niyyəti (ideyası). Bu səviyyədə söhbətheç də real əşyadan
və yaxud xidmətdən deyil, gələcəkdə bu mala olan ehti-
yacdan və onun ödədiyi tələbatdan gedir. Bu mənada belə
demək olar ki, kosmetika insanı xaricən daha yaraşıqlı et-
145
mək üçün nəzərdə tutulur («təbiətə kömək etmək»). Bunu
təcrübəli biznes adamları çox gözəl başa düşürlər.
Sonrakı səviyyə - əşya və yaxud xidmətin real həya-
ta keçirilməsi.
Bu zaman mal aşağıdakı cizgiləri qazanmalıdır: la-
zımi xüsusiyyətlər dəsti, keyfiyyət, xarici görünüş (bəzə-
dilmə), adı (markası), qablaşdırma.
Sonuncu səviyyə - malın özü və ona əlavə olunan
xidmətlər (servis) və fayda. Son vaxtlarda aşağıdakı mal-
ları fərqləndirirlər:
- uzunmüddətli istifadə olunan mallar (mebel,
geyim, texniki vasitələr);
-
qısamüddətli istifadə olunan mallar (qida, kosmetika,
kağız) və. s.
Bu məqsəd üçün ilk növbədə aid edilməlidir ki, söh-
bət hansı alıcı firmadan gedir, onun satınalma predmeti
nədir: istehsal vasitələrimi, yoxsa istehlak şeyləridir.
Çünki hər iki qrup mallara (məhsullara) tələbin öyrənil-
məsinin özünə xas olan xüsusiyyətləri vardır. Belə ki,
istehsal vasitələrinin alıcısı, əsasən sənaye firmaları, on-
ların qız şirkətləri (firmaları) ola bilər. İstehlak şeyləri alı-
cısı isə son nəticədə fiziki şəxslər- insanlardır. Lakin on-
lar da öz növbəsində həmin şeyləri bu və ya digər firmanın
ticarət şəbəkəsində əldə edirlər. İstehsal vasitələrinin
firma- alıcısını öyrənmək üçün ümumi məlumatlarla
yanaşı aşağıdakı informasiyaları toplayıb sistemləşdirmək
və təhlil etmək məqsədəuyğundur:
- bazarda firma- alıcının vəziyyəti;
- konkret malın istehlakında onun payı (tutduğu yeri);
- firmanın istehlak etdiyi (istehsal istehlakı) məh-
sulun əsas malgöndərənləri və s. qeyd etmək olar.
146
İstehlak şeyləri üzrə alıcı-firmanı öyrənmək məqsə-
dilə aşağıdakıları aydınlaşdırmaq daha yaxşı olar:
- pərakəndə satış ticarətinin həyata keçirilməsi me-
todları;
- alıcılara müxtəlif güzəştlərin verilməsi, o cümlədən
istehlak krediti, uzunmüddətli istifadə olunan mallar üzrə
satışdan sonra pulsuz xidmətlər, satış qiymətindən güzəşt-
lər;
- firmanın təqdim etdiyi məhsulların nomeklaturası
(siyahısı), onların yeniliyi, rəqabəttablılığı, təzələnməsi
(dəyişilməsi) dərəcəs və s. göstərmək olar.
Bazarın təhlilində nəqletmə şəraitinin öyrənilməsi də
xüsusi əhəmiyyət kəsb edir. Bu öyrəniş aşağıdakı bir sıra
məsələləri əhatə edir:
- ixracat ölkəsi ilə bazarı öyrənilən ölkə arasında
birbaşa nəqliyyat rabitəsinin olması və yaxud yaradılması
məsələləri;
- xətti gəmiçilik tarifləri, fraxtın kamilliyinə inam
yaratmaq, dəmir yolu ilə nəqletmə tarifləri məsələləri və s.
qeyd etmək olar.
Hüquqi məsələlərin öyrənilməsi də təhlil üçün mü-
hüm şərtdir. Bu isə aşağıdakı məsələlərin aşkar olunmasını
tələb edir:
- sığorta və ticarət gəmiçiliyi haqqında mövcud qa-
nunların öyrənilməsi;
- firmaların, o cümlədən, xarici ölkə firmalarının hü-
quqi vəziyyətini və fəaliyyətini tənzim edən qanunların
həyata keçirilməsini və s. qeyd emək olar.
Bazarın tədqiqinin metodikası bazarın, yaxud kon-
kret malın təhlilinə imkan verən üsul və metodların məc-
mudur. Həmin metodikada aşağıdakılar əsaslandırılır:
147
- təhlili məqsəd kimi qəbul edilmiş bazarın (dünya,
sahəvi, milli bazarların, bazar seqmentinin) seçilməsi;
- bazar şərtinin təhlili üçün istifadə olunacaq gös-
təricilərin müəyyənləşdirilməsi;
- təhlil üsulunun və proqnoz göstəricilərinin müəy-
yənləşdirilməsi və s göstərmək olar.
Əgər dünya bazarı və milli sahəvi bazarlar iştirak-
çılar, yaxud qrup iştirakçıları arasında bölüşdürülübsə, bu
halda tədqiqat üçün bazarın ayrı-ayrı seqmentlərinin öy-
rənilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu istehsalın isti-
qamətini konkret alıcıların tələblərinə sarı yönəltmək im-
kanı yaradır. Bunula bağlı bazarın seqmentləşdirilməsi
metodikasının işlənib hazırlanması mühüm şərtdir. Seq-
ment bazarın müəyyən bir hissəsidir. Bazarın ayrıca bir
seqmentində müəyyən bir qrup alıcılar məmulatın (malın)
konkret olaraq müəyyən modifikasiyasına yönəltmək daha
əlverişli olardı.
|