Гейд етмяк лазымдыр ки, биоэен елементлярин даща эениш йайылмасы тяснифатына эюря, бу елементляр 2 група бюлцнцр: 1) макроелементляр (мигдары 0,001%-дян артыг оланлар) вя 2) микроелементляр


Trisaxaridlər və oliqosaxaridlərin başqa nümayəndələri



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə26/137
tarix26.09.2023
ölçüsü3,64 Mb.
#129403
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   137
Biokimyanın əsasları I cild

Trisaxaridlər və oliqosaxaridlərin başqa nümayəndələri. 
Təbii trisaxa-
ridlərin ən geniş yayılmış nümayəndəsi 
rafinozadır
. Rafinoza şəkər çuğundu-
runda, dənli bitkilərdə, pambıq çiyidində və b. bitki mənşəli məhsullarda aşkar 
edilmişdir; təbii mənbələrdə digər oliqosaxaridlərə nisbətən az olan rafinoza 
[

-d-qalaktopiranozil-(1

6)-

-d-qlükopiranozil-(1

2)-

-d-frukto-furanozid] 
molekulunda monosaxarid qalıqlarının bütün qlikozid hidroksilləri rabitəli 
şəkildədir. Buna görə, rafinozanın reduksiyaedicilik xassəsi yoxdur. Bu birləş-


48 
mənin molekulu 

-fruktoza, 

-qlükoza və 

-qalaktoza qalıqlarından ibarətdir.
Rafinoza saxaraza fermentinin təsiri altında hidroliz edildikdə 
melibioza
adlı 
disaxarid və 

-fruktoza əmələ gəlir; 

-qalaktozidaza fermenti isə rafinozanı 
hidroliz edərək, bərabər molekulyar nisbətdə 

-qalaktozaya
və 
saxarozaya
çevirir. Rafinoza bitkilərdə karbohidratların nəql edilən formasıdır.
Rafinozadan başqa, trisaxaridlərin 2 növü 

melesitoza
və 
gensianoza

-
lumdur. 
Melesitoza
bəzi iynəyarpaqlı ağacların (şam ağacı və s.) şirələrində 
tapılmışdır. Onun molekuluna 2 ədəd 

-d-qlükoza və 1 ədəd 

-d-fruktoza 
qalığı daxildir. Bitki mənşəli trisaxaridlərin daha bir növü 

gensianoza
da 
molekul strukturuna daxil olan monosaxarid qalıqlarına görə, melesitozaya 
oxşardır. Lakin ikincidən monosaxarid qalıqları arasındakı rabitələrin yerinə 
görə fərqlənir. Bəzi bitkilərdə tetra- və pentasaxaridlərə də təsadüf edilir. 
Bunlardan əlavə, biosferdə pentozalarla heksozaların birləşməsindən ibarət 
olan oliqosaxaridlər də aşkar edilmişdir. Bunlardan 
primaverozanı 
(ksiloza ilə 
qlükozanın birləşməsi) və 
vitsianozanı
(arabinoza ilə qlükozanın birləşməsi) 
göstərmək olar. 

Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin