Elmin məqaminin əHƏMİYYƏTİ



Yüklə 10,72 Mb.
səhifə17/81
tarix27.10.2017
ölçüsü10,72 Mb.
#16488
1   ...   13   14   15   16   17   18   19   20   ...   81

ANA VƏ ƏZİYYƏTƏ DÖZMƏK


“Ümm" sözünün mə`nası aydın olandan sonra İmam Səccad (əleyhissalam)-ın anasının haqqı barəsində söylədiyi mətləbə qayıdaq. İmam Səccad (əleyhissalam) ananın hamilə olmaq mövzusundan başlayır. Buyurur: Sənin anan səni elə bir müddətdə ml edib ki, h kəs insanı o qədər ml etməz!

Bu mühüm mövzu, Qur`anın iki surəsində geniş şəkildə izah edilmişdir. Ə`raf surəsində belə oxuyuruq:

Biz insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik. Çünki, anası onu (doqquz ay bətnində) zəhmətlə gəzdirmiş, əziyyətlə doğulmşdur. Onun (ana bətnində) daşınma və süddən kəsilmə müddəti otuz aydır. Nəhayət, (insan) kamillik həddinə yetişib qırx yaşa çatdıqda belə deyər: Pərvərdigara! Mənə mənim özümə və ata-anama əta etdiyin ne`mətə şükr etmək və sənə xoş gedəcək yaxşı əməl etmək üçün ilham ver, nəslimi saleh et. Mən günahlardan Sənə tövbə etdim və şübhəsiz ki, mən müsəlmanlardanam. 1"

“Loğman" surəsində isə belə buyurur:

Biz insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik. Anası onu (bətinində) çox zəif bir halda daşımışdır. Uşaqın süddən kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq): Mənə və ata-anana şükr et. Axir dönüş Mənədir2 "

Ananın hamiləlik dövranı onun ən çətin və sıxıntılı günlərindəndir Nütfənin rəhimdə ilk gündən rüşeym bağlaması ilə ananın halı dəyişir. Ondan ötrü dalbadal narahatçılıqlar baş verir. Bu narahatçılıq halını “viyar" adlandırırlar. Nəyə görə anada belə hallar qarşıya çıxır? Həkimlər cavab verirlər: Ananın öz enerjisindən uşaqına əta etdiyinə görə öz bədənində çatışmamazlıq yaranıb narahat olur!


ANANIN HAMİLƏLİK DÖVRÜ


Bu dövrdə uşaqın rüşeymi nə qədər çox inkişaf edərsə, ananın canından bir o qədər şirə çəkir. Hətta, bu halət ananın sümüklərinə və əsəblərinə tə`sir edir. Bə`zən, ondan yuxunu və istirahəti alır. Hamiləliyin son vaxtında ana yol yeriməyə hətta, oturub durmağa da əziyyət çəkir. Lakin, səbr, hövsələ və dünyaya gələcək övladın eşqi ilə təbəssüm edir və bütün narahatlıqlara dözür.

Hamiləlik dövründən sonra uşaq doğmaq haləti ananın həyatında ən çətin halətdir. Hətta, bə`zən övladı yolunda öz canını da əldən verir. Bu dövrdə ana, ən böyük əmanət və müsafiri öz məqsədinə çatdırmalıdır. Ona görə də bu dövrdə ana, əmanətdən ötrü lazım olan bütün ehtiyatlarını görməlidir. Hərəkətlərində, dayanmaq, yol getmək, yemək və sağlamlığının bütün cəhətlərini gözləməlidir. Bütün bunlar, bu dövrdə ananın vəzifələrindənhesab olunur.

Ananın həml etdiyi müsafirin səfərinin müddəti iki ay yox,beş ay yox, bəlkə də doqquz aydır. Necə ki, müsafir öz məqsədinə yetişməkdən ötrü uzun məsafəni keçməlidir, ananın müsafiri də yol arasında müxtəlif xətlərlə üzbəüz ola bilər. Uşaq doğularkən ana rahatlaşır ki, müsafiri öz yerinə çatdırdım.

Ana bətnində dörd ay və on gündən sonra uşaqın rüşeyminə ruh daxil olur. Bu vaxt anaya çətin olur. Qarın və böyrəklərini ağrı tutur. Amma, bir neçə dəqiqə sonra şükür edib deyir: "Əlmdulillah uşaqım diridir!" Allah, Öz tərəfindən ona ruh verib.

Bu çətin dövrandan sonra ananın başqa çətin dövranı başlayır. Qur`an bu dövrandan “dalbadal çətinlik" ünvanı ilə ad aparıb. Süd vermək və gecə-gündüz uşaqdan muğayat olmaq dövranı. Elə dövran ki, uşaqın bütün ehtiyaclarına cavab verməlisən. Bu dövrdə uşaqın dili yoxdur ki, ağrıyan yerini tə`yin etsin. Dili təkcə ağlamaqdır. Ana bu ağlamaqdan hər şeyi anlamalıdır. Hər şeydən müşkül uşaqın bu dövrdə təmizlənməsi, ən çətin işdir. Müxtəlif xəstəliklərə şərait yarana bilməsinin qarşısını almaqdan ötürü ana bütün qüvvəsini bu dövrdə səfərbər etməlidir.

SÜD VERMƏK DÖVRÜ


Qur`an nəzərində uşaqa süd vermək dövrü tam iki ildir. Bəqərə surəsində oxuyuruq:

Analar uşaqlarına əmizdirmə müddətini tamamlamaq istədiyi üçün tam iki il əmizdirsinlər.1

Əhqaf surəsində hamiləlik və süd vermə dövrünün cəmisi otuz ay zikr olunmuşdur. Əgər otuz aydan, tam iki ilini çıxsaq, hamiləlik vaxtı altı ay olar. Məgər altı ayda uşaqın dünyaya gəlməsi mümkündürmü? İslam alimləri hədis və rəvayətlərə əsasən deyirlər: Ən az hamiləlik dövrü altı aydır və ən çox süd vermə dövrü iyirmi dörd aydır.

Calinus vəİbni Sinadan nəql olunur ki: Özləri öz gözləri ilə altı aydan sonra uşaqın dünyaya gəlməsini müşahidə ediblər

Qeyd etmək lazımdır ki, Qur`anın bu ifadəsindən mə`lum olur ki, hamiləlik vaxtından nə qədər azalarsa , o qədər də süd vermə dövrü artırılır. Məcmuən, otuz aya aid olur. İbni Abbasdan nəql olunur ki, hər vaxt qadının hamiləlik dövrü doqquz ay olarsa, iyirmi bir ay süd verməlidir. Əgər hamiləlik dövrü altı ay çəkərsə, iyirmi dörd ay süd verməlidir.1

Təbiət qanunu da bunu tələb edir. Çünki, hamiləlik dövründəki çatışmamazlıqlar süd vermək dövründə əvəzi çıxmalıdır. Həmin səbəbdən ayədə zikr olunur: "Tam süd vermə iki ildir."

Hər halda, ana bu otuz üç ay müddətində ruhi, hissi və cismi cəhətdən ən böyük fədakarlıq göstərir və övladına xidmət edir.

Maraqlıdır ki, Qur`an əvvəl ata-ananın hər ikisinə yaxşılıq etməyi tövsiyə edir. Lakin, zəhmət və əziyyətləri bəyan edərkən, ananın zəhmətlərini əsas tutur. Bununla da, ananın böyük zəhmət və haqqına işarə olunur. Sonra buyurur: Tövsiyə edirəm ki, Mənə və ata-anana təşəkkür edəsiniz! Mənim şükrmü, sizin Xaliq və ne`mət verəniniz olduğuma, ata və ananıza isə bu feyz və ne`məti sizə çatdırmaq vəsiləsi olduğuna görədir.


UŞAQIN QURULUŞUNDA ANANIN ROLU


Əhqaf və Loğman surələrindən zikr etməklə insanın ata-anasına" yaxşılıq etmələrinə sifariş olduğunu aydınlaşdırdıq. Onların hər iksinin övladının boynunda haqqı vardır. Lakin hansının daha çox haqqı vardır: Qur`an ananın hamiləlik süd vemə dövründəki zəhmətlərini xüsusi qeyd edir.

Nütfənin bədəndə qərar tutması ilə uşaqın ilk vücudu əmələ gəlir. Ata-ana bərabər şəkildə bu işdə rol oynayırlar. Lakin, ana hamiləlik, uşaqı qidalandırmaq və uşaqın quruluşunda çox zəhməti vardır.Aleksis Karl yazır:

“Ata-ana uşaqın ilk rüşeyminin vücuda gəlməsində bərabər rol oynayırlar. Lakin, ana, bundan əlavə uşaqa lazım olan bütün qidanı özündən verir. Ananın vəzifəsi, uşaqın rüşeymində atadan mühümdür. Atanın uşaqın vücuda gəlməsində vəzifəsi azdır. Lakin, ana doqquz ay bu vəzifəni yerinə yetirir. Bu müddət ərzində rüşeym ananın qanının paklaşıb, ciftdən keçib ona çatmaqla qidalanır və inkişaf edir."1


Yüklə 10,72 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin