149
5. İstənilən xərclərini ödəyən qiymət (cost-plus
price) – faktiki istehsal xərcləri
və bazar yaxud sahədəki
orta mənfəət norması ilə müəyyən edilir.
6. Nüfuzlu qiymət (prestige price) – mükəmməl xü-
susiyyətlərə malik olan yüksək keyfiyyətli məhsullar
üçündür.
Müəssisə rəhbərliyi yeni məhsullar üzrə bu qiymət
növlərindən müəssisənin məqsədinə daha münasib olanını
seçməlidir. Seçim bazarda satış payını,
məhsulun tətbiq
surətini, kapital qoyuluşunun ödənilməsi müddətini, rəqa-
bətin kəskinliyini və s. kimi amillərin nəzərə alınmasını
tələb edir.
Qiymətəmələgəlmə prosesinin ardıcıl mərhələlərinin
məcmusu kimi təqdim etmək olar:
1. Məqsədin qoyuluşu.
2. Tələbin müəyyən edilməsi.
3. Xərclərin qiymətləndirilməsi.
4. Qiymətlərin və rəqiblərin əmtəələrinin müqayisəli
təhlili.
5. Qiymətəmələgəlmə metodunun seçilməsi.
6. Son qiymətin müəyyən edilməsi.
Qiymətəmələgəlmə metodları çoxsaylıdır.
Onlardan
ən sadəsi ―orta xərclər üstəgəl mənfəət‖dir. ―Məqsədli
mənfəətin‖ təmin edilməsi metodu arzu olunan mənfəət-
dən çıxış edərək qiymətlərin müəyyən edilməsindən iba-
rətdir.
―Əmtəənin duyulan qiymətliliyi‖ – metodu əsasında
qiymətlərin müəyyən edilməsi, əmtəənin alıcı
tərəfindən
alınması və qiymətləndirilməsinin əsas amili qismində qə-
bul olunmasını bildirir.
Qiymətəmələgəmə metodunun seçilməsinə aşağıdakı
amillər təsir edir:
150
1. Bazar tutumu, (konyunkturası).
2. Satılan məhsulun xarakteri (yenilik dərəcəsi, pa-
tent mühafizəsinin səviyyəsi və s.).
3. Firmanın sahədəki mövqeyi (maliyyə vəziyyəti,
digər istehlakçılarla əlaqə və s.).
Qiymət istehsal xərcindən əlavə digər xərcləri, xüsu-
silə daşınma xərclərini də özündə birləşdirir. Buna gpörə
də coğrafi amil də qiymətəmələgəlmədə
öz rolunu oy-
nayır. Bütün bunlardan əlavə müxtəlif qiymət formaları da
mövcuddur:
1. Zona qiyməti – seçilərkən bir neçə coğrafi zona
ayrılır və bu zona üçün vahiq qiymət müəyyən olunur.
2. Bazar nöqtəsi əsasında qiymətin müəyyən edil-
məsi. Bazis ərazi nöqtəsi müəyyən edilir. Həmin nöqtə
üçün qiymət müəyyənləşir. Bu nöqtədən yaxın
məsafələr
üçün qiymətə daşınma xərci əlavə olunur.
3. Standart qiymətlər – uzun müddət dəyişməz qalır.
İstehsal xərcləri artdıqda qablaşdırmada məhsulun miqdarı
azaldılır və bu alıcıda əks reaksiya vermir.
4. Dəyişən qiymətlər – tətbiq olunanda qiymətlər
xərclərə tələbə, rəqib qiymətlərinə müvafiq dəyişdirilir.
5. Vahid qiymətlər – bütün müştərilər üçün qiymət
eyni təyin olunur (sim kart)
6. Çevik qiymətləri – alıcı və satıcı arasında hər dəfə
qiymət haqda danışıq, razılaşma əsasında müəyyən olunur.
7. Qiymətqoyma amillərinin təhlili nəticəsində
müəssisə qiymət sahəsində qarşıya
qoyulan məqsədə və
hər məhsul üzrə hazırlanmış marketinq strategiyasına uy-
ğun gələn
qiymət strategiyası hazırlayır. Hər bir məhsul
üzrə bu strategiya müxtəlif ola bilər. Məsələn, müəssisə
yeni məhsul üzrə «bazara sürətlə daxil olma», «bazara
ləng daxil olma», «xamanın sürətlə yığılması» və «xama-
151
nın ləng yıxılması» strategiyası tərtib edə bilər.
8.
İlkin qiymətin müəyyən edilməsi mərhələsində
müəssisə qiymətqoyma metodlarını seçir və seçilmiş me-
todla məhsulun ilkin (bazis) qiymətini müəyyənləşdirir.
9. Müəssisə, bir qayda olaraq, müxtəlif amillərin tə-
siri altında alıcılara müəyyən qiymət güzəştləri (məhsul
Dostları ilə paylaş: