58
Xondroitinsulfatlar
–
bütün birləşdirici toxumaların
tərkibinə daxildir;
qığırdaq toxumasının quru kütləsinin 40%-ni xondroitinsulfat təşkil edir; bu
birləşmələr dəridə, vətərlərdə, ürək qapaqlarında və arteriyaların divarlarında
da geniş yayılmışdır. Toxumalarda xondroitinsulfat
zülallarla birləşmiş
(xondromukoid) şəkildə olur.
Xondroitinsulfatın strukturunun əsasını N-asetil qrupuna malik olan
xondrozin
adlı disaxarid təşkil edir; xondrozinin tərkibinə d-qlükuron turşusu
və N-asetil-d-qalaktozamin
daxildir; bunlar arasında
-1,3-qlikozid rabitəsi
olur, iki xondrozin qalığı isə bir-birilə
-1,4-qlikozid rabitəsi vasitəsilə birləşir.
Adlarından məlum olduğu kimi, xondroitinsulfatların
tərkibinə sulfat turşusu
qalıqları da daxildir; onların strukturuna daxil olan N-asetil-d-qalaktozamin
qalıqları ilə sulfat turşusu qalıqlarının arasında efir rabitələri olur. Sulfat turşu
-
su N-asetilqalaktozaminin
ya dördüncü, ya da 6-cı karbon atomu ilə birləşir.
Bununla əlaqədar olaraq, bu birləşmələrin 2 növü
–
xondroitin-4-sulfat və
xondroitin-6-sulfat ayırd edilir. Aşağıda xondroitin-6-sulfatın strukturunun
sxemi təsvir edilmişdir (sxem 2.6). Xondroitin-4-sulfat ondan yalnız
sulfat
turşusu qalığının yerinə görə fərqlənir.
Dostları ilə paylaş: