##Fakültə: Fizika və texnologiya ##Kafedra: Texnologiya və onun tədrisi metodikası


##num= 3// level= 1// sumtest=40 // name= İxtiralar, kəşflər və səmərələşdirici təkliflər //



Yüklə 0,74 Mb.
səhifə3/8
tarix13.12.2018
ölçüsü0,74 Mb.
#85929
1   2   3   4   5   6   7   8

##num= 3// level= 1// sumtest=40 // name= İxtiralar, kəşflər və səmərələşdirici təkliflər //


1. Elmi kəşf nədir?

A) Təbiət haqqında biliklərdir

B) Təbiət və cəmiyyət haqda elmi biliklər sahəsində əldə edilmiş yeni nailiyyətdir

C) Yaradıcılığın ilkin pilləsidir

D) Texniki yaradıcılığın ilkin pilləsidir

E) Cəmiyyət haqqında biliklərdir

2. İxtira nədir?

A) Yaradıcılığın yeni pilləsidir.

B) Texnikanı yüksəltməklə məsələnin yeni həllidir.

C) Sözün geniş mənasında texnikanın mövcud səviyyəsini yüksəltməklə məsələnin yeni texniki həllidir.

D) Texniki yaradıcılığın ilkin pilləsidir.

E) Əmək şəraitinin yüksək pilləsidir

3. Kəşfin tərifi necədir?

A) əvvələr məlum olmayan, lakin maddi aləmdə obyektiv mövcud olan və bilik səviyyəsinə köklü dəyişikliklər gətirən qanunauyğunluqların, xassələrin və hadisələrin müəyyən edilməsidir

B) əvvələr məlum olan hadisələrin şərh edilməsidir

C) maddi aləmdə obyektiv mövcud olan və bilik səviyyəsinə köklü dəyişikliklər gətirən qanunauyğunluqların, xassələrin və hadisələrin müəyyən edilməsidir

D) maddi aləmdə obyektiv və subyektiv mövcud olan və bilik səviyyəsinə köklü dəyişikliklər gətirən qanunauyğunluqların, xassələrin və hadisələrin müəyyən edilməsidir

E) mövcud olan eləcə də köklü dəyişikliklər gətirən qanunauyğunluqların, xassələrin və hadisələrin müəyyən edilməsidir

4. Kəşflərin qeydiyyatını kim həyata keçirir?

A) Təhsil Nairliyi

B) Ali Attestasiya Komitəsi

C) Kəşflərin qeydiyyatını mərkəzləşdirilmiş və sistemləşdirilmiş qaydada ixtiralar və kəşflər komitəsi həyata keçirilir

D) Milli Elmlər Akademiyası

E) Nazirlər Komitəsi

5. Təklifi ixtira kimi tanımaq üçün nə lazımdır?

A) onun sənədləşdirilməsi lazımdır

B) onun 2 dəfə təkrar olunması lazımdır

C) onun elmi nəzəri qanunauyğunluqlara əsaslanması lazımdır

D)onun dəfələrlə yenidən təkrar edilməsi imkanı olmalıdır

E) elmin və texnikanın inkişafına təkan verməsi lazımdır

6. Elmi kəşf elmin, texnikanın inkişafına necə təsir göstərir?

A) Elmin, texnikanın inkişafına yeni istiqamət verir və ictimai istehsalı kökündən dəyişir

B) İstehsalatın yeni avadanlıqlarla təmin edilməsinə kömək edir

C) Elmin, texnikanın inkişafını sürətləndirir

D) Elm sahəsində yeni kadrların hazırlığına kömək edər

E) Müəyyən sahələrin inkişaf etməsinə səbəb olur

7. Səmərələşdiricilik nəyə xidmət edir?

A) cəmiyyəti yüksək ixtisaslı kadrlarla təmin etmək

B) əmək şəraitinin yaxşılaşdırılmasına, istehsalın yüksəldilməsinə

C) yeni maşınların yaradılmasına

D) elmi müddəaların təcrübəyə tətbiqinə

E) iş rejiminin kökündən dəyişdirilməsinə

8. Texniki yaradıcılıq bir fəaliyyət növü kimi nələrdən təşkil olunmuşdur?

A) iş alətində və köklü dəyişiklik edilməsindən

B) əmək şəraitinin yaxşılaşdırılmasından

C) səmərələşdiricilik və ixtiraçılıqdan

D) iş rejiminin təkmilləşdirilməsindən

E) texnoloji proseslərin təkmilləşdirilməsindən

9. İlk kassa aparatı kim tərəfindən yaradılmışdır?

A) filosof tərəfindən

B) riyaziyyatçı tərəfindən

C) fizik tərəfindən

D) tacir tərəfindən

E) müəllim tərəfindən

10. İlk qabyuyan maşın kim tərəfindən kəşf edilib?

A) müəllim tərəfindən

B) riyaziyyatçı tərəfindən

C) fizik tərəfindən

D) filosof tərəfindən

E) varlı evdar qadın tərəfindən

11. Pambıq harada kəşf edilib?

A) Hindistan

B) Azərbaycan

C) Braziliya

D) Afrika

E) Əlcəzair

12. Baramadan ipək hazırlamağın yolunu kim tapıb?

A) Braziliyalılar

B) Azərbaycanlılar

C) Çinlilər

D) Afrikalılar

E) Ruslar

13. İlk metal pullar nə vaxt və harada hazırlanmışdır?

A) XIX əsrdə, Amerikada

B) VI əsrdə, Hindistanda

C) IX əsrdə, Çində

D) VIII əsrdə, Lidiyada və Midiyada

E) XVIII əsrdə, Almaniyada

14. Kağız pullar dövlət səviyyəsində ilk dəfə harada tətbiq edilmişdir?

A) Almaniyada

B) Hindistanda

C) Rusiyada

D) Amerikada

E) Çində

15. İlk eynək nə vaxt və kim tərəfindən ixtira olunmuşdur?

1 - 1280

2 - 1380

3 - 1400

4 - Salvinio delli Armati

5 - Koçrane

6 - Ceyms Ritti

A) 1, 5

B) 2, 5

C) 3, 6

D) 2, 6

E) 1, 4

16. İlk eynək nə vaxt və harada ixtira olunmuşdur?

1 - 1280

2 - 1380

3 - 1400

4 - İtaliya

5 - ABŞ

6 - Fransa

A) 2, 6

B) 2, 4

C) 3, 6

D) 1, 4

E) 1, 5

17. Kompas nə vaxt və harada ixtira olunmuşdur?

1 - XI əsr

2 - XV əsr

3 - XVII əsr

4 - İtaliya

5 - Çin

6 - Fransa

A) 2, 6

B) 2, 4

C) 3, 6

D) 1, 5

E) 1, 4

18. Kompas nə vaxt və kim tərəfindən ixtira olunmuşdur?

1 - XV əsr

2 - XI əsr

3 - XVII əsr

4 - Salvinio delli Armati

5 - Çen Qua

A) 2, 5

B) 2, 4

C) 3, 5

D) 2, 6

E) 1, 5

19. Kağız harada və kim tərəfindən ixtira olunmuşdur?

1 - Rusiya

2 - Çin

3 - Koreya

4 - Tsay Lun

5 - Lomonosov

6 - İvanov

A) 2, 4

B) 3, 4

C) 1, 5

D) 1, 6

E) 2, 5

20. İlk qabyuyan maşın kim tərəfindən və nə vaxt yaradılmışdır?

1 - Ceyms Ritti

2 - Koçrane

3 - Nyuton

4 - 1893

5 - 1777

6 - 1900

A) 1, 5

B) 2, 5

C) 3, 6

D) 2, 6

E) 2, 4

21. İlk kassa aparatı kim tərəfindən və nə vaxt yaradılmışdır?

1 - Eyler

2 - Platon

3 - Ceyms Ritti

4 - Arximed

5 - 1879

6 - 1777

7 - 1800

A) 2, 4

B) 3, 5

C) 1, 7

D) 2, 6

E) 3, 7

22. Texniki yaradıcılığın əsasını nə təşkil edir?

1 - səmərələşdiricilik

2 - müstəqil işləmək

3 - ixtiraçılıq

4 - fəallıq

5 - düşünmək qabiliyəti

A) 3, 5

B) 2, 4

C) 1, 3

D) 4, 5

E) 1, 4

23. Elmi kəşf elmin texnikanın inkişafına necə təsir göstərir?

1 - elm sahəsində kadr potensialını artırır

2 - elmin texnikanın inkişafına yeni istiqamət verir

3 - ictimai istehsalı kökündən dəyişir

4 - istehsalatda avadanlıqlarda dəyişiklik edir

A) 1, 3

B) 3, 4

C) 1, 2

D) 2, 3

E) 2, 4

24. İxtiraçılıq nəyə yenilik gətirir?

1 - əməyin şəraitinə

2 - əmək prosesinə

3 - əmək haqqına

4 - əmək növünə

5 - əməyin nəticəsinə

A) 2, 4, 5

B) 2, 3, 4

C) 1, 2, 3

D) 3, 4, 5

E) 1, 2, 5

25. Müşahidə planına nələr daxil edilə bilər?

1 - iş yerində əmək şəraiti

2 - iş bacarığı

3 - iş yerinin planı

4 - işin nəticəsi

5 - alət, tərtibat və pəstahların yerləşdirilməsi

A) 1, 3, 5

B) 2, 3, 4

C) 3, 4, 5

D) 1, 2, 3

E) 2, 3, 5

26. İstehsalat əməyinin səviyyəsinə təsir edən amilər hansıdır?

1 - məhsulun qəbulu

2 - vaxt itkisi

3 - köməkçi proseslər

4 - sənədləşdirmə

A) 3, 4

B) 1, 2

C) 2, 3

D) 2, 4

E) 1, 3

27. Kitab çapının yaranmasının xronoloji ardıcıllığı hansıdır?

1 - Koreya

2 - Rusiya

3 - Almaniya

A) 2, 3, 1

B) 1, 3, 2

C) 1, 2, 3

D) 2, 1, 3

E) 3, 1, 2

28. Edisonun ixtiralarını ardıcıllıqla sayın.

1 - dünyada ilk elektrik dəmir yolu

2 - Ladıginin yaratdığı elektrik lampasının təkmilləşdirilməsi

3 - səsvermədə səsləri hesablamaq üçün avtomat sayğac

4 - teleqraf aparatı

5 - səsyazan və onu oxudan aparat

A) 5, 3, 4, 2, 1

B) 4, 3, 5, 1, 2

C) 3, 5, 2, 1, 4

D) 1, 2, 5, 4, 3

E) 1, 2, 3, 4, 5

29. Aşağıdakı ixtiraları xronoloji ardıcıllıqla düzməli

1 - Amerikada Rayt qardaşlarının daxili yanma mühərrikli uçuş aparatı ilə uçuşu

2 - Alman mexaniki Karl Bentsinin üççarxlı arabaya mühərrik qoyması

3 - Fransız ixtiraçısı Popen tərəfindən ilk buxar qazanının təklifi

A) 1, 2, 3

B) 2, 3, 1

C) 3, 2, 1

D) 1, 3, 2

E) 3, 1, 2

30. Dünyaya mühüm təsiri olan ixtiraların xronoloji ardıcıllığını düzməli?

1 - Mendeleyev cədvəli

2 - dəmirin əridilməsi

3 - tranzistorların kəşfi

4 - avtomobilin yaranması

5 - təyyarənin kəşfi,

6 - televizorun kəşfi

A) 1, 2, 3, 4

B) 2, 3, 4, 5

C) 2, 3, 5, 6

D) 1, 3, 5, 6

E) 3, 4, 5, 6

31. Texniki yaradıcılığın əsas təzahür formalarına uyğun ifadələri seçin.

I Səmərələşdiricilik

II İxtiraçılıq

1 - yaradıcılığın ilkin pilləsidir

2 - o iş alətində və iş rejimində köklü dəyişiklik etmədən onların təkmilləşdirilməsi yolu ilə istehsalı yüksəldir

3 - yaradıcılığın yüksək pilləsidir

4 - əmək şəraitinə, prosesinə, nəticəsinə yenilik gətirir

A) I - 1, 4; II - 2, 3

B) I - 1, 3; II - 2, 4

C) I - 2, 4; II - 1, 3

D) I - 1, 2; II - 3, 4

E) I - 2, 3; II - 1, 4

32. Tədqiqatlara əsasən əmək məhsuldarlığının artımına uyğun ifadələr hansıdır?

I - Otağın pəncərələri təmiz olduqda və gün işığı düşdükdə

II - Lampaların düzgün yerləşdirdikdə

III - Otağın rəngi düzgün seçildikdə

1 - 10÷30 %

2 - 2÷4 %

3 - 5÷15 %

A) I - 3; II - 1; III - 2

B) I - 2; II - 3; III - 1

C) I - 1; II - 3; III - 2

D) I - 2; II - 1; III - 3

E) I - 3; II - 2; III - 1

33. Göstərilənlərə uyğun olaraq düzgün variantı seç.

I - Kəşf

II - Elmi kəşf

1 - elmin texnikanın inkişafına yeni istiqamət verir

2 - ictimai istehsalı kökündən dəyişir

3 - əvvəllər məlum olmur lakin maddı aləmdə obyektiv mövcuddur

4 - yaradıcı texniki məsələlərin elmi əsaslarla həllidir

A) I - 2, 4; II - 1, 3

B) I - 3, 4; II - 1, 2

C) I - 1, 3; II - 2, 4

D) I - 2, 3; II - 1, 4

E) I - 1, 4; II - 2, 3

34. Düzgün uyğunluğu seçin

I - İxtira

II - Təklif

1 - texnikanın mövcud səviyyəsini yüksəltməklə məsələnin yeni texniki həllidir

2 - o mühüm yeniliyi ilə fərqlənməli, əməli xarakter daşımalıdır

3 - onun tanınması üçün dəfələrlə yenidən təkrar edilməsi imkanı olmalıdır

4 - ölkənin mövcud qanunvericiliyinə uyğun mühafizə etdiyi texniki nəticədir

A) I - 3, 4; II - 1, 2

B) I - 2, 3; II - 1, 4

C) I - 1, 4; II - 2, 3

D) I - 1, 2; II - 3, 4

E) I - 2, 4; II - 1, 3

35. İxtiraçılara uyğun ifadələr hansılardır?

I - Edison

II - Arximed

1 - Sirakuza şahının tacındakı qızılın miqdarını tapmışdır

2 - tarlaların suvarılması üçün hidrotexniki qurğuların vintini icad etmişdir

3 - qələvi akkumlyatoru ixtira etmişdir

4 - elektirik açarını , elektirik enerjisi sayğacını yaratmışdır

A) I - 3, 4; II - 1, 2

B) I - 2, 3; II - 1, 4

C) I - 1, 4; II - 2, 3

D) I - 2, 4; II - 1, 3

E) I - 1, 3; II - 2, 4

36. İxtiralar kim tərəfindən edilmişdir?

I - Səs yazan və oxudan aparat

II - Teleskopun ixtirası

III - Kitab çapı

1 - Qutenberq

2 - Kopernik

3 - Qaliley

4 - Edison

5 - Fulton

A) I - 2; II - 3; III - 4

B) I - 3; II - 2; III - 4

C) I - 2; II - 5; III - 1

D) I - 5; II - 4; III - 2

E) I - 4; II - 3; III - 1

37. Aşağıdakıların hansı ixtiraçıya uyğun gəldiyini göstərin

I - Ümümdünya cazibə qanunu

II - Aerodinamikanın banisi

III - Elektrikin Nyutonu

1 - Jukoviski

2 - Maksvel

3 - Ersted

4 - Nyuton

5 - Amper

A) I - 1; II - 5; III - 3

B) I - 5; II - 4; III - 2

C) I - 3; II - 1; III - 4

D) I - 2; II - 3; III - 1

E) I - 4; II - 1; III - 5

38. Hərəkətli şəkillər (video) ixtiraçısı, I - səhv bilinən ixtiraçı kimdir və II - əsil ixtiraçı kimdir?

1 - Lois Le Prins

2 - Tomas Edison

3 - Edison

4 - Dikson

5 - Cozef

A) I - 2; II - 1

B) I - 3; II - 4

C) I - 3; II - 2

D) I - 2; II - 3

E) I - 1; II - 5

39. İnternetin ixtiraçısı haqqında I - əsil ixtiraçı kimdir və II - səhv bilinən ixtiraçı kimdir?

1 - Al Gore

2 - Vinton Cerf, Laurens Roberts, Leonard Kleinrok və Robert Kahn

3 - Lois Le Prins, Tomas Edison

4 - Edison, Alfons

5 - Sarah Vitley, Cozef Vitley və Harriet Hartley

A) I - 3; II - 4

B) I - 2; II - 1

C) I - 3; II - 2

D) I - 2; II - 3

E) I - 1; II - 5

40. Texniki yaradıcılığın əsas təzahür formalarına uyğun ifadələri seçin.

I - Səmərələşdiricilik

II - İxtiraçılıq

1 - yaradıcılığın yüksək pilləsidir

2 - o iş alətində və iş rejimində köklü dəyişiklik etmədən onların təkmilləşdirilməsi yolu ilə istehsalı yüksəldir

3 - yaradıcılığın ilkin pilləsidir

4 - əmək şəraitinə, prosesinə, nəticəsinə yenilik gətirir

A) I - 1, 4; II - 2, 3

B) I - 1, 3; II - 2, 4

C) I - 2, 4; II - 1, 3

D) I - 2, 3; II - 1, 4

E) I - 3, 4; II - 1, 2

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin