Fənn: Ana dili Mövzu: Sintaksis Müəllim


SÖZLƏR ARASINDA MƏNA VƏ SİNTAKTİK ƏLAQƏLƏR



Yüklə 158,52 Kb.
səhifə2/58
tarix01.01.2022
ölçüsü158,52 Kb.
#104428
1   2   3   4   5   6   7   8   9   ...   58
SÖZLƏR ARASINDA MƏNA VƏ SİNTAKTİK ƏLAQƏLƏR

Plan:

1.Məna əlaqələri

2.Tabesizlik və tabelilik əlaqələri

3.Tabelilik əlaqəsinin tipləri

a)Yanaşma

b)İdarə

c)Uzlaşma

Ədəbiyyat

1. Ə.Abdullayev, Y.Seyidov, A.Həsənov. Müasir Azərbaycan dili. Sintaksis-IV hissə, Bakı, Maarif, 2007

2. Müasir Azərbaycan dili. III cild-sintaksis, elm, 1981.

3. Q.Kazımov. Müasir Azərbaycan dili. Ünsiyyət, 2000.

4. Y.Seyidov. Azərbaycan dilində söz birləşmələri. Bakı, 1992.

Söz birləşmələrini və cümlələri əmələ gətirən sözlər arasında iki cür əlaqə var. Belə ki, söz birləşmələrini və cümlələri əmələ gətirən sözlər arasında həm məna, həm də qrammatik cəhətdən bağlılıq olur.

Sözlər arasındakı məna əlaqələrinin əsasını təbiətdə olan obyektiv əlaqələr təşkil edir. Obyektiv aləmdə əşyalar və hadisələr arasındakı münasibət və əlaqələrin for­ma­laşması çox müxtəlif və rəngarəng olduğu kimi, sözlər arasındakı məna əlaqələri də müxtəlif və rəngarəng olur.

Sözlər arasındakı məna əlaqələri aşağıdakı özünü göstərir:

1. Predikativ əlaqə. Bu əlaqə əşya və onun hərəkəti arasındakı əlaqəni bildirir. Məs: Dəniz dalğalanır. Şagird oxuyur. Külək əsir.

2. Atributiv əlaqə. Bu əlaqə əşya ilə geniş mənada onun əlaməti (keyfiyyəti, miqdarı, sırası və s) arasındakı əlaqələri ilə ifadə edir. Məs: yaxşı şagird, dəmir qapı, həmin adam və s.

Atributiv əlaqə özünü təyinlə təyinlənən arasında (təyin+mübtəda, təyin+ ta­mamlıq, təyin+zərflik, təyin+xəbər şəklində) göstərir. Cümləyə ismi birləşmə kimi daxil olur.

3. Obyekt əlaqəsi. Bu əlaqə hərəkətlə onun obyekti arasında olan əlaqələri ifadə edir. Obyekt dedikdə həm müstəqim (ismin təsirlik halı ilə ifadə olunan), həm də qeyri-müstəqim (isimin yönlük, yerlik, çıxışlıq halları ilə ifadə olunan) obyektlər nəzərdə tutulur. Məs: dənizi seyr etmək, səndən soruşmaq. Obyekt əlaqəsi həm söz birləşmələrində, həm də cümlələrdə özünü göstərir.

4. Relyativ əlaqə. Bu əlaqəyə zərfi əlaqə də deyilir. Məna əlaqəsinin bu növü hə­rəkətlə onun tərzi, dərəcəsi, zamanı, yeri, kəmiyyəti, səbəbi, məqsədi, şərti və s. ara­sındakı əlaqələri ifadə edir. Məs: asta danışmaq, çox oturmaq, kəndə yollanmaq, se­vincindən ağlamaq və s.

Relyativ əlaqə özünü zərfliklə feli və ismi xəbər arasında göstərir.

Söz birləşməsi və cümlədə sözlər arasında əlaqələrin ikincisini qrammatik əla­qə­lər təşkil edir.

Qarammatik əlaqə sözlərin morfoloji cəhətdən dəyişməsi, sintaktik yolla bir­ləşməsi nəticəsində əmələ gəlir.

Birləşmə və cümlələrdə sözlər arasında formal əlaqəyə ona görə qrammatik əlaqə deyilir ki, bu əlaqənin yaranması üçün həm morfoloji, həm də sintaktik kateqo­riyaların fəaliyyəti, yəni sözlərin morfoloji cəhətdən dəyişməsi, sintaktik cəhətdən birləşməsi əsas və həlledicidir.

Sintaktik əlaqələr iki formada təzahür edir: 1.Tabesizlik əlaqəsi. 2.Tabelilik əlaqəsi.



Tabesizlik əlaqəsi məna və qrammatik cəhətdən bir-biri ilə əlaqədar olan, lakin bir-birindən asılı olmayan, biri-digərini aydınlaşdırmayan, bir-birinə mü­na­sibətdə eynihüquqlu sözlər cümlələr arasında olur. Tabesizlik əlaqəsi sadə cümlənin həmcins üzvləri və tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında özünü göstərir. Həmcins üzvlər bir-biri ilə ya sadalama intonasiyası, ya da intonasiya və tabesizlik bağlayıcıları ilə əlaqələnir. Məs: Bu gördüyün şəhərlər, keçdiyin küçə­lər, ayaqladığın torpaq sənə bir həqiqəti pıçıldayır.

Tabesiz mürəkkəb cümlələrin tərkib hissələri də eyni vasitələrlə əlaqələnir. Məs: küçədən səs gəlir, qapılar tez-tez örtülüb-açılır, adamlar nəyə isə tələsik hazır­la­şırdılar.

Sadə cümlənin bərabərhüquqlu üzvləri (həmcins) cümlə daxilində başqa bir sözə daxil olur, tabelilik əlaqəsi üzrə başqa bir sözlə bağlanır. Məs: Onlar xeyir-bərəkətdir, kökdür, kötükdür. Tabesizlik əlaqəsində olan xəbərlər mübtədaya tabedir. Onlar arasında uzlaşma əlaqəsi özünü göstərir.

Qrammatik əlaqənin tabelilik növünün dildə daha böyük əhəmiyyəti var. Cümlə əsasən tebelilik yolu ilə qurulur. Xəbərlər mübtəda ilə, tamamlıq və zərflik xəbərlə, təyin təyinlənənlə tabelilik yolu ilə əlaqələnir. Söz birləşmələrinin tərəfləri arasında tabelilik əlaqəsi olur. Tabeli mürəkkəb cümlələrdə budaq cümlə baş cümləyə tabelilik əsasında bağlanır.

Tabelilik əlaqəsi iki tərəfi, iki komponenti birləşdirir. Tərəflərdən biri əsas, digə­ri asılı tərəf adlanır. Məs: Gənc döyüşçü tüfəngini yavaşca ağacdan asdı-cümləsinə diqqət yetirsək bu asılılığı görə bilərik.

Gənc-döyüşçü yanaşma

Tüfəngini-asdı idarə

Ağacdan-asdı idarə

Yavaşca-asdı yanaşma

Döyüşçü-asdı uzlaşma

Azərbaycan dilində tebelilik əlaqəsinin üç növü var: 1.Yanaşma, 2.İdarə, 3.Uzlaşma.


Yüklə 158,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin