VASİTƏLİ VƏ VASİTƏSİZ NİTQ. DURĞU İŞARƏLƏRİ
Plan:
1.Vasitəsiz nitq
2.Vasitəli nitq
3.Durğu işarələri
Ədəbiyyat
1. Ə.Abdullayev, Y.Seyidov, A.Həsənov.Müasir Azərbaycan dili. Sintaksis IV hissə, Bakı, Maarif, 2007.
2. Müasir Azərbaycan dili. III cild-sintaksis, Elm, 1981.
3.Q.Kazımov. Müasir Azərbaycan dili. Ünsiyyət, 2000.
Özgə nitqinin həm məzmun, həm də formaca heç bir dəyişikliyə uğramadan olduğu kimi verilməsinə vasitəsiz nitq deyilir.
Tərkibində vasitəsiz nitq olan cümlə məna və intonasiya ilə birləşən iki hissədən ibarət olur. Bu hissələrdən biri müəllif nitqindən, o birisi vasitəsiz nitqdən ibarət olur.
Vasitəsiz nitq özünü yazıda iki üslubda iki şəkilə göstərir:
1.Təhkiyə dili daxilində: 2.Dialoqlarda
Təhkiyə dilində olduqca vasitəsiz nitq dırnaq arasına olur, dialoq verildikdə yeni sətirdə yazılır və qarşısına tire işarəsi qoyulur. Hər iki hal vasitəsiz nitq üçün təbii sayılır. Lakin onlardan istifadə daha çox müəllif üslubu ilə bağlanır.
Vasitəsiz nitq adətən müəllifin sözləri ilə müşayət olunur.
Dialoqda iştirak edənlər mətnin əvvəlində oxucuya məlum olduğu üçün bu dialoq tərtib olunarkən müəllif nitqinə ehtiyac olmamışdır.
Müəllif nitqi ilə vasitəsiz nitq birlikdə tabeli mürəkkəb cümlə şəklində formalaşır. Müəllif nitqi baş cümlə, vasitəsiz nitq tamamlıq budaq cümləsi kimi çıxış edir.
Məhsəti xanım Rənanın və Nizaminin alnından öpərək: -oturun, bəzən kədərləri yumaq üçün göz yaşlarıda lazım olur,- dedi (Ordubadi).
Vasitəsiz nitqdə canlı danışıq dilinə xas olan bütün elemetlərdən – ara sözlərdən, xitablardan , nidalardan geniş istifadə olunur.
Vasitəli nitq. Özgə nitqinin yalnız məzmunun verilməsinə vasitəli nitq deyilir. Vasitəli nitqdə özgə nitqinin fonetik, leksik, qarmmatik xüsusiyyətlərində, hətta intonasiyasında da dəyişiklik edilir. Onun yalnız məzmunu saxlanır: Mənə dedilər çatdırım ki, düşmən Tərbrizin iki mənzilliyindədir (F.Kərimzadə).
Vasitəsiz nitq vasitəli nitqə çevrilərkən yeni tamamlıq budaq cümləli tabeli merəkkəb cümlə əmələ gəlir: Çoban Mahmud:-Xanım, mən çobanam, ev işi bacarmıram (İ.Əfəndiyev)- Çoban Mahmud dedi ki, o, çobandır, ev işi bacarmaz.
Vasitəsiz nitq vasitəli nitqə çevrilərkən müəllifin sözlərində elə bir dəyişiklik olmur, müəllif nitqi bütün emosional keyfiyyətlərini saxlayır, məs: Bu nə əhvalatdır-deyə anam təəccüblə soruşdu (İ.Əfəndiyev)-Anam təəccüblə soruşdu ki, bu nə əhvalatdır və s.
Durğu işarələri. Dilçiliyin durğu işarələrindən bəhs edən bölməsi ümumiləşmiş şəkildə punktasiya (nöqtə deməkdir) adlanır.
Durğu işarələri dilin qarfik sistemində mühüm yer tutur. Hərflərlə, rəqəmlərlə və bir sıra vasitələrlə verilə bilməyən cəhətlərin ifadəsinə xidmət edir. Yazılı nitqin dügün formalaşmasında durğu işarələrinin böyük rolu vardır. Mətni düzgün anlaşılmasına kömək etməklə, mühüm kommunikativ funksiya daşıyır.
Azərbaycan yazısında istifadə edilən durğu işarələri bunlardır: nöqtə, sual işarəsi, qoşa nöqtə, nöqtəli vergül, tire, dırnaq və s.
Durğu işarələri iki funskiya yerinə yetiri. Buna görə də iki qrupa ayrılır:
1.Ayrıcı işarələr: 2.Fəqləndirici işarələr
Nöqtəli vergül-nöqtə ilə vergül arasında orta nöqtə tutan, nöqtədən az vergüldən çox fasilə tələb edən bir durğu işarəsidir.
Çox nöqtə bir tərəfdən vegülə, o biri tərəfdən nöqtəyə yaxındır. Çox nöqtə, adətən, üç nöqtə şəklində olur.
Qoşa nöqtə- aydınlaşdırma məqəsədi ilə işlədilir.
Vergül daha çox işlənən rəngarəng məqamlarda özünü göstərən durğu işarəsidir. Vergül cümlə sərhədi ilə bağlı deyil, cümlə daxilində işlənən durğu işarəsidir.
Tire işarəsi başlıca olaraq sadə cümlədə həmcins üzvlərə ümumiləşdirici sözlərdən, aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrdə ümumilik bildirən tərkib hissədən əvvəl qoyulur.
Mötərizə- daha çox ara və əlavə cümlələrlə bağlıdır.
Dırnaq-qoşa işlədilən işarədir. Təhkiyə daxilində vasitəsiz nitq, bədii və elmi əsərlərdən gətirilən kitablar dırnaq arasına alınmır: məs: Uzun Həsənin “Qanunnamə”sinin hazırlanmasında vəzir yaxından iştirak etmişdir.
Dostları ilə paylaş: |