Fənn: Ana dili Mövzu: Sintaksis Müəllim



Yüklə 158,52 Kb.
səhifə53/58
tarix01.01.2022
ölçüsü158,52 Kb.
#104428
1   ...   50   51   52   53   54   55   56   57   58
Bağlayıcı sözlər. Budaq cümlə baş cümlə quruluşlu tabeli mürəkkəb cümlələrdə budaq cümlələri baş cümləyə bağlayan əsas vasitə bağlayıcı sözlərdir. Bağlayıcı sözlər adətən budaq cümlənin əvvəlində işlənir və onu baş cümləyə bağlayır. Budaq cümlədəki bağlayıcı sözə müvafiq olaraq baş cümlədə qarşılıq bildirən söz korrelyat işlənir. Bağlayıcı sözlə qurulan tabeli mürəkkəb cümlələrdə budaq cümlə əvvəl baş cümlə sonra işlənir.

Kim ki, ad qoymuşdur qoca dünyada, onu öz dostları vermişdir bada – tamamlıq budaq cümlə.

Bu cür tabeli mürəkkəb cümlələrdə budaq cümlənin növü bağlayıcı sözlə deyil, baş cümlədəki qarşılıq bildirən sözlə müəyyənləşir.Qarşılıq bildirən söz hansı cümlə üzvü vəzifəsindədirsə, budaq cümlə onun adı ilə adlanır.

Bağlayıcı sözlər bağlayıcılardan fərqli olaraq, əsas nitq hissələrindən ibarət olur. Bunların əsasında kim, hara, necə, nə cür, hansı, neçə, nə qədər və s nisbi əvəzliklərin durduğu və nisbi əvəzliklərlə sual əvəzliklərinin bir mənşədən olduğu, lakin sual əvəzliklərindən fərqli olaraq, nisbi əvəzliklərin sual bildirmədiyi göstərilir. Nisbi əvəzliklər başqa heç bir vasitə olmadan, təklikdə də bağlayıcı söz şəklində işlənə bildiyi kimi ki, ədatı ilə birgə də işlənir və bu sonuncu hala dildə daha çox təsadüf edilir.

Kim ki çox çalışır, o, yaxşı qiymət alır.

Kim yaxşı çalışırsa, o, yaxşı qiymət alır.



İntonasiya - Şifahi nitqdə intonasiya hər bir cümləni müşayiət edir. O cümlədən, tabeli mürəkkəb cümlələrin qurulmasında intonasiyanın böyük rolu vardır. Lakin başqa heç bir vasitə - bağlayıcı, bağlayıcı söz – olmadıqda budaq cümlənin baş cümləyə bağlanması üçün əsas yük intonasiyanın üzərinə düşür. Hər bir tabeli mürəkkəb cümlə bitkinlik intonasiyasına malik olur. Lakin bir sıra tabeli mürəkkəb cümlələr intonasiyanın bu təbii funksiyasından əlavə, ondan həm də tərkib hissələri əlaqələndirən vasitə kimi istifadə edilir. Ona görə də bağlayıcı vasitələrə görə tabesiz mürəkkəb cümlələrlə yanaşı, tabeli mürəkkəb cümlələrin də iki üsulla yarandığını qeyd etmək olar:

  1. Yalnız intonasiya ilə 2. Bağlayıcı vasitələr və intonasiya ilə

Yalnız intonasiya ilə qurulan mürəkkəb cümlələrdə qrammatik mənanı cümlənin tabesiz və ya tabeli olduğunu müəyyənləşdirmək bəzən çətin olur. Ona görə ki, cümlə mətindən asılı olaraq müxtəlif intonasiya ilə tələffüz oluna bilir və müxtəlif ifadə edir. Mürəkkəb cümlənin tərkib hissələri yalnız intonasiya ilə əlaqələnmiş olduqda, intonasiyanın tələbləri əsasında cümləyə tabesizlik və ya tabelilik bağlayıcısı əlavə etmək olar. Artıq yolun ömrü gödəlir, mənzil yaxınlaşırdı – cümləsinə tərkib hissələr arasına və bağlayıcısını artırmaqla tabesiz mürəkkəb cümlə olduğunu görmək olar.

Heç bilmədim, nə söylədim yara mən – cümləsində isə tərəflər arasına ki bağlayıcısını artırmaqla tabeli mürəkkəb cümlə olduğu aydınlaşır.

Şəkilçilər – Budaq cümlələrin baş cümləyə bağlanmasında bağlayıcılar və bağlayıcı sözlərlə yanaşı, sa – sə və mı – mi – mu – mü şəkilçilərinin, isə köməkçi sözünün ixtisarının da xüsusi rolu vardır.


Yüklə 158,52 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin