Fxslxgghpxn ncplhkxn ncpxl


İYİRMİ YEDDİNCİ DӘRS KONFUSİON AYİNİ



Yüklə 0,83 Mb.
səhifə29/31
tarix01.07.2018
ölçüsü0,83 Mb.
#55417
1   ...   23   24   25   26   27   28   29   30   31

İYİRMİ YEDDİNCİ DӘRS

KONFUSİON AYİNİ

KÖKLӘRİ


İyirmi beşinci dərsin əvvəllərində qeyd olundu ki, buddiizm, konfusian və taoizm Çin əhalisinin ən mühüm və geniş yayılmış dinlərindən hesab olunur. Bu üç din arasında konfusion digər iki dinlə müqayisədə daha artıq nüfuz kəsb edə bilmişdir. Bu din Maonun kommunist hökumətindən əvvəlki vaxtlara qədər Çinin hakim dini hesab olunurdu və onun vəfatından sonra da öz nüfuzunu və əhatəliyini qoruyub saxlaya bilmişdir. Bu ayinin buddiizmə qələbə çalmasının səbəbi budur ki, buddiizm Hindistandan Çinə gəlmişdir; halbuki konfusion ayini yerli və milli bir din sayılır. Bu ayin cəmiyyəti tərk edib aspekt həyat tərzi keçirməyə meyilli olmadığı üçün taoizmə də qələbə çalıb üstünlük əldə etmişdir. Bu ayində hər bir şəxs öz cəmiyyətini puçluq və fəsadda qərq olmasını müşahidə etməsinə baxmayaraq, onu tərk etməməkdən əlavə, islah etmək üçün hərəkət edir və insanlara yol göstərir. Konfusion əsas etibarı ilə ictimaiyyətin islah olunmasına çalışır və onu əvəz edə biləcək etiqadi və əxlaqi prinsip irəli sürmür; əksinə camaatın klassik adət-ənənəsinə, etiqadına təkid edir. Bu amil də konfusionun taoizm üzərində üstünlük qazanmasına səbəb olmuşdur. Konfusion təlimatı Çin cəmiyyətinin qanuni prinsiplərini və əsil mədəni inanclarını təşkil edir.

KONFUSİON BARӘSİNDӘ


Әsil adı Kong-çiyu olan Konfusion eramızdan 551 il qabaq Lo (hazırkı Şantung) əyalətində dünyaya gəlmişdir. Üç yaşında atasını əldən verdiyi üçün, anasına kömək etmək məqsədi ilə uşaqlıq çağlarından işləməyə məcbur olur. O, işləməklə yanaşı təhsillə də məşğul olmuş və böyük müvəffəqiyyətlər əldə etmişdir. 22 yaşında müəllimlik peşəsini seçmiş, öz evini məktəbə çevirmiş və orada şagird yetişdirməyə başlamışdır. Bu məktəb get-gedə genişlənmiş və Konfusion uzun bir müddət ərzində üç min tələbə yetişdirə bilmişdir. Şagirdləri onu Kong-fotze (yəni müəllim Kong) adlandırırdılar. Həmin dövrlərdə Konfusion Lo əyalətində məhkəmə sədri təyin olunur və vergi toplamaq vəzifəsi alır. Gözəl idarəçiliyinə, sədaqətinə və düz işlədiyinə görə hər dəfə vəzifəsini yüksəlmiş, nəticədə Lo hökumətində baş vəzir məqamına nail olmuşdu. Gözəl tədbiri və bacarığı rəqiblərinin həsədinə səbəb olduğundan, onu öz vəzifəsindən istefa verməyə məcbur etmişdilər.

Bir müddətdən sonra öz görkəmli şagirdlərindən bir neçəsi ilə iş axtarmaq üçün Lo əyalətindən çıxır və 13 il müddətində Çinin digər şəhər və əyalətlərinə səfər edir. Amma hər yerdə ona mənfi cavab verilirdi. Çünki onun əxlaqi meyarlar əsasında olan idarəçilik və hökumət prinsipi hökmranların xoşuna gəlmirdi. Hətta Kuvang şəhərində ittihama məruz qalır və bir müddət həbsdə saxlanılır. Nəhayət eramızdan qabaq 484-cü ildə Lo hökumətində böyük rütbəyə malik olan bir şagirdinin vasitəçiliyi ilə öz əsil vətəninə qayıtmasını istəyir. Bu zaman Konfusionun 60 yaşı var idi. Buna görə də hər növ məşğuliyyət və məqamı qəbul etməkdən imtina edir və ömrünün qalan hissəsini 479-cu ilə qədər öz fəlsəfəsinin əxlaq və ideologiyasının əsaslarını məcmuə halına salmağa başlayır.


KONFUSİON AYİNİNİN ӘSİL MӘNBӘLӘRİ


Konfusionun öz ömrünün axırlarında yazıb topladığı əsərlərin ən ümdəsi beş kitabdan ibarətdir ki, onlar bu ayinin əsil mənbələrindən hesab olunur. Bu kitablar aşağıdakılardır:

1-Şuçing (tarix kitabı); Bu kitab qədim Çinin xəbərləri və sülalələrini əhatə edir. Konfusion bu xəbərlərdə hökumət sülalərinin yaranıb süqut etmə səbəblərini öz şagirdləri üçün xatırlatmış və onları bu həqiqətlərdən agah etmişdir. Bu kitab Çinin, eramızdan əvvəl 24-cü əsrdən 8-ci əsrdə qədər davam edən hökumət silsilələrinin sənədlərinə şamildir. Hal-hazırda onun yalnız 28 sənədi qalır.

2-Şiçinq (şer kitabı); Konfusion bu kitabda camaat arasında yayılan üç min şerdən 305-ni seçərək onları öz təlimlərinin əsası qərar vermişdir. Onun təlimlərinin çoxunda bu şerlərdən istifadə olunmuşdur. Konfusion bu şerləri 4 qrupa bölüb təsnif etmişdir:

a) Qadınla kişinin əlaqələri barəsində olan şerlər;

b) Xalq bayramları ilə əlaqədar nəğmələr;

v) Dövlət bayramları üçün nəğmələr;

q) Qurbanlıq mərasimləri və məbədlərdəki dini ayinlərin icrası zamanı oxunan dini nəğmələr.

3-Liçi (ayinlər, yaxud şerlər kitabı); Bu kitab səltənət sülalələrinin və qədim Çin əhalisinin ictimai rəftarlarını və davranışlarını bəyan edir.

4-İçing (dəyişikliklər kitabı); Bu kitab xəyali fəlsəfi dəstgahlardan təşkil olunmuşdur. Din tədqiqatçılarından bəziləri onu falçılıq və qeybdən xəbər vermə kimi adlandırmışlar. Bu nizam üç ədəd səkkizlik xəttdən təşkil olunmuşdur ki, bu üç xəttin hər biri bir kəsilən, bir kəsilmiş və bir də kəsilməz xəttdən ibarətdir. Bu iki xəttdən biri təkrarlanır. Bu xəyali-fikri nizamda kəsilməz xətt yang (erkəyin qüvvəsi), kəsilmiş xətt yin (dişi qüvvəsi) göstəricisidir. Bu iki qüvvə bütün təbiət aləmini vücuda gətirmişdir və bütün təbiət təzahürləri iki-İki, yaxud yang və yinə nisbət verilir. Asiman və zəmin, ay və ulduz, işıqlıq və qaranlıq, həyat və ölüm kimi təzahürlər də eyni qayda ilədir.

5-Çun-çyo (bahar və payız salnaməsi təqvimi); Bu kitab Lo əyalətinin mühüm hadisələri barəsində gündəlik xəbərlərdir ki, Yin padşahlığının ilk dövründən (eramızdan qabaq 722-ci il) Ay şahın hökmranlığının 14-cü ilinə qədər (eramızdan qabaq 481-ci il) baş verən hadisələrdən ibarətdir. Konfusion dəqiq məlumatlar verməklə səlahiyyətli hökumətin formalaşmasını, qəddar vəzirlərin islah olunması üçün çıxış yollarını bəyan edir ki, bu da qədim Çin hökumətinin və siyasət elminin əsasını təşkil edir.

Qeyd olunan beş kitabdan əlavə, Konfusionun seçilmiş tələbələri vasitəsilə də dörd digər kitab da yazılmışdır ki, o da Konfusionun həyatını və əxlaqi şəxsiyyətini bəyan edir. O kitablar aşağıdakılardan ibarətdir:



1-Analekt; Lunyu seçilmiş məcmuədən ibarət olan bu kitab Konfusionun və onun bəzi şagirdlərinin sözlərindən ibarətdir. Bu kitabda Konfusionun fəlsəfi prinsipləri və şəxsiyyəti gözəl şəkildə bəyan olunmuşdur.

2-Tasoe, yaxud böyük elm kitabı; Bu kitablar orta məktəbdə yeni təhsilə başlayan şagirdlərə şərafət, alicənablıq, xüsusilə təlim-tərbiyə üsullarını aşılayır.

3-Çung-yung, yaxud min kitabı; Bu kitab Liçi kitabının bir hissəsi olmuşdur ki, Konfusionun nəvəsi Tzosonun vasitəsilə şərh olunmuşdur. Kitabın mövzusu dünyanın nəzm və quruluşunu, insanın əxlaqi vəzifələri ilə əlaqədar olan məsələləri bəyan edir.

4-Mənkyus kitabı. Konfusionun fəlsəfi görüşlərinin bəyanında yazılan bu ilk kitab eramızdan əvvəl üçüncü əsrdə yazılmışdır ki, Konfusion ardıcıllarının və qədim böyük şəxsiyyətlərin kəlam və sözlərindən ibarətdir.

KONFUSİON AYİNİNİN FORMALAŞMASI


Lao tze və Konfusionun zühur etdiyi əsr Çin tarixində fitnə-fəsadın, əxlaqsızlığın baş alıb getdiyi dövr hesab olunur. Bu kimi əxlaqi pozğunluqlar fərdi, ailə, ictimai və hökumət səviyyəsində yayılmışdı. Bu iki filosofun mövcud vəziyyətdən keçirdiyi iztirablar da bu fəsadın əleyhinə mübarizə yolu axtarmaq olmuşdur. Onlar öz axtarış və təfəkkürlərində müəyyən səviyyədə insani kamal və xilqət istiqamətindəki üsulları araşdırmışlar ki, səadət və qurtuluş yolunu, həmçinin insanların azğınlığa düşməsinin səbəblərini ayırd etsinlər. Amma bu iki filosofun tədqiqatlarının nəticəsi bir-biri ilə çox fərqlənən və hətta ziddiyyətdə olan iki nəzəriyyə yaranmasına səbəb oldu. Lao-tze belə fikirləşirdi ki, bu fəsad və azğınçılıqlar insanların əməllərinin nəticəsidir və insanların əməlindən fəsaddan başqa bir şey hasil olmur. İnsanın əməl və fəaliyyətləri dairəsinə onun həyatı səhnəsində hər nə artırılırsa, cəmiyyətin fəsadı və əxlaqsızlığı da bir o qədər artır. Buna əsasən Lao-tze fəaliyyətsizlik prinsipini irəli sürür ki, bunun vasitəsilə bütün işlərin cərəyanı Taonun istəyi əsasında izah edilsin. O həqiqətdə inanırdı ki, varlıq aləmindəki bütün işlər Taonun istək və iradəsi altındadır və insan özünü tamamilə və kamil şəkildə ona həvalə edərsə, onun işləri Taonun iradə etdiyi tərzdə olacaqdır. Buna görə də onun bütün işləri və ehtiyacları məsləhət və düzgünlük əsasında irəli gedəcəkdir. Amma aydındır ki, cəmiyyətdə bu kimi fikirlərin yayılması cəmiyyət işlərinin qüvvədən salınmasına və tənəzzülün başlanmasına səbəb olacaq. Bu təfəkkürün əksi Konfusion etiqadından ibarətdir ki, o da cəmiyyətdəki fəsadın səbəb və amillərini bəzi əxlaq normalarından uzaq düşməkdə bilirdi. O, cəmiyyəti islah etmək üçün bu prinsip və meyarların hakim olmasını şərt bilir və sonra bu meyarları və prinsipləri şərh edir. O inanmırdı ki, bəşər cəmiyyəti və svilizasiya əsaslı olaraq Tao və təbiət müqabilində formalaşmış olsun, tarix boyu bütün bəşər fəaliyyətləri Taonun iradəsi ilə müxalifətdə olsun. Buna görə də onun nəzərində insanların yaxşı əməl və rəftarları dəyərli, nizam qamusu ilə həmahəng sayılır. Amma əxlaq meyarlarına müxalif və düzgün olmayan əməl və rəftarlara gəldikdə isə, islahatçı çıxış yolları nəzərə almaq lazımdır. Konfusion çalışırdı ki, bu yolları bəyan etsin. Konfusionun inancına görə Li istilahı bu çıxış yollarından və qanunlarından ibarətdir ki, sağlam cəmiyyət onların əsasında formalaşır. Cəmiyyətin idarə olunması və təkamülü də Li qanununun hakim olması ilə şərtlənir və yalnız bu halda cəmiyyət Taonun istəyi əsasında hərəkət edəcəkdir. Buna əsasən Tao iradəsinin cəmiyyətdə gerçəkləşməsi Li qanunlarının icrasına bağlıdır. Konfusionun bu etiqadı insani fəaliyyətlərə və tədbirlərə dəyər vermək mənasınadır və Lao-tzenin inancına uyğun olaraq, onların inkar edilməsi kimi qiymətləndirilməməlidir.

DӘRSİN XÜLASӘSİ


Konfusion ayini Budda və Taoizm dinlərinin kənarında böyük Çin ölkəsində formalaşmışdır. Konfusion ayini digər iki ayinlə müqayisədə daha geniş səviyyədə yayılmışdır.

Konfusion öz ayinini Çin cəmiyyətində onun dövründə mövcud olan fəsad və əxlaqsızlıqları islah etmək üçün yaratmışdır. O özünün bəyanedicisi olduğu Li qanunun hakimiyyəti ilə cəmiyyətin sağlamlığına zəmanət verməyə və Taonun təkamül yolunu qaytarmağa çalışırdı. Konfusionun kitabları aşağıdakılardır:

Şuçing, Şiçinq, Liçi, içing və Çunçio.

SUALLAR VӘ TAPŞIRIQLAR


Konfusionun Budda və Tao ayinlərinə üstünlüyünün səbəbi nədir?

2-Konfusion kimdir?

3-Konfusion ayininin mövzularına diqqət yetirməklə onun əsil kitablarını bəyan edin.

4-Taoizm və Konfusion ayininin Çin cəmiyyətinin fəsadı ilə əlaqədar nəzərlərindəki fərqlər hansılardır?



Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin