Feli birləşmələr. Əsas hissəsi-tabeedici sözü fellərdən ibarət olan birləşmələrə feli birləşmələr deyilir. Onları çağırmaq, orada görünən, köməyə çağırmaq.
Zahirən feli birləşmələrə oxşayan müəllim olmaq, yaza bilmək, yaxşı olmaq və s. kimi formaları feli birləşmələr adlandırmaq olmaz. Çünki bunların əsas sözləri tam müstəqil leksik mənaya malik olmayan sözlərdən, köməkçi fellərdən ibarətdir.
Feli birləşmələrdə hərəkətlə onun aid olduğu, ya da ona aid olan müxtəlif anlayışlar arasındakı əlaqələr əks olunur. Feli birləşmələrin məzmununu proseslə onun aydınlaşdırıcıları arasındakı əlaqələr təşkil edir.
Proses+subyekt Sən oxuyanda, Əli danışdıqca
Proses+obyekt kitabı almaq, kinoya baxmaq
Proses+zaman tez gəlmək, axşam yatmaq
Proses+məkan kənddən gəlmək
Proses+tərzi astadan danışmaq, sürətlə getmək
Proses+kəmiyyət bir qədər oxumaq, xeyli yemək
Proses+ səbəb qorxudan dinməmək, sevincdən ağlamaq
Proses+məqsəd oxumağa getmək
Birinci tərəfin ifadəsinə görə feli birləşmələrin üç növü var:
1.Ad+fel. Bu birləşmələrin I tərəfləri adlarla ifadə olunur. Kitabı oxumaq, həyətə baxmaq.
Fellər adları yönlük, yerlik və çıxışlıq hallarında tələb etməklə yanaşı, adlıq hallada əlaqələnir.
Adlıq halı feli birləşmələr-sən gələndə, ot bitməyən, biz oxuyan
Yönlük hal obyekt və relyativ əlaqəli birləşmələrin yaranmasına səbəb olur. Bizə qulaq asan, sənə dedikdə, atasına güvənən-obyekt
Evə gedən, sizə gələndə, şəhərə qayıtmaq-relyativ
Təsirlik hal-kitabı oxumaq, Əsməri soruşanda, yeri şumlamaq
Yerlik hal-ağacda gedən çürümə, məndə yaşayan cəhət-obyekt
Məktəbdə oxuyan, evdə işləmək-relyativ
Çıxışlıq hal-məndən soruşan, kərpicdən tikilmiş, səhradan keçəndə
2.Fel+fel. I tərəfləri fellərlə ifadə olunur. Durub baxmaq, qorxub qaçmaq.
Asılı tərəf feli sifət, feli bağlama və məsdərdən ibarət olur. Gülə-gülə danışan, oxumağa gedən, yazılanı əməl etmək.
3.Zərf+fel. I tərəfləri zərflərlə ifadə olunur. Tez gəlmək, birdən gülmək.
Asılı tərəf qoşmalı sözlərdən və birləşmələrdən ibarət olur. At kimi qaçan, dincəlmək üçün oturanda, evə tərəf getmək.
Feli birləşmələrin əmələ gəlməsi üç forma ilə: feli bağlama, feli sifət və məsdərlə bağlıdır.
1.Əsas tərəfi feli sifət: evə gedən, danışanı dinləyən, işdən qayıdan
2.Əsas tərəfi feli bağlama: məktubu oxuyanda, evə gedəndə
3.Əsas tərəfi məsdər: musiqini dinləmək, kitabları nəzərdən keçirmək
Feli sifətlərdə sifət, feli birləşmələrdə zərf, məsdərlərdə isim xüsusiyyətləri olur. Bu cəhətlərə əsasən feli sifətlər felin adyektiv, feli bağlamalar felin adverbial, məsdərlə isə felin substantiv forması hesab olunur. Adyektiv birləşmələr cümlədə təyin, adverbial birləşmələr zərflik, substantiv birləşmələr mübtəda və tamamlıq vəzifələrində işlənir.
O tayda quzu otaran çoban hələ heç yerdə eşitmədiyi bu təranəni ləzzətlə dinləməyə başladı (təyin).
Sona gözlərini açanda əllərini qəmər atlı oğlanın əlində gördü (zaman)
O sözləri Əjdərin şeirlə yazmağına Sərvər qətiyyən təəccüblənmədi (tamamlıq)
Tərəflər arasında sintaktik əlaqə üsullarına görə feli birləşmələr üç qrupa ayrılır:
1.Koordinativ feli birləşmələrin asılı tərəfləri adlıq halda olur. Sən alan kitab, biz deyən məsələ.
2.Yanaşma əlaqəli feli birləşmələrin asılı tərəfi qeyri-müəyyən təsirlik halda olan isim və isimləşmiş sözlərdən ibarət olur. Yer qazan, evə sarı yollanmaq, daş kimi yatan, asta addımlayan, indi soruşmaq.
3.İdarə əlaqəli feli birləşmələr ismin yönlük, təsirlik, yerlik və çıxışlıq hallarında olan adlar, feli sifətlər, feli bağlama və məsdərlərlə əlaqələnir. Dağlara qalxanda, meşədən qayıdan, oxumağa getmək, danışanları dinləmək, irəliyə baxmaq.
Feli bağlamalar
-Anda,-əndə,-dıqda4,dıqca4, ınca4, kən, ma-mə, mış, ar-maz, ər-məz, madam-mədən, a-a, ə-ə, dığımdan, ıb-ib-ub-üb, araq-ərək
Feli sifət
-An-ən, dığım, mış-miş-muş-müş
Məsdərlə ifadə olunan feli birləşmələr geniş yayılmasa da, ayrı-ayrı əsərlərin dilində bu formalara müəyyən qədər rast gəlmək olar.
Dostları ilə paylaş: |