Əli Kərim üslubu, yaxud



Yüklə 207,54 Kb.
səhifə8/22
tarix03.01.2022
ölçüsü207,54 Kb.
#36098
1   ...   4   5   6   7   8   9   10   11   ...   22
...Gün doğdu...

Hər yerdə parladı bahar.

Zanbaqlar başını suyun altında

Şirin bir yuxudan çəkdiyi zaman,

Amma güllər, otlar, başqa çiçəklər

Qaldırdı başını

zərbə altından.10
Mətn bitir, itən rabitənin düyünü tapılır, yaxud onun qeyb olduğu yerə işarə edilir. Rabitənin itdiyi yer budur bəlkə:
Ərşi ilə fərşü kafü nun, mındə bulundu cümlə çun,

Kəs sözünü və əbəsm ol, şərhi-bəyanə sığmazam.
Kövnü məkandır ayətim, zatınadır bidayətim,

Sən bu nişan ilə bəni, bil ki, nişanə sığmazam.
Kimsə gümanü zənnilə olmadı həqqilə biliş,

Həqqi bilən bilir ki, mən zənnü gümanə sığmazam.
...Həm sədəfəm, həm inciyiəm, həşrü sirat-əsənciyəm,

Bunca qümaşü rəxtilə mən bu dükanə sığmazam...11

Dünyaya, tanrıya, yaradılışa bu münasibətin ifadə edilməsi şeirin formasını dəyişdirir, biçimi dərinləşdirir, dərinlik ölçüsü mütləqləşir, dünyanı qavrama tərzi elə şərtiləşir ki, formanın özü müəllifi ələ alır, müəllif kimi danışır. Burda izah edilməli ayrıntılar çoxdur. Birinci ayrıntı odur ki, Nəsimi şeiri – Nəsiminin qəzəlinin biçimi başqadır; qəzəl xüsusi poetik məntiq içindədir – qəzəlin hər bir bəndi həm biçimin içindədir, həm də ondan ayrıdır. Hər bir misra ayırıcı sual yaradır.



Yüklə 207,54 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin