Fərhadi Püstə azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə63/126
tarix15.06.2022
ölçüsü1,41 Mb.
#116968
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   ...   126
beynelxalq-biznes

Daxili amillərə aiddir:
- marketinqin məqsədləri;
- marketinq kompleksinin strategiyaları;
- xərclər;
- təşkilati məsələlər; 
Xarici amillərə aiddir:
- bazarın və tələbin təbiəti;
- rəqabət;
- digər ətraf mühit amilləri (iqtisadiyyat, vasitəçilər, 
hökumət, sosial qayğılar).
Qiymət tələb asılılığının təhlili şirkət tərəfindən təyin 
olunmuş qiymət tələbin müxtəlif səviyyələrinə uyğun olur. 
Təyin olunmuş qiymətin və onun nəticəsi olaraq tələbin 
səviyyəsi arasında olan asılılıq tələb əyrisi adlanır. Tələb 
əyrisi bazarda müəyyən vaxt ərzində müxtəlif qiymətə 
alına biləcək məhsulun miqdarını göstərən əyridir. Normal 
hallarda tələb və qiymət tərs mütənasib olur, yəni qiymət 
yuxarı olduqda tələb aşağı olur.
 Xərclərə əsaslanan qiymətqoyma metodları.
Bu 
metod qiymətqoymanın ən geniş yayılmış və sadə forma-
sıdır. Xərclərə əsaslanan qiymətqoyma metodunun mahiy-
yəti ondan ibarətdir ki, məhsula çəkilən xərclərin üzərinə 
mənfəət norması və yaxud əldə edilməsi nəzərdə tutulan 
mənfəəti təmin etməli olan qiymət artımı əlavə edilir və o, 


155 
məhsulun qiyməti kimi götürülür.
Bu qiymətqoyma metodunun müxtəlif formaları: tam 
xərclərə (maya dəyərə) görə qiymətqoyma metodu; bir-
başa xərclərə görə qiymətqoyma metodu; investisiyanın 
rentabelliyi normasına görə qiymətqoyma metodu və xərc-
lərin rentabelliyi normasına görə qiymətqoyma metodu 
mövcuddur. 
Tam xərclərə əsaslanan qiymətqoyma metodunda 
qiymətqoymanın iki üsuldan: a) məhsulun tam xərclərin 
(maya dəyərin) məbləğinin üzərinə mənfəət normasının 
(qiymət əlavəsi və ya ticarət əlavəsi də adlandırılır) əlavə 
edilməsi və b.) məhsulun maya dəyərinin (satınalma qiy-
mətinin) üzərinə satış qiymətinə görə müəyyən edilmiş 
mənfəət normasının (bəzi ədəbiyyatda ticarət güzəşti, 
məhsulun satış qiymətinə əlavə adlandırlır) əlavə edilməsi 
üsulundan istifadə edilir.
Qiymətqoymanın məhsulun maya dəyərinin üzərinə 
mənfəət normasının əlavə edilməsi üsulunda məhsulun 
qiyməti onun maya dəyərinin, yəni ona çəkilmiş birbaşa 
qeyrimüstəqim və (qaimə) xərclərinin cəminin üzərinə 
fiksə edilmiş mənfəət norması gəlməklə hesablanılır, yəni 
i
id
id
i
K
M
M
P



burada: 
i
P
- i məhsul vahidinin qiyməti, manatla; 
id
M
- i məhsul vahidinin maya dəyəri, manatla; 
i
K
- i məhsulunun maya dəyərinə nisbətən müəyyən edi-
lən standart (fiksə edilmiş) mənfəət normasıdır (qiymət 
əlavəsi və ya ticarət əlavəsidir). 

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin