Peşə etikası
Peşə etikası insanların peşə fəaliyyəti ilə əlaqədar aralarındakı münasibətlərin mənəvi xarakterini təmin edən davranış kodeksidir.Bir çox əxlaq normalarının ümumbəşəri xarakter daşımasına baxmayaraq,müxtəlif peşələrlə əlaqədar fəaliyyət növlərinin də özünəməxsus davranış normaları var.
Hai-hazırda mövcud olan peşələrin sayı 40 minə yaxındır.Bunlardan daha qədim tarixə malik olanlar həkim və müəllimlik peşələridir.Həkimlik etikası anlayışı e.ə.VI-V əsrlərdən yaranmağa başlayaraq XIX-XX əsrlərədək həkimlik əxlaqı anlayışı ilə sinonim kimi işlənirdi.Bu anlayış tibb işçilərinin gündəlik fəaliyyəti davranış və hərəkətlərindəki mənəvi dəyərlərini bildirir.Həkimin davranış normalarının nisbətən sistemləşdirilmiş variantı e.ə.vııı-vı əsrlərdə Qədim Hind həkimlərinin təlimlərində verilib.Bu yazılardan məlum olur ki,həkimlər xeyirxah olmalı,xəstəyə ürəyi yanmalı,özünü itirməməli,təmkinli,dözümlü olub xəstəyə atalıq etməli,sağalmağa doğru gedənləri qorumalı,sağlamların dostu olmalı,hamının sağalmasına ümid verməldirlər.Qədim Hind həkimlik etikasnın başlıca tələbləri bu gün də maraq doğurur:təcrübə vaxtı uğur qazanmaq istəyən həkim sağlam,dözümlü,təvazökar,xoşagəlimli olmalı,qıs saqqal saxlamalı,dırnaqları səliqə ilə tutulmuş və təmizlənmiş,geyimi ağ vəətirli olmalı,evdən çıxarkən çəlik və çətir götürməlidir.Həkimin nitqi asta,xoşagələn və ümidverici olmalıdır.Daim xeyirxahlığa və müdrikliyə can atmalıdır.Qədim yunan həkimi Hippokratın məşhur “Andı”ndakıvəsiyyətləri bütün dövrlərdə populyar olub.
Həkimlik etikasına həkimlik sirri də daxildir.Bu 2 cür olr:1)xəstə haqqında xəstənin özündən alınan və ya müalicə prosesində üzə çıxan və gizli qalmalı olan məlumatlar 2)xəstə haqqında o gizli məlumat ki,onu xəstənin özünə qətiyyən demək olmaz.
Pedaqoji etika da humanist aspektlərlə zəngindir.Hələ qədim dövrdə müəllimdən savadlı olmaq,uşaqları sevmək,təmkinli olmağı bacarmaq,nə tərifi,nə də cəzanı asanlıqla “paylamamaq”,şagirdlərə qarşı diqqətli olmaq ,onlara dərsi vicdanla öyrətmək,öz əxlaqına nəzarət etmək,sərxoşluq etməmək tələb olunurdu.
Pedaqoji etika yalnız müəllim-şagird münasibətlərini deyil,həm də müəllim-müəllim,müəllim -cəmiyyət,müəllim –dövlət,müəllim –valideyn münasibətlərini öyrənir.Buna görə də müəllimin nəzakətli,öz yerini bilən,gözəl nitq mədəniyyətinə malik olan,öz fikrini aydın ifadə etməyi bacaran olması vacibdir.Müəllim fənnini yaxşı bilməklə yanaşı,həmçinin onu yaxşı başa salmağı da bacarmalıdır.
Beləliklə,peşə əxlaqının əsas anlayış və prinsipləri onun özəyini təşkil edir.Bu da müxtəlif həyat şəraitlərində yeni məzmunla zənginləşir.
Dostları ilə paylaş: |