlu işlər görüb fədakarlıqlar göstərdiklərini qeyd etdi.

Əslində Əbülfəz bəy Qurultayda bunu biruzə verməsə də, İdarə Heyətinin hesabatını bəyənməmişdi, Qurultaydan sonra

mətbuat konfransında o özü bunu etiraf etdi.

AXC daxilindəki qarşıdurmanın külminasiya nöqtəsini İdarə Heyətinin iki nüfuzlu üzvü İsa Qəmbərlə Etibar Məmmədovun bir- birlərini qəbul edə bilməmələri səbəbi ilə aralarında mövcud olan barışmaz ziddiyət təşkil edirdi.Əbülfəz bəy dəfələrlə onları barış­dırmağa səy göstərsə də, buna nail ola bilməmişdi. Rəhim Qazıyev və Nemət Pənahov, Qurultayda iştirak etməyən Etibar Məmmədo­vun tərəfdarları ilə birlikdə Qurultayda qarışıqlıq salıb onun işini pozmağa dəfələrlə cəhd göstərsələr də, Qurultay iştirakçılarının dəstəyindən məhrum olduqlarına görə buna nail ola bilmədilər. Hətta bu məqsədlə İsgəndər Həmidovu da öz tərəflərinə çəkməyə müəssər olsalar da, bu da bir işə yaramadı.

Nemətin Əbülfəz bəyə, İdarə Heyətinə qarşı iftira və böhtan­larla dolu sərsəm çıxışı onun artıq bir siyasətçi kimi tamamilə iflas olaraq tükəndiyini bir daha sübut etdi.Onun diqqəti özünə cəlb etmək üçün zaldakı mikrafonda çarəsiz çığır-bağırı Qurul­tay iştirakçılarında ikrah hissi doğuraraq böyük narazılığa səbəb oldu.

Rəhim Qazıyev hələ AXC-nin iyun ayında keçirilmiş IV Konfransında İdarə Heyətini qeyri-işgüzarlıqda və qeyri- səmi­milikdə ittiham edərək, özünün artıq “Vahid Milli Cəbhə“ adında başqa bir təşkilatda təmsil olunacağını, İdarə Heyətindən istefa verdiyini və yalnız sıravi cəbhəçi kimi fəaliyyət göstərəcəyini bə­yan etmişdi. Rəhim Qurultayın sədarətinə seçilsə də o da, İsgən­dər də, Qurultayın işində az iştirak etdilər.

Qurultay AXC -nin təklif olunan proqram layihələrini mü­zakirə etdi. Məclis komissiyasının hazırladığı proqram layihəsini Arif Rəhimov təqdim etdi və Qurultay, İdarə Heyətinin və Məcli­sin hazırladığı proqram lahiyələri əsasında AXC-nin vahid Proq­ramının və Nizamnaməsinin əsas müddəalarını qəbul etdi.

Qurultayda həmcinin Arif Rəhimovun təklifi ilə Arazboyu sərhədlərin sökülməsi günü olan 31 Dekabr “Dünya Azərbaycan Birlik Günü“ kimi qəbul edildi və bununla xalqımızın yeni”Mil­li Bayramı “nın əsası qoyuldu. Güney Azərbaycanla sərhədlərin sökülməsinin təşəbbüskarı və ilhamvericisi Əbülfəz Elçibəy ol­muşdur.

Qurultayda Əbülfəz Elçibəy böyük ruh yüksəkliyi ilə yeni­dən AXC-nin sədri seçildi.

Bu qurultay AXC-nin tarixində yeni bir mərhələnin başlan­ğıcını qoydu.Qurultayın gedişində İdarə Heyətinin fəaliyyətin­də aşkara çıxan ciddi nöqsanlar, dağıdıcı qüvvələrin qurultayin işini pozmaq və təşkilatı parçalamaq istiqamətindəki cəhdləri bir daha sübut etdi ki, AXC-nin bir siyasi təşkilat kimi mövcud­luğunun əsas qarantı onun xarizmatik, sarsılmaz mübariz ruhlu sədri Əbülfəz Elçibəydir.Cəbhəçilər bu qurultayda öz sevimli li­derlərinə daha böyük güvən, etimad və sədaqət nümayiş etdirərək onun ətrafında daha sıx birləşdilər. Bununla da AXC-nin yüksəli­şinin yeni bir mərhələsinə qədəm qoyuldu.Radikal qanadın cəbhə rəhbərliyindən uzaqlaşması nəticəsində İdarə Heyətindəki zid- diyətlər aradan qalxdı, o daha işgüzar və mütəşəkkil bir quruma çevrildi, yeni, səmərəli fəaliyyət prosesi başlanmış oldu.

Moskvada çevrilişin Azərbaycandakı fəsadları.

Bəyin başının yarılması

20 avqust 1991-ci ildə Moskvada QKÇP -nin (Dövlət Fövqə­ladə Vəziyyət Komitəsinin) Mixail Qorbaçovu hakimiyyətdən uzaqlaşdırmaq üçün təşkil etdiyi Dövlət çevrilişi iflasa uğradı. İranda Səfərdə olan Ayaz Mütəllibov Dövlət çevrilişini dəstək­lədiyi haqqında bəyanat vermişdi.Xalq Cəbhəsinin Mütəllibovun bu hərkətinə qarşı avqustun 23-də Sovetskidəki qərargahın qarşı­sında təşkil etdiyi mitinqi milis dəstələri, qaraguruhçu “Qardaş­lıq” və “Tövbə” cəmiyyətlərinin adamlarının köməyi ilə dağıtdi- lar.Qərərgahın binası hər tərəfdən əhatəyə alınmışdı.Onlar hücum edib öncə mitinqin aparıcısı, ayaqdan əlil olan Nəsir bəydən mik­rofonu alıb, onu yerə yıxdılar. Əlbəyaxa döyüşdə biz qorumalar­la birlikdə Əbülfəz bəyi içəri salıb qapını arxadan bağladıq. Bəy öz otağına qalxdı.Aradan 15-20 dəqiqə keçəndən sonra milislər qərargahın qapısını sındırıb içəri daxil oldular.Qapının arxasın­da durduğum üçün öncə məni başımdan güclü zərbə ilə vurdular, sonra cəbhəçilərin müqavimətini qıraraq yuxarıya qalxdılar, ora- dada Bəyin qorumalarını şil-küt edib Nəcəf bəyi, Pənah Hüsey­novu və Sabir Rüstəmxanlını döymüş, Bəyin başına ağır zərbə endirib yaralamış və sonra qolundan tutub bayıra çıxardaraq öz maşınına mindirmişdilər.Əbülfəz bəy bu zərbədən sonra uzun müddət müalicə olundu. Bakıda, qardaşının evində müalicə olun­duqdan sonra həkimlərin məsləhəti ilə Əbülfəz bəy Arif Rəhimov və Aydın Kərimovun müşaiyəti ilə İsmayıllı rayonunun Basqal kəndinə gedib cəbhəçi dostu Məmməd Bəyin evində müalicəsi­ni davam etdirərək bir müddət dincəldi.Orda həmçinin Cəbhənin Məramnaməsi və Nizamnaməsi üzərində işləri tamamlayıb onu Qurultayın ikınci hissəsinin toplantısına təqdim etdilər.

Bəyi Basqalda müşayət edən Aydın Kərimov Azərbayca­nın görkəmli hüquqşünaslarından biri olub. İlk günlərdən milli- azadlıq hərəkatına qoşularaq AXC-nin seçkili orqanlarında yük­sək vəzifələr tutmuşdur. Aydın Kərimov Xalq Cəbhəsinin, Bütöv Azərbaycan Birliyinin və bir çox siyasi təşkilat, ictimai qurumla­rın məramnamə və nizamnamələrinin hazırlanması işinə rəhbər­lik etmişdir. Əbülfəz Elçibəyin prezidentliyi dövründə Respubli­ka Ədliyyə Nazirinin birinci müavini vəzifəsində çalışan Aydın Kərimov müstəqil Azərbaycan dövlətinin bir çox qanunlarının, hüquq məcəllələrinin və qaninvericilik aktlarının hazırlanması işinə bilavasitə rəhbərlik etmişdir. Aydın bəy Əbülfəz Elçibəyin yaxın silahdaşı və onun ideyalarının sadiq davamçısıdır.

Əbülfəz bəy Bakıda olmadığı müddətdə İdarə Heyətinin üzvü İsa Qəmbər Bəyin böyük etimadına nail olaraq sədr əvəzi səlahiy­yəti ilə Cəbhəyə rəhbərlik etdi.

Mütəllibovun Xalq Cəbhəsini öz qoçuları vasitəsi ilə susdur­maq cəhdi onun özünə qarşı yönələrək etiraz aksiyalarının və mi­tinqlərin geniş vüsət almasına səbəb oldu.

Bakıda fövqəladə vəziyyət elan olunmasına baxmayaraq avqustun 26-daAXC fəalları hərbi maşınlar və BTR-lərlə muha- sirəyə alınmış Azadlıq meydanına doğru irəlilədi. Onların qarşısı­nı almaq mümkün olmadı. Bununla yeni mitinqlər başladı.

Kommunist rejiminin rəmzinə çevrilən Leninin heykəlinin xalq tərəfindən Azadlıq Meydanından götürülməsi ilə bütün ölkə­də onun heykəllərinin yıxılması prosesi başladı.

Əbülfəz bəyi başından agır xəsarət aldıqdan sonra ilk dəfə sentyabrın 8-də Azadlıq Meydanında mitinqdə iştirak etdi. Mi­tinq iştirakçıları onu sonsuz sevgi ilə qarşıladı.Mitinqlər Xalq Cə­bhəsinin təşəbbüsü və onun təşkilatçılığı ilə keçirilir, tətilləri də Cəbhənin yaratdığı “Tətil Komutəsi“ idarə edirdi.

Fərəməz Alahverdiyev Naxçıvan Ali Məclisinin sədri Hey­dər Əliyevin və Naxçıvan Muxtar Respublikasının Baş naziri Becan Ferzəliyevin mitinqə təbrik məktubunu oxudu.Heydər Əli­yev Xalq Cəbhəsi ilə həmrəylik nümayiş etdirmiş, Naxçıvan Ali Məclisinin SessiyasıNaxçıvanda Ayaz Mütəllibovun prezident seçkilərini boykot qərarı almış, Naxçıvanda kommunist partiya­sının qadağan edilməsinə və əmlakının milliləşdrilməsinə qərar vermişdi.

Heydər Əliyevlə görüş

Naxçıvanda Xalq Cəbhəsin çox fəal və radikal idi. Xalq ara­sında böyük nüfuza malik olan təşkilat təzyiqlə yerli hakimiyyət orqanlarına bəzi demokratik islahatlar apartdırırdı. Buna görə də orada bir çox məsələlərdə Mərkəzdən tez həyata keçirilirdi.

1990-cı ilin iyulundaMoskvadan Bakıya gələn Heydər Əli­yev Ayaz Mütəllibov tərəfindən arzuolunmaz şəxs elan olundu­ğundan burda uzun müddət qala bilmədi, bir neçə gün sonra, yəni həmin ayın22-də Naxçıvana getdi.

Heydər Əliyev kimi beynəlxalq miqyaslı təcrübəli bir si­yasətçinin Naxçıvana gəlişi Muxtar Respublikanın ictimai-siyasi həyatına çox böyük təsir göstərdi.O, sözdə özünü siyasi hadisə və proseslərdən kənarda bitərəf şəxs, öz sözləri ilə desək” həyatı­nın son günlərini öz vətənində keçirməyə” qərar vermiş yaşlı bir təqaüdçü kimi təqdim etsə də, əslində Sovet hakimiyyət dairələ­rində gedən prosəsləri dərindən bilən təcrübəli bir siyasətçi kimi Sovet quruluşunun artıq çökmək ərəfəsində olduğunu gözəl bilir- di.Sentyabr ayında Azərbaycan Ali Sovetinə seçkilər keçiriləce- yini bilən Heydər Əliyev seçkilərdə deputat mandatı əldə edərək siyasi həyata daxil olmaq və Ali Sovet tribunasından hakimiyyət uğrunda mübarizə vasitəsi kimi istifadə etmək məqsədi güdürdü.

1990-cı il sentyabr ayının əvvəllərində Tallindən Azərbaycan diasporunun fəal üzvü, rəssam Fərhad Heydərli Karl adli bir jur­nalisti ilə Xalq Cəbhəsinin qərargahına gəldi.O, Bakıda bir sıra çəkilişlər aparıb müsahibələr aldıqdan sonra Naxçıvana getmək arzusunu bildirdi, İdarə Heyəti mənim Karlla birlikdə getməyimi məsləhət bildi. Naxçıvanda Cəbhənin qərargahına getdik, Karl burada müsahibələr aldı, şəhərdə çəkilişlər apardı. Cəbhəçilər bizi döyüş nöqtələrindən birini təşkil edən Kərməçataq kəndinə apardılar.Karl orda da bir sıra çəkilişlər aparıb, müsahibələr aldı. Naxçıvana geri döndükdə həm Eston, həm də Finlandiya televi­ziyasının jurnalisti olan Karl ona verilən tapşırıq əsasında Heydər Əliyevlə görüşmək istədiyini bildirdi.Cəbhə qərargahından Hey­dər Əliyevlə əlaqə qurub görüşmək üçün vaxt müəyyən etdilər. Naxçıvan Cəbhəçiləri mənim görüşə getməməyimi məsləhət gördülər, lakin Karl mənim də getməyimi təkid etdi. O, zaman Cəbhəçi jurnalist Əli Şamilovu da bizə qoşdular və biz Heydər Əliyevin o zaman yaşadığı bacısı evinə getdik.

Evdə Heydər Əliyevdən başqa bacısı qızı Sənifə xanım və qızı Sevil xanım da vardı. Biz gəlişimizin məqsədini bir daha xatırlatdıq, əvvəlcə çay içib bir az söhbət etdik. Heydər Əliyev mənim Bakıdan gəldiyimi Cəbhədə Şöbə Müdiri olduğumu öy­rəndikdə çox maraq göstərdi və xeyli suallar verdi və mənə müra­ciətlə dedi ki, cavan oğlan biz əvvəllər də səninlə hardasa görüş­müşük yaddaşım məni aldatmır. Ancaq mən onunla görüşümüzü xatırlamadığımı söylədim. Heydər Əliyev isə görüşdüyümüzü is­rar etdi. O zaman mənim yadıma gəldi ki, mən Nərimanov Muze­yində işlədiyim zaman Moskvadan Bakıya gələn partiya və Sovet rəhbərlərini Brejnevin müharibə zamanı xidmət etdiyi 18-ci Ordu Muzeyinə aparırdılar.Muzeyin direktoru polkovnik Səlimov qo­naqlara izahat verəndə digər muzeylərdən biz gənclər də həmin muzeyin eksponatlarının yanında dururduq. Təxminən 2-3 dəfə Heydər Əliyev qonaqlarla gələndə bizimlə əl verib görüşmüşdü. Bunu deyəndə Heydər Əliyev gülərək dedi ki, cavan oğlan görür­sənmi, yaddaşım məni aldatmır. Bir az keçdikdən sonra Afiyəd- din Cəlilov da gəldi. O, getdikdən sonra Karl, Heydər Əliyevdən müsahibə almağa başladı.Biz içəridə bir kənarda oturub seyr edir­dik. Müsahibə uzun çəkdi. Karl ayaq üstündə video aparat əlində çəkiliş aparırdı. Mən birdən Karlın səndələdiyini hiss etdim. Bu, Heydər Əliyevin də nəzərindən qaçmadığından o, Karla çəkilişi dayandırıb oturmasını işarə etdi və ona çay gətirilməsini istədi. Karl çay içib özünə gəldikdən sonra çəkilişə bir müddət də da­vam edərək bitirdi. Biz Heydər Əliyevlə xudafizleşib çıxdıqdan sonra Karldan hansı səbəbdən rahatsızlıq hiss etdiyini soruşdum. Karl dedi ki, uzun müddət Heydər Əliyevin gözünün içinə bax­dığımdan özümü pis hiss etməyə başladım, o mənə oturmağımı işarə etməsəydi yəqin ki, mən yıxılacaqdım. Mənim nə hala düş­düyümü yəqin o da hiss etmişdi. Bu, mənim Heydər Əliyevlə son görusüm oldu.

Sonra biz Karlla Şərura getdik.O zaman Rayonun milis rəisi olan Allahverdi Həsənov çəkilişlər aparmaq üçün bizi vertolyotla ermənilər tərəfindən işğal olunan Kərki kəndinin və Arazdəyə- nin üstunə qaldırdı. Sədərəkdə olduq, ermənilərin atəşləri nəticə­sində uçulub dağılmış evləri çəkdik, evləri dağılmış, yaralanmış kənd sakinlərindən müsahibələr aldıq. Bir gecə də Karlla birlikdə Mahmud kəndində evimizdə qalıb, Bakıya geri döndük.

Heydər Əliyev qarşısına qoymuş olduğu məqsədlərinə nail oldu. 30 sentyabrda “xalqın təkidilə” namizəd verildiyi Azərbay­can Ali Sovetinə və Naxçıvan Muxtar Respublikası Ali Sovetinə deputat seçildi. 3 sentyabr 1991-ci ildə isə yenə də “xalqın təkidli tələbi ilə” Naxçıvan Ali Məclisinə sədr seçildi.Əbülfəz Elçibəy Naxçıvan Ali Soveti sədrliyinə cəbhəçi Qafar Məmmədovu, Baş nazir vəzifəsinə Becan Ferzəliyevi təklif etsə də, əvvəlcə Heydər Əliyevin əleyhinə səs verən kommunistlər sonra bir sıra cəbhə­çilərlə birləşərək onun lehinə səs verdilər.

Heydər Əliyev Naxçıvan Ali Sovetinə sədr seçilərkən onu təbrik edən yeganə rəsmi şəxs Ermənistan Ali Sovetin sədri Le- von Ter-Petrosyan oldu.

Heydər Əliyevin Naxçıvan Ali Məclisinə sədr seçilməsi cə­bhəçilər arasında parçalanmaya və bəzi cəbhəçilərin özlərini “Əliyevçilər” adlandırmalarına səbəb oldu.




Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin