Köksü kimi sökülür...16 Bu tipli misraları bəlkə də hamı yaza bilər, hər hansı hadisə haqqında yazmaq ona münasibətdə mövqenin seçilməsindən asılıdır, variantlar sonsuz sayda ola bilər, ancaq bütün bu variantların «dibinə daş atıb» elə bir poetik mövqe seçə bilərsən ki, dünyaya açılan mənzərə son mənzil, dünyanın qurtaracağı yer olsun:
Sənə hücum çəkir qəm qoşunları
Hamısı köhnəli, həm də təzəli,
Tapılsa hər dərdə milyonca məlhəm
Yenə yaşamağa yoxdur təsəlli.17 Əli Kərimin şeirlərində məkanın az qala bütün künc-bucağı aşkarlanırdı, parlaq nəsr cümləsiylə belə görünməyən tərəfləri üzə çıxırdı, təsadüfi deyil ki, üstündən illər keçəndən sonra bu şair yaddaşlarda ayrı-ayrı misralarla, tək özünün işlətdiyi qafiyələrlə, parça-fraqmentlərlə deyil, həyati mətləblər şəkilində qalırdı. Bu insanın bədii təfəkküründə elə bir xassə var idi ki, bir-birinə calana-calana gedən misralar qatarı «dayanandan sonra» elə bil dünyanın sonunu gözləyən bir mənzərə yaranırdı: