46
ilə 1 molekul d-qlükozanın bir-
ləşməsindən ibarətdir. Onun tər-
kibində piranoz formalı qalaktoza
və qlükoza molekulları arasında
1,4 qlikozid rabitəsi olur. Buna
görə, laktozanın elmi adı (
-d-
qalaktopiranozil)-d-qlükopirano-
za və ya
-d-qalaktopiranozil
(1
→
4)-d-qlükopiranozadır. Kim-
yəvi strukturundan göründüyü kimi, laktoza molekulunun oksigen körpücüyü-
nün əmələ gəlməsində qalaktozanın yarımasetal hidroksili ilə qlükozanın 4-cü
karbon atomuna birləşmiş hidroksil qrupu iştirak edir; qlükoza qalığının yarım-
asetal hidroksili isə sərbəst qalır. Buna görə, laktoza reduksiyaedici xassəli
şəkərlər qrupuna aiddir; yəni monosaxaridlərə aid rəngdəyişmə reaksiyalarına
(Nilander və Felinq reaktivləri ilə reaksiyaya) girə bilir.
Laktoza maya göbələkciklərinin təsiri nəticəsində qıcqırma prosesinə uğ-
rayır, həzm sistemində isə laktaza fermentinin təsiri altında hidroliz olunub, qa-
laktoza və qlükozaya parçalanır. Südün tərkibində laktozanın sial turşusu ilə
birləşməsindən ibarət olan oliqosaxarid aşkar edilmişdir. Onun molekulunda
sial turşusu qalığı qalaktozanın 6-cı karbon atomu ilə birləşmiş vəziyyətdə olur.
Bu oliqosaxarid patogen bağırsaq bakteriyalarının inkişafını ləngidir. Görünür
ana südünün südəmər körpələrin həzm sisteminin fəaliyyətinə müalicəvi
təsirində süddə olan oliqosaxaridlərin müəyyən rolu vardır.
M a l t o z a [
-d-
qlükopiranozil-(1
→
4)-
-d-qlü
-
kopiranoza]: sərbəst şəkildə cü-
cərmiş dənli bitkilərin (buğda,
arpa, çovdar və s.) tərkibində
olur; buna görə s ə m ə n i ş ə k
ə r i adlanır; nişasta və qliko
-
genə
-amilaza fermentinin tə-
siri nəticəsində əmələ gələn
hidroliz məhsuludur. Maltoza
molekulu 1
→
4-qlükozid rabitəsi vasitəsilə birləşmiş 2 qlükoza qalığından
ibarətdir. Maltoza molekulunda da (laktozada olduğu kimi) sərbəst qlikozid
hidroksili vardır (yəni maltoza da reduksiyaedici xassəsinə malikdir).
Maltoza həzm sistemində maltaza (
-amilaza) fermentinin təsiri nəticə-
sində hidroliz olunub, 2 molekul
qlükozaya çevrilir; maya göbələk-
ciklərində olan fermentlərin təsirin-
dən qıcqırır.
S a x a r o z a [
-d-qlüko-
piranozil-(1
→
2)-
-d-fruktofurano-
zid]
–
bitkilərdə geniş yayılmış
disaxariddir; şəkər çuğundurunda
Dostları ilə paylaş: