Etika və psixologiya



Yüklə 61,55 Kb.
səhifə20/22
tarix01.01.2022
ölçüsü61,55 Kb.
#103275
1   ...   14   15   16   17   18   19   20   21   22
Temperament. Məlum olduğu kimi, insan dünyaya hazır şəxsiyyət kimigəlmir.O,tədricən şəxsiyyət kimi formalaşır.Lakin şəxsiyyət əvvəl onda psixikanın fərdi psixoloji xüsusiyyətləri özünü göstərir.Psixikanın bu xüsusiyyətləri çox davamlı və sabit xüsusiyyət olub ,hər bir kəsdə müxtəlif olur.

Temperament xassələri də insana irsən xas olan davamlı psixi xassələrdən ibarətdir.Deməli,temperament dedikdə hər şeydən əvvəl,psixikanın dinamikasına ilk növbədə diqqət yetirmək lazımdır.İnsanın psixi fəaliyyətinin dinamikasını xarakterizə edən belə təbii xassələr temperamentin xassələridir.Temperamentin xassələri insanın digər psixi xüsusiyyətlərinə nisbətən daha davamlı və sabitdir.”Temperament” sözünün latın dilindən hərfi tərcüməsi “hislərin lazımi qarşılıqlı nisbəti”deməkdir.Qədim yunan həkimi Hippokrat( b.e.v-ıv əsrlər) temperament haqqında təlimi elmə gətirmişdir.O, temperament dedikdə, həm insanın fərdi anatomik-fizioloji,həm də psixoloji xüsusiyyətlərini nəzərdə tutmuşdur.Temperamentin dörd tipi- s a n q v i n i k , x o l e r i k ,f l e q m t i k və m e l a n x o l i k vardır.

Temperamentin əsasını sinir sisteminin irsi cəhətdən şərtlənən tipi təşkil etdiyi üçün ,temperament tipinin əmələ gəlməsində də irsiyyət əsas rol oynayır.Psixoloqlar bu baxımdan maraqlı qanunauyğunluq müəyyən etmişlər: Onlar istehsalatda yüksək nəticə əldə edən işçilərlə adi işçiləri psixoloji baxımdan müqyisə etmişlər.

Məlum olmuşdur ki,fleqmatik və saqvinik tipli toxucu qadınlar eyni əmək şəraitində müxtəlif iştaktikasından istifadə edirlər. Məsələn,sanqviniklər qəza hallarını iş gedişində sap qırılan kimi dərhal aradan qaldırır,fleqmatiklər qəza hallarını tez aradan qaldıra bilmirlər.Sanqviniklər- zirək,fleqmatiklər –sakit, xoleriklər-coşqun, melanxoliklər –zəif tiplərdir.

Temperament fəaliyyətin səmərəsini deyil ,ancaq fərdi üslubunu müəyyən edir.Bu şəraitdə bir temperament tipində ,məsələn,fleqmatikdə məhz onun üçün səmərəli olan müəyyən bir üsul aktuallaşır.Seçilmiş üsullar fəaliyyətin obyektiv tələbləri ilə uzlaşdıqca onlar daha da dəqiqləşdirilir,yeni üsullardan istifadə olunma başlanılır. Tədricən insan üçün tipik olan və onu fərdiyyət kimi xarakteizə edən müəyyən bir sistem əmələ gəlir.


Yüklə 61,55 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin