Fxslxgghpxn ncplhkxn ncpxl


İYİRMİ ALTINCI DӘRS TAO AYİNİ (2)



Yüklə 0,83 Mb.
səhifə28/31
tarix01.07.2018
ölçüsü0,83 Mb.
#55417
1   ...   23   24   25   26   27   28   29   30   31

İYİRMİ ALTINCI DӘRS

TAO AYİNİ (2)

ӘXLAQ VӘ DİN


Bu dərsin mövzusu taoizmin əxlaqi prinsipləri ilə tanış olmaqdır ki, bu da La-tze fəlsəfəsi və onun tövsiyələri əsasında qurulmuşdur. Dərsin davamında zaman baxımından onun dini yönündən irəli olan sehrkarlıq məsələsini araşdıracağıq. Sonra Taoizmi bir din kimi tədqiq edib araşdıracağıq

LAO-TZE FӘLSӘFӘSİ ӘSASINDA ӘXLAQIN ӘSASLARI


Lao-tze «Tao çing» kitabında Taoya qovuşmaq və onun yolunda seyr etmək istiqamətində öz ardıcıllarına bir çox əxlaqi göstərişlər və tövsiyələr verir. Bu göstərişlərin ən əsası təvazökarlıq, təzim, şan-şöhrətdən uzaq olmaq, ifrata varmamaq, hamıya qarşı məhəbbət və səmimiyyətə dəvətdən ibarətdir.

Bu əxlaqi göstərişlərdən bəzilərini şərh edirik:

1-Laqeyidliyə, ifrata varmamaq və diqqətsizliyə dəvət taoizm əxlaqi görüşlərinin ən mühim hissəsidir. Lao-tze bu barədə belə deyir: «Öz hədəfini ifrat diqqət və bağlı olmamaq istiqamətində müəyyənləşdir, mümkün olan dərəcədə aram və sonuqqanlı ol», «Hikmət sahibləri öz fikrini hər bir şeyə qarşı laqeyid saxlamalıdır», «Asiman və yer heç bir növ xeyirxahlığı nümayiş etdirmir. Onların nəzərində aləmin 10 min əşyası vəhşi itlər kimidir. Müqəddəs insan da xeyirxahlıq əhli deyildir. Onun nəzərində qohum-qəbilədən 100 nəfəri vəhşi itləri kimidir.»

2-Hər bir şeyə və hər bir kəsə qarşı etinasızlığa dəvətlə yanaşı, bir sıra əxlaqi dəyərlər də tövsiyə edilir. Lao-tze bu barədə deyir: «Mənə qarşı yaxşı olan şəxslərə mən də yaxşıyam. Mənə qarşı yaxşı olmayan şəxslərə qarşı yenə də yaxşıyam və bununla da hər bir şey yaxşı olur. Mənimlə səmimi olan şəxslərə qarşı mən də səmimiyəm, mənimlə səmimi olmayanlara qarşı yenə də səmimiyəm, beləliklə hamı səmimi olacaqdır.» Başqa bir yerdə deyir: «Yaranı məhəbbətlə sağaltmağı bacar».

3-Tay-şang-kang-ping-pi-yen, yaxud əməllər və onların cəzası risaləsində digər əxlaqi göstərişlər və tövsiyələr verilmişdir. Onlardan aşağıdakıları qeyd etmək olar:

«Yaxşı bir insan heç vaxt azğın yollara varid olmaz. O, fəzilət və təqva əldə etməklə, dəyərli əməllər toplamaqla məşğul olur. Bütün məxluqata qarşı mehribanlıqla rəftar edir. Özündən kiçiklərə qarşı vəfalı və məhəbbətli, özündən böyüklərə qarşı itaətkar olur. Әvvəldən özünün seçdiyi yolu islah edir ki, başqalarını da bu istiqamətdə dəyişdirib islah edə bilsin. Yetimlərə və dul qadınlara qarşı mehribandır, qocalara ehtiram qoyur. Cavanlara qarşı tərbiyəçi rolunu ifa edir; hətta həşaratlara, otlara və ağaclara belə zərər vurmamalıdır. O, başqalarının şər və yaramaz rəftarları qarşısında mehribançılıqla davranmalı, onların fəzilət və alicənablığından sevinc hissi keçirməlidir. Onlara düzgün və layiqli işlərdə kömək etməli, təhlükəli hadisələrdən nicat verməlidir. Başqalarının kəsb etdiyi şeyləri onların öz hesabına qoymalı, əldən verdiklərini öz itkisi hesab etməlidir. Onların çatışmazlıq və nöqsanlı hallarını yaymamalıdır (qeybət etməməlidir). Öz üstünlüklərini büruzə verməməlidir. Şər işlərdən çəkinməli, ruhi yüksəliş və yaxşılıqları təqdim etməyə başlamalıdır. Çox hissəni camaata bağışlamalı, az bir payla qane olmalıdır. Bir şəxsdən dil yarası, yaxud söyüş eşidərsə, onu ikrah hissi olmadan qəbul etməli, vəziyyəti dərk etdiyini bəyan etməklə özündən şərafət və alicənablıq göstərməlidir. Təmənnasız olaraq camaata məhəbbət göstərməli, yaxşılıq etməli, peşman olmadan öz var-yoxunu başqalarına bağışlamalıdır. Məhz bu şəxs yaxşı insan adı ilə çağırılacaqdır. Bütün insanlar belə şəxsə ehtiram qoyurlar. Asiman onu hifz edər. Səadət və mal-dövlət onun ardınca axıb gələr. Bütün şərlər və pisliklər ondan uzaqlaşar. Onun gördüyü hər bir iş şübhəsiz müvəffəqiyyətlə başa çatacaqdır; ümidvar ola bilər ki, ona əbədi və mələkut bir məqam veriləcəkdir.»

4-Bu kitabda xurafatla qarışmış olan digər göstərişlər də vardır. O cümlədən:

«Heç vaxt öz valideyninin səhvini ifşa etmə. Heç vaxt düzgünlə yanlışı bir-birinə qarışdırma. Səhv işə mükafat vermə. Günahsız insanı tənbeh etmə. Küləyi məzəmmət etmə və yağışdan sui-İstifadə etmə. Həyat yoldaşının dediyi şeylərə qulaq asma. Ata-ananın göstərişlərindən imtina etmə. Yaxşı işlərlə pis işlərinin unudulmasına icazə vermə. Öz borcunu sahibinə qaytar. Asimanda sənin üçün müqəddər olunan paydan artığını əldə etmək fikrində olma. Ölçüdə qısa metrədən, çəkidə düz olmayan tərəzidən, yaxud kiçik peymanədən istifadə etmə. Ayın və ilin axırıncı günündə rəqs və mahnı ilə məşğul olma. Ayın əvvəlində, yaxud sübhün başlanğıcında qışqırma və əsəbi olma. Şimal istiqamətində ağlama və ağzının suyunu atma. Ağzının suyunu parlaq ulduzlarla tərəf atma. Rəngli kaman tərəfinə işarə etmə. Yanlış işə düçar olan şəxs tövbə etsə, öz əməllərini islah etsə və bundan sonra da çirkin işlərdən çəkinsə, eləcə də bütün yaxşı işləri görsə şadlığa və səadətə çatacaqdır. Belə isə nə üçün biz özümüzü yaxşı işlər görməyə vadar etməyək.»


b) TAOİZMDӘ SEHRKARLIQ


Әbədiliyə meyl, yoxluq və ölümdən qaçmaq bütün insanlarda firti bir xüsusiyyətdir. Müxtəlif dinlər və məktəblər bu məqsədə nail olmaq üçün bəzi yollar təklif etmişlər. Lao-tze və Çuvang-tzo da qarşısına belə bir hədəf qoymuş və əbədiyyətə çatmaq üçün (öz etiqad və gümanları əsasında) müəyyən yollar bəyan etmişlər. Çuvang-tzo bu barədə deyir: «Hər kəs Taonun zatına qovuşsa əbədi həyata nail olar və heç bir yırtıcı və ziyanverici ona zərər yetirə bilməz. Belə ki, Çin xaqanı Fuşi Taoya qovuşdu, buna görə də əbədiyyət sirrini və əbədi həyatı əldə etdi. O, bu həqiqəti əldə etdikdən sonra buludların üstünə minərək asimanlara doğru yüksəldi. Ana mələk də belə etdi və əbədi həyata nail oldu.»

Keçən dərsdə və bu dərsin əvvəlində öyrəndiyimiz kimi, bu hədəfə nail olmağın yolu fəaliyyətsizlik, ruhi məşğələlər, müraqibə və bir sıra əxlaqi göstərişlərə riayət etməkdən ibarətdir. Bir sözlə Taoizm banilərinin nəzərində bir sıra mənəvi süluklar məcmuəsi nəzərə alınmışdır. Amma sonrakı dövrlərdə bu ayinin rəhbərlərindən və onun ardıcıllarından böyük bir qrupu maddi amillərdən istifadə edərək uzunömürlülük, əbədi qalmaq, bədənin çürüyüb aradan getməsinin qarşısını almaq üçün yollar axtarırdılar. Çuvang-tzonun əsrindən qabaqkı dövrlərdə qeyd olunan bəzi həkimlər Taonun zatına qovuşa bilmiş və əbədiliyə nail ola bilmişlər. Bu həkimlərdən biri də Oyodur ki, qoca yaşlarında bir uşağın malik olduğu təravətə nail olmuşdur. Bu da onun Taoya qovuşması nəticəsində idi. O, bu vasitə ilə zaman və məkan məhdudəsindən xilas olmuşdu.

Belə hadisələrin nəql olunması nəticəsində avam xalq kütlələri müxtəlif təbii ünsürlər və amillər içərisində belə bir maddəni tapmaq istəyirdilər ki, onu tapmaqla uzunömürlülüyə və əbədiliyə nail olsunlar. Belə bir prosesdə falçılara və cadugərlərə meydan yarandı ki, camaatı əbədi həyat maddəsi tapmaq üçün aldadıb onlardan faydalansınlar. Bu barədə Tzeanteongçei adlı kitabın adını qeyd etmək olar ki, Tao əsərlərindən hesab olunur; orada kimyagərlik cərəyanları kimyəvi reaksiyalar vasitəsilə uzunömürlülük dərmanı, yaxud əbədilik iksiri tapmaq üçün çalışırdılar. O kitabın bəzi yerlərində belə qeyd olunur: «Qurğuşun, civə və qızıl əriyib bir-birinə qarışsa və kiçik düyməciklər halına düşsə, onu yeməklə (iksiri) uzunömürlülüyə, hətta əbədiliyə çatmaq olar». Həmçinin Kuhung adlı Tao həkimlərindən biri Paop-otzo adı məşhur kitabında belə yazır: «Mənim mütaliə etdiyim kitabların hamısında bu hədəfə çatmaq üçün civə sulfuru və ərinmiş qızıla təkid edilmişdir. Bu iki maddə əbədiliyə nail olmaq üçün ən yüksək nöqtə və yoldur. Bu iki maddəyə nə qədər çox hərarət verilsə, onda baş verən dəyişikliklər də heyrətamiz olacaqdır. Әgər bu iki maddə birlikdə yeyilərsə bədəni gücləndirər, qocalmağın, yaxud ölməyin qarşısını alar.»

v) TAOİZMİN DİNİ YÖNLӘRİ


Taoizm dini baxımından Lao-tze və Çuvang-tzo fəlsəfəsi ilə onların əxlaqi tövsiyələrindən, eləcə də Taonun kimyagərlik və sehrkarlıq yönlərinin qarışığından ibarətdir. Bu əqidələr Çin bütpərəstlik ayinindən, buddiizm və digər etiqadlardan götürülmüş, bəzi əlavələrlə kamil olmuşdur.

Buddiizm Çinin hər bir yerində genişləndiyi zaman və hətta Koreya yarmadasına çatdıqda taoistlər bunun qarşısını almaq və rəqabət aparmaq qərarına gəldilər. Onlar öz ata-babalarının etiqad meyarlarını – asiman yolu, yaxud Tao yolunu dirçəltməklə yanaşı digər etiqadi prinsipləri də öz ayinlərinə əlavə etdilər. Bu məsələ buddiizmlə rəqabət etmək üçün budda ayinlərinin cazibələrini artırmaqla nəticələndi. Bu zaman Lao-tzenin şəxsiyyəti Buddanın şəxsiyyəti qarşısına çıxarıldı; buddistlər Budda üçün ilahiyyət məqamına inandıqları kimi, taoistlər də Lao-tze üçün ilahi bir məqam olduğuna inandılar. Onun üçün təsvirlər düzəltdilər, yazılarını və məktublarını mürsəl səhifələr kimi qələmə verdilər, adına çoxlu məbədlər tikdilər. Tao rahibləri və mürtazları o məbədlərdə Lao-tzenin timsalına pərəstiş etməyə başladılar. Bunların hamısı camaatı yeni dinə və biganə buddizmə qarşı çıxarmaq, onlara mane olmaq və öz ata-babalarının dinində möhkəm olmağa vadar etmək üçün idi. Beləliklə, taoizm Çinin rəsmi və milli dini oldu, xaqanlar da bu sahədə müəyyən tədbirlər görüb göstərişlər verdilər. O cümlədən, ikinci əsrin Han silsiləsindən olan Həvan xaqan ilk dəfə olaraq və rəsmi şəkildə Lao-tzenin adına bir məbəd tikdirdi və onun timsalı müqabilində hədiyyələr təqdim etdi. Bu da taoizm ayinində dini rəftar və sitayişin başlanğıcı oldu.

Ondan sonra sair etiqadi nəzəriyyələr, o cümlədən mahayana firqəsində mövcud olan behişt və cəhənnəm əqidəsi Tao etiqadlarına əlavə edildi. Bəlkə də onlar hinduiizmin üç məbuda, yaxud xristianlığın üç ruha sitayiş əqidəsi ilə qarşılaşmaq üçün üçlük təşkil edən məbudlar yaratdılar. Bu məbudlar aşağıdakılardır:

1-Әn yüksək məqama malik olan xaqan Zəbərcədin;

2-Xaqanın yanında məqama malik olan Lao-tze;

3- Ruhani bir varlıq və asmiani ruhların sərkərdəsi Lingpao.

Bu üç məbud üç pak gövhər adı ilə də məşhurdur.

Bu minvalla hər bir dövrdə tao rahibləri bu dində məbudların və müqəddəs ruhların sayını artırmışlar. Belə ki, hal-hazırda onların sayı-hesabı yoxdur.

Onların etiqad bəslədikləri məbudlardan bəziləri aşağıdakılardır:

Ailə ocağının məbudu, darvazanın mühafizəsinin öhdəsinə alan 12 məbud, şəhər məbudu və s.

Çində sosialist hakimiyyəti meydana gəldikdən sonra kökü kəsilən taoizm ayini hələ də fəal məbədlərə malikdir və Çində onun 50 milyon nəfərə yaxın ardıcılı vardır.

DӘRSİN XÜLASӘSİ


Taoizmdə əxlaq hər bir şeyə və hər kəsə qarşı laqeyidlik əsasında qurulmuşdur; bununla yanaşı başqalarına ehtiram da tövsiyə olunur.

Taoizm ayininin sehrkarlıq yönü uzunömürlülüyə, əbədiliyə meyl əsasında yaranmışdır. Taoistlər güman edirlər ki, ayrı-ayrı maddələrdən və təbii ünsürlərdən istifadə etməklə əbədiyyətə nail olmaq olar.

Taoistlər sair dinlərin etiqad üsullarından bəzilərini öz əqidələrinə əlavə etməklə, o cümlədən Lao-tzeyə ilahiyyət məqamı vermək, məbədlər təsis etmək, behişt və cəhənnəmə etiqad bəsləmək kimi işlərlə bu ayini müstəqil bir din kimi buddizmin qarşısına çıxarmağa çalışmışlar.

SUALLAR VӘ TAPŞIRIQLAR


1-Taoizmin ən mühim əxlaqi prinsipləri hansılardır?

2-Taoizm ayininin əxlaqi tövsiyələrində ziddiyyət gözə dəyirmi? izah edin.

3-Taoizmdə sehrkarlığın meydana gəlməsi hansı məqsədlə olmuşdur?

4- Necə oldu ki, taoizm müstəqil bir din şəklinə düşdü?



Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin