Fənn: Vaqonların hava kondensasiya qurğuları və soyducu maşınları



Yüklə 79,81 Kb.
səhifə11/15
tarix10.01.2022
ölçüsü79,81 Kb.
#109032
1   ...   7   8   9   10   11   12   13   14   15
Mövzu : . Elektrik kontaktlı civəli termometrin konstruksiyası və iş prinsipi

Sərnişin vaqonlarda istənilən temperatur əldə etmək üçün, civəni elektrik qızdırıcı ilə qızdırılan civəli elektrik termometrlərdən istifadə edilir (şəkil 10) . Şüşəli borunun 1 üstünə qızdırıcı yay 2 (spiral) sarımışdır. Bu yay vasitəsi ilə elektrik enerji buraxılan zaman şüşə borunun içindəki civə qızır, ya da spirala verilən elektrik enerjini kəsdiyi zaman temperatur aşağı düşür. Beləliklə faktiki lazım olunan temperatur yarandığı zaman termometrin kontaktları civə vasitəsi ilə qapanır. Qızdırıcı spirala isə nəzərdə tutulmuş temperatura hesablanılmış, iki vəziyyətdədə işlədilən, “İsti” və “Soyuq” qoşucu qoşulmuşdur. İstidən geelmə, soyuqdan sıxılma xassələrinə malik olan cihazlara bimetal termostatlar deyilir. Bu cür cihazlarda hiss edici element kimi, cürbəcür xassələrə malik olan iki metaldan hazırlanmış termik genelməyə malik olan iki spiraldan istifadə edilir. Temperaturu təyin edən cihazla, eyni vaxtda təzyiqini göstərirsə belə cihazlara manometrik termostatlar deyilir. Bu cür cihazların iş fəaliyyəti, temperatur dəyişməklə, tez buxarlanan mayelərin təzyiqi, məsələn fereonla işləyən xətdə şüşə boru içərisində yerləşdirilmiş kontakta təsir göstərərək həmin xətti qoşaraq idarə edir.

Manometrli termostat qapalı germetik sistemə malik olan istilik hiss edici balondan (patrondan) ibarətdir. Bu cihazın iş prinsipi diafragma və silfonun formasının dəyişilməsi ilə əlaqədar kontaktın qoşulması nəticəsində dövrənin qoşulması ilə idarə edir. Manometrik termostat şkalaya əsasən tənzimlənir. Kontakt həmin şkalada qeyd olunmuş və müəyyən olunmuş ölçüdə temperatur göstərdiyi rəqəmi üstündə dayanır. Əqrəb və kontakt şkalanın təyin olunmuş hissəsində qovuşarsa, onda icraedici mexanizm impluslar ötürməyə başlayır. Axır zamanlarda termostatlar elektrik keçiriciliyə malik olan keçiricilərdən və yarım keçiricilərdən hazırlanır. Bu cihazın hiss edici hissə şüşə boru üstündə sarılmış istiliyə həsas spiral məftildən ibarətdir.

Mövzu : Əmr edici apparat, icra edici mexanizm və tənzimləyici aqreqat haqqında mə`lumat

Civəli elektrokontakt termometrlərin tətbiq olunan avtomat sistemində aralıq relelərdən istifadə edilir. Bu relenin elektromaqnit makarası (və ya bir neçə makara) vardır ki, elektrokontakt termometrin birinci dövrəsin qoşularaq, lazım gəldiyi zaman ikinci dövrəni ya qoşur və yaxud açır.

İcra edici mexanizm: İcraedici mexanizmlər hava kondensə qurğuları sistemində geniş istifadə olunur. Bu cür mexanizmlərə elektromaqnit solenoudli, elektromayeli və mühərrik klapanı, mühərrik sorucu və digər qurğular, istilik və soyuducu ötürüçüləri və tənzimləyicilər. Bu mexanizmlər əmr verici apparatların dövrlərinə qoşulur.

Tənzimləyici aqreqat: Tənzimləyici aqreqatlar avtomat tənzimləmə sisteminin hava soyuducu xəttinin işçi sisteminə aiddir. Vaqonun hava ventelyasiya sistemində elektrik mühərrikin dövrlərin sayından asıllı olaraq vaqona verilən havanın həcmi artırır və yaxud azaldır. Bu cür mühərriklərin fırlanma sürəti

1100-1600 dövr dəqiqəyə bərabər olur. Mühərriklərin gücü isə 2,25 kvata bərabər olur. Bu cür ventelyatorların vaqona hava ufürülməsi yay mövsümündə 5000 m3/saat, qış mövsümündə isə

3000 m3/saat həcmində olur. İstilik sistemini tənzimləyən aqreqatlardan birisi həmin dövrədə istifadə olunan elektrik peçlərin və elektrikkalariferlərinin vaxtlı – vaxtında qoşub açan onlara məxsus kontaktorlardır. Su ilə qızdırılan vaqonlarda isitici sistemi avtomatlaşdırılmış tənzimləyici orqanlar suyun dövr edilməsini tənzimləyən nasoslardır ki, onların vasitəsi ilə borularda, kalariferlərdə suyun dövr ediməsinə nail olurlar. Vaqonların soyutma sistemini tənzimləyən aqreqatlar kompressorlardır hansı ki, havanın istehsal olunmasının çoxluğundan və ya onun söndürülməsindən asıllıdır. Bundan başqa hava istehsalının aşağı olması və yuxarı qalxması kondensator vasitəsi ilə hər hansı ventelyatorun qoşulması və yaxud onun dövrlər sayının artırılması nəticəsində əldə etmək olar.




Yüklə 79,81 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin