FəNN: Sistem Paradiqmaları MÖvzu: Sİstem proqram təMİnati



Yüklə 114,24 Kb.
səhifə2/12
tarix31.12.2021
ölçüsü114,24 Kb.
#113521
1   2   3   4   5   6   7   8   9   ...   12
Serbest is

Sistem proqram təminatı kompüterdə informasiyanın işlənməsi prosesini təşkil edir. Mahiyyətinə görə o proqram idarəetmə qurğusudur, bəzən onu kompüterin bir hissəsi hesab edirlər.

Tətbiqi proqram təminatı tətbiqi məsələləri həll etmək üçün lazım olan proqramlar yığımından ibarətdir. Bu cür proqramların seçilməsi həll ediləcək məsələlərin xarakterindən asılıdır (məsələn, iqtisadi, texniki və s.).

Sistem proqram təminatı kompüterdə informasiyanın işlənməsi prosesinin təşkili ilə yanaşı, tətbiqi proqramlar üçün normal mühiti təmin edir.



Sistem proqram təminatına aşağıdakıları aid etmək olar:








Əməliyyat sistemləri










Birməsələli ƏS










Çoxməsələli ƏS










Şəbəkə ƏS










Servis proqramlar










Örtüklər










Utilitlər










Antivirus vasitələri










Proqramlaşdırma sistemləri










Kompilyatorlar










İnterpretatorlar










Assemblerlər










Texniki xidmət proqramları










Test proqramları










Xüsusi nəzarətçi








Əməliyyat sistemləri – informasiyanın işlənməsinin idarə olunması ilə yanaşı aparat vasitələri ilə istifadəçinin qarşılıqlı əlaqəsini təmin edir. Əməliyyat sistemlərinin əsas funksiyalarından biri informasiyanın daxiletmə/xaricetmə prosesinin avtomatlaşdırılması, istifadəçi tərəfindən yerinə yetirilən tətbiqi proqramın idarə edilməsidir. Əməliyyat sistemləri lazım olan proqramı kompüterin yaddaşına yükləyir və onun yerinə yetirilməsinə nəzarət edir.
Əməliyyat sistemləri yerinə yetirdiyi funksiyalara görə üç qrupa bölünür:

  • birməsələli (bir istifadəçi üçün);

  • çoxməsələli (çox istifadəçi üçün);

  • şəbəkə.

Birməsələli əməliyyat sistemləri müəyyən anda konkret bir məsələ ilə bir istifadəçinin işi üçün nəzərdə tutulmuşdur. Bu tip əməliyyat sistemlərinə nümumə kimi Microsoft firması tərəfindən yaradılan MS-DOS əməliyyat sistemini göstərmək olar.

Çoxməsələli əməliyyat sistemləri kompüterdə mültiproqram rejimdə vaxt

bölgüsü ilə kollektiv istifadəni təmin edir. Bu tip əməliyyat sistemlərinə UNIX, OS/2, Windows 7/8/10 və s. misal göstərmək olar.



Şəbəkə əməliyyat sistemləri lokal və qlobal şəbəkələrin meydana gəlməsi ilə əlaqədar yaranmışdır və şəbəkənin bütün resurslarına istifadəçi müraciətini təmin edir. Bu əməliyyat sistemlərinə Novell Net Ware, Windows NT, Banyan Vines, IBM LAM, UNIX, Solaris və s. misal göstərmək olar.

Servis proqramlar adi kompüterlə işləyən zaman ona əlavə xidmətlər göstərir və əməliyyat sisteminin imkanlarını genişləndirir.

Servis proqramları aşağıdakı əsas funksiyaları yerinə yetirir:



  • istifadəçi interfeysinin təkmilləşdirilməsi;

  • məlumatların (verilənlərin) mühafizəsi;

  • məlumatların bərpası;

  • xarici yaddaşla operativ yaddaş arasındakı informasiya mübadiləsinin sürətləndirilməsi;

  • arxivləşdirmə və ya sənədi arxivdən çıxarmaq;

  • kompüter virusları ilə mübarizə.

Servis proqramları təşkilinə, reallaşdırma üsullarına və yerinə yetirdikləri funksiyalara görə aşağıdakı qruplara bölünür:

  • örtük proqramları;

  • utilitlər;

  • antivirus proqramları.

Örtük proqramlar əməliyyat sistemləri üzərində qurulur, istifadəçiyə keyfiyyətcə yeni interfeysi təqdim edir və istifadəçini əməliyyat sistemlərinin əmr və əməliyyatlarını ətraflı öyrənməsindən azad edir.

MS-DOS mühitində olan əksər örtüklərin funksiyası fayl və kataloqlarla işə əsaslanır. Bu örtük proqram fayllarının sürətli axtarışını, mətn fayllarının yaradılmasını, baxışını və redaktəsini, diskdə yerləşən fayllar haqqında məlumatların verilməsini, disk sahəsi və operativ yaddaş haqqında məlumatların verilməsini təmin edir.

İstifadə olunan bütün örtük proqramları müəyyən dərəcədə istifadəçi səhvlərindən mühafizəni təmin etməklə, faylların təsadüfi korlanma ehtimalını da azaldır.

MS-DOS mühitindəki örtük proqramlardan ən çox yayılanı və istifadə olunanı NORTON COMMANDER proqramıdır.


Utilitlər aşağıdakı funksiyaları yerinə yetirirlər:

  • disklərə xidmət etmək (formatlaşdırma və s.);

  • informasiya mühafizəsinin təmini, nasazlıq hallarında bərpanın mümkünlüyü və s.;

  • fayl və kataloqlara xidmət;

  • arxivlərin yaradılması və yeniləşdirilməsi;

  • kompüter resursları, disk sahəsi, proqramların əməli yaddaşda paylanması haqqında informasiyanın verilməsi;

  • müxtəlif rejim və formatlarda olan mətn və digər faylların çapı;

  • kompüteri viruslardan mühafizə.


Yüklə 114,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin