55
Sellülozanın molekul zəncirində şaxələnmə olmur.
Onun molekul kütləsi
400 mindən 3-3,3 milyona qədərdir; bu, 2500-20000 qlükoza qalığına müvafiq
gəlir. Sellüloza molekulunun 1 cüt
-qlükoza qalığından ibarət olan fraqment-
ləri sellobioza adlanan disaxaridin molekul strukturuna müvafiq gəlir. Bu po-
lisaxariddən natamam hidroliz zamanı sellobioza, tam hidroliz zamanı
-d-
qlükoza əmələ gələ bilər.
Sellülozanın düzxətli molekul zəcirlərində anomer karbon atomuna birləş-
miş vəziyyətdə olan oksigen atomları hidrogen rabitəsi əmələ gətirməyə meylli
olur. Bunun sayəsində sellülozanın polimer zəncirinin daxilində, həm də onun-
la qonşuluqda yerləşən zəncirlər arasında yaranan hidrogen rabitələri sellü-
lozaya xarakterik möhkəmlik verir.
Sellüloza
suda həll olmur, həzm fermentlərinin təsirindən parçalanmır və
insan orqanizmi bu polisaxaridi mənimsəyə bilmir. Lakin qida maddələrinin
tərkibində müəyyən qədər sellülozanın olması vacibdir, çünki qidada sellüloza
olmadıqda nəcis kütləsinin formalaşması prosesi pozulur.
Pektin maddələri
–
meyvələrin (alma, armud, üzüm, gilənar, heyva və s.),
kökümeyvəlilərin (çuğundur, yerkökü) və bitki şirələrinin tərkibinə daxil olan
polisaxariddir. İnsan üçün qida maddəsi kimi əhəmiyyəti vardır. Bitkilərdə 2
forması aşkar edilmişdir: 1) hüceyrəarası sahədə və hüceyrə qılafının matrik-
sində toplanan, həll
olmayan p r o t o p e k t i n; və 2) meyvə və tərəvəz
şirələrinin tərkibində məhlul şəklində olan p e k t i n.
Pektinin molekul strukturunun əsasını d-qalakturon turşusunun kalsium və
maqnezium duzları təşkil edir: d-qalakturon turşusu qalıqları bir-birilə 1,4-
qlikozid rabitələri vasitəsilə birləşib, polimer zənciri əmələ gətirir (buna
pektin
turşusu
deyilir). Beləliklə, “pektin maddələri” adı altında pektin turşusu və
onun duzları (pektanlar) nəzərdə tutulur. Pektin maddələrinin
tərkibində olan
karboksil qruplarının metilləşmə yolu ilə əmələ gətirdiyi efirlər
–
pektinlər adı
ilə birləşdirilir. Pektin turşularının əsasını təşkil edən qalakturon turşusu
qalıqlarının birləşmələrini aşağıdakı kimi təsvir etmək olar:
Həll olmayan protopektin həll olan pektinin hüceyrə qılafları ilə rabitəli
olan qalaktan və arabanla birləşmələridir. Onların tərkibində qalakturon turşusu
qalıqları metil efirləri şəklində olur;
bundan əlavə, protopektinin əmələ gəl-
məsində sellüloza, kalsium, maqnezium və fosfat turşusu iştirak edir. Pro-
topektin duru turşu məhlullarının və protopektinaza fermentinin təsiri nəticə-
sində həll olan pektinə çevrilir. Bitkilərdə protopektinin
pektinə çevrilməsi
fermentativ yolla həyata keçən mürəkkəb biokimyəvi prosesdir. Bu prosesdə
protopektinaza, pektinmetilesteraza, depolimerazalar və pektinpoliqalakturona-
zalar iştirak edir. Meyvələrin yetişmə dövründə onların tərkibində olan proto-
56
pektinlər pektinə çevrilir və onların bir hissəsi tam hidroliz olunaraq, sərbəst
qalakturon turşusu şəklində ayrılır. Yetişmə dövründə meyvələrin dadının
yaxşılaşması ilə müşayiət edilən bu proses bir neçə ardıcıl kimyəvi reaksiyadan
ibarətdir (sxem 2.5); prosesin ilk mərhələsində protopektinaza fermenti proto-
pektini pektinə çevirir; bundan sonra pektin maddələrinin tərkibində olan metil
qruplarının mürəkkəb efir rabitələri pektinmetilesteraza
fermentinin təsiri
altında hidroliz edilir; pektin molekulları depolimerazanın təsirindən xırda-
molekullu pektinlərə parçalanır; bunlar isə poliqalakturonidazanın katalizator-
luğu şəraitində hidroliz olunur. Nəticədə qlükuron turşusu qalıqları arasında
olan 1,4 qlikozid rabitələri parçalanır və sərbəst qlükuron turşusu əmələ gəlir.
Protopektin
Duru turşu Protopektinaza
məhlulu
Həll olan pektin Araban, d-qalaktan,
(metilləşmiş poliqa- ramnoza
lakturon turşusu)
Peptin NaOH
metilesteraza
CH
3
OH Poliqalakturon
turşusu
Depolimeraza,
poliqalakturonidaza
-d-qalakturon turşusu
Dostları ilə paylaş: