Гейд етмяк лазымдыр ки, биоэен елементлярин даща эениш йайылмасы тяснифатына эюря, бу елементляр 2 група бюлцнцр: 1) макроелементляр (мигдары 0,001%-дян артыг оланлар) вя 2) микроелементляр



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə37/137
tarix26.09.2023
ölçüsü3,64 Mb.
#129403
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   137
Biokimyanın əsasları I cild

 
Sxem 4.8. Heparinin molekul zəncirinin fraqmenti: 1 

 sulfatlaşmış d-qlükozamin 
qalığı; 2 

 sulfatlaşmış l 

 iduron turşusu qalığı; 3 

 sulfatlaşmış və asetilləşmiş
d-qlükozamin qalığı; 4 

 d-qlükuron turşusu qalığı 
Heparin zəncirinin sxematik təsvirindən göründüyü kimi, burada qlükoza-
min qalıqlarının amin qrupları çox vaxt sulfatlaşmış, bəzən isə asetilləşmiş 


61 
vəziyyətdə olur; l-iduron turşusu qalıqlarında 2-ci, qlükozamin qalıqlarında
6-cı karbon atomları ilə sulfat turşusu qalıqları arasında efir rabitəsi olur,
d-qlükuron turşusu isə sulfatlaşmamış vəziyyətdə olur. Orta hesabla hər saxarid 
fraqmentinə 2,5-3 ədəd sulfat turşusu radikalı düşür.
Heparin qanın tərkibində və toxumalarda zülal komponenti ilə kompleks 
birləşmə (proteoqlikan) şəklində olur. Onun zülal komponenti strukturuna görə, 
məlum olan bütün zülallardan fərqlənir: bu zülalın peptid zənciri yalnız serin 
və qlisin qalıqlarından ibarətdir; molekul kütləsi isə 5-15 min (bəzən 100 minə 
qədər) olur. Onun tərkibində olan serin qalıqlarının təxminən hər üçündən 
birinin hidroksil qrupu heparinlə rabitəyə cəlb edilir. Burada peptid zəncirində 
olan serin qalığının 

OH radikalları ilə heparinin molekul zəncirinin sonlu-
ğunda olan d-ksiloza qalığı arasında efir rabitəsi yaranır (heparinin də molekul 
zəncirinin son hissəsi xondroitinsulfat kimi, tərkibinə d-ksiloza qalığı daxil 
olan tetrasaxaridlə başa çatır). 
Heparindən praktik təbabətdə trombozların müalicə və profilaktika vasitəsi 
kimi istifadə edilir. Bundan əlavə, heparin bəzi ürək-damar sistemi xəstəlikləri-
nin və yanıq xəstəliyinin müalicəsi və donor qanının sabitləşdirilməsi məq-
sədilə tətbiq edilir.
Trombositlərin və endotel hüceyrələrinin səthində (membranla rabitəli 
vəziyyətdə) kimyəvi strukturuna və bioloji fəallığına görə heparinə oxşar olan 
polisaxarid aşkar edilmişdir. 
Heparan-sulfat
adlanan bu polisaxaridin strukturu 
da, heparin kimi, disaxarid fraqmentlərindən ibarətdir. Lakin onun tərkibində 
asetil qruplarının sayı çox, sulfat qruplarının sayı isə nisbətən az olur. 

Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin