49
deyil. Eyni polisaxarid müxtəlif mənbələrdən alınsa da, çox vaxt onların
təsnifatı üçün alınma mənbəyi əsas götürülür. Bu təsnifata görə, polisaxaridləri
3 qrupa bölmək olar:
fitopolisaxaridlər
,
zoopolisaxaridlər
və
mikroorqanizm-
lərin
polisaxaridləri.
Fizioloji funksiyalarına görə, istinad toxumalarının
struktur polisaxaridləri (sellüloza, hemisellüloza, pektin maddələri, xitin və s.)
və maddələr mübadiləsində tədricən sərf edilən ehtiyat polisaxaridlər (nişasta,
qlikogen və s.) ayırd edilir (cədvəl 2.1.).
Molekul strukturlarına görə, polisaxaridlərin şaxələnmiş (qlikogen, amilo-
pektin) və şaxələnməmiş (amiloza) növləri vardır. Molekul strukturlarına daxil
olan monomerlərin növlərinə görə, polisaxaridlərin 2 qrupu ayırd edilir:
1)
homopolisaxaridlər
; 2)
heteropolisaxaridlər
.
H o m o p o l i s a x a r i d l ə r yalnız bir monosaxarid növünün
polikondensasiya məhsullarıdır; h e t e r o p o l i s a x a r i d l ə r i n
molekulları isə müxtəlif monomer qalıqlarından ibarətdir.
Dostları ilə paylaş: