ZƏRFLİK BUDAQ CÜMLƏLƏRİ: TƏRZ, ZAMAN, YER, KƏMİYYƏT
BUDAQ CÜMLƏLƏRİ
Plan:
1.Tərz budaq cümləsi
2.Zaman budaq cümləsi
3.Yer budaq cümləsi
4.Kəmiyyət budaq cümləsi
Ədəbiyyat
1. Ə.Abdullayev, Y.Seyidov, A.Həsənov.Müasir Azərbaycan dili. Sintaksis IV hissə, Bakı, Maarif, 2007.
2. Müasir Azərbaycan dili. III cild-sintaksis, Elm, 1981.
3.Q.Kazımov. Müasir Azərbaycan dili. Ünsiyyət, 2000.
Baş cümlədəki hərəkətin icra tərzini, necə, nə, şəkildə, nə vəziyyətdə icra olunduğunu bildirir.
Baş cümlədə əksərən tərz zərfliyi vəzifəsində qəlib söz işarə əvəzliyi olur və budaq cümlə vasitəsilə izah edilir.
Tərz budaq cümləsinin yerinə və bağlayıcı vasitələrinə görə iki tipi vardır.
I tip. Tərz budaq cümləsi baş cümlədən sonra işlənir və ona əksərən ki bağlayıcısı ilə, az hallarda intonasiya ilə bağlanır. Məsələn: sən uşaqla elə rəftar elə ki, onun məhəbbəti günbəgün sənə artsın.
Baş cümlə budaq cümlə quruluşlu tərz budaq cümlələr dilimizdə daha çox işlənir və iki məna növünə ayrılır.
Nəticə bildirənlər
Müqayisə bildirənlər
1. Tərz budaq cümlələrinin bir qismi baş cümlədəki işin, hərəkətin, hal-vəziyyətin meydana çıxma tərzini göstərməklə yanaşı, nəticə məna çalarına da malik olur və s. Demək elə yaşamaq lazımdır ki, qadın səni həmişəlik sevsin (M.İbrahimov).
2.Tərz budaq cümlələrinin bir qismində baş cümlədəki işin icra vəziyyəti müqayisə yolu ilə müəyyənləşdirilir.
II Tip. Tərz budaq cümləsinin bu tipində budaq cümlə baş cümlədən əvvəl işlənir və baş cümləyə necə, nə cür nə təhər bağlayıcı sözlərlə bağlanır. Məs: O necə qarşılayıbsa, biz də elə etməliyik.
Zaman budaq cümləsi. Baş cümlədəki hərəkət və ya əlamətin zamanını bildirir.Məs: Oğlan o zaman kəndə çatdı ki, camaat onlara tərəf axışırdı.
Baş və budaq cümlənin yerinə, bağlayıcı vasitəsinə görə zaman budaq cümləsinin iki tipi vardır.
I Tip. Budaq cümlə baş cümlədən sonra işlənir və ona ki bağlayıcısı ilə bağlanır. Baş cümlədə budaq cümlənin qəlibi o zaman, o vaxt, elə bir vaxtda, onda sözlərindən biri olur və budaq cümlə vasitəsilə izah edilir.
II Zaman budaq cümləsinin “budaq cümlə+ baş cümlə” quruluşlu ikinci tipi dilimizdə daha çox işlənir və müxtəlif bağlayıcı vasitələrlə bağlanır.
1.Budaq cümlə baş cümlədən əvvəl gəlir və ona ki bağlayıcısı ilə bağlanır. Məs: Mağaraya girmək istəyirdi ki, dəvə bərkdən səsələndi (Ə.Vəliyev).
2. Zaman budaq cümləsi baş cümlədən əvvəl gələrək ona bağlayıcı söz olmadan yalnız ki ədatı ilə bağlanır. Məs: Yoxlamanı ki qurtarır, bir qoyunu şaqqalayıram.
3.”Budaq cümlə+ baş cümlə” quruluşlu zaman budaq cümlələrinin bir qismi baş cümləyə ki bağlayıcı sözlə bağlanır.
4.Budaq cümlə baş cümlədən əvvəl gələrək ona o zaman, o gün ki, bir zaman ki bağlayıcı sözlərlə bağlanır və s. məs:
O gün ki aləmə yayıldı şölən,
Dağlar öz donunu lalədən biçdi. (S.Vurğun).
Yer budaq cümləsi. Baş cümlədəki hərəkət və ya əlamətin yerini bildirir.
Ya baş cümlədə yer zərfliyi qəlib söz olur və budaq cümlə vasitəsilə izah edilir.
Baş cümlədə oraya, oradan, orda, o yerə, həmin yerə, hansı yerə, hansı yerdən qəlib sözlərindən biri işlənir, budaq cümlə baş cümlədən sonra gələrək ona ki bağlayıcısı ilə bağlanır. Məs: Kəşfiyyat dəstəsi o yerdə gecələdi ki, ora neçə illər idi insan ayağı dəymirdi.
Yer budaq cümləsini baş cümləyə bağlayan əsas bağlayıcı sözlər aşağıdakılardır:
Budaq cümlə baş cümləyə (ki), (haraya), haranı (ki), haradan (ki) bağlayıcı sözləri ilə bağlanır.
Baş cümlə budaq cümləyə o yerə ki, o yerdə ki, o yerdən ki bağlayıcı sözlər ilə bağlanır.
Budaq cümlə baş cümləyə bir yerin ki, bir yerə ki, bir yerdən ki bağlayıcı sözləri ilə bağlanır və s.
Kəmiyyət budaq cümləsi. Baş cümlədəki hərəkətin və ya əlamətin kəmiyyətini bildirir. Ya baş cümlədə budaq cümlənin qəlibi kəmiyyət zərfliyi olur, budaq cümlə vasitəsilə konkretləşdirilir, yaxud da budaq cümlə vasitəsilə baş cümlədəki hərəkət və ya əlamətin kəmiyyətini müəyyənləşdirir.
Baş və budaq cümlənin yerinə, bağlayıcı vasitələrə görə kəmiyyət budaq cümləsini də iki tipə ayırmaq olar.
I Budaq cümlə baş cümlədən sonra işlənərək ona bağlayıcı söz ilə bağlanır.
Kəmiyyət və dərəcə budaq cümləli tabeli mürəkkəb cümlələr həm quruluşuna, bağlayıcı vasitələrinə, həm də qrammatik semantikasına görə bir-birinə çox yaxındır.
Kəmiyyət budaq cümləsinin ikinci tipində budaq cümlə baş cümlədən əvvəl işlənir və ona nə qədər, hər nə qədər bağlayıcı sözlərlə bağlanır.
Baş cümlədə qarşılıq bildirən eləcə, bir elə, beş o qədər, yüz o qədər, min qat və s. Sözlər işlənir və budaq cümlə vasitəsilə izah olunur. Məs: Nə qədər kobud, yonulmamış olsa, bir elə yaxşıdı, əməkçidi. Elə hallar da var ki, baş cümlədə qarşılıq bildirən o miqdarda sözü işlənir və budaq cümlə baş cümləyə necə bağlayıcı sözü ilə bağlanır. məs: Xan necə mütəkkə demişdisə, Mirzə də o miqdarda qotazlı mütəkkəyə söykənmişdi (S.Rəhimov).Budaq cümlə baş cümləyə o, ki bağlayıcı sözü ilə bağlanır.
Dostları ilə paylaş: |