Fənn: Ana dili Mövzu: Sintaksis Müəllim


TABELİ MÜRƏKKƏB CÜMLƏLƏRİN TƏSNİFİ



Yüklə 158,52 Kb.
səhifə54/58
tarix01.01.2022
ölçüsü158,52 Kb.
#104428
1   ...   50   51   52   53   54   55   56   57   58
TABELİ MÜRƏKKƏB CÜMLƏLƏRİN TƏSNİFİ

Plan:

1.Tabeli mürəkkəb cümlələrin təsnifi

2.Mübtəda budaq cümləsi

3.Xəbər budaq cümləsi

Ədəbiyyat

1. Ə.Abdullayev, Y.Seyidov, A.Həsənov.Müasir Azərbaycan dili. Sintaksis IV hissə, Bakı, Maarif, 2007.

2. Müasir Azərbaycan dili. III cild-sintaksis, Elm, 1981.

3.Q.Kazımov. Müasir Azərbaycan dili. Ünsiyyət, 2000.

Tabeli mürəkkəb cümlənin növləri budaq cümlələrə görə müəyyənləşdi­ri­lir.Budaq cümlənin növü baş cümlədən asılıdır.Aşağıdakı nümunəyə diqqət yetirək.

O qalibdir (müptəda)

qalib odur(xəbər)

İndi kim birinci yeri tutdu_______ onu qalib sayacaqlar(tamamlıq)

O adam qalibdir(təyin)

Göründüyü kimi, baş cümlələrdə qarşılıq bildirən sözlər müxtəlif cümlə üzvü vəzifəsindədir. Hər bir budaq cümləni tərkib şəklində baş cümlədə yerinə qoyub cümlələri sadələşdirmək olar.

İndi birinci yer tutan qalibdir

Qalib indi birinci yeri tutandır

İndi birinci yeri tutanı qalib satacaqlar

İndi birinci yeri tutan adam qalibdir

Budaq cümlənin aşağıdakı növləri var:

1.Müptəda budaq cümləsi baş cümlənin işarə əvəzliyi ilə ifadə olunan və ya qəlib söz şəklində təsəvvür edilən müptədasını izah edib aydınlaşdırmaq üçün işlədilir.

Müptəda budaq cümləsinə o zaman ehtiyac olur ki, baş cümlədə onu aktuallaşdırmaq, daha aydın nəzərə çarpdırmaq lazım gəlir. Bu cəhət özünü iki formada göstərir.

Bir qrup cümlələrdə əvvəl baş cümlə, sonra budaq cümlə işlənir.Baş cümlədə aktuallaşdırılmalı olan müptədanın özü deyil, yerliyi, qəlibi verilir. Sonra gələn hissədə - budaq cümlədə onun məzmunu açılır:məsələn, Nərimana bu da aydın idi ki, döyüş meydanı uzaqlaşmaqdadır. Bəlkə anamın könlündən keçir ki, biz də kəndə gedib onunla bir yerdə olaq.

Hər iki misalda budaq cümlə baş cümlədən sonra işlənmiş, ona ki bağlayıcısı ilə bağlanmışdır. Birinci misalın baş cümləsində müptəda vardır və o, qəlib sözlə ifadə olunmuşdur.Həmin söz işarə əvəzliyi ilə ifadə olunduğundan heç bir təminedici informasiyaya malik deyil.

İkinci misalın baş cümləsində müptəda yoxdur. Baş cümləni tələffüz edib dayandıqda müptədanın sualı doğulur.

Mübtəda budaq cümləli tabeli mürəkkəb cümlələrin başqa bir qrupunda əvvəl budaq cümlə, sonra baş cümlə işlənir. Budaq cümlə baş cümlədə olan qarşılıq bildirən sözü hədəfə alır, bütövlükdə onun izahına xidmət edir. Məsələn: Kim ki bu işə biganə baxır, o, qurultayın qərarlarını ləyaqətlə həyata keçirir.

Baş cümlədə mübtəda vəzifəsində qəlib sözlər işlənir. Qəlib sözlər subsantiv işarə əvəzliklərindən(bəzi zərflərdən) ibarət olur. O da, bu da, orası da, burası da sözləri baş cümlədə qəlib söz-mübtəda vəzifəsində: O da məlum idi ki, Nərimanın xətrinə dəymək istəmirdi.

Eləsi, beləsi, elələri, belələri, bəziləri, bir neçələri sözləri baş cümlədə qəlib söz-mübtəda vəzifəsində: Eləsi də var ki, yupyumuru, şamam kimi. Amma elələri də var ki, bu peşədən ayrıla bilmirlər.

Bunlardan əlavə, o cəhət, bu cəhət, bir cəhət, bir şey, bu şey, o məsələ, bu məsələ sözləri də baş cümlədə mübtəda budaq cümləsinin qəlibi kimi işlənə bilir: O cəhət də maraqlı idi ki, suallara dərhal cavab verdilər. Bircə şey vardı ki, Rüstəm kişinin xasiyyəti çox dəyişmişdi.

Qəlib söz işlədilmir, ona görə də baş cümlə yarımçıq cümlə şəklində formalaşır. Bu cür cümlələr bədii ədəbiyyatda, canlı danışıq dilində daha çox müşahidə olunur. Baş cümlə əksərən zaman mənalı olur: Bu gün beşinci gün idi ki, onun işlədiyi dəstə gündəlik işi artıqlaması ilə yerinə yetirirdi.

Mübtəda budaq cümləsinin bu tipində budaq cümlə baş cümlədən əvvəl işlənir və ona kim, hər ki, hər kəs, hər nə və s. Bağlayıcı sözlərlə bağlanır. Bağlayıcı sözlərə müvafiq olaraq, baş cümlədə mübtəda vəzifəsində qarşılıq bildirən o sözü (bəzən də bu sözü) olur və budaq cümlə vasitəsilə izah edilir. Məsələn: Mən nə deyirəm, o olmalıdır- cümləsində əvvəl gələn tərkibdəki (budaq cümlədəki) nə bağlayıcı söz, baş cümlədəki o qarşılıq bildirən sözdür. Bu cür cümlələrdə bağlayıcı sözlə yanaşı, ki ədatından və -sa, -sə şəkilçisindən də növbəli şəkildə istifadə olunur: bağlayıcı söz ki ədatı ilə işləndikdə budaq cümlənin sonunda –sa, -sə olmaz, budaq cümlənin sonunda –sa, -sə olduqda ki ədatı işlənməz.

Xəbər budaq cümləsi baş cümlənin işarə əvəzliyi-qəlib sözlə ifadə olunan xəbərini izah edib aydınlaşdırır.

Mübtəda budaq cümləsinin baş cümləsində budaq cümlənin qəlibi işlənməyə də bilir və bu halda təsəvvür edilir. Lakin xəbər cümlənin zəruri üzvü olduğundan, predikativlik əlamətləri xəbərdə cəmləşdiyindən baş cümlədə xəbərin işlənməməsi qeyri-mümkündür. Ona görə də xəbər budaq cümləli tabeli mürəkkəb cümlələrin baş cümlədə qəlib və qarşılıq bildirən sözlə bağlı yalnız bir variantı vardır: baş cümlədə həmişə işarə əvəzliyi- xəbər işlənir və xəbər o, bu, elə, belə, ora, bura və s. sözlərlə, bəzən də bu sözlərə köməkçi söz kimi çıxış edən olmaq, demək, ibarət, üçün, ötrü sözlərinin birləşməsi ilə ifadə olunur. İşarə əvəzlikləri konkret heç bir məna ifadə etmədiyindən onların işarə etdiyi məzmun budaq cümlə vasitəsilə açılır. Məsələn: Məhkəmədən xahişim budur ki, məni haqsız təhqirlərdən qorusun. Dünyada ən xoşbəxt, ən bəxtəvər övlad odur ki, ata-anasının haqq-sayını itirmir.

Hər iki misalda baş cümlə budaq cümlədən sonra işlənərək ona ki bağlayıcısı işə bağlanmışdır.

Xəbər budaq cümləsinin iki tipi vardır:

I tip. Baş cümlə əvvəl, budaq cümlə sonra işlənir, budaq cümlə baş cümləyə ya ki bağlayıcısı, yaxud da yalnız intonasiya ilə bağlanır: Mənim sizə vəsiyyətim budur ki, dediyim sözləri atama yetirəsiniz.

Baş cümlənin xəbəri bu, o sözlərindən ibarət olur, bu sözlər budur, odur, bu idi, o idi, o imiş şəkillərində işlənir, cümlənin məzmununu ya indiki, ya da keçmiş zamanla bağlayır. Məsələn: Professorların məsləhəti budur ki, anan gərək dərindən müayinə olunsun.

Baş cümlənin xəbəri elə, belə sözlərindən ibarət olur və bu sözlər elədir, belədir, belə idi, elə idi, belə imiş, elə imiş şəkillərində işlənir. O, bu sözlərinə nisbətən, baş cümlənin xəbəri vəzifəsində bu sözlər az işlənir: Əzəldən belədir: geriyə dönməz atılan bir güllə, uçan bir xəyal.

Baş cümlənin xəbəri ora, bura, orası, bunda və s sözlərindən ibarət olur və bu sözlər oradadır, buradadır, orasındadır və s ( eyni zamanda ismin bəzi başqa hallarında və idi, imiş köməkçisi sözləri ilə də) şəkillərində işlənir. Məsələn: Məsələ burasında idi ki, Zeynəb hər iki gündən bir ərinin iş yerinə baş çəkirdi.

Baş cümlənin xəbəri o, bu əvəzliyinin üçün, ötrü, görə qoşmalarının qoşulması ilə ifadə olunur. Baş cümlə ümumi səbəb bildirir, məzmunu budaq cümlə vasitəsilə açılır: Bəlkə bu ona görədi ki, Kübranın taleyi ilə mənim taleyim arasında bir yaxınlıq var.

II tip. Xəbər budaq cümləsinin bu tipində budaq cümlə baş cümlədən əvvəl gəlir və ona kim, hər kim, hər kəs, nə, hər nə və s. bağlayıcı sözlərlə bağlanır. Budaq cümlənin xəbərində - sa, sə, şəkilçisi və ya bağlayıcı sözdə ki ədatı işlənə bilər ( işlənməyə də ). Bütün bunlar müptəda budaq cümləsinin II tipində olduğu kimidir. Əsas fərq baş cümlədədir. Baş cümlədə qarşılıq bildirən söz xəbər vəzifəsində işlənir və budaq cümlə baş cümlənin xəbərini izah edir: İndi kim sualların hamısına cavab verdi, müsabiqənin qalibi o olacaq.

Xəbər universal üzv olduğundan baş cümlənin xəbəri müxtəlif vasitələrlə - o cür, bu cür, orada, burada və s sözlərlə ifadə olunur. Şübhəsiz, qarşılıq bildirən bu cür sözlər budaq cümlədə ki necə, nə qədər, harada və s. bağlayıcı sözlərə müvafiq işlənir: Əvvəl necə idisə, indi də elədir.

Bəzən baş cümlədə qarşılıq bildirən söz müəyyənlik və ya qeyri – müəyyənlik bildirən yiyəlik halda olub söz birləşməsinin birinci tərəfi kimi çıxış edir, birləşmənin ikinci tərəfi əksərən özü sözündən ibarət olur. Məsələn: Sənə kim avam deyirsə, avam o özüdür. Hər kim yüz il yaşamasa, günah onun özündədir.



Yüklə 158,52 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin