Гейд етмяк лазымдыр ки, биоэен елементлярин даща эениш йайылмасы тяснифатына эюря, бу елементляр 2 група бюлцнцр: 1) макроелементляр (мигдары 0,001%-дян артыг оланлар) вя 2) микроелементляр



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə31/137
tarix26.09.2023
ölçüsü3,64 Mb.
#129403
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   137
Biokimyanın əsasları I cild

Şəkil 2.1. Amiloza (A), amilopektin (B) və qlikogen (C) 
molekullarının quruluşu (sxem). 
 
Dekstranlar

bakteriyaların və maya göbələkciklərinin müəyyən qrupu-
nun ehtiyat polisaxaridləridir; molekulları (1

6) qlikozid rabitəsi vasitəsilə 
birləşmiş 

-d-qlükoza (qlükopiranoza) qalıqlarının şaxələnmiş zəncirlərindən 
ibarətdir. Müxtəlif dekstranların şaxələnmə nöqtələrində 1

4 və 1

3 (bəzən 
1,2) qlikozid rabitələri ola bilər (sxem 2.4.).
Dekstranlar irimolekullu birləşmələrdir. Onların molekul kütləsi 5
·
10
8
-ə 
yaxındır. Təbii dekstranlar antigen xassəsinə malik olur. Onların molekulla-
rının hidroliz vasitəsilə xırdalanmış hissəciklərinin məhlullarından praktik tə-
babətdə qanəvəzedicilər və antikoaqulyant xassəli dərman preparatları kimi 
istifadə edilir. Bu məqsədlə istehsal edilən poliqlükin, reopoliqlükin və reoqlü-
man preparatları dekstranın molekul kütləsi 30 mindən 100 minə qədər olan 
natamam hidroliz məhsullarıdır. Dekstranın kimyəvi dəyişikliklərə uğradılmış 
törəmələri olan sefadeks və sefarozadan biokimyəvi laboratoriyalarda müxtəlif 
maddələrin elektroforez üsulu ilə qarışıqlardan təmizlənməsi zamanı istifadə 
edilir. Sənayedə dekstran istehsalında mikrobioloji üsuldan istifadə edilir: 
Leuconostos mesenteroides
tipli mikroorqanizmlərin saxarozalı mühitdə inkişaf 
etdirilməsi nəticəsində dekstran alınır.


54 
 
Sxem 2.4. Dekstran molekulunun strukturunun sxemi: düzxətli zəncirlərdə qlükoza 
qalıqları 1

6, şaxələnmə nöqtələrində isə 1

4 və 1

3-qlikozid rabitələri ilə birləşir. 
 
Polifruktozanlar

monomerləri fruktoza qalıqlarından ibarət olan homo-
polisaxaridlərdir; bəzi bitkilərin (xüsusən mürəkkəbtoxumlular fəsiləsindən 
olan bitkilərin) ehtiyat qida maddəsi olub, onlarda nişastanı əvəz edir. Polifruk-
tozanların növlərindən 
inulinin
xassələri daha ətraflı öyrənilmişdir. İnulin 
yerarmudunun (topinambur) kök meyvələrində, georgin, zəncirotu, kök-saqqız 
bitkilərində geniş yayılmışdır. Onun molekuluna 1,2-qlikozid rabitəsi ilə 
birləşmiş 28 fruktoza qalığı daxildir; empirik formulu nişastanınkı kimidir 

(C
6
H
10
O
5
)
n
.
İnulin suda yaxşı həll olur, Felinq reaktivini reduksiya etmir, polyarizasiya 
müstəvisini sola fırladır. İnsan orqanizmində inulini hidroliz edən ferment yox-
dur; buna baxmayaraq, qida maddələrinin tərkibində həzm sisteminə düşən 
inulin asanlıqla mənimsənilir. Çünki inulin mədə şirəsinin turş mühitində 
qeyri-fermentativ yolla hidroliz olunur. Məhlul şəklində qan damarlarına yeri-
dildikdə isə inulin heç bir dəyişikliyə uğramır və böyrəklər vasitəsilə orqanizm
-
dən xaric edilir; ondan böyrəyin filtrasiyaedici funksiyasını öyrənmək məq-
sədilə istifadə edilir. 
Sellüloza

təbiətdə ən çox yayılmış üzvi maddədir; bitkilərin ən mühüm 
struktur polisaxarididir. Biosferdə olan bütün üzvi maddələrin ümumi miqda-
rının yarıdan çoxu sellülozanın payına düşür. Bitkilərin oduncaq hissəsinin 
ümumi kütləsinin 50-70%-ni sellüloza təşkil edir; pambıq lifində sellülozanın 
miqdarı xüsusilə çoxdur (90-95%). 
Sellülozanın struktur vahidləri 

-d-qlükoza (qlükopiranoza) qalıqlarından 
ibarətdir; qlükopiranoz qalıqlarının arasında 

-1,4-qlikozid rabitələri olur. 
Aşağıda sellülozanın strukturunun sxemi təsvir edilir: 


Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin