Etika və psixologiya



Yüklə 61,55 Kb.
səhifə18/22
tarix01.01.2022
ölçüsü61,55 Kb.
#103275
1   ...   14   15   16   17   18   19   20   21   22
Hafizə. Mürəkkəb idrak prosesi olan hafizədə xarici aləmin rəngarəng cisim və hadisələri əks olunur.İlk növbədə bizə təsir edən cisimlərdən nəyin yadda saxlanılmasına görə hafizənin növləri ayırd edilir.Yəni hafizənin obyektinə görə :surət,hiss,hərəkət,sözlü-məntiqi, hafizə növləri fərqləndirilir.

S u r ə t h a f i z ə s i gerçəkliyin cisim və hadisələrinin keçmişdə qavramış olduğumuz surətlərin yadda saxlanıl ması,hifz edilməsi və yada salınmasından ibarətdir.Cismin sensor səviyyədə inikası görmə,eşitmə, lamisə və s.vasitəsilə olduğundan surət hafizəsinin də məzmununu görmə ,eşitmə, lamisə və s.təsəvvürləritəşkil edir.

Surət hafizəsinin təşəkkülü və təzahür xüsusiyyətləri müxtəlifdir.Onun nisbətən bəsit və ilkin forması ardıcıl surətlərdir.Bunlar həm görmə ,həm də eşitmə sahəsində təzahür edir. Ardıcıl surətlər qısamüddətli sensor hafizənin ən sadə formasıdır.

Surət hafizəsinin bir halı kimi əyani surətləri qeyd etmək olar.Surət hafizəsinin daha mürəkkəb növü təsəvvür surətləridir.Bunlar keçmiş qavrayış materialları əsasında əmələ gəlir.Məsələn,ağac,bina,insan,maşın təsəvvürünə malik olmaq o deməkdir ki,biz keçmiş təcrübəmizdə onları qavramışıq,onların beynimizdə izləri qalıb.Deməli ,keçmiş qavrayış materialı olmadan təsəvvür surətləri yarana bilməz. Anadan kor doğulmuş adamda rəng,kar doğulmuşlarda səs təsəvvürləri olmur.

H ə r ə k ə t hafizəsi ,müxtəlif hərəkətlərin və onların yadda saxlanması ,hifz olunması və yada salınmasıdır. Hərəki hafizə demək olar ki,bütün adamlarda var. Lakin ayrı-ayrı adamlarda müxtəlif şəkildə təzahür edir.Hafizənin bu növü digər növlərə nisbətən tez inkişaf edir.

E m o s i o n a l hafizə keçirdiyimiz hislərin yadda saxlanması və yada salınmasıdır.Belə ki,insanın keçmiş olduğu müsbət və mənfi hislər izsizitib getmir,onun hafizəsində bu və digər dərəcədə həkk olunur,sonradan yada salınır.Bu halda insan ya sevinir, ya kədərlənir, ya utanır, ya da həyəcanlanır.Hafizənin bu növü insan şəxsiyyətinin formalaşmasında mühüm rol oynayır.

S ö z l ü – m ə n t i q l i hafizə fikirlərin,anlayışların ,yadda saxlanması,hifz edilməsi, yada salınmasından ibarətdir.Fikirlər,mülahizələr dil materiallarında maddiləşir.Sözlü-məntiqi hafizə yalnız insanlara məxsusdur.

Hafizənin q e y r i – i x t i y r i və i x t i y a r i növləri yaddasaxlama və yadasalmanın məqsəd və üsullarından ,onuniradi surətdə tənzim edilməsindən asılı olaraq fərqləndirilir.Əgər bu və ya digər materialın yadda saxlanması üçün qarşıya məqsəd qoyulmursa ,onlar öz-özünə heç bir iradi cəhd göstərilmədən yadda qalırsa ,bu qeyri-ixtiyari hafizə adlanır.

Əgər insan qarşısına xüsusi bir məqsəd qoyursa,lazım olan materialı yadda saxlamaq üçün iradi səy göstərir,xüsusi üsul və qaydalardan istifadə edirsə ,hafizə i x t i y a r i səciyyə daşıyır.

İndicə hiss üzvlərimizin verdiyi məlumatı operativ surətdə tutmağa ,dəyişdirməyə və canlandırmağa q i s a m ü d d ə t l i hafizə deyilir.

Müəyyən fəaliyyət aktının yerinə yetirilməsi üçün zəruri olan hər hansı məlumatın müəyyən müddət yadda saxlanmasına o p e r a t i v hafizə deyilir.

U z u n m ü d d ə t l i hafizə isə qavranılan materialın uzun müddət və möhkəm yadda saxlanmasıilə xarakteizə olunur. Yəni məlumatların uzun müddət qorunması uzunmüddətli hafizənin məzmununu təşkil edir.





Yüklə 61,55 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin