Əsas tərəfin tələbi ilə asılı tərəfin ismin müəyyən bir hal şəkilçisini qəbul edərək dəyişməsinə idarə deyilir.
İsmin hallarının hamısı idarə əlaqəsinə xidmət etmir. Adlıq hal subyekt haldır. Cümlədə adətən mübtəda vəzifəsində, yanaşma əlaqəli birləşmələrin birinci tərəfi kimi çıxış edərək təyin vəzifəsində işlənir. Qeyri-müəyyənlik bildirən yiyəlik və təsirlik hallarında olan sözlər aid olduğu sözlə yanaşma əlaqəsində olur. İdarə əlaqəsində asılı tərəf dedikdə, ismin yiyəlik, yerlik və çıxışlıq hallarında olan sözlər nəzərdə tutulur.
İdarə əlaqəsində bütün əsas nitq hissələri həm asılı, həm də əsas tərəf kimi çıxış edə bilir. Asılı tərəf kimi:
İsimlərin idarəsi: evə getmək, məktubu oxumaq, bağda dincəlmək və s.
Əvəzlik: səni görmək, onu səslənmək, heç kimi incitməmək və s.
Məsdər: işləməyi bacarmaq, danışmaqdan yorulmaq
Sifət:ağı qaradan seçmək, yaxşını pisdən ayırmaq
Say:çoxu aparmaq, beşdən ikisini çıxmaq
İşarə əvəzlikləri: bunu yadda saxlamaq, belələrinə dərs vermək
Feli sifət:oynayanlara baxmaq, danışanı dinləmək
Zərflər:geriyə dönmək, uzaqda yaşamaq
İdarə əlaqəsinin aşağıdakı növləri var:1 Fellərlə idarə, 2.Fel olmayan nitq hissələri ilə idarə.
Fellərlə idarə dedikdə ismin dörd halı nəzərdə tutulur. Çünki fel ismin bütün halları ilə əlaqəyə girə bilmir.
Fel olmayan nitq hissələri ilə idarə dedikdə isim, sifət, say, əvəzlik, qismən də zərflərin idarə əlaqəsi prosesində tabeedici sözlər kimi çıxış etmələri nəzərdə tutulur. Bu nitq hissələri ismin ancaq yiyəlik, yönlük, yerlik və çıxışlıq hallarını idarə edə bilir.
İsimlərlə idarə: isimlərin asan idarə obyekti yiyəlik haldır. Məs: dağların qarı, çiçəklərin ətri.
Sifətlərlə idarə:ismin yiyəlik, yönlük, yerlik, çıxışlıq hallarını idarə edir. Almanın qırmızısı, dünyada məşhur.
Saylarla idarə: ismin yiyəlik, yerlik və çıxışlıq hallarını idarə edə bilir. Kitabların beşi, tələbələrin onu.
Əvəzliklərlə idarə:adamların beləsi, kitabın nəyi
Zərflərlə idarə:evlərin yuxarısı, həmən günün səhəri
Qoşmalar da fellər kimi, müstəqil olaraq ismin bu və ya digər halının formalaşmasında və işlənməsində tabeedici söz kimi fəal rol oynayır. Qoşmalar adlıq, yiyəlik, yönlük və çıxışlıq hallarla əlaqəyə girir. Qoşma ismin halı ilə işlənərkən əsas idarəedici söz kimi çıxış edir, isim ona tabe olur, onu aydınlaşdırır.
Dostları ilə paylaş: |