Fənn: Vaqonların hava kondensasiya qurğuları və soyducu maşınları



Yüklə 79,81 Kb.
səhifə12/15
tarix10.01.2022
ölçüsü79,81 Kb.
#109032
1   ...   7   8   9   10   11   12   13   14   15
Mövzu : Sərnişin vaqonlarda işlədilən kondensə hava qurğuların sınaqdan keçirilməsi haqqında məlumat.

Sərnişin vaqonlarda işlədilən kondensə hava qurğuların sisteminin germetik olduqdan sonra, həmin sistemin soyuducu məhlul ilə doldurulması məqsədə uyğun sayılır. Bu cür işin görülməsi Texniki Baxış Məntəqələrdə sistemə baxış keçirildikdə sonra sistemi sökmədən aşkar etmək olur. Bu işlərin aparılması və sistemin sınaqdan keçirilməsi sadə halda aparılır. Bunun üçün çox mürəkkəb alətlər və qurğular lazım gəlmir. Sistem işlək vəziyyətdə olmadığı halda baxış keçirilir. Sistemdə boruların əyimə və onları birləşdirən cihazların əyilmiş yerlərinin olmasını üzə çıxarırlar. Əgər əyilmiş yerlər varsa soyuducu agentin sirkulyasiya olunmasına maneçilik yarada bilər. Bu cür hal aqreqatların iş prinsipinə xələl gətirə bilər. Boruların bu cür əyilmiş yerləri vaqonlar hərəkətdə olduğu zaman onların titrəyişi nəticəsində tədricən çatlar gətirə bilər. Kompressorun və kondensatorun yivli hissələrinə xüsusi fikir vermək,. Yiv ilə birləşmələrini qoşulmuş yerlərini xaladagentin buraxılıb – buraxılmamasını diqqətlə yoxlamaq lazım gəlir. Çox vaxtı vaqonların tərpənməsi sayəsində bu hissələr boşalır və soyuducu agentin axınına səbəb olur. Soyuducu agentin sistemdən axıdılmasını iki yolla üzə çıxartmaq olur: 1 – ci axıdılan yerdən, maddə kompresozen yağına qarışaraq, həmin yerdə ağarmış ləkə izi yaradır. 2 – ci sabun köpüklü su vasitəsi ilə üzə çıxarılır. Bunlardan effektlisi isə ğalxoidli lampa vasitəsi ilə üzə çıxarılır. Galoid lampa öz elit spirt vasitəsi ilə işləyir. Bu lampa boruların mayenin axıdılan yerlərinə yaxınlaşdıranda lampanın alovun rəngi bənövşəyi rəngə çevrilir. Bu üsulla xaladagentin axılmasını təyin edilir və qarşısını alır. Bu lampaların içində yandırlan maddələrə əsasən spirtlə, benzinlə və propanla yandırlan olurlar. Soyuducu qurğuların düzgün işləməsi çox vaxtı termo təmizləyici venteldən asıllı olur. Soyuducu xəttin təmirdən sona təmizlənməsi, yuyulması, yeyilmiş hissələrinin dəyişdirilməsi lazımdır. Qeyd olunmuş işləri görüldükdən sonra (şəkil 14) venteli şlanğ 1 vasitəsi ilə sıxılmış havanın təzyiqi 4 atmosferaya bərabər 2 dövrəyə qoşurlar. Manometr vasitəsi ilə 3 təzyiqini təyin edir. Ventelin ikinci deşiyini 4 şlanq vasitəsi ilə 5 ikinci manometrə qoşulur. Birinci manometrdən 6 boru ilə 7 su olan qab. Qaba 8 ventelin termo patronu və 9 termometr yerləşdirilir. Qabda olan termo patronu və 9 termometr yerləşdirilir. Qabda olan suyun temperaturası 40 – 500C olmalıdır. Beləliklə 10 saylı venteli yavaş – yavaş açmaqla sınaqdan keçirilən olan hava çıxır. Bu halda havanın temperaturu 280C – də olarsa onda 5 saylı manometr 1,25 atmosfer təzyiq göstərir. Bu üsulla termo tənzimləyici venteli sınaqdan keçirilir.



Mövzu : SAF – 2 tipli sərinləşdirici qurğunun konstruksiyası və iş prinsipi haqqında məlumat. Refrijerator hərəkət heyətinin soyuducu sistemi haqqında məlumat.

Sərnişin vaqonlarda yay mövsümündə içməli suyun sərinləşdirilməsi məqsəə uyğundur. Bunun üçün vaqonlarda bir neçə tip su sərinləşdirici qurğulardan istifadə edilir. SSSR – i məkanında istehsal olunan sərnişin vaqonlarda BOK – 4/50 tipli su soyudan qurğudan istifadə edilir. SAF – 2W tipli su soyuducular isə Polşa Xalq Respublikasında və TWK - 10 – 3 tipli su soyuducu qurğular isə Almaniya Respublikasında istehsal olunan sərnişin vaqonlarda istifadə olunur. Suyun soyudulması prinsipi hər üç tipli qurğularda eynidir. Amma qurğuların bəzi hissələri biri – birindən fərqlənir. BOK – 4/50 tipli su soyuducu Kiyev şəhərində maşın qayırma zavodda istehsal edir. Lenenqrad şəhərində Egorov adına sərnişin vaqon istehsal zavoddan buraxılan vaqonlarda quraşdırılır.

Bu qurğu vaqonun xüsusi şöbəsi ilə üz – üzə quraşdırılır.

Suyuducu qurğu – bakdan, venteldən, termo tənzimləyici venteldən, filterlə birlikdə resiverdən, tzəyiq relesindən, hava buraxmaq üçün venteldən və soyuducu qurğudan ibarətdir. Qaynadılmış su xüsusi baka doldurulur və orda soyuduldukdansonra boru vasitəsi ilə suyu qaba dolduraraq istifadə edir.

Refrijerator hərəkət heyətinin soyuducu sistemi bir növ, sərnişin vaqonların soyuducu sisteminə oxşayır. Refrijerator hərəkət heyəti vaqonların sayına görə 23 və ya 21 vaqondan ibarət olaraq qatarlara bölünür. Bundan başqa 12 və 5 vaqondan ibarət xüsusi heyətlərə bölünür. Bu vaqonların özünə məxsus induvidial suyuducu və elektrik enerji ilə təmin edici qurğuları vardır. 23 vaqonlu refrijerator hərəkət heyətinin qatarın 20 vaqon soyuducu vaqonlar, 1 vaqon dizel – elektro – stansiya, 1 – vaqon maşın şöbəsi, 1 vaqon isə xidmət edən briqada üçün nəzərə alınmışdır. Soyuducu vaqonlarda – 10 dən +6 Celsiyə qədər temperatura qaldırmaq olar. Hansı ki, atmosfer temperaturu + 30 dan – 450C olduğu zaman. Bizim Respublikamızda daşınılan yüklərin miqdarından asıllı olaraq 5 vaqonlu hərəkət heyətlərdən istifadə edilir. Bu vaqonlar Almaniya Respublikasında istehsal olunmuşdur. Hər vaqonda iki ədəd soyuducu qurğu quraşdırılmışdır. Bu soyuducu qurğular fereon – 12 soyuducu ilə işləyir. Vaqonlardan birində - Dizel elektrostansiya quraşdırılmışdır. Bu vaqonun yanındakı vaqonda bu heyətə qulluq edən üç nəfər üçün xidməti hissə ayırmışdır. Vaqonların yük tutma qabiliyyəti 179 tondur. 3 vaqonun yük tutma 41 ton hər biri, dizel – generator yerləşdirilmiş vaqonun tutumu 24 ton, xidməti briqadanın yerləşdiyi vaqonun çəkisi 32 ton təşkil edir. Vaqonların qabariti 1 – T - əsaslanır. Vaqonun uzunluğu – 17 metrdir. Soyuducu eelktrik mühərrikləri elektrik stansiya vaqonunda quraşdırılmış 2 ədəd dizel generator vasitəsi ilə həyata keçirilir. Gücü 56 kvatdır. Dizelin dövrlərin sayı 1000 dövr/dəqiqədir. 8 gün ərzində, sutkada 22 saat işləmək şərti ilə işləyə bilir.


Yüklə 79,81 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin