Elmin məqaminin əHƏMİYYƏTİ


QUR`ANDA BORC VERMƏYƏ BAXIŞ



Yüklə 10,72 Mb.
səhifə49/81
tarix27.10.2017
ölçüsü10,72 Mb.
#16488
1   ...   45   46   47   48   49   50   51   52   ...   81

QUR`ANDA BORC VERMƏYƏ BAXIŞ


Təğabun surəsində, mal-dövlətdən söhbət açıb onu fitnə kimi ünvanlaşdırdıqdan sonra buyurur:

"Əgər Allaha (Allah yolunda) zəl (könül xoşluğu ilə) borc versəniz, Allah sizin üçün onun əvəzini qat-qat artırar və sizi bağışlayar. Allah qədirbilən və limdir! “1

"Qərz" (borc) sözü ərəbcədən, bir şeyin qət olunmasına deyilir. Əgər "həsənə" (gözəl), sözü ilə birlikdə işləsə, maldan ayırıb xeyir işə sərf etmək mə`nasındadır. Ayədən mə`lum olur ki, borc vermək günahların bağışlanmasına səbəb olur. Həmçinin, mə`lum olur ki, Allah-taala da Öz bəndələrinə bu əməlin müqabilində böyük mükafatlar verməklə, onlardan təşəkkür edir. Hədid surəsində oxuyuruq:

"Kimdir o kəs ki, Allah yolunda könül xoşluğu ilə borc versin, Allah da onun əvəzini qat-qat artırsın?! Onu m də çox qiymətli bir mükafat zləyir! “2

Yenədə həmin surədə buyurur:

"Şübsiz ki, infaq (Allah yolunda xərc) edən kişi və qadınların, Allah yolunda zəl (könül xoşluğu ilə) borc verənlərin mükafatları qat-qat artırılacaqdır. Onları mdə çox qiymətli bir mükafat zləyir! “3

Bə`ziləri ehtimal verirlər ki ayədəki, "gözəl borc" sözündən məqsəd, bəndələrə borc verib sonra onu almaqdır. Çünki, Allahın Özünün borca ehtiyacı yoxdur. Mö`min bəndələrin borca ehtiyacları vardır. Lakin, ayələrin ləhnindən mə`lum olur ki, "gözəl borc" sözündən məqsəd, "Allah yolunda xərc etmək" nəzərdə tutulur. Bununla belə bəndələrə borc vermək də böyük fəzilət sayılır.1

Qur`anın Bəqərə surəsində buyurur: "Allah yolunda (könül xoşluğu ilə halal maldan) yaxşı borc verən kimdir ki, Allah da onun mükafatını (əvəzini) qat-qat artırsın?! Allah (kimisini) sıxıntıya salar (ruzisini azaldar), (kimisinin də) ürəyini açar (bol ruzi verər). Siz (dünyada) rdüyünüz işlərin əvəzini almaq üçün Onun zuruna qaytarılacaqsınınız.”2

QUR`ANDA RİBA (SƏLƏMÇİLİK) HAQQINDA


Qeyd etdiyimiz kimi İslam dinində ən mühüm məsələlərdən biri də, borc vermək və ümumiyyətlə, sədəqə və Allah yolunda xərc etməklə yoxsullara kömək etməkdir. Borc verənin niyyəti yalnız, Allaha görə olmalıdır. Bu barədə, Qur`an ayələrini də zikr etdik. Bunun müqabilində Qur`an elə bir məsələni də açmışdır ki, bu gün əksər cəmiyyətlər ona mübtəla olmuşdur. Bəqərə surəsində oxuyuruq:

"Ey mö`minlər! Əgər doğurdanda iman tirmişsinizsə, Allahdan qorxub sələmdən qalan məbləğdən (faizdən) vaz keçin! Əgər belə etməsəniz, o zaman Allaha və Onun Peyğəmbərinə qarşı müharibəyə girişdiyinizi bilin! Yox, əgər tövbə etsəniz, səmayəniz (mayanız) sizindir. Beləliklə, nə siz zülm edərsiniz, nə də sizə zülm olunar." 3

Birinci ayədə deyilir: Sələm yemək, iman ruhu ilə yol getməz. İkinci ayədə sələm yemək, Allah və Peyğəmbəri ilə müharibə kimi ünvanlandırılıb. Əgər sələmçi bu işdən tövbə edərsə, onun barəsində ədalətlə hökm olunar. Yə`ni, əsl sərmayələri gəlirsiz olaraq onlara qaytarılar. Bu zaman nə səlmçi zalim olar, nə də borcluya zülm olunmuş olar. Həmin surədə başqa ayədə buyurur:

"Sələm (faizli borc verməklə) yeyənlər (qiyamət nü) qəbirlərindən ancaq Şeytan vurmuş (dəli) kimi qalxarlar. Bunların belə olmaları: "Alış-verişdə sələm kimi bir şeydir! ”- dedikləri ucundandır. Halbuki, Allah alış-verişi halal, sələm almağı isə haram etmişdir. İndi r kəs Rəbbi tərəfindən lən nəsiti qəbul etməklə (bu ə) son qoyarsa, keçmişdə aldığı (sələmlər) onundur. Onun işi Allaha aiddir. Amma (yenidən sələmçiliyə) qayıdanlar cəhənnəmlikdirlər və orada mişəlik qalacaqlar! Allah sələmi (sələmlə qazanılan malın bərəkətini) məhv edər, sədəqələri (sədəqəsi verilmiş malın bərəkətini) isə artırar. Allah kafir və nahkarı sevməz. “1

Ərəbcə "xətb" sözü, insanın öz müvazinətini saxlaya bilmədən yol getməsi və ya durmasına deyilir. Bu ayədə sələm yeyən divanə və yol gedə bilməyənə oxşadılıb. Görəsən bu sözdən məqsəd, sələm yeyənlərin cəmiyyətdəki yollarına işarədir ki, onların bu əməli dəlilikdir?Yə`ni, onlarda, həmdərdlik, köməklik, insani hisslər və dostluğun mə`nası yoxdur.

Yoxsa, ayədən məqsəd, qiyamətdə əməllərinin tə`sirindən dəlilər kimi qalxıb məşhur olmalarıdır? Əksər müfəssirlər ikinci ehtimalı qəbul edirlər. Çünki, insanın o dünyadakı vəziyəti, bu dünyadakı əməllrinin təcəssümüdür. Ehtimal da var ki, hər iki mə`na nəzərdə tutulsun.İmam Sadiq (əleyhissalam) hədislərin birindəbuyurur:

"Sələm yeyən dünyada bir növ dəlilik xəstəliyinə mübtəla olmayınca dünyadan getməz! “2

Bu məqamda belə bir sual qarşıya çıxır ki, dəlilik və divanəliyin qaynağı Şeytandandırmı? Yaxud, dəlilik bir çox tanınmış amillərin səbəbindən əmələ gəlmiş bir növ ruhi xəstəlikdir? Cavabında demək lazımdır: Bə`ziləri mö`təqiddirlər ki, ayədəki "Şeytan vurmuş" sözündən məqsəd, bir sıra ruhi xəstəliklərdən kinayədir. Bu cür ifadə, o vaxt ərəblər arasında çox işlədilirmiş. Lakin, çoxda uzaq nəzərə gələn deyil ki, Şeytan insana toxunmaqla, insanbir sıra hiss üzvlərini əldən versin və bunun da nəticəsində düzgün təfəkkür və məntiqi fikirləşmək qüdrəti insanda yox olsun!Hər halda bu ayədə, dünya və Axirətdəsələm yeyənlərin vəziyyəti bəyan olunur.



Yüklə 10,72 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin