Əli Kərim üslubu, yaxud


Gəldi fəğanə can yenə, ney kimi, suzi dərdilə



Yüklə 207,54 Kb.
səhifə10/22
tarix03.01.2022
ölçüsü207,54 Kb.
#36098
1   ...   6   7   8   9   10   11   12   13   ...   22
Gəldi fəğanə can yenə, ney kimi, suzi dərdilə,

Kim nə bilir bu xəstənin dərdi nədir, dəvasi nə?
Şeir dərd saçır, amma ifadə tərzi, duyğuların təzahürü o qədər şaqraqdır ki, hislər bir-birinə “sürtünüb” keçir, dərd, ifa tərzinin altında görünməz olur. Yuxarıda dedik ki, Nəsimi qəzəlində söz, deyim, üslub o qədər cila içinə dalıb ki, ifadənin şəffaflığı dərhal gözə dəyir, bu nitq sırası və adi poetik ünsiyyət vasitəsi olmaqdan çıxıb birbaşa kosmosla əlaqə vasitəsinə çevrilir, yeri gəlmişkən bu vəziyyət Füzulinin şeirində var - oxuyanla, dərdini deyənlə tanrı arasında heç bir sədd yoxdur, söz - yalvarış kosmosa doğru dümdüz yol keçir və yalnız tanrının anlayacağı dildə qurulur, nəfəsə gəlir. Nəsimi, Füzuli və ümumən orta əsrlər türk şeirinin bu xüsusiyyəti - müraciət obyektinin birbaşalığı şeirin poetik sisteminin əsasını təşkil edir. Bu nəyə görə belədir? Bu sualın cavabı mürəkkəb proseslərin məntiqi ardıcıllığını çözməyi tələb edir. Nəsimi və ondan sonra yetişən anadilli söz ustaları həm də yad dillərdə yaranan ədəbiyyatın ideologiyası ilə şüuraltı mübarizədə idilər. Bu proses düz XVIII əsrə qədər davam edir. Fars dilində yaranan nəhəng ədəbiyyata baxıb yazmaq, onunla tən gəlmək və onu vurub keçmək ehtirası müxtəlif üslubların, müşkülü aradan qaldırmaq yolunda çeşidli vasitələrin və sistemlərin işlənməsini zəruriləşdirdi. Türk tayfalarının məlum arealda məskunlaşması və İslamı qəbul etməsi zamanca göz qırpımı boyuncadır, bu arada yeni ədəbiyyat yaratmaq***
***

Nəsimidə təqdim edilən hər bir anlayış – obraz əvvəla öz genişliyi, onun üçün müəyyənləşdirilmiş sınırları vurub keçməsiylə diqqəti çəkir. Nəsimidə “iki dünya” metaforası əbəs yerə işlədilmir – bu, hər bir obrazın içində əsas funksiya daşıyır, təyinedici məqamdadır:



Yüklə 207,54 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin