Hislər.Temperament.
Hislər.Hislər qüvvə ,davamlılıq və sürətə görə müxtəlif növlərə ayrılır.Bunlarə insanın emosional haəti də adlandırırlar.Müasir psixologiyada insanın emosional halətlərinin öyrənilməsinə xüsusilə böyük əhəmiyyət verilir.İnsanda əmələ gələn,hətta bəzən həftələrlə davam edən emosional halətlər təkcə onun əmək məhsuldarlığına deyil, həm də psixi sağlamlığına mühüm təsir göstərir.Onlardan bəziləri ilə tanış olaq.
Əhval—çox zəif cərəyan edən emosional halətdir.Məsələn,insan qəmgin, şad, əzgin, gümrah, qüssəli və s. halda ola bilər.Əhvallar xeyli müddət:həftələrlə,aylarla davam edə bilər.
Affektlər—coşqun surətdə əmələ gəlib kəskin xarici ifadəyə malik olan azmüddətli, lakin qüvvətlə cərəyan edən hislərdir.Qeyz, dəhşət, həddən artıq şadlıq, kədər,qəzəb və s. affektə misal ola bilər.Affekt halından yaxa qurtarmaq üçün onun nəticəsini göz önünə gətirmək, onu dərk etmək zəruridir.
Ehtiras—qüvvətli, uzunmüddətli və dərin hisdir.Ehtiras insanın şüurunun , daxili qüvvələrinin cəmləşməsində ,müəyyən vahid məqsədə yönəlməsində öz əksini tapır.Bu zaman hislər iradi cəhd ilə birləşərək adamı müəyyən çətinlikləri aradan qaldırmağa təhrik edir.
Stress—insanın gözlənilməz gərgin şəraitlə rastlaşarkən keçirdiyi emosional halətdir.Yəni qəflətən təhlükəli vəziyyətdə və ya mürəkkəb şəraitdə təcili surətdə müstəqil qərar qəbul etmək ,hərəkət etmək lazım olarkən insanda özünü büruzə verən halətdir.Stress vəziyyətində adamlar çox vaxt ətraf cisimləri belə düzgün qavramırlar,hafizələri dolaşır,diqqətlərini başqa obyektə keçirə bilmirlər,gözlənilməz qıcıqlayıcılara qeyri-adekvat reaksiyalar verirlər.
Frustrasiya---insanın öz məqsədinə çatmasına maneçilik real və ya xəyali maneələrlə rastlaşdığı zaman düşdüyü psixi vəziyyətdir.Bu emosional halətin mahiyyətini başa düşmək üçün ,hər şeydən əvvəl, maneənin xarakterinə, onun insan üçün şəxsi mənasına diqqət yetirmək lazımdır.
Ali hislər cəmiyyətin üzvü kimi insanın yüksək dərəcədə inkişafının məhsulu olub,məzmunca ən zəngin hisərdir.Buraya əxlaqi,zehni və estetik hislər daxildir.
Əxlaqi hislər müəyyən cəmiyyət miqyasında mövcud olan əxlaq normalarına bəslənən subyektiv münasibətlərlə bağlıdır.
Estetik hislər təbiətin,incəsənət əsərlərinin gözəlliyini qavramaq ,dərk etməklə əlaqədardır.
Zehni hislər insanın idrak fəaliyyəti ilə əlaqədar olan ,onu ətraf aləmi daha dərindən və ətraflı dərk etməyə yönəldən mürəkkəb hislərdir.Hər hansı məsələni həll etmək üçün insan düşündükdə ,onda bir sıra zehni hislər əmələ gəlir.
Dostları ilə paylaş: |