Elektrik və optik rabiTƏ XƏTLƏRİ. MÜhaziRƏ rabiTƏ XƏTLƏRİNİN İNKİŞaf məRHƏLƏLƏRİ



Yüklə 302,27 Kb.
səhifə18/21
tarix01.02.2023
ölçüsü302,27 Kb.
#122827
1   ...   13   14   15   16   17   18   19   20   21
Elektrik v optik rabiT X TL R . M haziR rabiT X TL R N N NK

Modlararası dispersiya. Bu dispersiya ÇM OİÖL-də çoxlu sayda modrların yayılması hesabına əmələ gəlir. Belə ki, əks olunan modlar özəkdə müxtəlif uzunluğa malik yol keçir, əks olunma bucaqlarının səpələnməsi baş verir. Bütün bunların nəticəsində də lifin özəyində yayılan modların yayılma müddətləri müxtəlif olur .
Sındırma əmsalının profili qradiyent şəklində dəyişən lif modu özəyin mərkəzinə yaxın hissədə saxlama qabiliyyətinə makikdir. Mərkəzdən kənar hissədə yayılan modlar uzun yol keçir. Lakin bu hissədə materialın optik sıxlığı seyrək olduğuna görə işıq dalğası daha böyük sürətlə yayılır. Bundan başqa, sındırma əmsalının profili sıçrayışla dəyişən liflə müqayisədə QşOL-də yayılan modların sayı kifayyət qədər azdır. Bu üç amilin birlikdə fəaliyyəti nəticəsində QşOL-in tezlik xassəsi yaxşılaşır və onun burxma zolağının eni PşOL-in uyğun göstəricisini bir hədd ötmüş olur. QşOL-in istismar parametrləri PşOL-inki ilə demək olar ki, eynidir. Bura itkinin qiyməti, şüanın lifə daxil olma effektivliyi, liflərin bir-biri ilə birləşdirilməsi və s.kimi parametrlər daxildir.
Modlararsı (τMA), materialın (τM) və dalğaütürücü (τ) dispersiyaların hesabına çıxışda alınan impulsun genişlənməsi aşaığdakı düsturla təyin edilir:
.
Dispesiyaların ayrı-ayrı real münasibətini nəzərə alsaq ÇM OL-lərdə, τ=τMA ; BM OL üçün isə τ=τM dispersiylarının üstünlük təşkil etdiyini görərik.
BM OL-lərdə dispersiya parametrləri onun şülanma mənbəinin spektral xassələrindən asılı olduğuna görə onun ölçü vahidi, psan/nm*km-dir. Müasir BM OL-lərdə dispersiyanın bu qiyməti, τ=τM=3÷18 psan/nm∙km həddində dəyişir.
Xromatik dispesiyanın tərkib hissələri olan material və dalğaötürücü dispersiyalar, bir qayda olaraq dalğa uzunluğunun 1200 ÷ 1600 nm qiymətlərində öz işarələrini dəyişirlər. Belə ki, dalğaqtürücü dispersiya sındırma əmsalının profilindən asılı olaraq dəyişir. Bu parametrlərin dəyişməsi ilə BM OL üçün dalğa uzunluğunun əvvəlcədən verilən və ya spektrin zolağının eninin müəyyən edilmiş qiymətlərinə görə dispersiy sıfır və ya ona yaxın qiymətlər ala bilər. Ona görə də BM OL üçün dispersiyanın mütləq qiyməti əvəzinə, bəzən dispersiyanın sifır qiymətinə malik olduğu dalğanın uzunluğundan və dalğa uzunluğunun bu qiyməti ətrafındakı spektrinin zirvə xarakteristikasını göstərən qiymətlərdən istifadə edilir. Kütləvi istehsal olunan BM OİÖL-lər üçün bu parametrlər,λ=1300 ÷ 1310 nm və τ=3,5 psan/nm2∙km qəbul edilir.
Modlararası dispersiyanın tərkib hissəsinin təsirinin üstünlük təşkil etməsi hesabına ÇM OL-lərin tezlik xarakteristikaları şüalanma mənbəinin spektral xassəsindən az asılıdır. On görə də onları tezlik oblastındakı dispersiyanın ekvivalent qiymətinə bərabər götürmək məqsədəuyğun hesab edilir. Bu zolağın genişlənmə əmsalı adlanır və MHs*km-lə ölçülür. Dalğa uzunluğunun qiymətindən asılı olaraq müasir ÇM OL-lər üçün zolağın genişlənmə əmsalınin qiyməti 200 ÷ 500 MHs*km həddində qəbul edilir.
Dispersiya, impuls OK-dən keçən zaman onun müddətinin artmasına gətrib çıxardır. İmpulsun genişlənməsi, çıxışda alınan impulsun müdəti ilə girişdəki impulsun müddətinin kvadrat köklərinin kvadratlarının fərqi ilə təyin edilir və aşağıdakı düsturla göstərilir:
, (1.31)
burada tçıx.tgir - uyğun olaraq çıxış və girişdəki impulsların müddətləri oluub, qiyməti isə impulsun ampilitudunun yarısındakı səviyyəsindən götürülür.
Dispersiya OİÖL-in təkcə tezlik diapazonunu məhdudlaşdırmır. O, eləcə də OK-lə təşkil olunan rabitənin uzaqlığını xeyli aşağı salır. Belə ki, xətt nə qədər uzun olarsa, dispersiyanın qiyməti bir o qədər çoxalır və impulsun genişlənməsidə armış olur.
Kanalın buraxma qabiliyyəti əsasən işıqötürücü lifin tipindən (BM, ÇM PşOL, ÇM QşOL) və eləcə də şüalandırıcıdan (lazer, işıq şüalandıran diod) asılıdır.
Dispersiyanın yaranma səbəbləri aşağıdakılardır:
*şüalanma mənbəinin qeyri-koherent olması və spektrin əmələ gəlməsi;
*çoxlu miqdarda modların olması (N).
QşOL-də kanalın buraxma qabiliyyəti ∆ parametrinin eyni qiymətində PşOL-dəki ilə müqayisədə 2/∆ dəfə böyükdür. Bir qayda olaraq ∆=1% olduğu nəzərə alınsa göstərilən İÖ-lərdə buraxma qabiliyyətinin fərqi iki həddə çata bilər. Real konstruksiyaya malik OİÖL-lərdə bu hədd 20÷50 təçkil edir.


Yüklə 302,27 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin