Fənn: Ana dili Mövzu: Sintaksis Müəllim



Yüklə 158,52 Kb.
səhifə5/58
tarix01.01.2022
ölçüsü158,52 Kb.
#104428
1   2   3   4   5   6   7   8   9   ...   58
Uzlaşma əlaqəsi. Yanaşmadan fərqli olaraq, uzlaşma əlaqəsində əvvəlcə əsas tərəf, sonra asılı tərəf işlənir. Asılı tərəf əsas tərəflə şəxsə və kəmiyyətə görə uyğunlaşır. Məs: Sən də hər şaxtaya, soyuğa qatlan. Mənim romantikam, sən də qanadlan.

Asılı tərəfin əsas tərəflə şəxsə və kəmiyyətə görə uyğunlaşmasına uzlaşma deyilir.

Müasir Azərbaycan dilində uzlaşma əlaqəsinin əsas iki növünü göstərmək olar.

1. Şəxsə görə uzlaşma

2. Kəmiyyətə görə uzlaşma

Uzlaşma əlaqəsi adətən mübtəda ilə xəbər arasında özünü göstərir. Tabe edən tərəf hansı şəxsə aiddirsə, tabe tərəf də həmin şəxsə məxsus qrammatik əlamətlər qəbul edir, tabe edən tərəfin tək və cəmliyi də tabe edən tərəfdə əks olunur. Şəxsə görə uzlaşma daimi xarakter daşıyır və heç vaxt pozulmur. Məsələn: mən aldım, sən aldın, o aldı.

Kəmiyyətə görə uzlaşma isə bir qədər fərqli şəkildə özünü göstərir. Bu fərq I və II şəxslərdə, eləcə də III şəxsin təkində özünün göstərmir. Üçüncü şəxsin cəmində isə vəziyyət başqalaşır. Burada tabe edən tərəfin cəm olmasına baxmayaraq, tabe olan tərəf gah cəmlik əlaməti qəbul edərək, onunla uzlaşır, gah da belə bir əlaməti qəbul etmir və kəmiyyətə görə onunla uzlaşmır. Bu aşağıdakı qayda üzrə olur:

1. Mübtəda insanlara aid sözlərlə ifadə olunarsa, xəbər mübtəda ilə bəzən uzlaşır, bəzən də uzlaşmır.

Məsələn: Məktəbin həyətində uşaqlar oynayırdılar. Onlar heç bir şeydən çətinlik çəkmirdi.

2. Mübtəda heyvanlara və quşlara aid sözlərlə ifadə olunarsa, xəbər mübtəda ilə bəzən uzlaşır, bəzən də uzlaşmır.

Məsələn:Heyvanlar ağılda yatıb dincəlirdi. Tüfəng səsini eşidən atlar qorxu içində öz sahiblərinə baxıb titrək səslə kişnədilər.

3. III şəxsin cəmində olan mübtəda cansız əşyalara aid sözlərlə ifadə edildikdə xəbər, adətən tək olur, yəni mübtəda ilə kəmiyyətə görə uzlaşmır. Məsələn: Parçalan­maz qara qalın buludlar göy üzünü örtmüşdü.

Bəzi əşya adlarını ifadə edən mübtəda canlı varlıq kimi təsəvvür edildikdə onun xəbəri tək ola bildiyi kimi cəm də ola bilir. Məsələn: Bu mahnıda elə bir incəlik və şəfqət vardı ki, sanki dağlarda çiçəklər şeir oxuyurdu.

Binaların başına qoyulmuş radiolar ağız-ağıza verib var gücləri ilə danışdılar, şəhəri oyatdılar.

I. Gah tabe edən tərəf, gah tabe olan tərəf gah da hər iki tərəf bir neçə sözdən ibarət olur. Bu halda üç vəziyyət əmələ gəlir:

1.Tabe edən tərəfdə başqa şəxslərə aid sözlərlə yanaşı, I şəxsə aid əvəzliklər (mən və ya biz) iştirak edirsə, tabe söz I şəxsin cəmi ilə uzlaşmalı olacaqdır.

Daimi deyilik nə siz, nə də mən,

Bizdən bu dünyada hünər qalacaq

2. Tabe edən sözlər arasında I şəxs əvəzlikləri iştirak etməzsə və həmin sözlərdən biri II şəxsə aid əvəzlik (sən, siz) olarsa, tabe söz II şəxsin cəmi ilə uzlaşacaq. Məs: Anam da, sən də gözünüzü yola dikib onu gözləməlisiniz.

3. Tabe edən sözlər ancaq III şəxsə aid olarsa, tabe söz həmişə III şəxsə aid olur, kəmiyyətə görə uzlaşma isə tabe edən sözlərin xarakterindən, düzülüşündən asılı olaraq dəyişilir. Əgər tabe edən sözlərin ifadə etdiyi əşyalar, şəxslər eyni zamanda, eyni yerdə və xüsusən əlaqəli şəkildə götürülürsə, bu halda tabe söz çox vaxt cəm olur və kəmiyyətə görə əsas sözlə uzlaşır. Məsələn: Abbas, Həyat və Akif xəritəyə baxaraq danışırdılar.

Əgər əşya və şəxslər belə əlaqəli şəkildə götürülmürsə, ayrı-ayrılıqda göstəri­lirsə, bu halda tabe söz cəmlik əlaməti ilə çıxış etmir və deməli, bu vaxt kəmiyyətcə uzlaşma pozulmuş olur.

Alim də, şair də, dağda çoban da

Deyir mahnısını ana dilində

Tabe edən bir, tabe olan bir neçə sözlə ifadə olunur. Bu halda tabe sözlərin əsas sözlə uzlaşması iki cür olur:

1.Tabe olan sözlərin hamısı şəxs və kəmiyyətə görə əsas sözlə uzlaşır.

Mən lap məəttələm, quruyub qalmışam. Sən azad gəzirsən, gülürsən, danışırsan.

2.Tabe sözlərdən, sırası ilə, ancaq sonuncu əsas sözlə şəxs və kəmiyyətə görə uzlaşır, qalanları isə başqa formalarla əvəz olunur. Bu hallar aşağıdakılardan ibarətdir.

A) Tabe sözlərdə uzlaşma əlaməti olan şəxs və kəmiyyət şəkilçisinin ixtisarı nəticəsində

Sən əvvələr tez-tez kitabxanada olar və mənimlə birlikdə dərsə hazırlaşardın.

B) Tabe sözlərin -ıb-ib-ub-üb və bəzən də araq-ərək şəkilçili feli bağlamalarla əvəz olunması nəticəsində:

Dəstə-dəstə biz də gərək,

Sünbül yığıb, meyvə dərək

C) Tabe sözlərin deyil, yox sözləri ilə əvəz olunması nəticəsində: mən səni deyil, başqasını çağırıram.

Uzlaşma əlaqəsi atributiv birləşmələrdə mənsubiyyət şəkilçiləri vasitəsi ilə yara­nır. III növ təyini söz birləşmələrində uzlaşma bütün şəxslərə görə olur. Məktəbin direktoru, mənim kitabım, sizin kitabınız.

II növ təyini söz birləşmələrində isə uzlaşma yanlız üçüncü şəxsə görədir.

Məktəb direktoru, sinif otağı


Yüklə 158,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin