##num= 6// level= 1// sumtest=40 // name= Konstruksiyaetmə və modelləşdirmə. Texniki yaradıcılığın inkişaf etdirilməsində konstruksiyaetmənin və modelləşdirmənin mövqeyi, məzmunu və öyrədilməsi ardıcı
səhifə 6/8 tarix 13.12.2018 ölçüsü 0,74 Mb. #85929
##num= 6// level= 1// sumtest=40 // name= Konstruksiyaetmə və modelləşdirmə. Texniki yaradıcılığın inkişaf etdirilməsində konstruksiyaetmənin və modelləşdirmənin mövqeyi , məzmunu və öyrədilməsi ardıcıllığı //
1. Konstruksiyaetmənin alqoritmi nə deməkdir?
A) məntiqi əməliyyatların sonsuz sayda ardıcıllığı
B) verilmiş məsələni həll etmək üçün ilkin verilənlərlə icra olunan hesabi və məntiqi əməliyyatların sonsuz sayda ardıcıllığı
C) verilmiş məsələni həll etmək üçün ilkin verilənlərlə icra olunan hesabi və məntiqi əməliyyatların sonlu sayda ardıcıllığı
D) məntiqi əməliyyatların sonlu sayda ardıcıllığı
E) hesabi əməliyyatların sonlu sayda ardıcıllığı
2. Modelləşdirmə və konstruksiyaetmədə hansı əsas tələblər gözlənilməlidir?
A) obyektlər şagirdlərin gücünə uyğun olmalıdır
B) ardıcıllıq gözlənilməli, tapşırıqlar sadədən başlayaraq tədricən mürəkkəbləşdirilərək yaradıcılıq səviyyəsinə çatdırılmalı
C) istənilən modelin qrafik təsviri çertyojların sadəliyinə əsaslanmalıdır
D) texniki rəsmin işlənilməsi zamanı rənglərdən istifadə edilməli
E) şagird fantaziyası əsas götürülərək obyektlərin yaradılmasına diqqət verilməlidir
3. Modelləşdirmədə əsas şərtlərə aid olmayan variant hansıdır?
A) şagirdlərin nitq mədəniyyəti inkişaf etdirilməli
B) şagirdlər əsas materialı başa düşməli və fikirləşməyi bacarmalı
C) sərbəst məsələlər qoyub həll etməli
D) obyektlər şagirdin yaş xüsusiyyətlərinə uyğun olmalı
E) obyektlər şagirdin texniki marağına uyğun gəlməli
4. Konstruksiyaetmədə əsas prinsiplər hansılardır?
1 - material , texnoloji və iqtisadi məhdudiyyətlər daxilində optimal həll yollarını tapmaq
2 - çertyoj çəkməyi bacarmaq
3 - məhsulun formasını və onun iqtisadi səmərəliliyini təyin etmək
4 - bir neçə tədqiqat metodunu tətbiq etmək
A) 3, 4
B) 1, 2
C) 2, 3
D) 1, 3
E) 1, 4
5. Hansılar modelləşdirmədə biliklərə yiyələnməyin əsas prinsipləri sayıla bilər.
1 - şagird qoyulmuş materialın mahiyyətini başa düşsün
2 - şagird çertyoj çəkməyi bacarsın
3 - materialı yaddaşa köçürsün
4 - biliklərini təcrübədə həyata keçirsin
5 - bir neçə tədqiqat metodunu tətbiq etsin
A) 1, 2, 3
B) 2, 3, 4
C) 3, 4, 5
D) 2, 4, 5
E) 1, 3, 4
6. Alqoritmin təsvir üsulları hansılardır?
1 - mətn şəklində,
2 - qrafik, yəni blok - sxem şəklində ,
3 - cədvəl şəklində,
4 - proqram yəni, alqoritmik dil şəklıində,
5 - analitik şəkildə,
6 - diskretlilik şəklıində
A) 1, 2, 4, 5
B) 2, 3, 4, 5
C) 1, 3, 4, 5
D) 1, 2, 3, 4
E) 2, 4, 5, 6
7. Alqoritmin müəyyənlik xassəsi nədir?
A) hər bir alqoritm müxtəlifqiymətli ola bilər
B) hər bir alqoritmin dəqiq, birqiymətli olmalıdır
C) hər bir alqoritm bu sinfə aid olan yalnız başlanğıc qiymətləri ilə fərqlənən bütün məsələlərin həllini təmin etməlidir
D) alqoritm sonlu sayda addımdan sonra başa çatmalıdır
E) nəticənin alınması zamana görə diskret yerinə yetirilir
8. Alqoritmin diskretlilik xassəsi nədir?
A)
B) hər bir alqoritmin dəqiq hər bir alqoritm bu sinfə aid olan yalnız başlanğıc qiymətləri ilə fərqlənən bütün məsələlərin həllini təmin etməlidir, birqiymətli olması tələb olunur
C) hər bir alqoritm məsələnin həll prosesini sadə addımların yerinə yetirilməsi ardıcıllığı şəklində ifadə edir və hər bir addımın yerinə yetirilməsi üçün sonlu zaman fasiləsi tələb olunur
D) alqoritm sonlu sayda addımdan sonra başa çatmalıdır
E) hər bir alqoritm müxtəlifqiymətli ola bilər
9. Alqoritmin nəticəlilik və sonluluq xassəsi nədir?
A) nəticənin alınması zamana görə diskret yerinə yetirilir.
B) hər bir alqoritm müxtəlifqiymətli ola bilər
C) hər bir alqoritm bu sinfə aid olan yalnız başlanğıc qiymətləri ilə fərqlənən bütün məsələlərin həllini təmin etməlidir
D) hər bir alqoritmin dəqiq, birqiymətli olması tələb olunur
E) al qoritm sonlu sayda addımdan sonra başa çatmalı və verilmiş məsələnin həlli tapılmalıdır
10. Modelləşdirmə obyektləri nəyə uyğun gəlməlidir?
1 - şagirdlərin yaş xüsusiyyətlərinə ,
2 - şagirdlərin sayına,
3 - sinfin tərkibinə,
4 - agirdlərin texniki marağına
A) 1, 4
B) 2, 3
C) 3, 4
D) 1, 3
E) 2, 4
11. Modelləşdirmənin yekun mərhələləri hansılardır?
1 - məmulatın bəzədilməsi
2 - çertyojun çəkilməsi
3 - məmulatın qurudulması
4 - məmulatın sınağı
A) 1, 2
B) 2, 3
C) 3, 4
D) 2, 4
E) 1, 4
12. Şagirdlər yaxşı biliyə və iş təcrübəsinə malik olduqda modelləşdirmənin mərhələlərinin ardıcıllığını sayın.
1 - işçi çertyojların hazırlanması
2 - iş planının tərtibi, materialın seçilməsi
3 - iş obyektinin təyini
A) 1, 2, 3
B) 2, 1, 3
C) 3, 1, 2
D) 2, 3, 1
E) 3, 2, 1
13. Modelləşdirmənin öyrədilməsi zamanı kiçik yaşlı məktəblilərə verilən biliklərin ardıcıllığı hansıdır?
1 - obyektin ümumi quruluşu izah edilir
2 - obyektin tətbiq sahəsi izah edilir
3 - əsas tarixi məlumat verilir
4 - qısa texniki arayış verilir
A) 3, 4, 1, 2
B) 4, 3, 2, 1
C) 2, 4, 1, 3
D) 1, 2, 3, 4
E) 3, 2, 4, 1
14. Modelləşdirmənin ardıcıllığını sayın.
1 - texniki qurğuların öyrənilməsi metodları
2 - həqiqi obyektlərin dərk edilməsi prosesi
3 - modellərin qurulması
4 - fikri və praktik fəaliyyət növü
A) 2, 4, 1, 3
B) 4, 3, 2, 1
C) 3, 2, 1, 4
D) 3, 4, 1, 2
E) 2, 3, 1, 4
15. Konstruksiyaetmə zamanı hansı konstruksiya hərtərəfli sayıla bilər?
A) işdə əyanilikdən istifadə edilərsə
B) iş ardıcıllığı texnoloji xəritəyə əsasən yerinə yetirilərsə
C) əvvəlcə obyektin fikri obrazı yaranır, sonra qrafik həllini tapır və nəhayət praktik həll yerinə yetirilərsə
D) çertyojlar ardıcıllıqla çəkilərsə
E) materiallar və alətlər düzgün seçilərsə
16. İlkin texnoloji bilik və bacarıqların formalaşması üçün əsas amil nədir?
A) texnika sahəsində yeniliklərə aid sərgilər keçirmək
B) şagirdləri texniki obyektlərlə tanış etmək
C) şagirdlərin texniki təfəkkürünü və konstruktorluq qabiliyyətini inkişaf etdirmək
D) əmək təlimi proqramını təkmilləşdirmək
E) maddi texniki bazanı yeniləşdirmək
17. Aşağı siniflərdə konstruksiyaetmənin öyrənilməsi zamanı hansı amillər ciddi səhvlərə səbəb olar?
A) şagirdlərin yazılı məlumatlara, çertyojlara məhəl qoymadan tez praktik işi yerinə yetirmək istəyi
B) modelin hissələrinin təyinatlarının öyrənilməsi
C) texnoloji xəritə tərtib edilərkən səhvlərə yol verilməsi
D) texnoloji xəritədə bəzi elementlərin verilməməsi
E) sərbəst konstruksiya etmə zamanı tapşırıqların müxtəlifliyi
18. Məlum konstruksiyaların texnoloji analizi nə üçün aparılır?
A) çatışmayan detalları konstruksiya etmək üçün
B) bu və ya başqa konstruktor tapşırıqlarının hazırlanmasının qənaətliliyinə nail olmaq üçün
C) tapşırıq və ya şəxsi fikir üzrə konstruksiya etmə üçün
D) tərtibatların analizi bacarıqlarını təkmilləşdirmək üçün
E) mürəkkəb çətin tapşırıqları yerinə yetirmək üçün
19. Texniki tapşırığın alınmasından sınağa qədər olan mərhələlər nəyi ifadə edir?
A) texniki konstruksiyaetmənin alqoritmini
B) texniki tapşırıqlara verilən tələbləri
C) şagirdlərin konstruksiyaetmə qabiliyyətlərini
D) konstruksiyanın bütün elementlərinin əsaslandırılmasını
E) praktiki işlərin yerinə yetirmə ardıcıllığını
20. Dərnək deyəndə nə başa düşülür?
A) obyektlər haqqında məlumat toplanan yer
B) üç nəfərin bir yerə toplaşıb məşğul olduğu qrup
C) elmi - tədqiqatların yerinə yetirildiyi məkan
D) müəyyən bir məşğələ üçün vaxtaşırı bir yerə toplaşıb məşğul olan adamlar qrupu
E) modelləşdimə ilə məşğul olmaq üçün auditoriya
21. Alqoritmin adı hansı ölkə ilə və kimin adıyla bağlıdır?
1 - Xarəzm (indiki Özbəkistan) ,
2 - Azərbaycan,
3 - Rusiya,
4 - Hindistan,
5 - Məhəmməd İbn Musa əl - Xarəzmi,
6 - N. Tusi,
7 - Mendeleyev
A) 2, 6
B) 3, 7
C) 1, 5
D) 4, 5
E) 2, 5
22. Konstruktorluq işi şagirdlərin hansı inkişafında əsas rol oynayır?
1 - fiziki
2 - əqli
3 - sağlamlıq
4 - mədəni
5 - estetik
A) 1, 2, 5
B) 3, 4, 5
C) 2, 3, 4
D) 1, 3, 4
E) 1, 2, 3
23. Konstruksiyaetmənin hansı üç növü eyni konstruksiyada olarsa konstruksiya hər tərəfli olar?
1 - sistematik
2 - fikri
3 - qrafik
4 - planlı
5 - praktik
A) 1, 2, 4
B) 3, 4, 5
C) 2, 3, 4
D) 1, 2, 3
E) 2, 3, 5
24. Konstruksiyaetmənin əsas hansı növləri var?
1 - bədii
2 - praktik
3 - texniki
4 - elmi
A) 1, 3
B) 2, 3
C) 3, 4
D) 2, 4
E) 1, 2
25. Konstruksiyaetmə sözünün mənası nədir?
1 - tərtib etmək
2 - qurmaq
3 - qəbul etmək
4 - cızmaq
A) 1, 3
B) 2, 3
C) 3, 4
D) 2, 4
E) 1, 2
26. Konstruksiyaetmənin növlərini göstərin
1 - yeni konstruksiyanın yaradılması,
2 - konstruksiyanın uyğunlaşdırılması,
3 - konstruksiya variantların yaradılması,
4 - konstruksiyanın prinsipinin dəyişdirilməsi,
5 - konstruksiyanın muhəndislik baxımından ifadə olunması
A) 1, 2, 3, 4
B) 2, 1, 4, 5
C) 4, 3, 2, 5
D) 3, 4, 1, 5
E) 1, 4, 3, 2
27. Texniki tapşırıqlar hansı növlərə bölünür
1 - konstruktorluq
2 - formalaşdırıcı
3 - istiqamət verici
4 - texnologiya
A) 1, 2
B) 2, 3
C) 3, 4
D) 1, 3
E) 1, 4
28. Alqoritmləşdirməkdən qabaq hansı addımlar yerinə yetirilməlidir?
1 - məsələnin riyazi qoyuluşu,
2 - riyazi model,
3 - həll metodu,
4 - nəticələrin sadalanması,
5 - ilkin verilənlərin məhdudiyyət şərtləri ödənməlidir
A) 1, 4, 5
B) 2, 3, 4
C) 3, 4, 5
D) 1, 2, 3
E) 2, 4, 5
29. Konstruksiyaetmənin həll ardıcıllığını göstərin.
1 - modelin fikri obrazı yaranır,
2 - qrafik həll,
3 - məmulatın hazırlanması, yəni konstruksiyanın praktik həlli yerinə yetirilir,
4 - nəzarət forması
A) 4, 3, 2
B) 2, 1, 4
C) 1, 2, 3
D) 3, 4, 1
E) 1, 4, 3
30. Konstruksiyaetmədə A. Əzimovun ifadə etdiyi həll ardıcıllığını göstərin.
1 - modelin fikri obrazını yaratmaq,
2 - konstruksiyaetmənin mumkunluyunun qiymətləndirilməsi,
3 - eskiz layihələndirilməsi,
4 - işci konstruksiyaetmə,
5 - işci layihələndirmə
A) 1, 4, 3, 5,
B) 2, 1, 4 3
C) 4, 3, 2, 5
D) 3, 4, 1, 2
E) 2, 3, 4, 5
31. Yuxarı siniflərdə konstruksiyaetmədə praktik işlərin qruplarını ardıcıllıqla göstərin.
1 - məlum konstruksiyaların texnoloji analizi
2 - müqayisəli analiz
3 - tapşırıq və şəxsi fikir üzrə konstruksiyaetmə
4 - çatışmayan detalların konstruksiya edilməsi ilə obyektlərin yaradılması
A) 1, 2, 4, 3
B) 2, 1, 4, 3
C) 4, 3, 2, 1
D) 3, 4, 1, 2
E) 1, 4, 3, 2
32. Məmulat konstruksiya edilərkən həll edilən məsələləri ardıcıllıqla göstərin.
1 - materalın və pəstahın seçilməsi
2 - məmulatda bəzək vurma üsulunun seçilməsi
3 - məmulatın daha münasib formasının seçilməsi
4 - detalların birləşdirmə üsulunun tərtibi
5 - ölçülərin təyini, çertiyojun tərtibi
6 - texnoloji prosesin və texnoloji xəritənin tərtibi
A) 2, 6, 4, 1, 3, 5
B) 4, 6, 5, 1, 2, 3
C) 6, 5, 3, 4, 2, 1
D) 5, 1, 3, 6, 2, 4
E) 3, 5, 6, 1, 4, 2
33. Texniki tapşırıqların cavab verdiyi tələbləri ardıcıllıqla sayın.
1 - texnologiya fənninin proqramına uyğun gəlməli
2 - həll bir neçə variantda olmalıdır
3 - politexnik istiqamətə malik olmalıdır
4 - problemlik və maraq elementlərinə malik olub şagirdlərin gücünə uyğun gəlməlidir
A) 3, 1, 4, 2
B) 4, 3, 2, 1
C) 2, 4, 1, 3
D) 1, 2, 3, 4
E) 3, 1, 2, 4
34. Aşağı siniflərdə konstruksiyaetmə zamanı birinci mərhələ hansı ardıcıllıqla izah edilir?
1 - modelin təyinatı başa salınır
2 - modelin hissələri göstərilir
3 - modelin konstruksiyası hissə - hissə izah edilir
4 - model nümayiş etdirilir
A) 1, 2, 3, 4
B) 3, 1, 4, 2
C) 2, 4, 1, 3
D) 4, 3, 2, 1
E) 3, 1, 2, 4
35. Yuxarı siniflərdə konstruksiyaetmə prosesinin ardıcıllığı hansıdır?
1 - detalların tədris emalatxanasında hazırlanmasının mümkünlüyü
2 - detalların formalarının təyini üzrə sərbəst fikri iş
3 - detalların mümkün uyğun təyinatı
A) 3, 1, 2
B) 2, 3, 1
C) 2, 1, 3
D) 1, 2, 3
E) 3, 2, 1
36. Aşağı siniflərdə konstruksiyaetmə mərhələlərinə uyğun ifadələr hansıdır?
I - Birinci mərhələ
II - İkinci mərhələ
1 - müəllim modeli texnoloji xəritə əsasında konstruksiya etməyi tapşırır
2 - müəllim modeli nümaiş etdirir
3 - modelin hissələrini göstərir və təyinatını başa salır
4 - şagirdə texnoloji xəritədə bəzi elementlər verilmir
A) I - 2, 3; II - 1, 4
B) I - 3, 4; II - 1, 2
C) I - 2, 4; II - 1, 3
D) I - 1, 2; II - 3, 4
E) I - 1, 3; II - 2, 4
37. Konstruksiyaetmənin mərhələlərinə uyğun ifadələr hansı variantdadır?
I - Birinci mərhələ
II - Üçüncü mərhələ
1 - şagirdlərə nümunələr, yazılı məlumatlar verilir
2 - modelin konstruksiyası hissə - hissə izah edilir
3 - sxemlər üzrə ayrı - ayrı qovşaqların sərbəst konstruksiya edilməsi üzrə tapşırıqlar verilir
4 - modelin təyinatı başa salınır
A) I - 2, 4; II - 1, 3
B) I - 1, 2; II - 3, 4
C) I - 2, 3; II - 1, 4
D) I - 1, 3; II - 2, 4
E) I - 3, 4; II - 1, 2
38. Yuxarı siniflərdə praktik işlərin qruplarına uyğun ifalələr hansıdır?
I - Birinci qrup
II - Üçüncü qrup
1 - bu qrup iş obyektlərinin, avadanlığını alət və tərtibatın seçilməsində mühüm rol oynayır
2 - bu qrup oxşatma, bənzətmə üsulu ilə konstruksiya etmədir
3 - burada eyni təyinatlı və müxtəlif quruluşlu konstruksiyalar seçilir
4 - burada bir ölçünün dəyişdirilməsi digər ölçülərin də dəyişməsinə səbəb olur
A) I - 2, 3; II - 1, 4
B) I - 1, 2; II - 3, 4
C) I - 1, 3; II - 2, 4
D) I - 3, 4; II - 1, 2
E) I - 2, 4; II - 1, 3
39. Konstruksiyaetmədə yuxarı siniflər üçün praktik işlərin qruplarına uyğun ifadələri seçin.
I - İkinci qrup
II - Dördüncü qrup
1 - bu qrup hissələrin sayı, hərəkətli birləşmələr, hazırlanmanın sadəliyi və s. ilə təyin edilir
2 - burada hazırlanma texnoloji şərtlərin öyrənilməsi, emalın ardıcıllığı və xüsusiyyətləri, eskizlərin işlənməsi və ölçülərin qoyulması ilə başlayır
3 - burada tətbiq nəticələri eyni olarsa hissələri və tərpənən birləşmələri az olan konstruksiya seçilir
4 - bu qrupda texnoloji baza təyin olunur
A) I - 1, 3; II - 2, 4
B) I - 3, 4; II - 1, 2
C) I - 2, 3; II - 1, 4
D) I - 1, 2; II - 3, 4
E) I - 2, 4; II - 1, 3
40. Konstruksiyaetməyə uyğun ifadələri seçin.
I - Konstruksiyaetmənin alqoritmi
II - Konstruksiyaetmə zamanı əsas məsələlər
1 - konstruksiyanın prinsipial həlli
2 - məmulatın daha münasib formasının seçilməsi
3 - texniki rəsmin tərtibi
4 - detalların birləşdirmə üsulunun təyini
A) I - 1, 2; II - 3, 4
B) I - 3, 4; II - 1, 2
C) I - 2, 4; II - 1, 3
D) I - 1, 3; II - 2, 4
E) I - 2, 3; II - 1, 4
Dostları ilə paylaş: