66
4. L i p i d l ə r i n b a ş q a ü z v i m a d d ə l ə r l ə k o m p l e k s b i r-
l ə ş m ə l ə r i (3.1-ci sxemdə təsnifat haqqında daha ətraflı
məlumat
verilmişdir).
Yuxarıdakı təsnifatın 4-cü qrupuna daxil olan lipid kompleksləri haqqında
dərsliyin müvafiq fəsillərində məlumat verilmişdir. Burada isə ilk 3 qrupun
əsas xüsusiyyətləri izah edilir.
3.2. LİPİD MONOMERLƏRİ VƏ TƏKKOMPONENTLİ LİPİDLƏR
Lipidlərin müxtəlif növləri hidroliz edildikdə üzvi turşular, qliserin, ali
alifatik spirtlər,
aldehidlər, ketonlar, ali aminspirtlər, çoxatomlu spirtlər, ste-
roidlər, terpenlər, bəzi xırdamolekullu azotlu üzvi birləşmələr və fosfat turşusu
əmələ gələ bilər. Lipidlərin nisbətən geniş yayılmış növlərinin tərkibində isə
alifatik üzvi turşular (yağ və ya piy turşuları) və qliserin üstünlük təşkil edir.
Qliserin.
Neytral yağların (triasilqliserinlər) və
fosfolipidlərin tərkibinə
daxil olan əsas komponentlərdən biri qliserindir. Qliserin təbiətdə ən geniş
yayılmış üçatomlu spirtdir. Otaq temperaturunda özlü maye şəklində olan
qliserin şirin dadlı maddədir, su və spirtlə yaxşı qarışır, efirdə isə həll olmur;
həm üzvi, həm də qeyri-üzvi
turşularla reaksiyaya girib, efirlər əmələ gətirə
bilir. Qliserin yağların və piylərin tərkibində alifatik üzvi turşularla birləşmə
şəklində olur. Fosfolipidlərin tərkibində olan qliserinin spirt qruplarından biri
fosfat turşusu ilə efir rabitəsində olur. Qliserinin fosfat efiri orqanizmdə sintez
edilir, həmçinin lipidlərin katabolizmi və sintezi zamanı aralıq məhsul kimi
əmələ gəlir.
qliserin l-qliserin-3-fosfat
Üzvi turşular.
Alifatik karbohidrogenlərin karboksil qrupuna (və ya
qruplarına) malik olan törəmələri üzvi turşular adlanır. Canlıların toxumala-
rında üzvi turşuların sərbəst formalarına nadir hallarda təsadüf edilir.
Lakin
lipidlərin əsas növlərinin və onların mübadilə məhsullarının əksəriyyətinin
strukturuna bu turşuların efir və ya amid birləşmələri daxil olur. Onlar sadə və
mürəkkəb lipidlərin əsas hidrofob komponentləridir.
Təbii triasilqliserinlərin tərkibində üzvi turşuların 200-ə yaxın növü aşkar
edilmişdir. Onlar bir-birindən karbohidrat zəncirlərinin uzunluğuna, karbon
atomlarının
hidrogenlə doyma dərəcəsinə, ikiqat rabitələrin sayına və yerləş-
məsinə, struktur konformasiyasına, molekul zəncirinin şaxələnmələrinin xarak-
terinə və tərkiblərində olan əlavə radikalların növünə (hidroksi-, epoksi-, keto-
qruplar, tsiklik strukturlu radikallar və s.) görə fərqlənir.
Bitki və heyvan mənşəli lipidlərin tərkibinə daxil olan üzvi turşuların
aşağıdakı xarakter xassələri vardır: 1) adətən lipidlərin tərkibində olan üzvi
turşuların molekul zəncirlərində karbon atomlarının sayı cüt olur, lakin nadir
67
hallarda təksaylı karbon atomları zəncirinə malik
turşulara da rast gəlinir; 2)
lipidlərin tərkibinə adətən monokarbon turşuları daxil olur, yəni bu turşuların
tərkibində yalnız 1 ədəd karboksil qrupu olur; bu turşuların əksəriyyətinin
molekul zəncirində şaxələnmə və tsiklik strukturlu hissə olmur; 3) yağ (piy)
turşuları doymuş və ya doymamış üzvi birləşmələrdir.
Ali üzvi turşular ilk dəfə piylərin (yağların)
tərkibində aşkar edildiyinə
görə, piy (və ya yağ) turşuları adlanır. Lipidlərin tərkibində aşkar edilən doy-
muş üzvi turşuların əksəriyyətinin molekul zəncirində 12-dən 18-ə qədər kar-
bon atomu olur. 5.1.-ci cədvəldə bu turşuların əsas növləri haqqında məlumat
verilmişdir. Bu turşuların tərkibində olan karbon atomlarını nömrələyərkən
karboksil qrupuna malik olan atomu 1-ci, molekulun digər uc hissəsində yerlə-
şən karbon atomu (metil qrupu) sonuncu hesab edilir;
karboksil qrupundan
sonra gələn karbon atomunu
- ilə də işarə edirlər.
Dostları ilə paylaş: