Folklor instituti


Açar sözlər: Noqaylar, Qıpçaq-Noqay ədəbiyyatı, folklor, “Yedigey” dastanı, çağdaş ədəbiyyat



Yüklə 4,03 Mb.
səhifə79/211
tarix01.01.2022
ölçüsü4,03 Mb.
#102992
1   ...   75   76   77   78   79   80   81   82   ...   211
Açar sözlər: Noqaylar, Qıpçaq-Noqay ədəbiyyatı, folklor, “Yedigey” dastanı, çağdaş ədəbiyyat
Giriş
Noqayların ədəbiyyat tarixlərini miladi V-X yü­zildəki Orxon-Yenisey qəbirüstü abidələrindən, Mah­mud Kaşqarlının “Divan-i lüğat it-Türk”ündən (XI yüzil), Yusif Balasaqunlunun “Kutadqu biliq”indən, Hoca Əhməd Yə­səvinin “Hikmətlər”indən (XII yüzil), Süleyman Bakırkanlinın (XII yüzil), Əhməd Yügnəkinin (XIII yüzil), Rabğu­zinin (XIV yüzil) yaradıcılığından, “Nehcül feradis” kimi əsərlərdən başlama meyli təqdirəlayiqdir. Hətta bəzi araşdırıcılar bu siyahını daha da genişləndirərək Xarəzminin “Məhəbbətnamə”sini, Qütbü­nün “Husrevü Şirin”ini, “Kodeks kumanikus”u və b. əsərləri də noqay ədəbiyyatının nümunələri hesab edirlər (Sikаliеv А., 1994: 44).

Miladi XIV yüzildən tarix səhnəsində “noqaylar” adı ilə gö­rünən bir xalqın V-XIV yüzillərdə ədəbi əsərlər yaratması inan­dırıcı görünməyə bilər. Əslində bir xalq kimi onlar vardı və böl­gədə aparıcı idilər. Lakin “noqaylar” adlandırılmırdılar. Bü­tün türk xalqları kimi onlar da qaynaqlarda ayrı-ayrı adlarla qeyd edilirdilər. “Noqay” adının bir ulusa, elə verilməsi tarixi isə XIV yüzildən başlayır. Cəsur döyüşçü, bacarıqlı sərkərdə, uzaqgörən siyasətçi, mahir diplomat və güclü dövlət qurucusu olan Noqay xanın öz ətrafına topladığı türk tayfaları sonralar bir etnos kimi birləşərək qüdrətli dövlət qurmuş və rəhbər­lə­ri­nin adını yaşatmışlar. Beləliklə, qüdrətli sərkərdə və bacarıqlı dövlət adamı olan Noqayın adı xalq, toplum adına çevrilmişdir.

Qaynaqların verdiyi bilgiyə görə, Noqayın babası Taval bəy XII yüzilin sonlarında Qıpçaq bozqırlarının Aksu-Buq çayı çev­rəsində yaşayan bir peçeneq boyunun-tayfasının başçısı imiş (Noqay Sami, 1997:20). Atasından gələn bəylik haqqı ilə boyunun-tayfasının başına keçən Noqay Çingiz xanın nəvəsi Ba­tı xanın (1236-1255) yürüşlərində iştirak etmiş, az bir za­man­­da cəsur döyüşçü, bacarıqlı sərkərdə kimi şöhrət qazan­mış­dı. Batı xanın ölümündən sonra hakimiyyətə gələn qardaşı Bər­kə xan (1255-1266) qabiliyyət və bacarığını nəzərə alaraq, No­qayı ordu komandanı təyin etmişdi. Bərkə xan yeni torpaqlar əl­də etmək, indiki Azərbaycan ərazilərini tutmaq üçün 1262 və 1265-ci illərdə Elxanilərlə savaşmışdı. (ASE, 1978,:148, 2-ci cild). Ordu komandanı kimi Noqay Qafqaz dağlarını keçərək Hülakü xan və varisləri üzərinə yürüşlər edir. Döyüşlərdə qa­zan­dığı qələbələr onun şöhrətini daha da artırır. Beləliklə, o döv­ləti Bərkə xanla bərabər hüquqla idarə etməyə başlayır. (Sаfаrqаliеv M., 1949:58). Bərkə xanın ölümündən sonra Don və Dunay çayları arasındakı bölgə Noqay xanın nəzarəti al­tına keçir (ASE, 1983, 7:286). Bir çox tarixçilər Noqay xa­nın bu qələbəsini sərkərdəlik məharəti ilə yanaşı, islam amili ilə də bağlayırlar. Belə ki, Hülakü xan həmin vaxtlar buddist idi. Noqay xan və döyüşçülərinin əksəriyyəti islamı qəbul et­mişdilər. Hülakü xanın işğal altına aldığı bölgədəki müsəlman əhali və xəlifə bu döyüşdə Noqay xanın tərəfini tutur. Qay­naq­ların verdiyi bilgiyə görə, Noqay xan islam amilindən baca­rıqla yararlanmışdı.

Belə ki, o, daim Xorasandan və Anadoludan islamiyyəti yay­maq üçün qazilər gətirdirmiş. Şeyx Səfiyəddin Ərdəbili öz mü­ridləri ilə birlikdə Qıpçaq çölündə (Dəşti Qıpçaq) və Kirım­da islam dinini yaymışdı. 1263-cü ildə Sarı Saltuk Anadoludan on iki min türkmən ailəsi ilə birlikdə gələrək Kırım və Dob­ru­ca­da – yəni Noqay xanın hakim olduğu bölgədə yerləşmişdi. No­qay xan Trakyadakı bir çox Bizans şəhər və qalalarını almış, Aynos qalasında olan Səlcuq sultanı II Izzəddin Keykavusu is­lam dinini qəbul etdiyinə görə əsirlikdən azad etmişdi (No­qay Sami, 1997:20). Noqay xanın əmri ilə Dobrucaya gedən Sarı Saltuk orada möhkəmləndikdən sonra 1280-ci ildə Varna ya­xın­lığında iki Bulqar qalasını tutmuş və ömrünün sonuna qə­dər də Macarıstana, Balkanlara yürüşlər etməklə Altınordanın (Qizıl Orda) sərhədlərini genişləndirmiş və nüfuzunu artırmış­dır. Noqay xan isə həmin yerləri istədiyi kimi idarə etməklə ye­tər­lənmir, hətta Altınordada (Qızıl Orda) xanlar onun istəyi ilə ha­ki­miyyətə gətirilir və taxtdan uzaqlaşdırılırdı. Buna görə də bir çox dövlətlər Altınordaya deyil, onun yanına elçilər gön­dərir, dip­lomatik əlaqələr qurmağa çalışırdılar. 1270-71-ci illər­də Məm­lük sultanı Məlik Zahir (Baybars 1260-1277) Noqay xa­nın yanına elçi göndərmiş və ona məktubla müraciət etmişdir.

Çingiz xan soyundan olmadığına görə Altınorda taxtını ələ keçirə bilməyəcəyini anlayan Noqay xan sarayla qohumluq əlaqələrini möhkəmləndirməklə yanaşı, xarici dövlətlərlə də sıx əlaqə qurur. O, 1273-cü ildə Bizans imperatoru Mixail Pa­leogosun ögey qızı Efrosiya ilə evlənir. Noqay xan rus knyaz­larını da onunla birlikdə Polşa-Lehistan (Polonya), Macarıstan, Bolqarıstan, Serbiya üzərinə yürüşlərdə iştiraka məcbur edir. Quzeydəki rus knyazlarına elçilər göndərərək Litva dukalığına yürüşlər təşkil edərkən ona ərazilərində lazımi şərait yaratma­larını tələb edir. 1288-1291-ci illərdə Polşaya-Lehistana yürüş edərkən rus knyazları Mstislav ilə Danileviçi də özü ilə apar­mışdı. Onun siyasi gücü Bolqarıstanda hökmdarların taxta çıx­masına belə təsir göstərirdi.

Sami Noqay “Noqay türkləri” kitabında yazır: “Əsgəri sə­fər­lərdə tümənbaşı olan bir insana bacarığı, komandanlıq qabi­liyyəti, sərt dissiplini, təşkilatçılığı, güclü idarəçiliyi, hökmdar soyu ilə yaxınlığı... onu dövlətin yüksək məqamlarına çıxardı və geniş imkan qazandırdı. Bu imkan isə, digər tərəfdən, ida­rəsi altındakı torpaqlarda yeni boyların onun hakimiyyətini ta­nimasını təmin etdi. Beləcə qısa zamanda Noqay xanın çev­rə­sin­də yeni böyük bir etnik birlik (ulus, el) yarandı və inkişaf etdi”.

Belə böyük qüdrət və nüfuzu olmasına baxmayaraq, zaman öz işini görürdü. 1290-cı ildə Noqay xanın taxta oturtduğu Tox­ta xan yerini möhkəmləndirdikdən sonra özünə tərəfdarlar toplayıb Noqay xanın fəaliyyətini məhdudlaşdırmağa çalışır. Uzun sürən bu gizli qarşıdurma 1298-ci ildə açıq toqquşmaya çevrilir. Döyüşdə Noqay xan yenilir. Onun əsgərlərinin və tə­rəf­darlarının bir qismi əsir alınaraq Misirdə və başqa qul bazar­larında satılır. Döyüşlər isə ara vermir. 40 ilə yaxın Altınorda dövlətində aparıcı şəxs olmuş, beş hökmdar yola salmış, qocal­mış Noqay xan 1300-cü ildəki toqquşmaların birində rus əsgəri tərəfindən öldürülür (Krekov, Ekubovskiy, 1960:84).



Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin