|
##num= 11// level= 1// sumtest=16 // name= Azərbaycan XVI əsrin sonu – XVII əsrin əvvəllərində //
|
səhifə | 11/27 | tarix | 12.08.2018 | ölçüsü | 0,69 Mb. | | #70454 |
| ##num= 11// level= 1// sumtest=16 // name= Azərbaycan XVI əsrin sonu – XVII əsrin əvvəllərində //
1. Səfəvi dövlətinin ərazisi inzibati cəhətdən bölünürdü:
A) Əmirlik – qəza - məntəqə
B) Vilayət – mahal - məntəqə
C) Mərzibanlıq – məntəqə - kənd
D) Satraplıq – mahal - kənd
E) Bəylərbəyilik – mahal - kənd
2. Şirvanşah I Axsitan, Atabəy Məhəmməd Cahan Pəhləvan və Səfəvi şahı I Təhmasib - bunları birləşdirən ümumi cəhət:
A) Paytaxt şəhərlərini dəyişmələri
B) Azərbaycan torpaqlarını vahid dövlət halında birləşdirmələri
C) Xarici hücumlara qarşı “yandırılmış torpaq” taktikasından istifadə etmələri
D) Saray çevrilişi nəticəsində hakimiyyətə gəlmələri
E) Hakimiyyətə qarşı öz oğullarının baş vermiş qiyamlarını yatırmaları
3. Səfəvi dövlətinin hərbi qüvvələrinin əsasını təşkil edirdi:
A) “Yeniçəri” adlı xüsusi qüvvə
B) “Çərik”adlandırılan xüsusi hərbi dəstələr
C) “Akınçı” adlı atlı qoşun birləşməsi
D) Padşahın xüsusi qoşunu və vilayət hakiminin göndərdiyi hərbi birləşmələr
E) Bəylərbəyinin hesabında saxlanan, xüsusi təlim görmüş piyada qoşunu
4. Osmanlı dövləti Səfəvilər dövlətini rəsmən tanıdıqdan neçə il sonra onlar arasında İstanbul sülhü imzalandı?
A) 86
B) 51
C) 89
D) 80
E) 76
5. Osmanlı – Səfəvi müharibəsinin II və III mərhələsinə yekun vurmuş sülh müqavilələri.
1 - Amasiya
2 - İstanbul
3 - Əbhər
4 - Herat
5 - Qəsri - Şirin
A) 2, 3
B) 2, 3
C) 3, 5
D) 3, 4
E) 2, 5
6. 1590 - cı il İstanbul müqaviləsinə aid olanları müəyyən edin.
1 - Yalnız Ərdəbil, Talış, Xalxal, Qaradağ Səfəvilərə qaldı
2 - Bütün Azərbaycan torpaqları Osmanlılara verildi
3 - Şərqi Ermənistan və Şərqi Gürcüstan Osmanlılara verildi
4 - Yalnız Naxçıvan Osmanlılara verildi
5 - Azərbaycanın çox hissəsi Səfəvilərə qaldı.
A) 1, 3
B) 2. 4
C) 4, 5
D) 2, 5
E) 1, 5
7. Səfəvilər dövründə tiyul torpaq mülkiyyət forması:
1 - şərti xarakter daşıyırdı
2 - sahibi vergidən tam azad idi
3 - tiyul sahibi dövlətə xidmət etməyə borclu idi
4 - irsi verilirdi
5 - tiyul sahibi bu torpaqdan gələn gəlirin müəyyən hissəsini götürürdü.
A) 1, 3, 5
B) 1, 2, 3
C) 3, 4, 5
D) 2, 3, 4
E) 2, 4, 5
8. I Şah Abbasın hərbi - inzibati islahatına aiddir:
1 - Qulamlar və tüfəngçilər kimi hərbi hissələr yaradıldı
2 - Qızılbaş süvari dəstələri ləğv edildi
3 - Qosun tayfa muxtəlifliyi prinsipi əsasında quruldu
4 - Orduda yalnız qızılbaşlar xidmət edə bilərdi
5 - Başqa tayfalara da qoşuna daxil olmaq hüququ verildi
A) 3, 4, 5
B) 1, 4, 5
C) 1, 2, 3
D) 2, 3, 4
E) 1, 3, 5
9. I Şah Abbasın islahatlarının nəticələri:
1 - Mərkəzi hakimiyyət gücləndi
2 - Qızılbaş əyanları dövlət vəzifələrindən tam uzaqlaşdırıldı
3 - Səfəvi dövlətinin keçmiş qüdrəti bərpa olundu
4 - Məhsuldar qüvvələr zəiflədi
A) 2, 3
B) 1, 2
C) 3, 4
D) 1, 3
E) 1, 4
10. I Şah Abbasa aid deyildir.
1 - Hərbi - inzibati islahat keçirdi
2 - Şirvan və Şəkinin yarım müstəqilliyinə son qoydu
3 - Səfəvi dövlətinin qüdrətini bərpa etdi
4 - Paytaxtı Təbrizdən Qəzvinə köçürtdü
5 - Dövlət işlərində iranlıların rolunu artırdı
A) 2, 4
B) 1, 3
C) 4, 5
D) 2, 5
E) 1, 5
11. Xronoloji ardıcıllığı müəyyən edin:
1 - Şirvanşahlar dövlətinin ləğv edilməsi
2 - Sultan Süleymanın Azərbaycana birinci yürüşü
3 - Şəki hakimliyinin ləğvi
A) 2, 3, 1
B) 1, 3, 2
C) 3, 2, 1
D) 1, 2, 3
E) 2, 1, 3
12. Xronoloji ardıcıllığı düzün:
1 - Uc
2 - Soyurqal
3 - İlcə
4 - Tiyul
A) 1, 3, 2, 4
B) 3, 1, 2, 4
C) 2, 1, 4, 3
D) 2, 3, 1, 4
E) 3, 1, 4, 2
13. Xronoloji ardıcıllığı müəyyən edin:
1 - Paytaxtın Qəzvindən köçürülməsi
2 - Şah Abbasın hakimiyyətə gəlməsi
3 - İstanbul sülh müqaviləsi
4 - Xorasanın Şeybanilərdən geri alınması
A) 1, 2, 3, 4
B) 2, 3, 4, 1
C) 2, 3, 1, 4
D) 3, 2, 1, 4
E) 4, 1, 2, 3
14. Uyğun variantı tapın:
I - Sultan I Səlim
II - I Şah İsmayıl
III - I Təhmasib
IV - Sultan Süleyman
1 - Azərbaycana dörd dəfə yürüş etmişdir
2 - “Mən karvanbasan quldur deyiləm, qoy Allah bildiyi kimi olsun”
3 - Ədirnədə fövqəladə divan çağırdı
4 - Şivanşahlığa və Şəki hakimliyinə son qoydu
A) I – 4, II – 3, III – 1, IV – 2
B) I – 2, II – 3, III – 4, IV – 1
C) I – 1, II – 2, III – 3, IV – 4
D) I – 3, II – 2, III – 1, IV – 4
E) I – 3, II – 2, III – 4, IV – 1
15. Səfəvi - Osmanlı müharibəsinin gedişində I Şah Abbasın vergilərdən azad etdiyi şəhərlər:
1 - Bakı
2 - Şamaxı
3 - Ordubad
4 - Dərbənd
5 - İrəvan
A) 3, 4
B) 1, 3
C) 2, 3
D) 4, 5
E) 3, 5
16. 1612 - ci il Sərab sülhünün şərtləri: uyğunluğu tapın
1 - Səfəvilər rusların tikdiyi Terek qalasının dağıdılması barədə sultanın əmrinə mane olmamalı idilər
2 - İstanbul sülhünün Şimali Azərbaycan istisna olmaqla, Cənubi Qafqazın digər ərazilərinə aid olan şərtləri dəyişməməli idi
3 - Amasiya sülhünün şərtləri bərpa edildi
4 - Xorasanın Osmanlılarda qalması təsdiq edildi
A) 2, 4
B) 1, 4
C) 1, 3
D) 1, 2
E) 3, 4
Dostları ilə paylaş: |
|
|